Məhkəmə qərarları › İş №e-2-1(112)-1882/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1882/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1882/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə "B" ünvanında yerləşən 30 nömrəli mənzilə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1996-cı il, 01 nömrəli order əsasında Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə "B" ünvanında yerləşən ev iddiaçıya verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 56 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, "B" saylı evin 30 saylı mənzilinə İddiaçı adma kirayə müqaviləsi bağlanılması haqqında İddiaçı sərəncam verilmişdir. Vətəndaş İddiaçı 1996-cı ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, "B" ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 30 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) yaşayır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında xx.xx.2022-ci il tarixli, 158 saylı birtipli müqavilə ilə xx.xx.2022-ci il tarixdə verilmiş 56 saylı sərəncam əsasında İddiaçı və 4 nəfər ailə üzvü (özü, arvadı və 2 oğlu) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, B saylı evin, 30 saylı mənzili müddətsiz istifadə üçün verilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, "B" ünvanında yerləşən evin iddiaçının adına dövlət reyestrində qeydiyyata alaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 30/2-A-10548/2022 nömrəli imtina məktubu ilə iddiaçıya imtina edilmişdir. Odur ki, iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, B saylı evin, 30 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan mənzilə dair Bakı Şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56 saylı sərəncamı xx.xx.2022- ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə “B” ünvanında yerləşən 30 nömrəli mənzilə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, B saylı evin, 30 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 556/57, B saylı evin, 30 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətə əlavə edilən qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 56 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşməklə faktiki sahəsi 19,6 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir.

5. İddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən X15 Təmiri İstehsalat Birliyinin “Paris Kommunası” adına BİV-də əmək fəaliyyəti ilə məşğul olmuşdur.

6. X15 Təmiri B-nin “Paris Kommunası” adına BİV-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirdiyi xx.xx.1995-ci il tarixli il tarixli, 1 saylı protokoluna əsasən siyahıda adları çəkilən şəxslərə Hüseyn Cavid prospeti, 556/57-ci məhəllədə yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. 1 otaqla təmin edilən şəxslər: ... – İddiaçı 2 nəfər ailə tərkibi ilə / özü, arvadı...

7. X15 Təmiri İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli, 1 saylı Orderinin təsdiq olunmış surətindən görünür ki, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev B ünvanında yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 30 saylı mənzil İddiaçı verilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” saylı evin 30 saylı mənzilinə İddiaçıun adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2022-ci il tarixli, 56 saylı Sərəncamında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 1996-cı ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 30 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) yaşayır. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” ünvanında yerləşən evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 30 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.

9. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” saylı evin 30 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci tarixli, 56 saylı sərəncamının təsdiq edilmiş surəti və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin kserosurəti məhkəməyə təqdim edilmişdir. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qeyd edilən binanın texniki vəziyyətinin qəzalı olması barədə rəy verilmədiyindən bina qəzalı deyil.

10. 158 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 230 saylı, xx.xx.2022-ci il tarixli Arayışa əsasən şəxsi maliyyə haqq-hesabı xx.xx.1996-cı ildə açılmışdır. Vətəndaş İddiaçı həqiqətən 556/57-ci məhəllə, H.Cavid pr., B №-li evin 30 №-li mənzilində 3 mərtəbəsində 18,0 kv.metr yaşayış sahəsi olan 1 otaqlı 4 mərtəbəli binada yaşayır. Vətəndaş İddiaçı ailəsi 4 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı – özü – xx.xx.1966 – xx.xx.1996 (qeydiyyata alındığı tarix) X7 – arvadı – xx.xx.1967 – xx.xx.1996 (qeydiyyata alındığı tarix) X5 – oğlu – xx.xx.1993 – xx.xx.1996 (qeydiyyata alındığı tarix) X4 – oğlu- xx.xx.1997 – xx.xx.1997 (qeydiyyata alındığı tarix)

11. İş materiallarına əlavə olunan **********633 saylı Ərizədə qeyd olunur ki, İddiaçı yaşadığı ünvan 6 ünvanında olan mənzilin onun adına kirayə müqaviləsinin bağlanması və həmin mənzil üzrə kirayəçi hesab olunmağına dair sərəncam verilməsini xahiş etmişdir.

12. İş materiallarına əlavə olunan **********786 saylı Ərizədə qeyd olunur ki, X7 ünvan 7 ünvanında yaşayan əri İddiaçı adına mənzilinin kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.

13. İş materiallarına əlavə olunan **********785 saylı Ərizədə qeyd olunur ki, X5 ünvan 7 ünvanında yaşayan atası İddiaçı adına mənzilinin kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.

14. İş materiallarına əlavə olunan **********787 saylı Ərizədə qeyd olunur ki, X4 ünvan 7 ünvanında yaşayan atası İddiaçı adına mənzilinin kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsinə etiraz etmir.

15. İş materiallarına əlavə olunmuş **********309 saylı Ərizədə qeyd olunmuşdur ki, X7 qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

16. İş materiallarına əlavə olunmuş **********309 saylı Ərizədə qeyd olunmuşdur ki, X7 (X3 əvəzinə) qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

17. İş materiallarına əlavə olunmuş **********308 saylı Ərizədə qeyd olunmuşdur ki, İddiaçı qeydiyyatda olduğu ünvan 8 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

18. İddiaçı tərəfindən Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev B ünvanında yerləşən digər mənzillərə dair hüquqların qeydiyyata alınması barədə məhkəmə qərarları və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar (elektron) məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, həmin binadakı mənzillər analoji qaydada təqdim edilmiş sənədlərə uyğun qəbul edilmiş məhkəmə qərarları əsasında ilkin qeydiyyata alınmışdır.

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

20. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

23. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

24. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

25. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

26. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

27. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

29. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

31. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

32. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” saylı evin 30 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” 56 saylı Sərəncamı xx.xx.2022-ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, İddiaçı xx.xx.1991-ci il tarixdən X15 Təmiri İstehsalat Birliyinin “Paris Kommunası” adına BİV-də əmək fəaliyyəti ilə məşğul olmuş və X15 Təmiri İB-nin “Paris Kommunası” adına BİV-nin müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin birgə keçirdiyi xx.xx.1995-ci il tarixli il tarixli, 1 saylı protokoluna əsasən İddiaçı Hüseyn Cavid prospeti, 556/57-ci məhəllədə yerləşən ailəvi yataqxanada otaq verilməsi qərara alınmışdır. X15 Təmiri İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli, 1 saylı Orderi əsasında Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev B ünvanında yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 30 saylı mənzil İddiaçı verilmişdir. 158 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 230 saylı, xx.xx.2022-ci il tarixli Arayışa əsasən İddiaçı və ailə üzvlərinin Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, ev B ünvanında yerləşən 4 mərtəbəli binanın 3-cü mərtəbəsində 18,0 kv.metr yaşayış sahəsi olan 1 otaqlı 30 saylı mənzilində 1996-1997-ci ildən yaşadığı və qeydiyyatda olduğu müəyyən edilmişdir.

33. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin (arvadı və 2 oğlunun) razılığının olubolmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin (X7, X5 və X4) razılıq ərizələrinə əsasən mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına və mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur.

34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, “B” saylı evin 30 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.

35. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər.

36. Eyni zamanda binanın qəzalı vəziyyətdə olmasına dair hər hansı məlumat mövcud deyildir.

37. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 9 ünvanında yerləşən 30 mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar