Məhkəmə qərarları › İş №e-2-1(112)-1706/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1706/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1706/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyun 2024-ci il tarixili “inzibati şikayətin təmin edilməsi haqqında” **********769900 saylı qərarının inzibati şikayətin təmin edilməyən hissədə də ləğv edilməsi və buna uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********937800 saylı qərarının tam ləğv edilməsi və inzibati icraat üzrə işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəyişdirilmiş formada ilkin (xx.xx.2024-cü il tarixli) inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli ilkin inzibati akt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı əsasında dəyişdirildikdən sonra cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********284500 saylı qərar qəbul edilmişdir. Odur ki, iddia tələbi “ilkin (xx.xx.2024-cü il tarixli) inzibati aktın dəyişdirilmiş forması kimi xx.xx.2024-cü il tarixli qərarın ləğvi” kimi nəzərə alınmalıdır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********769900 nömrəli qərarının ləğvi hissəsində iddia tələbinin mümkünsüz hesab edilməsi və qalan hissədə cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi “Dövlət Vergi Xidməti tərəfindən dəyişdirilmiş formada ilkin (xx.xx.2024-cü il tarixli) inzibati aktın ləğv edilməsi” kimi dəyişdirilmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən 01 fevral 2024-cü il tarixində İddiaçı ASC barəsində 4900,90 manat məbləğində “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********937800 saylı qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi 2022-ci il ərzində vergi ödəyicisi “X12” MMC-dən (VÖEN: **********), X4 (VÖEN: **********) və X5 (VÖEN: **********) EBCG 694074, EBCH 244238, EBBQ116428, EBBU 944716, EBBU 945669, EBBW 551269 və EBCD 752860 elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 24 504,50 manat məbləğində mal-materiallar (və ya xidmət) alınması, buna uyğun olaraq vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcmin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmaması kimi əsaslandırılmış və bu hal vergidən yayınma kimi xarakterizə olunmuşdur. Həmin qərardan İddiaçı ASC tərəfindən inzibati qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət verilmiş və inzibati icraat başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində inzibati şikayətin qismən təmin edilməsi haqqında **********769900 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********937800 nömrəli qərarı 3620,48 manat hissədə ləğv edilmiş, 1 280,42 manat hissədə dəyişdirilmədən saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, 01 fevral 2024-cü il tarixində İddiaçı ASC barəsində “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********937800 saylı qərarla kameral olaraq əsassız vergi məbləği hesablanmış, verilmiş inzibati şikayət üzrə qərar qəbul edilən zaman isə şikayət əsassız olaraq tam şəkildə deyil, qismən təmin edilmişdir. Halbuki, verilmiş inzibati şikayətdə, eyni zamanda inzibati icraata zaman aparılmış araşdırma zamanı mövcud məlumatlar vergi orqanına təqdim edilmiş, lakin həmin vergi ödəyiciləri ilə aparılmış əməliyyatlar onların sonradan riskli vergi ödəyiciləri hesab olunması əsası ilə əmtəəsiz əməliyyat kimi xarakterizə olunmuş və bəyannamədə xərclər hissəsi üzrə bəyan edilməməsi əsas gətirilmişdir. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” cavabdeh qurumun xx.xx.2024-cü il tarixli **********769900 saylı qərarın şikayətin təmin edilməyən hissəsi əsassız olmuş, həmin hissədə ləğv edilməklə yeni qərar qəbul edilməli və 01 fevral 2024-cü il tarixində İddiaçı ASC barəsində “vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” **********937800 saylı qərar tam ləğv edilməlidir. Belə ki, "X12" MMC (VOEN **********), MƏCİDOV RAHİMDÖVLƏT OĞLU (VOEN **********), X9 (VOEN **********) və BANK AVRASİYA ASC arasında bağlanan müqavilələr əsasında elektron qaimələrdə qeyd olunan mallar və xidmətlər icraçılar tərəfindən həyata keçirilmiş və banka təhvil verilmişdir. Bu səbəbdən, keçirilən bütün əməliyyatların Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə aid edilə bilməz. AR Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Qeyd edilməlidir ki, İddiaçı ASC ilə X12" MMC (VOEN **********), MƏCİDOV RAHİMDÖVLƏT OĞLU (VOEN **********), X9 (VOEN **********) arasında imzalanmış müqavilələr üzrə aparılmış bütün əməliyyatlar və həmin əməliyyatlar üzrə təqdim edilmiş elektron qaimələr üzrə ödənilmiş məbləğlərə dair məlumatlar Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, eyni zamanda inzibati şikayət müddətində Dövlət Vergi Xidmətinə ayrıca təqdim edilmişdir. Həmin müqavilə və elektron qaimələrdən bəlli olur ki, İddiaçı ASC-yə qeyd edilən şəxslər tərəfindən xidmətlər göstərilmiş və bu xidmətlərin dəyəri tam şəkildə ödənilmişdir. Hərhansı formada başqa əməliyyatın pərdələnməsi nəzərdə tutulmamış və ya həmin xidmətlər və mallar təqdim edilmədən dəyərləri ödənilməmiş, yalnız müvafiq xidmət göstərildikdən sonra tam dəyəri ödənilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı ASC bank fəaliyyətini həyata keçirmək məqsədi ilə bir çox qeyri-yaşayış sahələrini icarə müqaviləsi əsasında istifadə edir ki, həmin müqavilələrə uyğun olaraq götürülmüş icarə obyektlərində fəaliyyətin həyata keçirilməsi üçün zəruri olan xidmətlər göstərilməsi təmin edilməli və ya gündəlik işçi heyətinin fəaliyyəti üçün zəruri olan mallarla təmin edilməsi həyata keçirilməlidir. Aparılan bu əməliyyatlar və bununla əlaqədar bağlanılmış müqavilələr üzrə ödənilmiş məbləğlərin təqdim edilmiş vergi bəyannaməsində göstərilməsinə zərurət yoxdur ki, bu hal onunla əlaqədardır ki, həmin əməliyyatlar gəlirdən çıxılan vəsaitlərə aiddir. Bu aspektdən baxılan zaman İddiaçı ASC tərəfindən göstərilən vergi ödəyiciləri ilə aparılmış əməliyyatlar üzrə hər-hansı formada vergidən yayınma və ya başqa əqdi pərdələmək iddiası irəli sürülməklə həmin ödəmələrin dəqiqləşdirilmiş vergi bəyannaməsində göstərilməməsi əsas gətirilərək vergi hesablanması doğru deyildir. Hətta İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinə göndərilmiş məktubda həmin xərclərin bəyan edilməməsi deyil, həmin əməliyyatların Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinin tələblərinə aid olmaması bildirilmişdir. Digər tərəfdən hazırki mərhələdə qeyd edilən vergi ödəyicilərinin sonradan riskli vergi ödəyicisi hesab olunmasına görə İddiaçı ASC-nə əlavə vergi hesablanması da doğru deyildir. Faktiki olaraq əməliyyatların aparılması zamanı X12" MMC (VOEN **********), MƏCİDOV RAHİMDÖVLƏT OĞLU (VOEN **********), X9 (VOEN **********) riskli vergi ödəyicisi hesab edilməmişdir. Təqdim edilmiş inzibati şikayət zamanı da bu ayrıca qeyd edilmiş və bununla bağlı zəruri məlumatlar Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Həmin şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi əməliyyatlar aparıldıqdan sonra- müvafiq olaraq xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində olmuşdur. Riskli vergi ödəyicisi hesab edildikdən sonra qeyd edilən şəxslərlə heç bir əməliyyat aparılmamış, bütün xidmətlərin göstərilməsi dayandırılmışdır. AR Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Bildirilir ki, “X12” MMC (VÖEN: xx.xx.2022-ci il tarixində “Mallar (İşlər və Xidmətlər) üzrə X1” 003/22 №-li satınalma müqaviləsi imzalanmış və buna uyğun olaraq həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixində Seriya EBBV № 779062 olan elektron qaimə göndərilmiş və həmin qaimə üzrə göstərilən xidmətlərin ümumi dəyəri 680 manat təşkil etmişdir. Qaimədən də bəlli olur ki, “X12” MMC tərəfindən kodu ********** olan qurşadırılma, akumlyator və yanğın idarəetmə paneli xidmətləri göstərilmişdir. www.etaxes.gov.az ünvanından “riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” alt panelindən bəlli olur ki, “X12” MMC xx.xx.2023-cü il tarixində **********005600 saylı qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, xx.xx.2023-cü il tarixli **********708200 saylı qərarla riskli vergi ödəyicisi siyahısından çıxarılmışdır. Bundan başqa fiziki şəxs X7 (VÖEN: **********) İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixində “Dəftərxana mallarının alqı-satqısına dair” 03 №-li müqavilə imzalanmış, həmin müqaviləyə əsasən ümumi dəyəri 1221,50 manat olan xdimətlərin dəyəri göndərilmiş xx.xx.2022-ci il tarixli EBCJ 895067 №li qaimə əsasında İddiaçı ASC tərəfindən ödənilmişdir. www.e-taxes.gov.az ünvanından “riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” alt panelindən bəlli olur ki, X7 xx.xx.2023-cü il tarixində **********162700 saylı qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş və hazırda da həmin siyahıda əks olunmuşdur. Eyni zamanda fiziki şəxs X9 (VÖEN: **********) ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixində “xidmətlərin göstərilməsi haqqında” Müqavilə imzalanmış, həmin müqavilələrə uyğun olaraq X9 (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixində ümumi dəyəri 2171,90 manat olan EBBQ 116428-li elektron qaimə, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 275 manat olan EBBU 944716 №-li elektron qaimə, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 1414 manat olan EBBU 945669 №-li elektron qaimə, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 722,10 manat olan 551269 №-li elektron qaimə, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 3249 manat olan EBCD 752860 №-li elektron qaimə, xx.xx.2022-ci il tarixində ümumi dəyəri 9560 manat olan EBCG 694074 №-li elektron qaimə göndərilmiş və həmin qaimələrin dəyəri tam şəkildə İddiaçı ASC tərəfindən ödənilmişdir. www.e-taxes.gov.az ünvanından “riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” alt panelindən bəlli olur ki, X9 xx.xx.2023-cü il tarixində **********162700 saylı qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş və hazırda da həmin siyahıda əks olunmuşdur.

7. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Mübahisələndirilən məsələnin mahiyyəti ilə bağlı bildiririk ki, Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Digər xərclər” sətrində qeyd olunan 148 373,06 manat məbləğin 24 504,50 manat məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Qeyd edilənlər ilə əlaqədar iddiaçıya “2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2023-cü il tarixli **********988400 nömrəli məktub göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində 2 391 661,09 manat dəyərində elektron qaimə- fakturalar əldə etməsi, bundan 570,0 manat hissəsində olan elektron qaiməfakturanın (quraşdırılma, yanğın idarə etmə paneli və akkumlyator) "X12" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), 22 713,0 manat hissəsində olan elektron qaimə-fakturanın (elektrik və servis xidmətləri, santexnika işləri, elektrik paneli və məişət texnikası, əsas sürüşən ön qapı, emulsiya, Kabel 4*10 və.s) X5 (VÖEN: **********) və 1 221,5 manat hissəsində olan elektron qaimə-fakturanın (Arxiv qovluğu, telli dosye, fayl,qələm və s.) X4 (VÖEN:**********) əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturada qeyd olunan malların əldə etdikləri elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malları satdığı müəyyən edildiyinə görə bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********937800 nömrəli qərarla 4 900,9 manat mənfəət vergisi hesablanmışdır. Daha sonra iddiaçı kameral vergi yoxlaması İlə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati şikayətlərlə İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08.06. 2024-cü il tarixli Qərarına əsasən iddiaçının inzibati şikayətləri qismən təmin edilərək Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********937800 nömrəli Qərarı 3 620,48 manat hissədə ləğv edilmiş,1 280,42 manat hissədə dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətin qismən təmin edilməsinin əsası kimi “malların geri qaytarılması” qaiməsinə əsasən geri qaytarılması və aparılmış əməliyyatların riskli (əmtəəsiz) hesab edilən əməliyyatlara aid ediməsi olmuşdur. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X8 və X6 araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə müvafiq məktublar göndərilmiş və Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. Lakin qeyd edilən vergi ödəyiciləri və ya səlahiyyətli nümayəndələri araşdırmada iştirak etməmiş, heç bir təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilməmiş və qeyd olunan hal xx.xx.2024-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. İnzibati şikayətin qismən təmin edilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli Qərarının icrası baxımından Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********284500 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli **********937800 nömrəli Qərarla əlavə hesablanmış mənfəət vergisi məbləği 3 620,48 manat məbləğ hissəsində azaldılmışdır. İddia tələbinin əsası kimi alqı-satqı əməliyyatlarının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirildiyini və əməliyyatlar aparan zaman digər ödəyicilərin riskli ödəyici olmadığını, müvafiq qərarların əməliyyatlar aparıldıqdan sonra qəbul olunduğuna görə qarşı tərəfin riskli vergi ödəyicisi olduğunu müəyyən etməyin mümkün olmadığı ilə əsaslandırmışdır. Qeyd olunanlarla əlaqədar olaraq bildirilir ki, vergi ödəyicisi tərəfindən hesablanmış kameral vergi yoxlaması ilə əlaqədar inzibati şikayət araşdırılan zaman cəmiyyət tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli **********101800 nömrəli müraciətdə "X12" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə dəyəri 570,0 manat olan EBBV seriyalı 779062 nömrəli elektron qaimə-faktura üzrə əldə edilən malların (işlərin və xidmətlərin) və fərdi sahibkar X4 xx.xx.2022-ci il tarixdə dəyəri 1.221,5 manat olan EBCJ seriyalı 895067 nömrəli elektron qaimə-faktura üzrə əldə edilən malların (işlərin və xidmətlərin) tam dəyərinin, fərdi sahibkar X9 tərəfindən Cəmiyyətə xx.xx.2022-ci il tarixdə dəyəri 9.560,0 manat olan EBCG seriyalı 694074 nömrəli elektron qaimə-faktura əsasında təqdim edilən malların (işlərin və xidmətlərin) xx.xx.2022-ci il tarixdə EBCH seriyalı 235982 nömrəli “malların geri qaytarılması” qaiməsinə əsasən geri qaytarıldığından həmin elektron qaimə-fakturanın tam dəyərinin, xx.xx.2022-tarixdə dəyəri 2.171,9 manat olan EBBQ seriyalı 116428 nömrəli elektron qaimə-faktura üzrə əldə edilən malların (işlərin və xidmətlərin) tam dəyərinin, xx.xx.2022-ci il tarixdə dəyəri 275,0 manat olan EBBU seriyalı 944716 nömrəli elektron qaimə-faktura əsasında təqdim edilən malların (işlərin və xidmətlərin) 115,0 manat dəyərində olan hissəsinin, xx.xx.2022-ci il tarixdə dəyəri 722,10 manat olan EBBW seriyalı 551269 nömrəli elektron qaimə-faktura əsasında təqdim edilən malların (işlərin və xidmətlərin) 151,6 manat dəyərində olan hissəsinin, xx.xx.2022-ci il tarixdə dəyəri 3 249,0 manat olan EBCD seriyalı 752860 nömrəli elektron qaimə-faktura əsasında təqdim edilən malların (işlərin və xidmətlərin) 2 188,0 manat dəyərində olan hissəsinin (ümumilikdə 14 830,10 manat) 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin xərclər hissəsi üzrə bəyan edilmədiyini bildirmişdir. Beləliklə, Cəmiyyət tərəfindən "X12" Məhdud Məsuliyyətli Cəmiyyətindən, X5 və X4 elektron qaimə-fakturalar əsasında ümumilikdə 24.504,50 manat dəyərində əldə etdiyini iddia etdiyi müxtəlif çeşidli malların (Elektrik paneli və məişət texnikası, əsas sürüşən ön qapı, emulsiya, Kabel 4*10, Yanğın idarə etmə paneli, akkumulyator, arxiv qovluğu, telli dosye, fayl,qələm və s.) uçot-baza məlumatlarına, o cümlədən əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, yəni təsdiqedici sənədlərlə almadıqları malları "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satdıqlarını, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin (mal satanların) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələrinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin şəxslərin riskli vergi ödəyicisi olmaları barədə qərarlar qəbul edildiyini, fərdi sahibkar X9 tərəfindən Cəmiyyətə xx.xx.2022-ci il tarixdə EBCG seriyalı 694074 nömrəli elektron qaimə-faktura əsasında təqdim edilən malların (işlərin və xidmətlərin) xx.xx.2022-ci il tarixdə EBCH seriyalı 235982 nömrəli “malların geri qaytarılması” qaiməsinə əsasən geri qaytarıldığını, EBCH seriyalı 244238 nömrəli elektron qaimə-faktura üzrə 8.706,0 manat dəyərində malların (işlərin və xidmətlərin) təqdim edilməsinə, həmin elektron qaimə-faktura üzrə 4 825,0 manat dəyərində işlərin və xidmətlərin, 3 881,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, qeyd edilən elektron qaimə-fakturanın tam məbləğinin, EBBU seriyalı 945669 nömrəli elektron qaimə-faktura üzrə 1.414,0 manat dəyərində malların (işlərin və xidmətlərin) təqdim edilməsinə, həmin elektron qaimə-faktura üzrə 460,0 manat dəyərində işlərin və xidmətlərin, 954,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, qeyd edilən elektron qaimə-fakturanın 1.024,0 manat dəyərində olan hissəsinin riskli elektron qaimə-faktura hesab edildiyini, aparılan inzibati araşdırma zamanı Cəmiyyət tərəfindən X5 əldə edilən elektron qaimə-fakturaların 6.402,10 manat olan hissəsinin riskli (əmtəəsiz) hesab edilən əməliyyatlara aid olduğunun müəyyən edildiyini, Cəmiyyətin müraciətlərində "X12" Məhdud Məsuliyyətli Cəmiyyətindən 570,0 manat dəyərində, X4 1.221,5 manat dəyərində əldə edilən və riskli (əmtəəsiz) hesab edilən malların (işlərin və xidmətlərin) tam dəyərinin .X5 22713,0 manat dəyərində əldə edilən və riskli (əmtəəsiz) hesab edilən malların (işlərin və xidmətlərin) 11.911,5 manat olan hissəsinin təqdim edilən mənfəət vergisi bəyannaməsinin xərclər hissəsi üzrə bəyan edildiyinin bildirdiyini və həmin məbləğ üzrə 6.402,10 manat olan hissəsinin riskli (əmtəəsiz) hesab edilən əməliyyatlara aid olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının özü tərəfindən qeyd edilən şəxslərlə olan əməliyyatlar əmtəəsiz olması təsdiq edilmiş və bu səbəbdən də həmin ödəyicilər üzrə qaimə fakturalar xərclərdə nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********071700 nömrəli, xx.xx.2023-cü il tarixli **********005600 nömrəli və xx.xx.2023-cü il tarixli **********162700 nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş X9, "X12" MMC və X7 tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarına əsasən “əməliyyatların vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilənədək həyata keçirilməsi və barəsində riskli vergi ödəyicisi hesab edilmə barədə qərarların mübahisələndirilməməsi və bu günə qədər hər hansı orqan tərəfindən ləğv edilməməsi” əmtəəsiz əməliyyatların aparıldığını təsdiq edir. Nəticə etibarı ilə yuxarıda qeyd etdiyi hallar və həmin halları təsdiq edən sənəd və məlumatlar iddiaçının iddia ərizəsində göstərdiyi və qeyd etdiklərinin əsassız olduğunu göstərir. Göstərilənləri və İnzibati Prosessual Məcəllənin 48-ci maddəsini nəzərə alaraq Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********937800 saylı qərarının (sonuncu xx.xx.2024-cü il tarixli **********284500 nömrəli qərarın) ləğv edilməsi barədə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edilir.

8. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********071700 nömrəli Qərara əsasən ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. “Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 6,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Əsas sürüşən ön qapı, Emulsiya, Kabel 4*10, Üç fazalı daraq və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur”. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1. 2.1.3, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi X9 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

9. İnternet Vergi İdarəsi “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında” Çıxarışa əsasən X9 (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********071700 nömrəli Qərarına əsasın riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

10. X9 və İddiaçı ASC arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” xx.xx.2019-cu il tarixli Müqavilə; xx.xx.2022-ci il tarixli EBBQ 116428 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 944716 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 945669 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBW 551269 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCD 752860 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCE 049541 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCE 523058 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCH 623425 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ 116997 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ 117505 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCL 582682 seriya nömrəli elektron qaimə-faktura iş materiallarına əlavə olunmuşdur.

11. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********005600 nömrəli Qərara əsasən ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 19.8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Qum şiti dısti, İPDL-infra şüalı, Yanğınsöndürən balon AFF, Yanğın kabeli və s." satışda qeyd olunduğp müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 1.1. 2.1.3, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

12. İnternet Vergi İdarəsi “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında” Çıxarışa əsasən “X12” MMC (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********005600 nömrəli Qərarına əsasın riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə” xx.xx.2023-cü il tarixli, **********708200 nömrəli Qərara əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır.

13. “X12” MMC və İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 003/22 nömrəli “Mallar (işlər və xidmətlər) üzrə X1 Müqaviləsi”; xx.xx.2022-ci il tarixli, 01 nömrəli X3; X14; xx.xx.2022-ci il tarixli EBBV 779062 seriya nömrəli elektron qaimə-faktura iş materiallarına əlavə olunmuşdur.

14. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********162700 nömrəli Qərara əsasən ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-ci il tarixdə cəmi 4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Dəftərxana ləvazimatları, A-4 kağız, Dəftər 100v və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 2.1.3, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi X7 (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

15. İnternet Vergi İdarəsi “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında” Çıxarışa əsasən X7 (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********162700 nömrəli Qərarına əsasən riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

16. X7 və İddiaçı ASC arasında bağlanmış “Dəftərxana mallarının alqı-satqısına dair” xx.xx.2022-ci il tarixli, 03 nömrəli Müqavilə; xx.xx.2022-ci il tarixli EBCJ 895067 seriya nömrəli elektron qaimə-faktura iş materiallarına əlavə olunmuşdur.

17. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********937800 nömrəli Qərarına əsasən: Bəyannamə və hesabat növü: Mənfəət vergisi Bəyannamə və hesabat dövrü: 2022-ci il Təqdim edilmiş bəyannamə, hesabat üçün vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 865.823,33 Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 870.724,23 Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbəği – 4.900,90

18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli inzibati şikayətləri qismən təmin edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********937800 nömrəli Qərarı 3620,48 manat hissədə ləğv edilmiş, 1280,42 manat hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********284500 nömrəli Qərarına əsasən: Bəyannamə və hesabat növü: Mənfəət vergisi Bəyannamə və hesabat dövrü: 2022-ci il Təqdim edilmiş bəyannamə, hesabat üçün vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 870.724,23 Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 870.724,23 Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 867.103,75 Kameral yoxlama nəticəsində verginin azaldılmış məbləği və ya sığorta haqqı - - 3.620,48

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

22. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

23. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

24. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.

25. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

26. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, vergi orqanı tərəfindən həyata keçirilən kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində vergi ödəyicisi X12 MMC-dən (VÖEN **********) EBBV 779062, X7 (VÖEN **********) EBCJ 895067, X5 (VÖEN **********) EBCG 694074, EBCH 244238, EBBQ 116428, EBBU 944716, EBBU 945669, EBBW 551269 və EBCD 752860 elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 24 504,50 manat məbləğində mal-materiallar (və ya xidmət) alındığı, qeyd olunan vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edildiyi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********537800 nömrəli qərar qəbul edilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə inzibati şikayətlərlə müraciət etmiş, xx.xx.2024cü il tarixli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərar qəbul edilmiş, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********284500 saylı qərar qəbul edilmişdir.

27. İddianın predmeti nəzəri baxımdan dəyişdirilmiş formada ilkin inzibati akt olmalı olduğu halda, inzibati şikayət əsasında qərar qəbul edildikdən sonra (yəni ilkin inzibati akt dəyişdirildikdən sonra) cavabdeh xx.xx.2024-cü il tarixli **********284500 nömrəli qərarı (buna əlavə zərurət olmadan) qəbul etmişdir.

28. Odur ki, məhkəmə iddia tələbinin mümkünlüyü ilə bağlı qeyd edir ki, vergi məsuliyyəti yaradan qərardan iddiaçı yuxarı vergi orqanına vaxtında lazımi qaydada şikayət vermiş, həmin şikayəti nəticəsində qərar dəyişdirilmiş, bundan sonra həmin (dəyişdirilmiş) qərara uyğun olaraq cavabdeh tərəfindən yenidən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən şikayət verilməsi üçün nəzərdə tutulan müddətlər ötürülməmişdir.

29. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

30. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********937800 nömrəli qərarının ləğv edilməsini tələb etmişdir.

31. Mübahisənin yaranmasının səbəbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “X12” MMC-dən (VÖEN **********), X7 (VÖEN **********) və X5 (VÖEN **********) arasında aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli Qərarı ilə X9; xx.xx.2023-cü il tarixli Qərarı ilə “X12” MMC (“Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə” xx.xx.2023-cü il tarixli, **********708200 nömrəli Qərara əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır) və xx.xx.2023-cü il tarixli Qərarı ilə X7 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər.

33. Həmin əməliyyatlar X9, “X12” MMC, X7 ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.

34. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri (X9, “X12” MMC, X7) riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.

35. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

37. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - X9 və İddiaçı ASC arasında “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə xx.xx.2019cu il tarixdə imzalanmışdır. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBQ 116428 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 944716 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 945669 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBBW 551269 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCD 752860 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCE 049541 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCE 523058 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCH 623425 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ 116997 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCJ 117505 seriya nömrəli, xx.xx.2022-ci il tarixli EBCL 582682 seriya nömrəli elektron qaimə-fakturalar müəyyən edilmişdir. - “X12” MMC və İddiaçı ASC arasında “Mallar (işlər və xidmətlər) üzrə X1 Müqaviləsi” xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli, 01 nömrəli X3; X14; xx.xx.2022-ci il tarixli EBBV 779062 seriya nömrəli elektron qaiməfaktura müəyyən edilmişdir. - X7 və İddiaçı ASC arasında “Dəftərxana mallarının alqı-satqısına dair” Müqavilə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCJ 895067 seriya nömrəli elektron qaimə-faktura müəyyən edilmişdir.

38. Məhkəmə qeyd edilən halları qiymətləndirərək müəyyən edir ki, İddiaçı ASC tərəfindən elektron qaimə-faktura əldə olunarkən X9, “X12” MMC, X7 riskli vergi ödəyiciləri siyahısında olmamışdır.

39. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən X9 (VÖEN **********), “X12” MMC (VÖEN **********), X7 (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin (X9, “X12” MMC, X7) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ASC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.

40. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

41. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

42. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

43. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********284500 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar