Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1735/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh və Abşeron Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrə əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 ha, həyatyanı torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) tərtib edilməsi ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrə əsasən sovxoz fəhlə və qulluqçusu İddiaçı 0,08 hektar həyatyanı torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) tərtib edilməsi ilə bağlı öhdəliyin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Abşeron Rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılaraq ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrində göstərilir ki, Abşeron rayon RİK-in 47№-li 26.İİİ.91-ci il qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş, xx.xx.1991-ci il tarixli, 7 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 hektar həyatyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda iddiaçının adı 201 sayı ilə qeyd olunmuşdur. Abşeron Rayon Donuzkökəltmə sovxozunun sabiq rəhbərlərinin barəsində Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə istintaq işi aparılmışdır. İstintaqla əlaqədar zərurət yarandığından Donuzkökəltmə sovxozuna dair bir çox sənədlər, o cümlədən həmin 19 avqust 1991-ci il tarixli, 108 saylı əmri Abşeron rayon Dövlət arxivindən götürülmüşdür. İstintaqın müəyyən mərhələsindən sonra həmin əmr və digər sənədlərin kserosurətləri arxivə qaytarılmışdır. Qaytarılan əmrlərə əlavə olunmuş siyahıdan görünür ki, həmin sənədlər Məhkəmə Ekspertizası Mərkəz tərəfindən yoxlanılmış və müvafiq ştamplarla tədqiqat obyekti kimi qeyd olunmuşdur. 19 avqust 1991-ci il tarixli, 108 saylı əmr ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir. Bu səbəbdən 0,08 hektar həyatyanı torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) tərtib edilməsi zərurəti yaranmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrinə əsasən ayrılmışdır. Donuzkökəltmə sovxozundan ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv İdarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdehndə hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Məlum olduğu kimi, sovxoz ərazilərindən torpaq sahələri sovxoz rəhbərliyinin müvafiq əmrlərinə əsasən yalnız sovxoz işçilərinə ayrılmışdır. İddiaçının həqiqətən də sovxoz işçisi olması və ona torpaq sahəsinin hansı əsaslarla ayrılması məhkəmə tərəfindən araşdırılmalıdır. Eyni zamanda, iddiaçıya ayrılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin cavabdehə təhvil verilməsi barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada cavabdehə təhvil verilməmişdir. Bundan əlavə, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin Donuzkökəltmə sovxozu ərazisi hüdudlarında yerləşib-yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olubolmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində və hər hansı inzibati orqanın idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə ekspert və yaxud mütəxəssis rəyi alınmalıdır. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1947-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Kserosurəti iddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon Donuzkökəltmə sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrindən çıxarışa əsasən iddiaçıya 0,08 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. Kserosurəti iddia ərizəsinə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv çıxarışına əsasən Abşeron Rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli, 108 saylı əmrində göstərilir ki, Abşeron rayon RİK-in 47№-li 26.İİİ.91-ci il qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X2 birgə ümumi iclasında qəbul edilmiş, 16.Vİİİ.91- ci il tarixli 7 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 ha. həyatyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda iddiaçının adı 201 sayı ilə qeyd olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun əmrlərinin Cavabdehndə mövcud olmadığından xx.xx.1991-ci il tarixli, 108 saylı əmrin və ona əlavə edilmiş digər sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli ,108 saylı qərarında vətəndaş İddiaçı adı aşkar edilmədiyi bildirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunan dövrə aid sənədlərin Rayon Dövlət Arxivinə təhvil verildiyi bildirilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrinin adlı siyahısında sorğuya əlavə edilən arayışda qeyd olunduğu üzrə 201-ci sırada İddiaçı adı aşkar edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Abşeron rayon İcra XDS İKnın 47 saylı xx.xx.1991-ci il tarixli sərəncamının 16-cı bəndinin (Donuzkökəltmə sovxozuna torpaq sahəsi ayrılması barədə) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon İcra XDS İK-nın 47 saylı xx.xx.1991-ci il tarixli əmrinə Donuzkökəltmə sovxozunun məktubuna əsasən fərdi üsulla yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən İddiaçı adının araşdırılması mümkün olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayon İcra XDS İK-nın 47 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı Zeytun emalı zavoduna fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılması qeyd edilmişdir (2-ci bənd), lakin qərara adlı siyahı əlavə edilmədiyindən vətəndaş İddiaçı adının araşdırılması mümkün olmamış, Sovxozun Həmkarlar Komitəsinin sənəndləri saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrindəvətəndaş X1 adı aşkar edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı ona müvafiq qərarla ayrıldığını iddia etdiyi torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. Hazırkı halda iddiaçı yerləşmə sxeminin verilməsini tələb etdiyi torpaq sahəsinin ona qanuni əsaslarla ayrıldığını sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsinin Abşeron Rayon Donuzkökəltmə sovxozu direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri əsasında ayrıldığını iddia etsə də, məhkəmə araşdırması zamanı həmin sənədin mötəbər olmadığı aşkar edilmişdir. Belə ki, həmin sənədin yalnız kserosurəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İşin məhkəmə araşdırması zamanı müvafiq inzibati orqanlara sorğular verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Donuzkökəltmə Sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı qərarında vətəndaş İddiaçı adı aşkar edilməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli 108 saylı əmrinin adlı siyahısında sorğuya əlavə edilən arayışda qeyd olunduğu üzrə 201-ci sırada İddiaçı adı aşkar edilməmişdir. Bu hallar isə iddiaçının təqdim etdiyi əmrin mötəbərliyinə məhkəmə tərəfindən əsaslı şübhələr yaranmasına səbəb olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1.). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (89.1.). Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.2.). Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir (89.3.). Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir (89.4.). İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir) (89.5.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 7-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Qeyd edilən siyahının 2.5-1-ci bəndində “sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış” öz əksini tapmışdır. Hazırkı vəziyyətdə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydəalınmasını deyil, həmin sahəyə dair plan-cizginin verilməsini tələb edir. Buna baxmayaraq iddiaçı həmin torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququna əsaslanır və sahəyə dair plan-cizginin verilməsi gələcəkdə həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün addım hesab edilir. Həmçinin mövcudluğu mövcudluğu təsdiq edilməyən bir əmrə əsasən iddiaçıya istifadəsində olan torpaq sahəsi üçün plan-sxemin verilməsi qanuni hesab edilə bilməz. Beləliklə, qanuni əsaslarla iddiaçıya hər hansı torpaq sahəsinin ayrıldığı iş materialları ilə sübut olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilməz. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən olunmur. Odurki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin plan cizgisinin (yerləşmə sxeminin) verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1735/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1735/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver