Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-17790/2025 23.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Quba Rayon İcra Şöbəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Quba Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Ümumi Şöbəsinin keçmiş müdiri X2, Quba Rayonu İcra və Probasiya şöbəsinin və digərlərinin qanunsuz hərəkətləri səbəbi dəymiş 224.959.40 manat maddi ziyanın cavabdeh Quba Rayonu İcra və Probasiya şöbəsindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutulub İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X3 və X6 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X1 və X4 müştərək qaydada 99.973.58 (doxsan doqquz min altı yüz doxsan) manat, cərimə borcuna 2000 (ikimin) manat olmaqla,cəmi 136.663.58 (bir yüz otuzaltımin altmış üç manat əlli səkkiz qəpik) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində уerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İddiaçı digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi, iddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%, yəni 27 (iyirmi yeddi) manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X4 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 (üç) manat hissəsinin isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 225 (iki yüz iyirmi beş) manat hissəsinin cavabdehlər İddiaçı, X1 və X4, qalan 25 (iyirmi beş) manat hissəsinin iddiaçı "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsimüəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X12 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə 80.000 manat, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.100 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması “X9” MMC-yə sifariş edilmişdir. “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, X3, X6 və İddiaçı qızma ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq hərracın dayandırılması “X9” MMC-dən xahiş edilmiş və dayandırılmışdır. Bundan sonra, buna baxmayaraq "xxxx" ASC xx.xx.2018-ci il tarixli məktubla məqsədli şəkildə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ümumi Şöbənin müdiri həmin dövrdəki Ələkbər Həsənov Bakı Apelyasiya Məhkəməsinin adından xx.xx.2018-ci il tarixli məktubu imzalayaraq "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli məktubuna cavab vermişdir. Həmin xx.xx.2018-ci il tarixli məktubda deyilir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X5 və X7 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması» tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Nəzərə çatdırılır ki, sonradan cavabdeh X18 21 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə onun tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli qərardadından cavabdeh X18 tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh həmin qətnaməyə rəsmi qaydada imza etməklə 02 oktyabr 2017-ci il tarixdə aldığından, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinə dair icra sənədi verilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 11 dekabr 2017-ci il tarixli qərardadından cavabdeh X18 tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması İcra Haqqında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmamışdır”. "xxxx" ASC, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad edərək, xx.xx.2018-ci il tarixli məktubu ilə Quba Rayon İcra şöbəsinə müraciət edərək hərracın keçirilməsini yenidən xahiş etmişdir. Quba Rayon İcra şöbəsi dayandırılmış icra prosesini davam etdirmiş və "X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək hərracın keçirilməsini tələb etmişdir. "X9” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında əmlakların satışa çıxarılması barədə cavabdehlərə məlumat vermədən əmlakları satmışdır. “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 (doqquz min bir yüzəlli) manat dəyərində, Quba rayonu, 2- ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 (on min bir yüz) manat dəyərində, Quba rayonu, 2-ciNügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərində X13 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət, hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015- ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1.2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, belə bir məktubu vermək Bakı Apelyasiya Məhkəməsinin həmin vaxt ümumi işlər idarəsinin səlahiyyətinə aid olmamasına və məhkəmə işinin Azərbaycan Respublikası Ali Məhkəməsində olmasına baxmayaraq həm də İnzibati İdarə olan Bakı Apelyasiya Məhkəməsinin Ümumi Şöbəsi xx.xx.2018-ci il tarixli məktubu verərək, Quba rayon icra və probasiya şöbəsi isə həmin qanunsuz məktuba istinad edərək, başqa bir ifadə ilə qeyri qanuni inzibati hərəkətlər edərək İddiaçı hüquqlarını pozmuş və nəticədə ona külli miqdarda 224.959.40 manat ziyan dəymişdir. İddia tələbinin əsasını həmin ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxır. Bunu da qeyd edək ki, İddiaçı cavabdehlər “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı, ******* nömrəli; MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 mart 2018- ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X14 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 sentyabr 2015-ci il tarixli qətnaməsindən onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi 2(103)-5089/2017 nömrəli, 22 may 2017-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosessual müddəti ötürmədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verdiyini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciətiəsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli, 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekun yekunlarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti formal hərrac keçirərək İddiaçı əmlakını satmışdır. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci ü tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə 13 fevral 2020ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, “X9” MMC-nin Hərracın yekunları barədə 12 mart2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilməsi, Quba rayonu, ikinci Nügədi kəndində . -25 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1-2-35 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi barədə qətnamə çıxarılmışdır. Yekun hərracda əmlakları əldə etmiş fiziki şəxs X8 vicdanlı alıcı olmasına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd etmişdir ki, həmin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir, belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmuş və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Belə ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil verilməsi və kassasiya şikayəti müddətinin bərpası barədə ərizəyə baxılmasının nəticələri gözlənilmədən keçirilmiş hərracda ipotekanın məhkəmə tərəfindən müəyyən edilmiş satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə ipoteka əmlakının hərracının keçirilməsi ipoteka qoyanın əsaslı mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göründüyü kimi, yuxarıda adları qeyd edilən şəxslərin, xüsusilə Bakı Apelyasiya Məhkəməsinin Ümumi Şöbəsinin müdiri X2 qeyri-qanuni hərəkətləri ucbatından onun əmlakları satılmış və əmlakları satıldığına görə həmin torpaq sahələrindən gələn məhsulu, bəhəri əlindən çıxmışdır. 12 mart 2018-ci il tarixdən 9 mart 2021-ci ilə qədər yuxarıda göstərilən torpaqları, yəni Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hazır əkilmiş taxıl sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 10 illik alça bağı və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 istifadəsində olmuşdur. Həmin vaxt X8 iştirakı ilə bağlarda çəkiliş də etmişdir. Çəkilişdən və kəndin sakinləri tərəfindən bu fakt təsdiqlənir ki, iddiaçının əmlakına qəflətən sahibləndiklərinə görə torpaqları məhsul üzərində olmuşdur. Hesab edir ki, 2018, 2019, 2020-ci illər, yəni 3 (üç) il qanunsuz olaraq əlindən çıxdığına görə bu illər ərzində iddiaçıya dəymiş ziyan ona ödənilməlidir. Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-238/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC və X11 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxaraq bu ziyanın ona kim tərəfindən vurulması müəyyən edilmədiyi barədə qətnamə qəbul etmiş, lakin məhkəmə ona dəymiş zərərin miqdarı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il tarixli Qiymətləndirmə Rəyini vermişdir. Həmin Rəydən görünür ki, cavabdehlərin qanunsuz hərəkəti səbəbi ilə İddiaçı dəymiş maddi ziyanın məbləği 224.959.40 manatdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Ümumi Şöbəsinin keçmiş müdiri X2, Quba Rayonu İcra və Probasiya şöbəsinin və digərlərinin qanunsuz hərəkətləri səbəbindən dəymiş 224.959.40 manat maddi ziyanın cavabdeh Quba Rayonu İcra və Probasiya şöbəsindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutulub İddiaçı ödənilməsini tələb edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən şikayətin aidiyyəti “İcra haqqında” Qanunun 87.1-ci maddəsində müəyyən edilmişdir. Həmin normaya görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Lakin nəzərə alınmalıdır ki, tərəfin inzibati orqan olması, özlüyündə həmin işə məhz inzibati məhkəmə icraatı qaydasında baxılmasını şərtləndirmir. Hər bir halda inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğu müəyyən edilməlidir. Bu zaman inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 7.1-ci bəndində deyilir ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərinin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Lakin nəzərə alınmalıdır ki, icra məmurunun icra sənədi üzrə «İcra haqqında» Qanuna uyğun olaraq qəbul etdiyi hər hansı qərar və ya icranın həyata keçirilməsinə yönəlmiş hərəkətləri bir qayda olaraq tərəflərin mövcud hüquqi vəziyyətində dəyişikliklərə səbəb olmayan faktiki xarakterli hərəkətlərdən ibarət olur. İcra sənədi əsasında icra məmurunun bilavasitə hərracın keçirilməsi ilə bağlı hərəkətləri və bu zaman borcluya hər hansı formada ziyan vurulması (hazırki halda əldən çıxmış fayda şəklində) İPM-nin 2.2.7ci maddəsi və “İcra haqqında” qanunun 87.1-ci maddəsi baxımından, inzibati məhkəmədə baxılmalı olan mübahisə deyil. Həmin norma, icra məmurunun öz publik səlahiyyətlərindən çıxış etməklə hər hansı qərar qəbul edilmədən, məhkəmə qərarının icrası ilə bağlı adi axarda həyata keçirilən faktiki xarakterli hərəkət səbəbindən yaranan ziyan tələbinə inzibati məhkəmədə baxılmasını nəzərdə tutmur. Bu normalar, icra məmurunun adi icra hərəkətlərinin kifayət etmədiyi halda, tərəflərə münasibətdə əlavə tədbirlərin görülməsinə yönələn qərar və ya hərəkətləri ehtiva edir. Başqa sözlə İPM-nin 2.2.7-ci və “İcra haqqında” Qanunun 87.1-ci maddələri, icra məmurunun qanunsuz qərarları, publik səlahiyyətlərə bağlı (qərar xarakterli) hərəkətləri və ya hərəkətsizliyi səbəbindən ziyan vurulduğu hallarda mümkündür. İcra məmurunun bir sıra fəaliyyətləri hər hansı hüquqi vəziyyəti dəyişmir, qərar xarakteri daşımır və inzibati xarakter daşıyan hərəkət hesab edilmir. İcra məmurunun mübahisələndirilən fəaliyyəti İPM-nin 2.2.7-ci və “İcra haqqında” Qanunun 87.1-ci maddələrinin tətbiq dairəsinə daxil deyil. İcra məmurunun bu cür hərəkəti nəticəsində borcluya əldən çıxmış fayda şəklində ziyan dəyməsi (onun inzibati səlahiyyətlərindən kənarda baş verən fəaliyyət olub), mülki hüquq pozuntusu (zərərvurma) hesab olunur və bununla bağlı iddiaya mülki məhkəmə qaydasında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin dispozisiya şərtləri əsasında baxılmalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Hazırki mübahisə isə keçirilmiş hərracın nəticələrinin mübahisələndirilməsi ilə əlaqədar yaranmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia İPM-in müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün olmayan iddia olduğundan, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. (bənd 1.1) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (bənd 2.1) Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (bənd 17) İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İddiaçıya məsələ ilə bağlı ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-17790/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-17790/2025
23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver