Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1843/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra İddiaçı MMM) cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 152 nömrəli Fərmanından, Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamından və həmin Sərəncamın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarından və həmin qərara dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli qərarından irəli gələn hüquq münasibətlərində "xxxx" ASC ilə İddiaçı MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən alınmış ümumi dəyəri 1867840,0 manat olan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə İddiaçı MMM-nə güzəşt tətbiq edilməli olmasının müəyyən edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır. “Agentliyin” hüquqi varisi olduğu "xxxx" ASC ilə İddiaçı MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən, lizinq verən ümumi dəyəri 1867840,0 manat olan Kürdəmir rayonunda 320 ha sahəsində damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə lizinq alana vermiş, lizinq alan isə 170.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəməklə qalan hissəsini 10 il müddətinə 2 nömrəli əlavədə qeyd olunan şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların surətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını rəhbər tutaraq "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli Qərarı ilə bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabınagüzəşt tətbiq edilməsi qərara alınmışdır (həmin qərar xx.xx.2014-cü il tarixində dərc edilmişdir və 5 il müddətinə qüvvədə olmuşdur). "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2.2-ci bəndinə əsasən Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Qaydaların 2.3-cü bəndinə uyğun olaraq, Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. İddiaçı MMM tərəfindən dəfələrlə güzəştin tətbiq edilməsi ilə bağlı müraciətlər edilsə də, bunlar nəticə verməmişdir. Hesab olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamımüasir suvarma sisteminin inkişafına dəstək məqsədi ilə Nazirlər Kabineti tərəfindən suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etməsini nəzərdə tutduğundan, cavabdeh tərəfindən həmin güzəştin iddiaçıya münasibətdə tətbiq edlməməsi əsassız olmuşdur. Yəni, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəliSərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli qərarında müddətin müəyyən edilməsi həmin Sərəncama uyğunsuzluq təşkil edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 152 nömrəli“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların surətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qəbul edilmişdir. Fərmanın 6.1.3-ci bəndində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamının preambulasında qeyd edildiyi kimi, son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması məqsədi ilə su anbarlarının və yeni sututarların yaradılması, eləcə də suvarma sistemlərinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər görülür. Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilmiş və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılmışdır. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir. Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutalaraq, müasir suvarma sisteminin inkişafına dəstək məqsədi ilə Sərəncamın 1-ci bəndində baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin müəyyən edilməsi qərara almışdır. Sərəncamın 2.1 bəndində Nazirlər Kabineti tərəfindən iki ay müddətindəsuvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasının müəyyən ediməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli Qərarındagöstərildiyi kimi, həmin Qərar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamında 16 aprel 2014-cü il tarixli, 152 nömrəli Fərmanındavamı olaraq ümumi qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin müəyyən edilməsi qərara almışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" МММ-in iddiası tam əsassız olmaqla istinad olunan heç bir hüquqi aktın müddəaları ilə təsdiqini tapmır. Belə ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanın 6.1.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflər hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. Həmin Fərmana əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı təsdiq edilmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında dəyişiklik edilmiş 3-1-ci hissəyə əsasən, 2015-ci il mayın 1dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Eyni zamanda iddiaçı "xxxx" МММ-in “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun bəzi müddəalarına aidiyyəti olmadan və əsaslandırılmadan istinad etmişdir. İddiada qeyd olunan məsələni tənzimləyən konkret və açıq-aydın normativ müddəanın mövcud olmasına baxmayaraq, iddiaçı heç bir əsas olmadan, öz mülahizələrinə istinad etməklə dolayı yolla hüquqi aktların təfsirini etməyə çalışmışdır. Hüquqi aktların qəbul edilməsi məqsədi və məzmunundan da göründüyü kimi yalnız 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. İş materiallarından da göründüyü kimi "xxxx" ASC ("xxxx" ASC) ilə iddiaçı "xxxx" МММ arasında lizinq müqaviləsi xx.xx.2013-cü il tarixində bağlanılmışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları sözügedən lizinq müqaviləsinin bağlanılmasından sonra qüvvəyə minmişdir. Beləliklə, müqavilənin bağlandığı dövrdə qüvvədə olan qanunvericilikdə hal- hazırda mübahisə predmeti olan texnikaya güzəşt tətbiq olunması ilə bağlı hər hansı müddəa yer almadığı üçün güzəştin tətbiq edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 12-LA/13 nömrəli müqavəlinin 1.1-ci bəndinə əsasən lizinq verən "xxxx" ASC ümumi dəyəri 1867840,0 (bir milyon səkkiz yüz altmış yeddi min səkkiz yüz qırx) manat olan Kürdəmir rayonunda 320 ha sahədə damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq Ödəniş qrafıkində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alan İddiaçı MMM-nin mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 170000,0 (bir yüz yetmiş min) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Cavabdeh tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “İddiaçı МММ və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" ASC) arasında imzalanmış müqavilələr əsasında ümumi dəyəri 2 238 750 (iki milyon iki yüz otuz səkkiz min yeddi yüz əlli) manat olan müxtəlif markalı kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıq lizinq yolu ilə istifadənizə verilmişdir. Bildiririk ki, istifadənizdə olan kənd təsərrüfatı texnikaların dəyərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarına uyğun olaraq ümumilikdə 148.364 (bir yüz qırx səkkiz min üç yüz altmış dörd) manat məbləğində güzəşt tətbiq edilmişdir. Həmin Qərara əsasən 2013-cü il 22 may tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan 1 ədəd “Damcılı suvarma sistemi” texnoloji avadanlığına güzəştin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar tərəfinizdən güzəştin tətbiqi ilə bağlı məhkəmə orqanlarında qaldırılmış qarşılıqlı iddia Bakı Kommersiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli e-2-2(113)-624/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş və Agentlik qarşısında olan öhdəliyin icrası tələbi müəyyən edilmişdir. Bildiririk ki, dövlət vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilmiş kredit və lizinq vəsaitləri üzrə yaranmış öhdəliklərin bağışlanılması, silinməsi və ödənişlərdə qaydalarla nəzərə tutulmamış əlavə güzəştlərin tətbiq edilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Odur ki, məsələ ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarının olduğunu nəzərə alaraq İddiaçı MMM-nin Agentlik qarşısında olan öhdəliklərinin icrası məqsədəuyğun hesab edilir.” TƏTQİQ EDİLƏN HÜQUQ “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 152 nömrəli Fərmanı: Bənd 1. Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın. Bənd 6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1.3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları” təsdiq edilmişdir. Qərarın 2-ci hissəsinə görə həmin qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin zərəri hesabına güzəşt tətbiq edilməsi qərara alınmışdır. Qərarın 3-1-ci hissəsinə əsasən 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi qərara alınmışdır. Həmin Qərarla təsdiq edilmiş Qaydalara əsasən: -bənd 1.1-ci bəndinə görə bu Qaydalar “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçıları (bundan sonra - istifadəçi) tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - Cəmiyyət) lizinqə götürülmüş, lizinqə götürüləcək və satın alınacaq, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnikalar istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının (bundan sonra - kənd təsərrüfatı texnikası), Cəmiyyət tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinin və avadanlığının dəyərinə güzəştlərin tətbiq edilməsi ilə bağlı prosedurları müəyyən edir -bənd 2.1. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur. -bənd 2.2. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır. -bənd 2.3. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. -bənd 2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. -bənd 2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. -bənd 2.7-1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. “İnzibati icraat haqqında” Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş üzrə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında 22 mart 2013-cü il tarixində 12-LA/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, ümumi dəyəri ******* (bir milyon səkkiz yüz altmış yeddi min səkkiz yüz qırx) manat olan kənd təsərrüfatı təyinatlı damcılı suvarma sistemi və avadanlıqlar 10 (on) il müddətinə lizinqə verilmiş və lizinq müddəti ərzində ödənişlərin tam həyata keçirilməsi şərti ilə texnikaların mülkiyyəti lizinq alana keçməli olmuşdur. İddiaçı tərəfindən həmin müqavilə üzrə lizinq predmetinin dəyərinə münasibətdə dövlət tərəfindən güzəşt tətbiq edilməli olduğu iddia edilir və bu tələbin əsası kimi Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli 152 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2015-ci il tarixli 1176 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən lizinqə verilən texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları” və həmin Qaydalara edilən 4 avqust 2015-ci il tarixli dəyişikliklərə istinad edir. Lakin məhkəmə bu normativ sənədlərin hüquqi məzmununu və tətbiq dairəsini təhlil edərək müəyyən edir ki, sözügedən güzəşt mexanizmləri yalnız müəyyən edilmiş şərtlər daxilində və konkret dövrə münasibətdə tətbiq oluna bilər. Belə ki, Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə texnika və avadanlıq əldə etdikləri halda dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi prosedurunu müəyyən edir. Həmin Qaydaların hüquqi mətnində açıq şəkildə göstərilmişdir ki, güzəştlər yalnız 01 may 2015-ci il tarixindən etibarən "xxxx" ASC-dən lizinqə götürülən və ya lizinq yolu ilə satılan avadanlıqlara münasibətdə tətbiq edilir. Bu tarixdən əvvəl bağlanmış müqavilələr üzrə güzəştin tətbiqinə dair hər hansı hüquqi əsas, normativ aktlarda nəzərdə tutulmamışdır. Qaydaların tətbiq mexanizminə görə, güzəşt yalnız bu şərtlər daxilində mümkündür: - lizinq müqaviləsi xx.xx.2015-ci il tarixindən sonra bağlanmalı; - texnikanın ilkin dəyərinin azı 20 faizi lizinq alan tərəfindən ödənilməli, - Xüsusi Komissiya tərəfindən güzəştin ayrılması barədə qərar qəbul edilməlidir. Bu şərtlər birgə mövcud olduqda güzəştin tətbiqinə hüquqi əsas yaranır. Məhkəmə qeyd edir ki, sözügedən şərtlərin heç biri hazırkı iş üzrə mövcud deyil. Əvvəla, tərəflər arasında bağlanmış lizinq müqaviləsi 22 mart 2013-cü il tarixə aiddir ki, bu tarixə həm Prezidentin Fərmanından, həm Nazirlər Kabinetinin Qərarından, həm də həmin qərara edilən dəyişikliklərdən daha öncədir. Başqa sözlə desək, müqavilə tərəfləri arasında hüquq münasibətləri yarandığı dövrdə güzəştlər olmamış, güzəştin tətbiqi yalnız xx.xx.2015-ci il tarixdən hüquq münasibətləri yaranan şəxslərə şamil olunmuşdur. Belə olan halda, həmin müqavilə üzrə yaranmış hüquqi münasibətlər, güzəşt tətbiqini nəzərdə tutan sonrakı normativ aktların əhatə dairəsinə daxil deyil. İkincisi, hüquqi aktların geriyə şamil edilən hüquqi qüvvəsi yalnız qanunverici tərəfindən açıq şəkildə nəzərdə tutulduqda mümkündür. Məhkəmə diqqətə çatdırır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə bildirir ki, hüquqi aktların geriyə şamil edilən hüquqi qüvvəsi şərti qanunvericilikdə nəzərdə tutulsa da, yuxarıda qeyd edilən Qaydalarda bu cür tətbiqə yol verildiyi göstərilməmiş, əksinə, konkret tarix (xx.xx.2015) məhdudlaşdırıcı meyar kimi göstərilmişdir. Belə olan halda, həmin Qaydaların geriyə tətbiqi də yolverilməzdir. Yuxarıda göstərilən hüquqi arqumentlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMM ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış lizinq müqaviləsinə əsasən əldə olunmuş kənd təsərrüfatı texnikasına, dövlət tərəfindən müəyyən edilən və yalnız sonrakı dövrləri əhatə edən güzəşt mexanizminin tətbiqi üçün hüquqi əsas yoxdur. İddiaçının tələb etdiyi güzəşt yalnız müvafiq dövrdən sonra yaranmış münasibətlərə tətbiq oluna bilər. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1843/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1843/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver