Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-18268/2025 10.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29), məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binada yerləşən 25 sayda əmlak üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin avabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəəməyə müraciət edərək hazırkı iş üzrə icraatın məhkəmənin icraatında olan e-2- 1(112)-18267/2025 saylı inzibati iş üzrə icraata birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-18267/2025 saylı inzibati işlə birləşdirilməlidir. İşdən görünür ki, iddiaçı X3 xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Babək prospekti, 1131-ci məhəllədə Babək MTk tərəfindən inşa edilmişç hündürmərtəbəli binada 2 mənzilə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alıb müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını mübahisələndirir (2-1(112)-18267/2025) Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hər iki müraciət və iddiaya etrirazın əsası olaraq o hala istinad etmişdir ki, mənzillərin yerləşdiyi yaşayış binasının istismara icazə sənədi və mərtəbəlilik planı(layihə) təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən mənzillər eyni ünvanda, "xxxx" MTK tərəfindən inşa eidçmiş hündürmərtəbəli yaşayış binasında yerləşdiyindən, oxşar hüquqmüəyyənedici sənədlərə malik olduğundan və imtina əsasları eyni olduğundan vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)-18268/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatının e-2- 1(112)-18267/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməsi məqsədəuyğundur. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Hazırkı e-2-1(112)-18268/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-18267/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-18268/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-18268/2025
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver