Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-18729/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun dövlət reyetstrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyəti tərəfindən xx.xx.2000-ci il tarixdə Türkan qəsəbəsində idarə heyətinin üzlərinin 34 nömrəli qərarı əsasında ayrılmış 0,10 ha ümumi sahəsi olan, 271 saylı torpaq sahəsinin mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydə alınmaqla adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etiraz məktubunda bildirmişdir ki, “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyəti tərəfindən xx.xx.2000-ci il tarixində Türkan qəsəbəsində idarə heyətinin üzlərinin 34 nömrəli qərarı əsasında ayrılmış 0,10 ha ümumi sahəsi olan, 270 saylı torpaq sahəsi üzərində iddiçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)-17796/2025 saylı məhkəmə mübahisəsi mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, e-2-1(112)-18729/2025 nömrəli hazırkı iş, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırda e-2-1(112)-17796/2025 nömrəli (iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və e-2-1(112)-18729/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-17796/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, hər iki iş üzrə iddia tələbinin predmetini eyni bağçıqlıda olan yanaşı bağ sahələri təşkil edir. Belə olan halda hər iki tələbə eyni icraatda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi qeyd edilən inzibati işlər üzrə məhkəmə icraatının birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-18729/2025 nömrəli (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun dövlət reyetstrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan e-2-1(112)- 17796/2025 nömrəli (iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair) inzibati işə birləşdirilsin. e-2-1(112)-18729/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)- 17796/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-18729/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-18729/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver