Məhkəmə qərarları › İş №e-2-1(112)-17505/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-17505/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-17505/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nə qarşı “texniki pasportun qismən etibarsız hesab edilməsi və müvafiq düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7nə qarşı “texniki pasportun qismən etibarsız hesab edilməsi və müvafiq düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 8-ci km. qəsəbəsi, B.Cobanzadə küçəsi 45 A ünvanında yerləşən, DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində dəyişiklik edilməsi və müvafiq düzəliş aparmaqla ümumilikdə torpaq sahəsinin 0,75827 ha qeyd olunması öhdəliyinin və ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676- 12301 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə olan vəziyyətə görə tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportuna əsasən- göstərilən torpaq sahəsi ünvan 2 ünvanları kəsişməsində yerləşən torpaq sahəsi ilə neçə metr uzunluqda daş hasar ilə əhatə olunmasına və həmin əraziyə avtomobillərin giriş-çıxışı üçün necə ədəd giriş (ölçüləri göstərməklə) darvazasının göstərilməsinə dair məlumatın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X7n 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarasınız xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edilmiş və cavabdeh tərəfindən həmin ərizə xx.xx.2025-ci il tarixdə qəbul olunsa da hal-hazıradək cavab verilməmişdir. Həmin ərizə ilə ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində dəyişiklik edilməsi və müvafiq düzəliş aparmaqla ümumilikdə torpaq sahəsinin 0,75827 ha qeyd edilməsi xahiş edilmişdir. Eyni zamanda, aşağıdakı məlumatların verilməsi xahiş olunmuşdur: ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəstiərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə görə tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportuna əsasən- göstərilən torpaq sahəsi ünvan 2 ünvanları kəsişməsində yerləşən torpaq sahəsi ilə neçə metr uzunluqda daş hasar ilə əhatə olunmuş və həmin əraziyə avtomobillərin giriş-çıxışı üçün necə ədəd giriş (ölçüləri göstərməklə) darvazası göstərilmişdir? İddiaçı tərəfindən həmin ərizə aşağıdakı qaydada əsaslandırılmışdır: İddiaçı qismində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə və Əli Bahadur Oktay oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması, eləcə də iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilənin aradan qaldırılması və digər tələblər barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3303/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərardadı ilə “İddiaçı cavabdeh Əli Bahadur Oktay oğlu və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması” hissəsində xitam verilsin. İddiaçı izah edilsin ki, texniki pasporta müvafiq düzəliş edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ vardır.” qərara alınmışdır. ünvan 3 ünvanında yerləşən dövlət mülkiyyətində olan 911 kv.m. torpaq sahəsi- icarə müqaviləsi (bundan sonra Müqavilə adlanacaq) əsasında qanuni nümayəndəsi olduğu 1-ci qrup əlil X1 49 il müddətinə istifadəsinə verilmiş; sonradan qanuni qüvvədə olan məhkəmə Qətnamələri və Qərarları əsasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil etməsi müəyyən olunmuş və həmin Müqaviləyə müvafiq dəyişiklik və əlavələr edilmiş, həmçinin qanuni qüvvədə olan məhkəmə qərardadı ilə iddiaçıya müvafiq iddia ilə Əli Bahadur Oktay oğlunun mülkiyyətində olan torpaq sahəsinin ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmiş; eləcə də qanuni qüvvədə olan məhkəmə Qətnaməsində müəyyən edilmişdir ki, Əli Bahadur Oktay oğlunun mülkiyyətində olan torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən, torpaq sahəsinin ayrıc aktı olmamışdır. Odur ki, torpaq sahəsinin koordinatları yalnız Texniki Pasportda göstərilir. “İddiaçı Əli Bahadur Oktay oğlunun cavabdehlər X6 (bundan sonra Cavabdeh1 adlanacaq) və Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra Cavabdeh2 adlanacaq) qarşı” mülki məhkəmə işi üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3919/2024 nömrəli Qərarında qeyd olunmuşdur:....Birinci instansiya məhkəməsində icraat .... 8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin(hakim Həqiqət Əhmədovanın sədrliyi) 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli qətnaməsi ilə- iddia tələbi təmin edilmiş, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə (Əli qızı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. ... ..Apellyasiya instansiyası məhkəməsindəki icraat ...18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının(hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli)2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi iləapellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 272/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Cavabdeh1 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. 19. Məhkəmə kollegiyası əvvəla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı iş üzrə preyudisial hesab edərək nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin iş üzrə iddia "xxxx" Kollektiv Müəssisəsi tərəfindən qaldırılmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" Kollektiv Müəssisəsi 29 mart 2020-ci il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və hüquqi varislik müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 59.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, "xxxx" Kollektiv Müəssisəsi ləğv edildiyindən, hüquq varisliyindən söhbət gedə bilməz və İddiaçı da onun hüquqi varisi hesab olunmur. Belə vəziyyətdə əvvəlki işlə hazırkı işdəki iddiaçıların fərqli olduğu müəyyən olunur ki, bu da preyudisiallığı istisna edir. Həmçinin sözügedən xx.xx.2018-ci il tarixli qətnamə icra edilmiş, xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə icra sənədi tam şəkildə icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. 20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi üzrə onun mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 0,758270 ha torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi, həmin torpaq sahəsinə hər hansı müdaxilə olubolmamasının müəyyən edilməsi məqsədi ilə kollegiya tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 8555/2024 nömrəli mütəxəssis rəyinə əsasəntorpaq sahəsinin sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, İddiaçı (**********76-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisəsinin texniki pasportunda göstərilən perimetrik ölçülərə nəzərən isə sahənin 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, aparılmış müqayisəli tədqiqatla iddiaçı adına tərtib olunmuş (xx.xx.2020-ci il tarixli **********7676-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərq olduğu müəyyən edilmişdir. 21. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 8555/2024 nömrəli mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir. İddiaçının iddia etdiyinin əksinə olaraq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonuncuya məxsus torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. 22. Həmçinin məhkəmə tərəfindən mübahisəli əraziyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi Çobanzadə küçəsində piyada səkisinin kənarından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qədər olan ərazidə yerləşir. Dəqiq koordinatlar məlum deyil. İddiaçı bildirmişdir ki, cavabdeh əvvəllər ona məxsus torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmiş, lakin Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası nəticəsində daş hasar sökülərək həmin sahə ona qaytarılmışdır, hazırda cavabdeh tərəfindən onun torpaq sahəsinə müdaxilə yoxdur. Yerli baxış zamanı da müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. İddiaçı özü də müdaxilə olmadığını göstərmişdir. 23. İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. 24.İddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmadığı, hər hansı müdaxilə edilmədiyi müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. 25. Həmçinin cavabdehlə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi iddiaçının hər hansı hüquqlarını pozmadığı, yəni həmin müqavilə nəticəsində iddiaçının torpaq sahəsinə müdaxilə olmadığı üçün, həmin müqavilənin etibarsız hesab olunması barədə tələb də rədd olunmalıdır. Torpaq sahələri qonşu ərazilərdə yerləşsə də, birbirinə aidiyyəti yoxdur. Kassasiya instansiya məhkəməsinin mövqeyi: 43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli ekspert rəyi və məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilməklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi iddiaçının mülkiyyətində olan ünvan 2, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. 45. Mülki qanunvericiliyə əsasən üçüncü şəxslər tərəfindən tərəf olmadığı müqavilələrin etibarlılıq şərtlərinin mübahisələndirilməsinə o halda yol verilir ki, həmin müqavilənin bağlanması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. 46. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2018- ci il tarixli torpaq icarə müqaviləsinin iddiaçının hüquq və mənafelərinə toxunduğu məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən iddiaçının həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur. 48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)- 3919/2024 nömrəli Qərarıilə iddiaçı Əli Bahadur Oktay oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin (X3 sədrliyi) 2-1(112)-14038/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə- İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “məlumatın verilməsi öhdəliyinin qoyulması barədə” iddiası mümkün sayılmamış və həmin Qərardadın 15-ci bəndində qeyd olunmuşdur ki, “İddiaçı iddia edir ki, onun torpaq sahəsinin 3 kv.metri digər şəxsin mülkiyyətinə verilib. Bununla bağlı məhkəmə iclasının gedişi zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən yardım göstərilmiş və müvafiq iddia ilə ayrıc aktının mübahisələndirilməsi hüququ izah edilmişdir.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (X2 sədrliyi və məruzəsi ilə, Xəyalə Cəmilova və Aytən Oruczadədən ibarət tərkibdə) 2-1(103)-4233/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı ilə- Apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-14038/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1905/2024 nömrəli, 08 fevral 2024cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2102/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (X5 (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə) 2-1(102)-2381/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə Kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2- 1(103)-2102/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Qərarının 26-cı bəndində göstərilir ki, Hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçının bərpa edilməsini tələb etdiyi üçüncü şəxsin adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunan məlumatlar (0.758270 ha ölçülü torpaq sahəsi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda öz əksini tapmışdır. Üçüncü şəxs Əli Bahadur Oktay oğlunun mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 0,7583 ha ölçüdə qeydiyyata alınması barədə qeydin isə qüvvədə olması aşkarlanmır. Artıq şərhə ehtiyac yoxdur ki, ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda torpaq sahəsinin 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. artıq göstərilməsi, X1 istifadəsində olan torpaq sahəsinin ölçüsünün həmin miqdarda azaldılmasına və bununla da torpaq sahəsi üzərində onun istifadə hüquqlarına müdaxilə edilməsini və eyni zamanda ona ziyan vurulmasını qeyd-şərtsiz və açıq-aşkar sübut edir. Odur ki, DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində dəyişiklik edilməli və ümumilikdə torpaq sahəsi 0,75827 ha qeyd olunmalıdır. 2.9. Həmin Ərizəyə ardıcıllıqla aşağıdakı sənədlər əlavə olunmuşdur: 1. Ərizəşinin nümayəndəliyini təsdiq edən Sərəncamın surəti; 2. 1460 saylı, xx.xx.2018-ci il tarixli İcarə Müqaviləsi; 3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-272/2022 nömrəli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-76/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli ekspert rəyi, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2- 8555/2024 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3919/2024 nömrəli Qərarı; 4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14038/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 4233/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadı; 5. Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1905/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2102/2024 nömrəli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2381/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı; 6. ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəstiərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportu və Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışı; 7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3303/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərardadı. İddiaçı hesab edir ki, Əli Bahadur Oktay oğlunun adına olan, ƏMDX DƏDKR X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********7676-12301 reyestr nömrəsi ilə xx.xx.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissəsində dəyişiklik edilməli və müvafiq düzəliş aparmaqla ümumilikdə torpaq sahəsinin 0,75827 ha qeyd olunmalıdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə 2-1(112)-17505/2025 saylı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 ilə əvəz edilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: xx.xx.2026-cı il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmasan keçirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayındəsinin iştikanını təmin etməməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... İnzibati Prosessual Məcəllə Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. ... Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. ... 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. ... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ... 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. ...

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. ...

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi:

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Yuxarıda qeyd olunmuş qanunvericilik normalarından görünür ki, “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “daşınmaz əmlakın texniki pasportunun qismən etibarsız hesab edilməsi və müvafiq düzəlişin edilməsi”ndən ibarətdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, qanunvericilik mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini texniki sənədlərdən fərqləndirmişdir. Doğrudur ki, daşınmaz əmlaka dair texniki sənədlər daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən edən və bunu əks etdirən texniki sənəddir. Qanunvericiliyin tələblərinə görə isə texniki pasport texniki sənədlərdən biridir. Qeyd olunmalıdır ki, Texniki sənədlərin etibarsız sayılmasına, ləğv edilməsinə, dəyişdirilməsinə bir sözlə mübahisələndirilməsinə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında baxılması mümkün deyildir. Belə ki, texniki sənədlər (hazırki halda texniki pasport) daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd deyildir və inzibati akt hesab olunmur. Qeyd edilməlidir ki, texniki sənədlərin verilməsi vətəndaşın daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması mənasını vermir. Çünki həmin sənəd daşınmaz əmlakın texniki göstəricilərini, yəni hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün, faktiki ölçüsünün və digər göstəricilərinin nə qədər olmasını əks etdirir. Qeyd olunduğu kimi texniki pasport – texniki sənəd hesab olunur. Daşınmaz əmlaka dair texniki pasportun olmasından asılı olmayaraq şəxsin həmin əmlaka münasibətdə mülkiyyət hüquqları qeydiyyata alındığı zaman texniki pasportun mövcudluğuna deyil, onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlanılır. Belə olan halda texniki sənədlərin hüquqmüyyənedici sənəd olmadığı aşkar olduğundan, onların inzibati məhkəmı icraatında mübahisələndirilməsi mümkün deyildir. Belə ki, iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir (35.1-ci maddə). İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar