Məhkəmə qərarları › İş №e-2-1(112)-1763/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1763/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1763/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh., N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən ümumi sahəsi 92,1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 246,0 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün onun adına sənədləşdirilməsi ilə bağlı 2017-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı RİH iddiaçının müraciətini aidiyyəti üzrə baxılması üçün xx.xx.2017-ci il tarixli, X-55-091 nömrəli məktubla (əlavə olunur) Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlamış və həmin məktubda vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz etmədiyini qeyd etmişdir. Daha sonra iddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən torpaq sahəsinin cizgisi (əlavə olunur) tərtib olunaraq xx.xx.2017-ci il tarixli, 18/03-8/1187 nömrəli məktubla (əlavə olunur) iddiaçıya təhvil verilmişdir. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıdan VÖEN açıb təqdim etməsi tələb edilmiş və iddiaçı müvafiq tələbi yerinə yetirmişdir. 04 oktyabr 2017-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında 1390 nömrəli “Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. İcarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X7 yerləşən ümumi sahəsi 246.0 kv.m. olan torpaq sahəsi 49 il müddətində qeyri-yaşayış obyektinin tikintisi məqsədi (təyinatı) qeyd edilməklə iddiaçıya icarəyə verilmişdir. Ardınca AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən iddiaçının fərdi yaşayış evinin layihəsi razılaşdırılmış (məktub əlavə olunur) və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir (layihə əlavə olunur). İddiaçı tərəfindən müvafiq razılıq və icazələr əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçucxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi, döngə 16 ünvanında fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı və Bakı Şəhər İcra Hakimiyyəti arasında faktiki olaraq qeyri-yaşayış sahəsinin deyil, yaşayış sahəsinin icarəyə verilməsi münasibətləri mövcud olduğundan və tərəflər arasında bağlanmış 1390 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq icarəsi müqaviləsi tərəflərin həqiqi iradəsini ifadə etmədiyindən iddiaçı tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə daimi istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e-2(010)- 633/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı və Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir. Bundan sonra, iddiaçı tərəfindən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məlumatlandırma icraatı qaydasında müraciət edilmiş (əlavə olunur) və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması haqqında ********** nömrəli ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********38 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş (əlavə olunur) ilə iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehin imtina barədə bildirişi qanunsuz və əsassızdır və bu səbəbdən iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüququnun cavabdeh tərəfindən qeydiyyata alınması və buna müvafiq dövlət reyestrindən çıxarışın verilməsi təmin edilməlidir: cavabdeh bildirişdə hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsini imtina əsası kimi qeyd etmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e- 2(010)-633/2022 saylı hüquqların tanınması barədə qətnaməsi, fərdi yaşayış evinin razılaşdırılmış layihəsi və məlumatlandırma icraatına dair ərizə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun tələblərinə və AR Mülki Məcəlləsinin tələblərinə əsasən qeyd edilən sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh bildirişdə digər imtina əsası kimi, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş sahədə yerləşdiyini qeyd etmişdir. Halbuki, həmin sahənin hansı hüquqmüəyyənedici sənədə əsasən ARDNŞ-nin istifadəsinə olduğu, ARDNŞ-nə məxsus torpaq sahəsinin naturada sərhədlərinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsi qeyd edilməmiş və ən əsası həmin sahəyə iddiaçının istifadə hüququnun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığı nəzərə alınmamışdır. Bundan əlavə, həmin torpaq sahəsində mənimlə hasar qonşusu olan şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququna dair çıxarışlar (çıxarışlar və sxem əlavə olunur) verilmişdir və həmin çıxarışlarda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İndiki halda, iddiaçı ilə eyni faktiki statusa malik digər şəxslərin hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi inzibati icraat haqqında qanunvericiliyin pozuntusu olmaqla yolverilməzdir. Cavabdeh bildirişdə digər imtina əsası kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi qeyd edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-dən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətməməsi və qeydiyyata alınmasına etiraz etməməsi barədə xx.xx.2023-cü il tarixli arayış alınmışdır (əlavə olunur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qapalı dairədə altı halını dəqiq şəkildə müəyyən edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqandır və inzibati hüququn qanunçuluq prinsipinə, “İnzibati icraat haqqında” AR Qanunun 11-ci, AR Konstitusiyasının 71.10-cu maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş hüdudlarda fəaliyyət göstərə bilərlər. Yəni inzibati orqan olan cavabdeh yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edə bilər ki, işin faktiki əsaslarında belə bir hal mövcud deyildir və cavabdehin imtina bildirişində də bu hallardan hər hansı biri qeyd olunub əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X7 inşa olunmuş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-633/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun tanınması qət edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaya dair yazılı münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı iddiasına dair tələb olunan məlumatların məhkəməyə təqdim olunması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız məktubunuza baxılmış, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39 N koordinat sistemində X Y 414313.13804473158.3409 414313.61254473169.1305 414336.38924473168.1287 414335.91464473157.3391 koordinatlarda olan 246 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrıayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iş üzrə iddiaçının iddia qaldırmaqda subyektiv hüququ mövcud olduğundan, eyni zamanda cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyindən tərəflər arasında mübahisə mövcud olmuşdur. Hazırkı iddia ümumi və xüsusi mümkünlük şərtlərini ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********38 nömrəli imtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-633/2022 saylı qətnaməsinə əsasən iddiaçının cavabdeh Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun tanınması qət edilmiş, 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. -Bakı şəhəri Suraxanı RİH-nin başçısının Bakı ŞİH-nin başçısına ünvanladığı xx.xx.2017-ci il tarixli, X-55-091 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinə etiraz edilməmiş, məsələnin həlli ilə bağlı münasibət bildirilməsi xahiş olunmuşdur. -Memarlıq-planlaşdırma həllindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X7 İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin layihəsi tərtib edilmiş və həmin layihə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Layihədə fərdi yaşayış evinin texniki göstəriciləri və eskizi əks olunmuşdur. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)- 633/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, X6 ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun tanınması qət edilmişdir. -xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Xanlarov X5 RİH-ə ərizə ünvanlayaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış ərazisi ünvanında yerləşən sahəsi 92,1 m2, hündürlüyü 6 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etdiyini bildirmişdir. Poçt qəbzinə əsasən həmin ərizə xx.xx.2023-cü il tarixdə ünvanlanmışdır. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X7 yerləşən torpaq sahəsi 35 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən, həmin torpaq sahəsinin qeydiyyata alınmasına etiraz olunmur. -DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********60 nömrəli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 saylı avtokolun aşağı hissəsində yerləşən 0,0225 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Bakı şəhəri 24 saylı notariat kontorunun 4Ə-295 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış tərtib edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli elektron çıxarışa, torpaq sahəsinin planı və ölçüsü sənədinə və eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq ünvan 9 ünvanı altında vahid əmlak olaraq xx.xx.2021-ci il tarixində X3 adına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi hazırda X1 mülkiyyətindədir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2704 saylı avtokolun aşağı hissəsində yerləşən 0,0225 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmiş 4Ə-913 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən X4 adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarış tərtib edilmiş edilmişdir. Sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi RX seriyalı ******* nömrəli çıxarışa, torpaq sahəsinin planı və ölçüsü sənədinə və eskiz layihəyə əsasən yeni poçt ünvanı alaraq Bakı şəhəri, ünvan 11 ünvanı altında vahid əmlak olaraq xx.xx.2016-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X3 xüsusi mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və onun altında olan 0,0225 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina olaraq 3 əsas göstərmişdir: 1.Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; 2. Torpaq sahəsinin bir hissəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi; 3. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşməsidir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinə ayırmış, hər birinə xas olan göstəriciləri müəyyən etmişdir. Məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinin anlayışı AR Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarında təsvir olunmuşdur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Göründüyü kimi, mövcud qanunvericilik məlumatlandırma icraatının tətbiq edilməli olduğu tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan quruma sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsininin dövlət qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Göründüyü kimi tikilinin məlumatdırma icraatı tətbiq edildiyi tikili olması bilavasitə mərtəbələrin sayından, hündürlüyündən və aşırımların uzunluğundan asılıdır. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında inşa edilmiş fərdi yaşayış evinin məlumatlandırma icraatı tətbiq edilən tikili olması tərəflər arasında mübahisə doğurmayan bir haldır. Eyni zamanda həmin tikilinin yuxarıda göstərilən parametrlərə cavab verməsi isə memarlıq-planlaşdırma həllində əks olunan layihədən də aydın şəkildə görünür. Qeyd olunan tikili məlumatlandırma icraatı tətbiq edilən tikili (xx.xx.2013-cü il tarixdən sonra inşa olunmuş) hesab olunduğundan, həmin tikili üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.1-ci maddəsi ilə ehtiva olunur. Sənədlər toplusuna nəzər yetirdikdə isə görünür ki, iddiaçı yuxarıda adıçəkilən Qanunun 8.0.10.1-ci maddəsində səciyyələnmiş sənədlərə (torpaq sahəsi üzərində istifadə hüququnun tanınması barədə qətnamə, tikilinin layihəsi, tikinti başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən Suraxanı RİH ünvanlanmış ərizə və poçt qəbzi) malikdir ki, bu sənədlər əsasında onun fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququ yaranır. Lakin cavabdeh iddiaçının torpaq sahəsinə dair qanunvericiliklə müəyyən olunmuş sənədlərdən hər hansı birinə malik olmadığı qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin istinad etdiyi bu əsas ilə razılaşmır və hesab edir ki, imtinanın birinci əsası formal xarakter daşıyır. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi ilə bağlı ilkin olaraq İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1390 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmış, daha sonra həmin müqavilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-633/2022 nömrəli qətnaməsi ilə etibarsız hesab edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ tanınmışdır. Sözügedən məhkəmə qətnaməsində məhkəmə xüsusi ilə müqavilə əsasında torpaq sahəsinin iddiaçının istifadəsinə verildiyini, iddiaçının da torpaq sahəsi üzərində fərdi yaşayış evi tikdiyi və həmin vaxtdan bu torpaq sahəsindən heç bir mübahisə olmadan istifadə etdiyini vurğulamışdır. Göründüyü kimi ümumi məhkəmə tərəfindən mülki icraat çərçivəsində baxılan və nəticədə iddiaçının xeyrinə yekunlaşan iş üzrə iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində istifadə hüquqlarının tanınması təkzib olunmazdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-633/2022 nömrəli qətnaməsi ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmasa da, iddiaçının torpaq sahəsi (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi) üzərində istifadə hüququ tanınmışdır. Yəni faktiki olaraq iddiaçının tanınan bu hüququn əsasında duran hal – qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxış edir ki, həmin məhkəmə qətnaməsinin məcburiliyi təkcə proses iştirakçıları münasibətdə deyil, ümumiyyəltə bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən 246 m2 torpaq sahəsi üzərində hüquqların yaranmasına dəlalət edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində göstərilən hüquqmüəyyənedici sənəddir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi birinci hal təkzib olunmuşdur. Cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsasa, yəni torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüdudları daxilində yerləşməsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən “bərabərlik hüququ”na əməl olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 560/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Analoji mövqe 2-1(102)-557/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da təkrarlanmışdır. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sorğulara cavab məktubundan görünür ki, iddiaçının ətrafında (hazırki imtinada göstərilən əsas ilə Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşən) və qonşuluğunda yerləşən torpaq sahələri başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Bu isə o deməkdir ki, iddia olunan torpaq sahəsi ilə qonşuluqda olan və mülkiyyət hüquqları qeydiyyata alınan torpaq sahələrinin mülkiyyətçilərinə münasibətdə fərqli mövqeyi nümayiş etdirilmiş, torpaq sahələrinin Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşib-yerləşməmələrinə münasibət bildirilmədən onların hüquqlarının qeydiyyatı həyata keçirilir, lakin iddiaçının məhkəmə qətnaməsi ilə torpaq sahəsinə istifadə hüquqları tanındığı halda cavabdeh bu hüquqların mövcud olmaması qənaətinə gəlmişdir. Bu isə bərabərlik məfhumu baxımından yolverilməzdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi istinad etdiyi ikinci əsas da hazırki iddianın təminini istisna etmir. Məhkəmə, imtina əsası kimi istinad olunan son əsasa - torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı aşağıdakiları qeyd edir. 1999-cu il 25 iyun tarixli Qanunla təsdiq edilmiş və hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının hüquqlarının mövcudluğunu təkzib etmir. Eyni zamanda, "xxxx" ASC iddiaçıya verdiyi arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X7 yerləşən torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini də xüsusi olaraq vurğulamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə fərqli imtina əsasları gətirsə də, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları tanındığından, eyni zamanda torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hər hansı maneçilik törətmədiyindən, ən əsası isə torpaq sahəsi ilə qonşuluqda olan torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyata alındığından, torpaq sahələri ilə bağlı irəli sürülən imtinalar əsassız olmuşdur. İmtinalar əsassız olduğundan, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan fərdi yaşayış evi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış massivi, döngə 16 ünvanında yerləşən ümumi sahəsi 92,1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar