Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1857/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Bakırovı Neimatın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Bakırovı Neimatın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakırovı Neimat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv. metr sahəyə malik qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və sözü gedən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ilə aralarında xx.xx.2021-ci il tarixində barışıq sazişi bağlanmışdır. X5 tərəfindən sözü gedən barışıq sazişi üzrə öz üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən barışıq sazişinin təsdiq edilməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra, Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə aralarında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Bundan başqa, saziş aşağıdakı şərtlərlə təsdiq edilmişdir. 1. Bakı şəhəri, Xətai rayonu, M.Hadi va X.Məmmədov küçələrinin kəsişməsındə 29448 məhəllədə 8 saylı binanın A saylı blokunun 12-ci mərtəbəsində yerləşən 61 saylı, 3 otaqlı 122,4 kv. m. mənzilin pay huququ 100 faiz həcmində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddi üzrə cavabdeh X1 mülkiyyətinə keçir. 2. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80. 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv.m. qeyri-yaşayış sahəsi 100 faiz həcmində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qismində çıxış edən Bakırov Neymət Zakir oğlunun mülkiyyətinə keçir. 3. 1-ci və 2-ci bənd icra olunduqdan sonra 10 gün ərzində X5 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi kuçası, 80, 6 saylı korpus. C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv. m. qeyri-yaşayış sahasını boşaldaraq X6 təhvil verir. Bunun üçün Bakırov Neymət Zakır oğlu Bakı şahari Xatar rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişiməsində 2944a məhəllədə 8 saylı binanin A saylı blokunun 12-ci mərtəbəsində yerləşən 61 saylı, 3 otaqlı mənzilın onun istifadəsində olan böyük otağını X2 təhvil verir. O da, əşyaları həmın otağa yığır. 4. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsı, 80, 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv. m. qeyri-yaşayış sahəsını sataraq X7 özünə mənzil alana kimi, lakin altı aydan artıq olmamaq sartilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Məmmədov küçələrinin kəsişiməsində 2944a məhəllədə 8 saylı binanın A saylı blokunun 12-ci mərtəbəsində yerləşən 61 saylı mənzilində yaşamağa davam edir. X7 mənzil aldıqdan sonra 10 gün ərzində Bakı şəhəri, Xətai rayonu, M.Hadi və X.Mammadov küçələrinin kəsişiməsində 2944a məhəllədə 8 saylı binanın A saylı blokunun 12-ci mərtəbəsində yerləşən 61 saylı mənzilini şəxsi əşyaları ilə birlikdə tərk edir. Bununla bağlı olaraq sözü gedən ona məxsus əmlaka dair müvafiq hüquqmüəyyənedici sənədin əldə edilməsi məqsədilə X3 qarşı “öhdəliyin icra edilməsi” tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı qəbul edilmiş,iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuşdur. Belə ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3745/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında inzibati icraat qaydasında məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Belə olduğu halda, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət edir, Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80. 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və sözü gedən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsini qanunauyğun hesab edir. Məhz bu səbəbdən də Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80. 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və sözü gedən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi üçün xx.xx.2024cü il tarixində cavabdeh orqana müraciət olunmuşdur. Lakin müraciətinə qanunvericiliklə nəzərdə tutulmuş 35 gündən artıq müddət keçməsinə baxmayaraq cavab verilməmişdir. İnzibati orqan tərəfindən icra edilən passiv iradəvi fəaliyyəti iddiaçının qanunla qorunan, mühafizə olunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11268/2024 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının icrası ilə əlaqədar bildirilər ki, iddiaçı X8 Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80. 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və sözü gedən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd edilənlər ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********92 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3096/2021 saylı qərardadı rəsmi qaydada icra üçün məhkəmədən və ya icra şöbəsindən 1 saylı Bakı Ərazi İdarəsinə yenidən daxil olacağı təqdirdə sənədinin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, İPM-nin 35.1 və 48.2-ci maddələri rəhbər tutularaq iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçının hazırki iddia üzrə cavabdeh inzibati orqana ünvanlanmış müraciəti xx.xx.2024-cü il tarixdə sonuncuya poçt vasitəsilə çatdırılsa da iddia ərizəsi məhkəməyə təqdim olunan günədək (xx.xx.2024) iddiaçıya cavab bildirişi təqdim olunmamışdır, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: AZ-İ 485298 nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Bakırovı Neimat və X1 nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı X5 ilə cavabdeh X7 arasında 12 aprel 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: ...
2. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C. Giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49,7 kv. metr qeyri- yaşayış sahəsi 100 faiz həcmində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qismində çıxış edən X4 mülkiyyətinə keçir.
Məhkəmənin müvafiq sorğularına əsasən:
- DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Xətai Rayon İcra şöbəsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 3096/2021, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması barədə ********** nömrəli müraciətə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)- 3096/2021 nömrəli icra vərəqəsi Bakı şəhəri, Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-294540/16 saylı məktubu 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş və **********36 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)3096/2021 saylı qərardadı ilə iddiaçı X5 ilə cavabdeh X7 arasında bağlanmış barışıq sazişi təsdiqlənmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini təsdiq etdikdə iş üzrə icraata xitam verilmə barədə qərardad çıxarır və bu qərardad öhdəlik müəyyən etməyən qərardaddır. Barışıq sazişi ilə tərəflər öz üzərlərinə öhdəlik götürürlər. Daha sonra Bakı İnzibati Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli e-2-1(112)-11268/2024 saylı sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3096/2021 saylı qərardadı rəsmi qaydada icra üçün məhkəmədən və ya icra şöbəsindən 1 saylı Bakı Ərazi İdarəsinə yenidən daxil olacağı təqdirdə sənədin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Qeyd olunanlarla bağlı e-2-1(112)-11268/2024 nömrəli işlə bağlı Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş etirazda da qeyd olunmuşdur. Lakin bundan sonra məhkəmədən və ya icra şöbəsindən 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq qərardadın icrası ilə bağlı icra sənədi daxil olmamışdır. Odur ki, müvafiq qəradad İdarəyə icra üçün yenidən daxil olacağı təqdirdə qanunamüvafiq qaydada baxılacaqdır. ünvan 2 ünvanlanmış xx/xx-294540/16 №li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Xəta Rayon Məhkəməsinin 2(011)- 3096 saylı xx.xx.2021-ci il tarixli icra sənədi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C. Giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49,7 kv. metr qeyri - yaşayış sahəsi 100 faiz həcmində X4 mülkiyyətinə keçməlidir) (təkrar olaraq) icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilərək, icra sənədinin icrası barədə məlumat verilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11268/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Bakırovı Neimatın cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişi üzrə onun mülkiyətinə verilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49,7 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və sözü gedən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1ci maddəsinə və İPM-nin 67.1-ci maddəsinə uyğun olaraq, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə 30 (otuz) gün müddət təyin edilmişdir. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-11309/2025 №-li “Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişdə qeyd olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3096/2021 saylı qərardadı məhkəmədən və ya icra şöbəsindən icra üçün yenidən İdarəyə daxil olmamışdır. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən, daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədlər (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) tərtib edilməli, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhkəmənin e-2-1(112)-11268/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yenidən araşdırılma aparılmışdır. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3096/2021 saylı qərardadı məhkəmədən və ya icra şöbəsindən icra üçün yenidən İdarəyə daxil olmamışdır. Bundan başqa, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən, daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədlər (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) tərtib edilməli, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi təşkil edir. Qeyd olunan maddənin tələblərinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələblərinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən; Azərbaycan Respublikası məhkəmələrinin qərarları. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardadında göstərilmişdir ki, barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. İş materiallarından da göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 ilə X7 arasında təsdiqlənmiş barışıq sazişinin şərtlərinə görə Samirə Bəkirovanın xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C. Giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49,7 kv. metrdən ibarət qeyri- yaşayış sahəsinin 100 faiz həcmində X4 mülkiyyətinə keçirilməsinə dair razılığa gəlmişlər. Yuxarıda adı çəkilən qanunvericiliyin tələbinə görə məhkəmə aktı qərardad formasında qəbul edə bilər, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, məhkəmə tərəfindən barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlar, o cümlədən qərardadlar icra sənədləri sayılır, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında icra həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1 və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. “İcra haqqında” Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. İşin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx/xx-294540/16 №li xx.xx.2024-cü il tarixli məktubla şöbənin icraatında olan Xəta Rayon Məhkəməsinin 2(011)-3096 saylı xx.xx.2021-ci il tarixli icra sənədi (Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C. Giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49,7 kv. metr qeyri - yaşayış sahəsi 100 faiz həcmində X4 mülkiyyətinə keçməlidir) təkrar olaraq icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilərək, icra sənədinin icrası barədə məlumat verilməsi xahiş olunmuşdur. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış hallardan hər hansı birinin mövcudluğu hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamışdır, cavabdehin imtinası qanunazidd oluş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 80, 6 saylı korpus, C giriş, 1-ci mərtəbə ünvanında yerləşən 49.7 kv. metr sahəyə malik qeyri-yaşayış sahəsi üzərində Bakırovı Neimatın xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, buna dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev