Məhkəmə qərarları › İş №e-2-1(112)-18060/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-18060/2025

24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-18060/2025 24.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı Türkiyə Respublikasının İstanbul Gedik Universiteti tərəfindənPolitologiya və dövlət idarəçiliyi ixtisası üzrə verilmiş 12 iyun 2025-ci il tarixli 44- 2025-0241 nömrəli diplomun tanınması öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Təhsildə Keyfiyyət Təminat Agentliyinin 23 sentyabr 2025-ci il tarixli qərarına əsasən, xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərarda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İddiaçı bildiririr ki, Marmara Dövlət Universitetində "İqtisadiyyat Tənzimlənməsi" Dissertasiyasız (Tezsiz) magistratura proqramını bitirmiş və bu diplom qurum tərəfindən qismən tanınıb (Qeydiyyat No T026883). Həmin tanınmaya əsasən yalnız peşə fəaliyyəti hüququ verilib, lakin akademik davamiyyət təmin olunmayıb. Çünki dissertasiyasız (tezsiz) magistratura proqramını bitirdikdən sonra ölkədə və əksər xarici ölkələrdə doktoranturaya qəbul olunmaq mümkün deyil. Bu səbəbdən iddiaçı xx.xx.2024 tarixində İstanbul Gedik Universitetinin “Siyasət Elmi və Dövlət İdarəçiliyi” üzrə dissertasiyalı (tezli) magistratura proqramına qəbul olunmuşdur. Qeydiyyat zamanı Marmara Dövlət Universitetində aldığı fənlərdən azad edilmiş, Gedik Universitetində isə yalnız dissertasiya mərhələsində həm proqram üzrə tələb olunan dərsləri tamamlamış, həm də dissertasiyamı yazaraq müdafiə etmişdir. Dissertasiya prosesi iki mərhələdən ibarət olmuşdur: (1) dərslərin alınması və tez təklifi mərhələsi, (2) dissertasiyanın yazılması və müdafiə edilməsi mərhələsi. İddiaçı oxuduğu ixtisasın və dissertasiya mövzusunun sosial yönümlü olması səbəbindən tədqiqat və yazı prosesində Türkiyə ərazisində və universitetdə daimi iştirakı zəruri olmayıb. Elmi rəhbərin razılığına əsasən bu iki mərhələ həm universitetdə üzbəüz müzakirələr, həm də elektron əlaqə vasitələri ilə həyata keçirilmişdir. İddiaçının dissertasiyanı Türkiyədə müdafiə edərək məzun olmuşdur. Bundan əlavə, iddiaçı Türkiyədə təhsil aldığı dövr ərzində ona yaşama icazəsi (oturum izni) də verilmişdir. İstanbul Gedik Universiteti tərəfindən fənlərdən azad edilməyi və yuxarıda qeyd etdiyi məqamları təsdiq edən rəsmi sənəd iddiaçıya təqdim olunmuşdur. Sənəd həm Türkiyə elektron imza sistemi ilə təsdiqlənib, həm də universitetin orijinal imzasını daşıyır. Həmin sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası barədə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə (Elektron Məhkəmə informasiya sistemi vasitəsilə) məhkəməyə müraciət edərək, iddiaçının müarciətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yenidən baxıldığını və qeyd olunan diplomun tanınması barədə şəhadətnamə verildiyi bildirmiş, eləcə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 44-2025-0241 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən İstanbul Gedik Universiteti tərəfindən verilmiş xx.xx.2025 il tarixli magistr diplomu üzrə “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisasının akademik və peşə tanınması həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar