Məhkəmə qərarları › İş №e-2-1(112)-1800/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1800/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1800/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli **********388400 nömrəli və xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini və iddianın dəyişdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixi EBCK 940342 nömrəli elektron qaimə əsasında ƏDV-siz dəyəri 76535,0 manat ƏDV-si 13776,3 manat, xx.xx.2022-ci il tarixli EBCK 940449 nömrəli elektron qaimə əsasında ƏDV-siz dəyəri 13250,0 manat ƏDV-si 2385,0 manat, xx.xx.2022-ci il tarixli EBCK 940415 nömrəli elektron qaimə əsasında ƏDV-siz yəni 21691.0 manat ƏDV-si 3904,38 manat olan müxtəlif xidmətlər göstərilmişdir. Sözügedən xidmətlərin ümumi dəyərini təşkil edən 111476 manat “PLANET ENKO" MMC-nin bank hesabına 20065,68 ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilmişdir. 20065,68 manat ƏDV məbləği müvafiq qaydada 2021-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirilmişdir. xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisənin yuxarıda sözügedən 20065,68 manat dəyərində əvəzləşməsi ləğv edilərək 2023-cü ilin yanvar ayı üzrə həmin məbləğdə ƏDV hesablamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən əmtəəsiz və (və ya\) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün vergilərin əvəzləşdirilməsinə əsas vermir. Mübahisələndirilən qərarın qəbul olunmasının səbəbi məhz vergi tutulan əməliyyat aparılmış şəxsin riskli vergi ödəyicisi hesab edilməsi olmuş və maddənin tələbinə uyğun olaraq əvəzləşdirmə ləğv edilmişdir. Belə ki, "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixli **********740200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilmişdir. "xxxx" MMC ilə əməliyyat apardığı tarixdə yəni xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə sonuncu riskli vergi ödəyicisi olmamışdır. “Riskli vergi ödəyicisinin riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmişdir. Meyarların 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarıılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi Portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xaraqterli bildirişlərdə əks olunur. "xxxx" MMC əməliyyatların apardığı dövrdə riskli vergi ödəyicisi olmamış, buna görə də onun riskli vergi ödəyicisi olması barəsində DVX-nin İnternet Vergi idarəsi portalında əks edilməmişdir. Bu səbəbdən onların hər hansı şəkildə gələcəkdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul ediləcəyindən xəbərlərinin olması mümkünsüz olmuşdur. Odur ki, "xxxx" MMC barəsində müəssisə ilə əməliyyatlar apardıqdan 2 ay sonra riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməsi müəssisənin onunla apardığı əməliyyatlara görə ödənilmiş ƏDV-nin əvələşdirilməsi hüququnun məhhdudlarşdırılmasına səbəb ola bilməz. "xxxx" MMC barəsində riskli vergi ödəyicisi hesab olunma barədə qərar qəbul edildikdən sonra onunla hər hansı əməliyyat aparılmamışdır. xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydaya əməl edilməmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmazlıqların olmasını müəyyən etmədən, bununla bağlı onlardan əlavə sənəd, məlumat izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onların iştirakı olmadan aparmış və nəticədə isə bəyannaməni qəbul etməyərək xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında onlara 20065,68 manat məbləğində ƏDV hesablanmışdır. “MAGNETA" MMC-nin cavabdeh Bakı şəhəri LGBİ-yə qarşı xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə çəkişməsi davam edən dövrdə cavabdeh tərəfindən hüquqlarının kobud sürətdə pozulması ilə nəticələnən daha bir qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında müəssisəyə nəzərə alınmayan xərc sənədlərinə görə 2022-ci il üzrə 21490.20 manat əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh tərəfindən 24.07.202-ci il tarixli **********9970300 nömrəli “Kamera! vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş və məktubda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 107451.3 manat tərəflərindən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı uçun kənarlaşma yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarı qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Bakı şəhəri LGBİ tərəfindən təqdim olunmuş iddiaya dair **********592700 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər”dən ibarət olduğu, 2023-cü ildən vergi orqanında qeydiyyatda olan Xətai rayonu üzrə (AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev.29) və Nizami rayonu üzrə (AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli ev. 19) təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2023-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən üç EQF üzrə ümumilikdə 20065.68 manat (ədv) dəyərində riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. Bu barədə "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********740200 nömrəli qərarla riskli vergi ödəyiciləri syahısına əlavə edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında aparılan araşdılrma nəticəsində o riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********909000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 20065.68 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********418700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqdar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********071100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 20065,68 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə məhkəməyə İddiaçı MMC-nin dəqiqləşmiş iddia ərizəsinə dair təqdim edilmiş **********930100 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətində (etiraz) göstərmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Uçot-baza məlumatlarına əsasən iddiaçı xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2019-cu il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər”dən ibarət olduğu, 2023-cü ildən vergi orqanında qeydiyyatda olan Xətai rayonu üzrə (AZ1025, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev.29) və Nizami rayonu üzrə (AZ1002, Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli ev. 19) təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən, vergi ödəyicisi tərəfindən 2023-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən üç EQF üzrə ümumilikdə 20065.68 manat (ədv) dəyərində riskli hesab edildiyindən kənarlaşma yaranmışdır. "xxxx" MMC vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********740200 nömrəli qərarla riskli vergi ödəyiciləri syahısına əlavə edilmişdir. "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında aparılan araşdılrma nəticəsində o riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********909000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 20065.68 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********418700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra müvafiq dövr üzrə xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə vergi ödəyicisi tərəfindən dəqiqləşmə verilərək, kameral qaydada hesablanmış vergi məbləği azaldılmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********071100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin yanvar ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 20065,68 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********388400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Mübahisələndirilən digər qərarla bağlı bildirirlər ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 107451,3 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********970300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il mənfəət vergi bəyannaməsi üzrə 21490,20 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar: 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş çıxarışın və İddiaçı MMCnin nizamnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə (VÖEN **********) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı Mingəçevir şəhəri, A.S.Puşkin, ev 5, mənzil 8, qanuni təmsilçisi X5 qeyd olunmuşdur. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər (Nizamə bənd 3). İddiaçı MMC tərəfindən Bakı şəhər LGBİ-yə təqdim olunmuş yanvar 2023-cü il üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar- təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 13248,40 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 10938,10 manat, ƏDV məbləği 1968,86 manat; Malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (13248,40 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 10938,10 manat, ƏDV məbləği 1968,86 manat; əməliyyatlar üzrə cəmi təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 13248,40 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 10938,10 manat, ƏDV məbləği 1968,86 manat. Debitor borclar üzrə- hesabat dövrünün əvvəlinə debitor borc məbləği 23249.69 manat, hesabat dövrü (ay) ərzində silinən borc məbləği 3377,60 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 25909,99 manat, ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 23249.69 manat, hesabat dövrü (ay) ərzində silinən borc məbləği 3377,60 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 25909,99 manat. VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-faktura (elektron vergi hesab fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ- dövriyyə məbləği (ƏDV-siz) 1365.56 manat, əlavə dəyər vergisi məbləği 245.80 manat, büdcəyə ödənilməli ƏDV məbləği 1723,06 manat qeyd olunmuşdur. 940415 №-li, xx.xx.2022-ci il tarixli elektron qaimənin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş qaimə əsasında alıcı "xxxx" MMC tərəfindən 25595,38 manat ödənilmişdir (ƏDV-yə cəlb edilən məbləğ 21691.00 manat, Vergi tutulan əməliyatlardan ödənilməli ƏDV 3904 manat). Köçürülmənin aparılması haqqında **********259578 nömrəli xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından "xxxx" MMCnin EBCK 940342 EBCK 940449 EBCK 940414 saylı hesabına 20065.68 manat ödəniş edilmişdir. Bakı şəhəri LGBİ-nin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında: - **********909000 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı MMC tərəfindən 16 fevral 2023-cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: tərəflərindən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı 940449 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2385.0 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 2385.0 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı 940342 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 13776.3 manat ƏDV məbləğinin tərəfıərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13776.3 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCK seriyalı 940415 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3904.38 manat ƏDV məbləğinin tərəflərindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3904.38 manat kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması təqdim etdikləri vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməkləri tələb olunmuşdur. - xx.xx.2023-cü il tarixli məktubda (xx.xx.2020-xx.xx.2023-cü il Əlavə dəyər vergisi) qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Eyni zamanda həmin Məcəllənin 175.11 -ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəziəşdirilməsinə əsas vermir. Tərəflərindən xx.xx.2020-xx.xx.2023-cü illər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək, əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən (məktuba əlavə edilir) riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etməyiniz tələb olunur. Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********418700 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMCyə yanvar 2023-cü il ƏDV üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 1723,06 manat; vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 21788,74 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 20065,68 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Əlavə verginin hesablanmasına əsas olaraq, Sair: **********909000 nömrəli uyğunsuzluq məktubu göstərilmişdir. Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********388400 №-li xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMCyə yanvar 2023-cü il ƏDV üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 1723,06 manat; vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 21788,74 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 20065,68 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Bu qərara əsasən **********418700, 20230410 №-li qərar ləğv edilmişdir. Əlavə verginin hesablanmasına əsas olaraq, Sair: **********071100 nömrəli uyğunsuzluq məktubu göstərilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsii haqqında **********970300 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki,”MAGENTA MMC” MMC tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin - araşdırılması zamanı aşağıdakı risklər müəyyən olunmuşdur: - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021-ci il ərzində təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 11924.7 manat kənarlaşma yaranmışdır. - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində göstərdikləri yaranmış sair debitor borc məbləği , eləcə də dövr ərzində daxiı olmuş pul vəsaitlərinin ƏDV -siz məbləği (alınmış avans, dövrün əvvəlinə sair debitor qalıq, bank krediti istisna edilməklə) ilə həmin bəyannamədə göstərilmiş gəlir məbləği arasında 110623,6 manat Kənarlaşma yaranmışdır. - Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 107451,3 manat tərəflərindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. - təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində yaranan xalis mənfəət məbləği ilə həmin bəyannamənin 1 nömrəli əlavəsində hesabat dövrünün xalis mənfəəti sətrinin dövr ərzində daxil olmuşdur sütununda göstərilmiş məbləğ arasında 6031.9 manat kənarlaşma yaranmışdır. - 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə tərəfinlərindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir' "Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 110395.2 manat fərq yaranmışdır. Müəyyən olunmuş risklərlə bağlı ətraflı izahat məktubunun, müvafiq təsdiqedici sənədlərin və dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********191100 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMCyə 2022-ci il Mənfəət vergisi üzrə - təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 10370,68 manat; əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqına görə 10370,68 manat; vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində vergi və ya sığorta haqqına görə 31860,88 manat müəyyən edilmiş, kameral yoxlama nəticəsində - 21490,20 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Əlavə verginin hesablanmasına əsas olaraq, Sair: vergi ödəyici tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərc məbləğində kameral qaydada münasibət bildirilməsi göstərilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən Bakı şəhəri LGBİ-nin: - **********482000 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 saylı qərarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilmədiyi qeyd olunmuşdur. - **********137800 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 saylı qərarına əsasən "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilmədiyi qeyd olunmuşdur. - **********327300 saylı xx.xx.2024-cü il tarixli və **********383200 saylı xx.xx.2024cü il tarixli eyni məzmunlu cavab məktublarında, "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təqdi edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunduğu qeyd olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********740200 №-li xx.xx.2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - **********5132100 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X6 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə "xxxx" MMC-nin təqdim etdiyi karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.2-ci bəndinə əsasən riskli hesab olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********217400 №-li xx.xx.2023-cü il tarixli qərarına əsasən vergi ödəyicisi “DREAMON" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Vergi Məcəlləsi. Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. ... Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. ... Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə -alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: - 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdehin onun barəsində qəbul etdiyi “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********388400 nömrəli və xx.xx.2023-cü il tarixli **********191100 nömrəli qərarlarının ləğv edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarların qəbul olunmasına əsas vergi ödəyicisi tərəfindən 2023-cü ilin yanvar ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən üç EQF üzrə ümumilikdə 20065.68 manat (ədv) dəyərində riskli hesab edildiyindən kənarlaşmanın yaranması, "xxxx" MMC-nin vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********740200 nömrəli qərarla riskli vergi ödəyiciləri syahısına əlavə edilməsi, "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2022-xx.xx.2022-ci il tarix aralığında aparılan araşdılrma nəticəsində onun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixi EBCK 940342 nömrəli elektron qaimə əsasında ƏDVsiz dəyəri 76535,0 manat ƏDV-si 13776,3 manat, xx.xx.2022-ci il tarixli EBCK 940449 nömrəli elektron qaimə əsasında ƏDV-siz dəyəri 13250,0 manat ƏDV-si 2385,0 manat, xx.xx.2022-ci il tarixli EBCK 940415 nömrəli elektron qaimə əsasında ƏDV-siz yəni 21691.0 manat ƏDV-si 3904,38 manat olan müxtəlif xidmətlər göstərilmişdir. Beləliklə iş materiallarından da göründüyü kimi "xxxx" MMC ilə "xxxx" MMC arasında mübahisələndirilən qərarların qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir. Həmin müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Lakin cavabdeh vergi orqanı tərəfindən qeyd olunan hallar nəzərə alınmadan hazırda mübahisələndilən qərarlar qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri LGBİ-nin İddiaçı MMC barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********388400 nömrəli və xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********388400 nömrəli və xx.xx.2023-cü il tarixli **********191100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar