Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-17791/2025 27.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı Cəlilov İsa Orucəli oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mu dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mu dafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cəlilov İsa Orucəli oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mu dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mu dafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I.İşin halları və tədqiq edilən sübutlar İddiaçı Cəlilov İsa Orucəli oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mu dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mu dafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, illər üzrə ineksasiya edilməsi və əvvəlki illər üzrə ödənilmmiş pensiya məbləğini hesablanaraq hissə-hissə pensiyanın üzərinə əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafəisi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, illər üzrə indeksasiya edilməsi və əvvəlki illər üzrə ödənilməmiş pensiya məbləğini hesablanaraq hissə-hissə pensiyanın üzərinə əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafəisi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1958-ci il tarixində Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1977-ci ilin əvvəlində Naxçıvan Muxtar Respublikasının X4 zavodunda fəhlə olaraq başlamışdır. ##.##.1977-##.##.1979cu il tarixləri arasında Ukraynanın Ovruç şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi Xidmətdən qayıtdıqdan sonra ##.##.1979-cu ildən ##.##.1990-cu ilə qədər X10 6 ay slesar, sonra isə sürücü vəzifəsində çalışmışdır. ##.##.1990-cu il tarixindən ##.##.1993cü il tarixinə qədər Bakı şəhərində həmin dövrdə 3№ li Avtobus Parkında sürücü vəzifəsində işləmişdir. 1993-1994-cü illər ərzində Mədəniyyət və incəsənət Universitetində sürücü olmuşdur. 1994-cü ildən ##.##.2005-ci ilə qədər X11 sürücü işləmişdir. Həmin müəssisədə işlədiyi dövrdə uşaqpulu da almışır. ##.##.2002-ci ildə həmin müəssisə Bakı Avtomobil Sənayexxxxnə çevrilmişdir. (VÖEN: 2000073341) ##.##.1997-##.##.1998-ci illərdə Bakı Yükdaşıma Zavodunda sürücü işləmişdir. ##.##.2005-ci ildən ##.##.2005-ci ilə qədər X1-də sürücü vəzifəsində işləmişdir. ##.##.1979-cu ildən əmək kitabçası doldurulmağa başlandı, lakin 1997-ci ildə X11 itirilmişdir. ##.##.1997-ci ildə yenidən əmək kitabçası doldurulmağa başlanmışdır və iddiaçının həmin müəssisədə işləməyə başladığı vaxt düzgün yazılmayıb. ##.##.1997-##.##.1998-ci illərdə Bakı Yükdaşıma Zavodunda işlədiyi dövr də itən əmək kitabçasında var idi, lakin o da yenidən doldurulanda yazılmamışdır. 2023-cü ildə 65 yaşı tamam olan kimi DOST mərkəzinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etməyinə qaxmayaraq, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ##.##.2025-ci il tarixli *-**-/*-C-*****/**** nömrəli imtina məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtina məktubunda əmək stajının təqdim etdiyi sənədlərə əsasən 23 il 10 ay 11 gün təşkil etdiyi qeyd edilmişdir. İddiaçı inzibati orqanın imtinası ilə razı deyil, yuxanda qeyd etdiyi müəssisələrdə işləməyinə dair əvvəlki əmək kitabçasını və həmin müəssisələrdə işə daxil olmaq və çıxmağı ilə əlaqədər əmrlərin, əmək haqqı cədvəllərinin əldə olunaraq araşdırılmasını və hüququnun yarandığı ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsini, illər üzrə indeksasiya edilməsini və əvvəlki illər üzrə icənilməmiş pensiya məbləğinin hesablanaraq hissə-hissə pensiyamın üzərinə əlavə edilərək ödənilməsini xahiş edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçanın, hərbi biletin və digər sənədlərin surətinə əsasən sığorta stajı (##.##.1977-ci il taraixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 23 il 10 ay 11 gün təşkil edir. Həmçinin bildirilir ki, ##.## 2006-cı m tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Oeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az-olduğu üçün yaşa görə əmə pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və ##.##.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı 25 ilə tamamlanarsa ##.##.1979-cu il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1993-cü il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.1998 tarixinədək olan əmək fəaliyyəti dövrlər müvafiq qaydada araşdırılmaqla pensiya təminatı huququna yenidən baxıla bilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən ona ünvanlanan ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubla sığorta stajının 23 il 10 ay 11 gün təşkil etməsi səbəbilə müraciətin müsbət həllinin mümkün olmayəcağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona yaşa görə əmək .pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan *-*(***)-*****/**** nömrəli iş üzrə iddia təiəbi əsassızdır və təmin edilməməlidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə İsə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla} yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021 -ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci i! iyulun 1 -dək hər il 6 ay artırılır). Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil-edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1,1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada teyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixə qeydə alınmış pensiya kapitalı olduqda. 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-c« ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildiririk ki, iddiaçı i,Cəlilovun ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd edilən maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2023cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir, İddiaçı tərəfindən təqdim edilən əmək, kitabçası, hərbi bilet və digər sənədlərin surətinə əsasən (##.##.1977-cİ ii tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) sığorta stajı 23 İl 10 ay 11 gün təşkil edir. İddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli məktubda əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı 25 ilə tamamlanarsa ##.##.1979-cu il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1993-cü il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.1998-ci il tarixinədək olan əmək fəaiiyyati dövrlərinin müvafiq qaydada araşdırılmaqla pensiya təminatı hüququna yenidən baxıla biləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsindən ##.##.2025-ci il tarixində iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışına münasibət bildirilməsi iiə bağlı daxil olmuş sorğuya Mərkəzi Filial tərəfindən təqdim olunmuş cavaba əsasən Cəlilov İsa Orucəli oğlunun əmək fəaliyyəti dövrünə dair əlavə araşdırma zərurəti yaranmışdır. Müvafiq araşdırma yekunlaşdıqdan sonra Mərkəzi Filial tərəfindən ətraflı məlumat veriləcəyi bildirilmişdir. Beləliklə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Tədqiq edilən sübutlar İddiaçı Cəlilov İsa Orucəli oğluna məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. X12 tərəfindən verilmiş ##.##.2000-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Cəlilov İsa Orucəli oğlu ##.##.1979-cu il tarixdən ##.##.1990-cı il tarixədək Naxçıvan Taksimotor müəssisəsində sürücü vəzifəsində işləmişdir. X12 tərəfindən verilmiş ##.##.2001-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Cəlilov İsa Orucəli oğlu ##.##.1979-cu il tarixdən ##.##.1990-cı il tarixədək Naxçıvan Taksimotor müəssisəsində sürücü vəzifəsində işləmişdir. Bakı şəhəri X7 * №-li AM tərəfindən verilmiş ##.##.1993-cü il tarixli Arayışa əasən Cəlilov İsa Orucəli oğlu ##.##.1990-cı il tarixdən ##.##.1993-cü il tarixədək Bakı şəhəri Sərnişinnəqliyyat birliyinin * №-li AM-də sürücü vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışına əsasən Cəlilov İsa Orucəli oğlu ##.##.1994-cü il tarixində */**-İ nömrəli əmrlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsərrüfat hissəsində çilingər vəzifəsinə işə qəbul edilmişdir. Cəlilov İsa Orucəli oğlu ##.##.1994-cü il tarixindən */**-İ nömrəli əmrlə çilingər vəzifəsindən sürücü vəzifəsinə keçirilmişdir. Cəlilov İsa Orucəli oğlu ##.##.1994-cü il tarixində */***-İ nömrəli əmrlə vəzifədən azad edilmişdir. Bakı Avtomobil Sənayexxxx tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışında qeyd edilmişdir ki, Cəlilov İsa Orucəli oğlu ##.##.1993-cü ildə “Bakı İxtisaslaşdırilmış Avtomobillər” zavodun Rəngləmə-Qaynaq sexinə qaynaqçının şagirdi kimi işə qəbul edilmişdir (Əmr 102K ##.##.1993-ci il). ##.##.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr 16k ##.##.1994-cü il). ##.##.1997-ci il tarixdən yenidən zavodun Nəqliyyat sexinə sürücü kimi işə qəbul edilmişdir (Əmr 7k 01.041997-ci il). ##.##.1997-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr 42k ##.##.1997-ci il). ##.##.1998-ci il tarixdən yenidən zavodun Nəqliyyat sexinə sürücü kimi işə qəbul edilmişdir (Əmr 7k ##.##.1998-ci il). ##.##.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr 6k ##.##.2005-ci il). ##.##.1993-cü il tarixdən “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodu adlandırılmışdır (Əmr 212 ##.##.1993-cü il). ##.##.2002-ci il tarixdən “xxxx”xxxx”adlandırılmışdır. xxxx ASC tərəfindən verilmiş ##.##.2004-cü il tarixli Arayışa əsasən Cəlilov İsa Orucəli oğlu ##.##.1997-ci ildə **-k saylı əmrlə “xxxx” ASC-yə işə qəbul edilmiş və ##.##.1998-ci ildə Əmək Qanunları Məcəlləsi ilə (öz xahişi ilə) işdən azad edilmişdir. xxxx ASC tərəfindən verilmiş ##.##.2001-ci il tarixli Arayışda qeyd edilmişdir ki, Cəlilov İsa Orucəli oğlu ##.##.1998-ci il tarixdə zavoda işə daxil olmuşdur və hal-hazırda ürücü vəzifəsində çalışır. Bakı Avtomobil Sənaye ASC tərəfindən iddiaçıya ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin adı mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış Cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri həmin müəssisə olan işçilərin siyahısında əksini tapmış və Cəmiyyətdə ## #### 1998-ci il tarixindən işlədiyi qeyd edilmişdir. Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixinə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən "BAKI AVTOMOBİL SƏNAYE" ASC-nin ##.##.2001-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınması, ##.##.2002-ci il tarixdə ********** nömrəli 9 rəqəmli, ##.##.2004-cü il tarixdə isə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə məlumat müəyyən edilməmişdir və hazırda fəaliyyəti aktiv vəziyyətdədir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: # #### 2022 - ## #### 2023: kişilər 65 il, qadınlar: 63 il. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən # #### 2022 - ## #### 2023-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından görünür ki, iddiaçının ##.##.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədlər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini və müvafiq dövrlərdə işlədiyi müəssisələr tərəfindən verilmiş arayışları təqdim etmişdir. Cavabdeh iddiaçının sosial sığorta stajı 23 il 10 ay 11 gün təşkil etməsi səbəbilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən sosial sığorta stajı 25 il 07 ay 04 gün təşkil edir. Belə ki, iddiaçı: - ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. - ##.##.1979-cu il tarixdən ##.##.1990-cu il tarixədək X12 sürücü vəzifəsində işləmişdir (Naxçıvan Taksimotor müəssisəsi tərəfindən verilmiş ##.##.2000-ci il tarixli Arayış iş materiallarına əlavə edilmişdir). - ##.##.1990-cı il tarixdən ##.##.1993-cü il tarixədək Bakı şəhəri Sərnişinnəqliyyat birliyinin * №-li AM-də sürücü vəzifəsində işləmişdir (Bakı şəhəri X7 * №-li AM tərəfindən verilmiş ##.##.1993-cü il tarixli Arayış iş materiallarına əlavə edilmişdir). - ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək “Bakı İxtisaslaşdırilmış Avtomobillər” zavodun Rəngləmə-Qaynaq sexinə qaynaqçının şagirdi vəzifəsində işəmişdir (Bakı Avtomobil Sənayexxxx tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışı iş materiallarına əlavə edilmişdir). - ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsərrüfat hissəsində çilingər/sürücü vəzifəsində işləmişdir (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışı iş materiallarına əlavə edilmişdir). - ##.##.1997-ci il tarixdən ##.##.1997-ci il tarixədək “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavodunda Nəqliyyat sexində sürücü vəzifəsində işləmişdir (müvafiq dövrlə bağlı qeyd əmək kitabçasında əks olunmaqla Bakı Avtomobil Sənayexxxx tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışı iş materiallarına əlavə edilmişdir). - ##.##.1997-ci il tarixdən ##.##.1998-ci il tarixədək xxxx ASC-də işləmişdir (xxxx ASC tərəfindən verilmiş ##.##.2004-cü il tarixli Arayış iş materiallarına əlavə edilmişdir). - ##.##.1998-ci il tarixdən ##.##.2005-ci il tarixədək “xxxx”xxxxndə Nəqliyyat sexində sürücü vəzifəsində işləmişdir (müvafiq dövrlə bağlı qeyd əmək kitabçasında əks olunmaqla Bakı Avtomobil Sənayexxxx tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Arxiv Arayışı iş materiallarına əlavə edilmişdir). - ##.##.2005-ci il tarixdən ##.##.2005-ci il tarixədək “X2” Nəqliyyat sahəsində sürücü vəzifəsində işləmişdir (müvafiq dövrlə bağlı qeyd əmək kitabçasında əks olunmuşur) Məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə işləməsi əmək kitabçasında və əmək stajını təsdiqedici sənəd kimi digər sənədlərdə (arayışlarda) əksini tapmışdır. İddiaçı ##.##.1958-cı il təvəllüdlüdür, qeyd edilən dövrlər nəzərə alındığı təqdirdə ##.##.2006-cı il tarixədək ümumi sığorta stajı 25 il 07 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş ##.##.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ##.##.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin ## ###### tarixinə yaranmış və 2018-ci ilin ## ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir və bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Cəlilov İsa Orucəli oğluna 65 yaşı tamam olduğu ##.##.2023-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mu dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mu dafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı Cəlilov İsa Orucəli oğluna 65 yaşı tamam olduğu ##.##.2023-cü ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mu dafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mu dafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-17791/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-17791/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver