Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-17122/2025 25.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi, vəkil nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuşdur. O, ##.##.1980-ci il tarixdən ##.##.1983-cü il tarixə kimi Texniki Peşə məktəbinin Dülgər Parket ustası ixtisasını əyani formada bitirmiş, ##.##.1983-cü ildən ##.##.1985-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdən gəldikdən sonra ##.##.1986-cı il tarixdən ##.##.1996cı il tarixə kimi işləmişdir. ##.##.2000-ci il tarixdən isə Metropolitendə 3-cü dərəcəli yol fəhləsi kimi işə qəbul olmuşdur. ##.##.2000-ci il tarixdən ##.##.2002-ci il tarixə kimi xxxxndə Yol Xidmətində fəhlə, ##.##.2002-ci il tarixdən isə 5-ci dərəcəli yol briqadiri təyin edilmiş, eyni idarədə ##.##.2014-cü il tarixdə isə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmış və ##.##.2014-cü ildə orada Yol Xidmətinin * saylı yol hissəsi 4-cü sahəsində 5-ci dərəcəli yol montyoru briqadiri peşəsinə qəbul olmuşdur. Briqadir kimi tuneldə olmuş və işini gecə yerinə yetirirdi. Tunel xüsusi zərərli iş sayılırdı. İddiaçı həmin vaxtdan hazırki vaxta kimi də işləyir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropoliten bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) yol montyoru vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli A/*** nömrəli arayışında ##.##.2000-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində xxxxnin Yol Xidmətində yol fəhləsi, ##.##.2002-##.##.2014-cü il tarixləri arasındakı dövr ərzində yol briqadiri, ##.##.2014-cü il tarixdən bu günədək yol montyoru briqadiri vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan yol montyoru vəzifəsinə aid deyil. Bu səbəbdən, onun güzəştli iş stajı yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli arayışına əsasən iddiaçı həqiqətən də, ##.##.1980-ci il tarixdə * nömrəli Texniki Peşə Məktəbinin “Dülgər parket ustası” ixtisasına qəbul olmuş və ##.##.1983-cü il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı ##.##.1986-cı ildə 2-ci dərəcəli dülgər kimi işə başlamış, ##.##.1987-ci ildə çilingər köməkçisi, ##.##.1988-ci ildə 2-ci dərəcəli çilingər, ##.##.1989-cu ildə 3-cü dərəcəli çilingər kimi işləmişdir. O, ##.##.2000-ci il tarixdən isə Metropolitendə 3-cü dərəcəli yol fəhləsi kimi işə qəbul olmuş, ##.##.2002-ci il tarixdən isə 5-ci dərəcəli yol briqadiri təyin edilmiş, eyni idarədə (##.##.2014-cü il tarixdə yenidən təşkil yolu ilə yaradılmış “xxxx” QSC-də) ##.##.2014-cü ildə Yol Xidmətinin * saylı yol hissəsi 4-cü sahəsində 5-ci dərəcəli yol montyoru briqadiri peşəsinə qəbul olmuşdur. İddiaçı ##.##.2014-cü il tarixdən hal-hazıradək orada yol briqadiri peşəsində işləyir. “xxxx” QSC-nin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçı ##.##.2000-ci il tarixindən ##.##.2002-ci il tarixinədək xxxxnin Yol xidmətində yol fəhləsi (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), ##.##.2002ci il tarixindən ##.##.2014-cü il tarixinədək yol briqadiri peşəsində çalışmışdır. ##.##.2014-cü il tarixindən “xxxx” QSC-nin Yol xidmətində yol montyoru briqadiri peşəsində işləyir (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə). İddiaçı ##.##.2000–##.##.2002-ci illərdə xxxxnin Yol xidmətində yol fəhləsi, ##.##.2002–##.##.2014-cü illərdə yol briqadiri, ##.##.2014cü ildən isə Cəmiyyətin Yol xidmətində yol montyoru briqadiri vəzifəsində (tuneldə yalnız gecə növbəsində, 24% xüsusi zərərli əmək şəraiti ilə) çalışır. İddiaçının çalışdığı yol montyoru peşəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.5-ci Metropolitenlər bəndinin 21.5.1-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndində yer alan yol montyoru sətrinə aiddir ki, bu da qüvvədən düşmüş ## ######## 1993-cü il tarixli, *** nömrəli qərarın 23000000XXVIII. Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Eyni zamanda qeyd edilir ki, yol fəhləsi - yol montyoru hesab edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30dan 05:30-dək) onun əməkhaqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% (iyirmi) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol fəhləsi və yol montyoru peşələrin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işləri (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. Hər iki peşənin iş şəraiti, xüsusiyyəti və funksiyaları eynilik təşkil edir. Belə ki, yol fəhləsi peşəsi yol montyoru peşəsinə bərabər tutula bilər. Yol xidmətində yol fəhləsi peşəsinin xüsusiyyətləri təhlil olunaraq ştat cədvəlində yol montyoru ştat vahidi ilə əvəz olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, ##.##.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi ##.##.2025-ci il tarixindən qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Yəni iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı tamam olmalı, 25 il ümumi stajı, 12 il 06 ay isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrə qədər olan ümumi stajı və pensiya kapitalının olması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının olmamasına istinad edir. Eyni zamanda cavabdeh hesab edir ki, iddiaçının ##.##.2000-##.##.2002-ci il tarixləri, həmçinin ##.##.2002-##.##.2014-cü il tarixləri, eləcə də, ##.##.2014-cü il tarixdən bu günədək işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə alınmayan ##.##.2000-##.##.2002-ci il tarixləri, həmçinin ##.##.2002-##.##.2014-cü il tarixləri və hazırda da işlədiyi dövrün güzəştli pensiya hüququ verən əmək stajına aid olması “xxxx” QSC-nin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu ilə təsdiq edilir. Belə ki, həmin məktubda iddiaçının çalışdığı yol montyoru peşəsinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.5-ci Metropolitenlər bəndinin 21.5.1-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndində yer alan yol montyoru sətrinə aid olması, bunun da qüvvədən düşmüş ## ######## 1993-cü il tarixli, *** nömrəli qərarın 23000000XXVIII. Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aid edildiyi qeyd edilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, yol fəhləsi - yol montyoru hesab edilir. Yol fəhləsi və yol montyoru peşələrin əsas vəzifə və funksiyası metropolitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işləri (epür (fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə deşiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yüklənməsi və boşaldılmasından ibarətdir. Hər iki peşənin iş şəraiti, xüsusiyyəti və funksiyaları eynilik təşkil edir. Belə ki, yol fəhləsi peşəsi yol montyoru peşəsinə bərabər tutula bilər. Yol xidmətində yol fəhləsi peşəsinin xüsusiyyətləri təhlil olunaraq ştat cədvəlində yol montyoru ştat vahidi ilə əvəz olunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər Siyahısı"nın 21-ci bölməsinin (“Nəqliyyat”) 21.5ci qrafada “Metropolitenlər” hissəsinin 21.5.1-ci bəndində: Tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr - yol montyoru peşəsi öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Beləliklə, yuxarıda göstərilən araşdırılmalar, cavabdehin irəli sürdüyü arqumentlərin əsassız olduğuna dəlalət edir. Belə ki, cavabdeh müvafiq peşələrin ad uyğunsuzluğu baxımından iddiaçının həmin dövrlər üzrə əmək stajının güzəştli staj kimi nəzərə alınmasından imtina etmişdir. Lakin, müvafiq peşələrin müxtəlif dövrlərdə necə adlanması deyil, işşinin həmin peşə üzrə əsas funksiyaları hazırkı məsələdə əsas rol oynayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “xxxx” QSC-də ##.##.2000-##.##.2002ci il tarixlərində işlədiyi “yol fəhləsi”, ##.##.2002-##.##.2014-cü il tarixlərində işlədiyi “yol briqadiri” və hazırda işlədiyi “yol montyoru briqadiri” peşələri güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-17122/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-17122/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver