Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1856/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair (mətndə - birinci iş), İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair (mətndə - ikinci iş), İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair (mətndə - üçüncü iş), İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair (mətndə - dördüncü iş) inzibati işə 25 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin onun pensiyaya çıxdığı günə hərbi rütbə maaşı, vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət dərəcəsinə görə əlavə, xidmətin xüsusi şəraitinə görə əlavə, yüksək dağlıq ərazilərdə xidmətə görə əlavə, şifrələmə işinə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə ödənməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin onun pensiyaya çıxdığı günə hərbi rütbə maaşı, vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət dərəcəsinə görə əlavə, xidmətin xüsusi şəraitinə görə əlavə, yüksək dağlıq ərazilərdə xidmətə görə əlavə, şifrələmə işinə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə ödənməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin onun pensiyaya çıxdığı günə hərbi rütbə maaşı, vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət dərəcəsinə görə əlavə, xidmətin xüsusi şəraitinə görə əlavə, yüksək dağlıq ərazilərdə xidmətə görə əlavə, şifrələmə işinə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə ödənməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qismən ödənilmiş birdəfəlik tibbi kompensasiyanın məbləğinin onun pensiyaya çıxdığı günə hərbi rütbə maaşı, vəzifə maaşı, xidmət illərinə görə faiz əlavəsi, məharət dərəcəsinə görə əlavə, xidmətin xüsusi şəraitinə görə əlavə, yüksək dağlıq ərazilərdə xidmətə görə əlavə, şifrələmə işinə görə əlavələr nəzərə alınmaqla hesablanaraq tam şəkildə ödənməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadları ilə, məhkəmənin icraatında olan 2- 1(112)-12519/2023 saylı (İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair), 2-1(112)-12521/2023 saylı (İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair), 2-1(112)-12517/2023 saylı (İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair) inzibati işlər həmin məhkəmənin icraatında olan 2-1(112)-12520/2023 saylı (İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair) inzibati işə birləşdirilmiş, qeyd edilən inzibati işlər 2-1(112)-12520/2023 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2006-cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlamış və XTQ-nin N nömrəli hərbi hissəsində dalğıc kəşfiyyatçı kimi qulluq etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. HXH Qanununun 156-cı madddəsinin v bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət dövründə aylıq pul təminatı 2882,04 manat olmuşdur. Lakin ona birdəfəlik ödəmə kimi cəmi 34,956 manat ödənilmişdir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 2010-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlamış və XTQ-nin N nömrəli hərbi hissəsində dalğıc kəşfiyyatçı kimi qulluq etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. HXH Qanununun 156-cı madddəsinin v bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət dövründə aylıq pul təminatı 2641,85 manat olmuşdur. Lakin ona birdəfəlik ödəmə kimi cəmi 34,714 manat ödənilmişdir. Üçüncü iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı4 2014-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlamış və XTQ-nin N nömrəli hərbi hissəsində dalğıc kəşfiyyatçı kimi qulluq etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. HXH Qanununun 156-cı madddəsinin v bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət dövründə aylıq pul təminatı 2641,12 manat olmuşdur. Lakin ona birdəfəlik ödəmə kimi cəmi 32673,60 manat ödənilmişdir. Dördüncü iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 2009-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini, 2010-cu ildə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində kursu bitirmiş, zabit kimi hərbi ximdət keçmiş, N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı taborun dəniz xüsusi təyinatlı dəstəsinin komandiri (dalğıc mütəxəssisi) kimi qulluq etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. HXH Qanununun 156-cı madddəsinin v bəndinə əsasən ehtiyata buraxılmışdır. Xidmət dövründə aylıq pul təminatı 3054,84 manat olmuşdur. Lakin ona birdəfəlik ödəmə kimi cəmi 45,225 manat ödənilmişdir. Cavabdehin etirazı: Qeyd edilən işlər üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 22 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş xx.xx.2014cü il tarixli 020 nömrəli və 22 yanvar 2022-ci il tarixli 07 nömrəli əmrlərinə uyğun olaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının rütbə və vəzifə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə artım əmsalları tətbiq edilir. Bu əmsallar həmin hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xüsusilə ağır olan hərbi xidmətlərinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövrü ərzində ödənilir. Bu səbəbdən əmsallar daimi xarakter daşımır. Belə ki, Müdafiə nazirinin yuxarıda qeyd edilən əmrlərinin 3-cü bəndində göstərilir: "Xidməti vəzifələrin icra edilmədiyi dövrlərdə (xəstəlik (bilavasitə xidməti vəzifələrin icrası zamanı zədə, travma alınması səbəbindən hospitalda müalicə müddəti istisna olmaqla), təhsillə bağlı ezamiyyətlər, həbs) hərbi rütbə və vəzifə maaşları üzrə artım əmsalları tətbiq edilmədən ödənilsin." Göründüyü kimi, rütbə və vəzifə maaşlarına tətbiq olunan əmsallar daimi deyil, yalnız hərbi qulluqçunun Dəniz Xüsusi Təyinatlı hissə və bölmələrində xidməti vəzifələrin icra edildiyi dövrdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Hərbi qulluqçulara üstəlik verilən pul təminatının növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir. Göstərilən Qərarda üstəlik verilən pul təminatı növləri hərbi qulluqçuların aylıq vəzifə maaşlarına nisbətən faizlə hesablanır. N nömrəli hərbi hissənin hərbi qulluqçularına ödənilən artım əmsalları isə vəzifə maaşından deyil, hərbi rütbə və vəzifə maaşından hesablanan artım əmsallarıdır. İşdə olan, N nömrəli hərbi hissə tərəfindən İddiaçı1 verilmiş xx.xx.2023-cü il tarixli 94 nömrəli arayışda onun aylıq pul təminatının 2882,04 manat olduğu qeyd edilmişdir. İşdə olan, N nömrəli hərbi hissə tərəfindən İddiaçı2 verilmiş xx.xx.2023-cü il tarixli 91 nömrəli arayışda onun aylıq pul təminatının 2641,85 manat olduğu qeyd edilmişdir. İşdə olan, N nömrəli hərbi hissə tərəfindən İddiaçı3 verilmiş xx.xx.2023-cü il tarixli 88 nömrəli arayışda onun aylıq pul təminatının 3054,84 manat olduğu qeyd edilmişdir. İşdə olan, N nömrəli hərbi hissə tərəfindən İddiaçı4 verilmiş xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışda onun aylıq pul təminatının 2641,12 manat olduğu qeyd edilmişdir. Göstərilən pul təminatının tərkibinə Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 07 nömrəli əmrinə uyğun olaraq hər ay ödənilən artım əmsalı daxil edilmişdir ki, bu da qanunsuz və əsassızdır. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" təsdiq edilmişdir. Sözügedən Əsasnamənin 1.2-ci bəndində Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatının - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq və birdəfəlik əlavə növlərindən ibarət olduğu göstərilmişdir. Pul təminatının üstəlik verilən əlavə növləri Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 562 nömrəli Qərarında göstərilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında, eləcə də Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarında N nömrəli hərbi hissənin hərbi qulluqçularına ödənilən artım əmsalları hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməmişdir. Hərbi qulluqçuların vəzifə maaşları Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilir və bütün hesablamalar və ödənişlər zamanı vəzifə maaşının yalnız birqat həcmi götürülür. Qeyd edilən pul təminatı nəzərə alınmaqla İddiaçı1 34956 (971,0 x 36), İddiaçı2 34714,80 (964,30 x 36), İddiaçı3 45225 (1256,25 x 36), İddiaçı4 32673,60 (907,60 x 36) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün ödənilmişdir. Hərbi qulluqçulara pul təminatının ödənilməsi qaydaları Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd edilən Əsasnamədə Azərbaycan Ordusunda müxtəlif yerlərdə və şəraitlərdə xidmət edən bütün hərbi qulluqçulara pul təminatının, həmçinin əlavələrin ödəniş qaydaları müəyyən edilmişdir. Xidmət etdiyi yerdən və şəraitdən asılı olaraq hərbi qulluqçuların pul təminatı fərqli ola bilər. İddia ərizəsində qeyd edilmiş - xüsusi xidmət şəraitinə görə əlavə, iqlim şəraitinə görə əlverişli olmayan yerlərdə (dağlıq ərazilərdə) xidmətə görə faiz əlavəsi və şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi iddiaçıların xidmətinin xüsusiyyəti ilə əlaqədar olaraq ona aid olmadığı üçün xidmət dövründə ona ödənilməmişdir. Azərbaycan Ordusunda qeyd edilən əlavələrin tətbiq sahələri Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" də göstərilmişdir. Bu səbəbdən də qeyd edilən əlavələrin ödənilən 3 illik pul təminatı miqdarında kompensasiyanın tərkibinə daxil edilməsi qanunsuz və əsassızdır. Dəniz Xüsusi Təyinatlı hissə və bölmələrdə xidməti vəzifələrin icra edildiyi dövrdə hərbi qulluqçulara ödənilən artım əmsalları yalnız vəzifə maaşından deyil, rütbə və vəzifə maaşından hesablanır. Bu səbəbdən də xidməti vəzifələrin icrası zamanı xəsarət almış hərbi qulluqçulara ödənilən 3 illik pul təminatı miqdarında kompensasiyanın tərkibinə qeyd edilən artım əmsallarının daxil edilməsi qanunsuz və əsassızdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və cavabdehin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəki məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayənədəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıların yaralanması ilə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçılar hazırda xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları nəzərə alınmaqla üç illik pul təminatı məbləğində kompensasiyanın (fərqin) ödənilməsi tələb edir. Tətbiq edilən hüquq: “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”: 2.2. Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşının xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. İddiaçıların yaralanması ilə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçılar hazırda xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları nəzərə alınmaqla üç illik pul təminatı məbləğində kompensasiyanın (fərqin) ödənilməsi tələb edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təminat xərcliyi hesablanarkən vəzifə maaşının artım əmsallarının nəzərə alınmasını əsaslandıran norma yoxdur. Əksinə, qeyd edilən qeyd edilən normaların təhlilinə əsasən pul təminatının tərkibi (təminat xərcliyinə daxil olan pul təminatı növləri) müəyyən olunmuş və təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda aylıq vəzifə maaşına (vəzifə maaşının artım əmsalları uyğun olaraq deyil) və digər əlavələrə uyğun olaraq hesablanmalıdır. Odur ki, vəzifə maaşının artım əmsalları təminat xərcliyinin tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci hissəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir... Beləliklə, məhkəmə qeyd edir ki, hərbi qulluqçuların vəzifə və rütbə maaşlarına xidməti vəzifələrinin icra edildiyi dövrdə tətbiq edilən artım əmsalları (qatlar) xidmətdə olan hərbi qulluqçuların hərbi xidmətinin stimullaşdırılması məqsədilə yalnız xidmət dövründə ödənilir və bu əmsallar (qatlar) daimi xarakter daşımır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarının birinci hissəsinin: -birinci bəndinin 2-ci yarımbəndinə əsasən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı nəzərdə tutulmuşdur. -ikinci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. İddiaçıların digər əlavələr kimi təminat xərcliyinə daxil edilməsini tələb etdiyi kəşfiyyatçı kimi tətbiq olunan əmsallar üzrə ona hesablanmış üstəlik əlavələr müvəqqəti xarakterli ödənişlərdir və yalnız vəzifə maaşından deyil, rütbə və vəzifə maaşından hesablanmıəşdır. Odur ki, hər dörd iş üzrə iddiaçılara aylıq pul təminatı (artım əmsalları daxil edilmədən) nəzərə alınmaqla 3 illik pul təminatı miqdarında kompensasiya düzgün olaraq ödənilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1856/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1856/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver