Məhkəmə qərarları › İş №e-2-1(112)-1709/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1709/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1709/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndə-vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Əmək pensiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə çalışmışdır. Ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə 12 il 6 ay güzəştli şərtlər tətbiq edilə biləcək iş yerlərində iş stajı tələb edilir. İddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qeyd edildiyi ki, İddiaçı “Stork Technical Services” LTD (vöen ********** ) şirkətinin Azərbaycandakı nümayəndəliyində xx.xx.2012-ci il tarxindən xx.xx.2013-cü il tarixədək işləmiş, 01 iyun 2013-cü il tarixindən isə "xxxx" MMC-də işləməkdədir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 noyabr 2023-cü il tarixində müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-H-278246/2023 nömrəli imtina məktubunda təqdim edilən arayışda həmin dövrün güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC şirkətində və “Stork Technical Services” LTD (vöen **********) şirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciətlər ünvanlayaraq Etibar Hüseynovun iş yerləri və faktiki gördükləri iş barəsində müvafiq arayış verilməsi xahiş olunmuşdur. "xxxx" MMC şirkəti tərəfindən verilən arayışa əsasən ərizəçi İddiaçı "xxxx" MMC şirkətində 01 iyun 2013-cü il tarixindən On/0306 nömrəli əmək müqaviləsinə əsasən, izolyasiya işləri üzrə briqadir vəzifəsinə təyin edilmiş, 01 may 2020-ci il tarixində 020/135 nömrəliəmrə əsasən izolyasiyaçı vəzifəsinə keçirilmiş və 16 iyul 2020-ci il tarixindən etibarən 020\234 nömrəli əmrə əsasən izolyasiya işləri üzrə briqadir vəzifəsində çalışmışdır. İddiaçı "xxxx" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 10 il 10 ay 16 gün təşkil edir. İddiaçı “Stork Technical Services” LTD (vöen **********) şirkətinin Azərbaycandakı nümayəndəliyində sosial sığorta (əmək) stajı isə 1 il 1 ay 28 gün təşkiledir. Lakin “Stork Technical Services” LTD (vöen **********) şirkətinin Azərbaycandakı nümayəndəliyinə ünvanlanan məktub həmin şirkətin qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərmədiyindən geri qayıtmışdır. İddiaçı neft-qaz terminalında izolyasiyaçı və izolyasiya işləri üzrə briqadir kimi işləməklə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli fərmanına əsasən, Azərbaycan respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin (a) yarımbəndinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az yəni 10 il 05 ay təşkil edir. İddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də işlədiyi dövr güzəştli iş stajına daxil edilmiş, lakin qanunvericiliklə tələb olunan müddət tamamlanmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, güzəştli sahədə işlədiyi iddia etdiyi "xxxx" LTD Şirkətində xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrün güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı bununla bağlı güzəştli iş stajını təsdiq edən arayışı inzibati orqana təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə əlavə etiraz edilərək bildirilmişdir ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) xx.xx.2016xx.xx.2016-cı il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrləri (ümumilikdə 5 ay) İddiaçı həm ümumi, həm də güzəştli stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, adıçəkilən şəxsin ümumi iş stajı 42 il 5 ay 27 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay), güzəştli iş stajı isə 10 il 7 ay 29 gün (xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Kirovabad” Azərbaycan SSR yükləyici; xx.xx.1982xx.xx.1984-cü il tarixlərdə orduda xidmət etmiş; xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Kirovabad” Azərbaycan SSR-də montajçı; xx.xx.1985-ci il tarixdən xx.xx.1994cü il tarixədək operator, çilingər; xx.xx.1994-ci il tarixdən xx.xx.2002-ci il tarixədək tənəkəçi; xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işçi; xx.xx.2013-cı il tarixdən "xxxx" MMC-də izolyasiya işçiləri üzrə briqadir, xx.xx.2020-ci il tarixdən izolyasiyaçı, xx.xx.2020-ci il tarixdən izolyasiya işləri üzrə briqadir işləyir. -"xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X5 “SOCAR CAPE" MMC-də (“Cəmiyyət”) 01 iyun 2013-cü il tarixində On/0306 nömrəli əmək müqaviləsinə əsasən izolyasiya işləri üzrə briqadir vəzifəsinə təyin edilmiş. 01 may 2020-ci il tarixində 020/135 nömrəli əmrə əsasən izolyasiyaçı vəzifəsinə keçirilmiş və 16 iyul 2020ci il tarixindən etibarən 020/234 nömrəli əmrə əsasən izolyasiya işləri üzrə briqadir vəzifəsində çalışmışdır. X5 Cəmiyyətdə izolyasiyaçı və izolyasiya işləri üzrə briqadir vəzifəsində işləyərək şüşəkeçə, şüşəpambıq, şüşəlif və şlakpambıq tətbiq etməklə izolyasiya işi. qazanların, boruxətlərinin izolyasiya edilməsi, xlorvinil, bakelit və bitum materiallarından olan qaynaq tərkibli mastikanın hazırlanması və tətbiqi zamanı soyuq səthlərin izolyasiyası ilə məşğul olmuşdur. X5, izolyasiyaçı və izolyasiya işləri üzrə briqadir kimi işləməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinin (a) yarımbəndinə uyğundur. Eyni zamanda. Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. X1 izolyasiya işləri üzrə briqadir kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq X4 "Qapalı mühitə giriş", “Ümumi sağlamlıq, əməyin mühafizəsi və texnki təhlükəsizlik”, “Nəzarət və idarəetmənin inkişaf proqramı" barədə təlimlər keçirilmişdir. -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN **********) əvvəlki adı xx.xx.2012-ci il tarixədək X6 X2 Services Ltd Kompaniyasının Bakı şəhərində nümayəndəliyi olmuşdur və xx.xx.2024-cü il tarixdən ləğvetmə prosesindədir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrləri (ümumilikdə 5 ay) İddiaçı həm ümumi, həm də güzəştli stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, adıçəkilən şəxsin ümumi iş stajı 42 il 5 ay 27 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 6 ay 27 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay), güzəştli iş stajı isə 10 il 7 ay 29 gün (xx.xx.2013-xx.xx.2024-cü il tarixləri arasındakı dövr) təşkil edir. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə "xxxx" MMC və "xxxx" Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyinin nizamanmələri təqdim olunmuşdur. -“SOCAR” Neftqaztikinti tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı işlədiyi müəssisə ilə “Neftqaztikinti" trestinin fəaliyyət sahələrinin oxşar olub-olmamasını müəyyən etmək mümkün olmasa da, məlumat üçün qeyd olunmalıdır ki, “Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və sorğuda göstərilən izolyasiyaçı peşəsinə oxşar Trestdə izoləedici-plyonkaçı peşəsi mövcuddur. İzoləedici-plyonkaçı peşəsi üzrə əsas fəaliyyətlər boru xətlərinin üzərində yararsız hala düşmüş izolyasiya qatının sökülməsi, yerinin təmizlənməsindən, izolə ediləcək səthin ölçülməsi və materialın kəsilib hazırlanmasından, boru xətlərinin üzərinə mineral yunun (daş yunun) məftillə və kəmərlə sarınmasından, sinklənmiş vərəqələrdən dəmir örtüklərin kəsilməsi, fason hissələrə uyğun hazırlanmasından, boru xətlərinə sarınmış mineral yunun (daş yunun) üzərinə dəmir örtüklərin şurup, bolt və ya xamut vasitəsilə bağlanmasından, silindr və konus şəkilli aparaturaların, habelə konstruksiyaların xarici və daxili səthlərinə fırça ilə xüsusi qarışıqların çəkilməsindən, mürəkkəb konfiqurasiyalı səthlərin astarlanması və hamarlanmasından, boru, çarpaz və üçtərəfli istiqamətdə birləşən elementlərin daxili səthlərinə fırça və xüsusi qarışıqların çəkilməsindən, qoyma detalların korroziyaya qarşı tərkiblə rənglənməsi və yaxılmasından və s. bu kimi işlrədən ibarətdir. İzoləedici-plyonkaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsindəki “izolyasiyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil edir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Cavabdehin əsas dəlili odur ki, iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən güzəştli arayış təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh özü də iddiaçının mübahisələndirilməyən güzəştli iş stajının 10 il 07 ay 29 gün (xx.xx.2013-xx.xx.2024) olduğunu qəbul etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan, nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əslində mübahisələndirilməyən iş stajı xx.xx.2013-xx.xx.2023 dövrü əhatə edir ki, bu da 09 il 09 ay 07 gün təşkil edir. Doğrudur ki, həmin staj qarşılığında iddiaçının güzəştli pensiya hüququ yaranmamış olur. Lakin nəzərə alınmalıdır ki, iddiaçının "xxxx" MMC-də işlədiyi izolyasiaçı peşəsi, həmçinin onun “Rigblast Energy Services LTD”, “RBG” və “Stock Technical Services LTD” şirkətində işlədiyi izolyasiyaçı vəzifəsidə güzəştli iş stajına daxil edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının qeyd olunan xarici və artıq fəaliyyətini dayandırmış müəssisələrdə işlədiyi dövrlərlə bağlı güzəştli arayışların əldə olunması obyektiv səbəblərdən mümkün olmamışdır. Hüquqi baxımdan güzəştli arayış şəxsin fəaliyyəti ilə bağlı güzəştli rejimi sübut etmək üçün əsas vasitə olsa da, bu sənədin əldə olunmaması hallarında şəxsin hüquqları zərər çəkməməlidir. Məhz belə hallarda məhkəmə təcrübəsində eyni fəaliyyət növü ilə məşğul olan analoji müəssisədən sorğu alınması ilə alternativ sübutetmə yolu tətbiq olunur. Hazırkı işdə də məhz bu prinsip əsas götürülmüş, "xxxx" MMC-yə sorğu ünvanlanmış və müəyyən olunmuşdur ki, iddiaçının icra etdiyi izoləedici-plyonkaçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsindəki “izolyasiyaçılar-plyonkaçılar” peşəsi ilə uyğunluq təşkil edir. Belə olan halda iddiaçının güzəştli iş stajı 12 il 06 aydan (mübahisələndirilməyən 09 il 09 ay 07 gün + 04 il 04 ay 16 gün (xx.xx.2002-xx.xx.2005 + xx.xx.2012-xx.xx.2013) = 14 il 01 ay 23 gün ))) çox təşkil edir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2023-cü il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşının tamam olduğu vaxtdan (xx.xx.2023-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar