Məhkəmə qərarları › İş №e-2-1(112)-1886/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1886/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1886/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı xxxx Ərazi İdarəsinə qarşı 3-cü şəxs Dadaşov Siyavuş Əbdülxalıq oğlu işə cəlb edilməklə qeydiyyatın ləğvi və mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (xxxx şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı xxxx Ərazi İdarəsinə qarşı 3-cü şəxs Dadaşov Siyavuş Əbdülxalıq oğlu işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh tərəfindən ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində Dadaşov Siyavuşun mülkiyyət hüququna dair çıxarışın ləğv olunması və qeyd edilən mənzil üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə İddiaçı atası mərhum M.Babayevə məxsus olmuş və miras kimi iddiaçının mülkiyyətinə keçmiş, ünvan 1 (İ.Qutqaşınli küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov keçəsi ev 3 mənzil 16) ünvanında, 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üçüncü şəxs Dadaşov Siyavuş və onun ailəsi tərəfindən zəbt edilmişdir. Bununla bağlı İddiaçı üçüncü şəxs S. Dadaşov, həmçinin onun ailə üzvləri Zenfira Bağırova və Aslan Dadaşova qarşı mənzilin payının adına keçməsi barədə protokolun etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzildə olan əmlakın məhv edilməsi ilə bağlı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Təxminən 2 ilə yaxın davam edən məhkəmə mübahisələri nəticəsində iddia tələbi qismən təmin edilmiş, xxxx Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, İş № 2(103) -3637/2019 cu il tarixli qətnaməsinə əsasən "xxxx" MK-nm 06.12.2014-cü il tarixli, 03 nömrəli protokolunun etibarsız hesab edilməsi, Dadaşov Siyavuş Əbdülxaliq oğlu, X8 və Dadaşov Aslan Siyavuş oğlu ilə birlikdə Yasamal rayonu, H. Sultanov küçəsi ev № 3-də yerləşən 16 №li mənzildən (İ.Qutqaşınli küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov keçəsi ev 3 mənzil 16) çıxarılması qət edilmişdir. Qarşı tərəfin kasasiya şikayəti əsasında mülki işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 31.10.2019-cu il tarixdə, kasasiya şikayətinin təmin edilməməsi barədə 2(102) 6534/2019 saylı iş üzrə qərar qəbul etmişdir. Qarşı tərəf xxxx Apellyasiya Məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərkən mənzilə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququna dair çıxarış aldığını bildirmişdir. Daha sonra üçüncü şəxs hüquqlarının pozulması ilə bağlı 10.04.2020 tarixli şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2020-ci il tarixli Qərardadına əsasən, "Konstitusiya Məhkəməsi ... ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmış işin faktiki hallarını yoxlamaq və sübutlara yenidən qiymət vermək hüquqlarına malik deyildir" və buna görə də S.Dadaşovun şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, S. Dadaşovun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş "xxxx" MK-nın 06.12.2014-cü il tarixli, 03 nömrəli protokolunun etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xxxx şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında (İ.Qutqaşınli küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov keçəsi ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində Dadaşov Siyavuşun mülkiyyət hüququ qeydinim ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və bununla əlaqədar cavabdeh tərəfindən Siyavuş Dadaşovun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında qərar qəbul edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsi iş №2(005) -1185/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qərardadla iddiaçının iddiası əsasında baxılan mülki işin icraatına xitam vermişdir. Nərimanov Rayon Məhkəməsi qərardadında qeyd etmişdir ki, “İddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı xxxx Ərazi İdarəsinə müraciət etdikdən sonra hüquqlarının təmin edilmədiyi halda aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin.” Nərimanov Rayon Məhkəməsinin qərardadına uyğun olaraq iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı xxxx Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh 28 avqust 2020-ci il tarixli, **********06 nömrəli məktubu ilə iddiaçının tələblərini yerinə yetirməkdən imtina etmişdir. “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər”. Həmin Qanunun 8.0.6-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi “mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)” göstərilmişdir. Göründüyü kimi, mübahisəli mənzil üzərində S.Dadaşovun mülkiyyət hüququnun yaranması üçün əsas olmuş "xxxx" MK-nın 06.12.2014-cü il tarixli, 03 nömrəli protokolu Azərbaycan Respublikası məhkəmələri tərəfindən etibarsız hesab edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, xxxx şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, 11 H saylı evin, 10 saylı mənzili daşınmaz əmlkaın dövlət reyesrində digər şəxsin adına qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********52 saylı, 02.12.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, ərizəyə əlavə edilmiş məhkəmə aktları (Yasamal Rayon Məhkəməsinin 2(004)-2315/2018 saylı və xxxx Apelyasiya Məhkəməsinin 2(103)-7868/2019 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6534/2019 saylı qərarı) 1 saylı xxxx Ərazi İdarəsinə daxil olmamışdır. Bu səbəbdən də, “xxxx” Mənzil Kooperativinin 06.12.2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi barədə İdarədə məlumat olmadığından qanunvericiliyin tələblərinə uyğun olaraq xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 3, mənzil 16 üzərində Dadaşov X14 adına hüquqların dövlət qeydiyyatı barədə çıxarış verilmişdir. Bu barədə iddiaçıya **********06 saylı, 28.08.2020-ci il tarixli cavab ünvanlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə məhkəmə tərəfindən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan məhkəmə qərarları, order, çıxarış və arayışlardan görünür ki: - xxxx şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin19 oktyabr 1994-cü il tarixli, 248 nömrəli sərəncamı ilə X1 4 otaqlı kooperativ mənzilə üzv qəbul olunması haqqında “xxxx” MTK tərəfindən razılıq verilmiş və iddiaçının mərhum atası X20 rayonu, İ.Qutqaşınlı (keçmiş H.Sultanov) küçəsində yerləşən 3 saylı evin 1-ci girişi, 6-cı mərtəbəsindəki 16 saylı mənzilinə dair order verilməsi qərara alınmış və həmin mənzilə dair iddiaçı Mikayıl Babayevin adına 024440 saylı, 27 oktyabr 1994-cü il tarixli order verilmişdir. Mikayıl Babayev mənzilin dəyərini hissə-hissə olmaqla kooperativə ödəmişdir. 02.06.2013-cü il tarixdə xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş arayışa əsasən həmin mənzildə 1929-cu ildən mənzil sahibi X5, 1964-cü il təvəllüdlü oğlu - İddiaçı, oğlunun həyat yoldaşı, 1969cu il təvəllüdlü– X15, 1993-cü il təvəllüdlü nəvəsi –X4, 1994-cü il təvəllüdlü- X6 yaşamışlar. - X2 adlı şəxs Dadaşov Siyavuş Əbdülxalıq oğluna satdığı – Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan mənzilə görə 165.000 manat pul almışdır. “xxxx” MK-nın 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolu ilə X9 “xxxx” MK-nın üzvlüyündən çıxaırlması, Dadaşov Siyavuş Əbdülxalıq oğlunun “xxxx” MK-ya üzv qəbul edilməsi və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16-da yerləşən, 4 otaqlı, ümumi sahəsi 127 kv.m olan mənzilin onun adına keçirilməsi qərara alınmış və bu barədə eyni tarixli eyni saylı protokoldan çıxarış verilmişdir. 10 dekabr 2014-cü il tarixdə “xxxx” MK-nın idarə heyətinin sədri tərəfindən Dadaşov Siyavuş Əbdülxalıq oğluna sözügedən mənzilin pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Həmin mənzil üzərində Dadaşov Siyavuş Əbdülxalıq oğlunun mülkiyyət hüquqları 21.09.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi və **********13-05301-093056 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və buna dair S.Dadaşovun adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. - İddiaçı cavabdeh Dadaşov Siyavuş Əbdülxalıq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə mərhum atası – X3 məxsus olmuş və qanun üzrə vərəsəlik hüququ ilə ona çatan ünvan 3 ünvanı üzrə yerləşən 4 otaqlı mənzildən Dadaşov Siyavuş Əbdülxalıq oğlu və həmin mənzildə olan digər şəxslərin çıxarılması; mənzilində olan əmlakının məhv edilməsi ilə bağlı 30000 manat məbləğində zərərin Dadaşov Siyavuş Əbdülxalıq oğlu tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2315/2018 saylı, 23.04.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolu etibarsız hesab edilmiş, mülkiyyət hüququ ilə X3 məxsus olmuş və qanun üzrə vərəsəlik hüququ ilə İddiaçı çatan ünvan 1 ünvanı üzrə yerləşən 4 otaqlı mənzildən Dadaşov Siyavuş Əbdülxalıq oğlu ailə üzvləri ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən Siyavuş Dadaşov apellyasiya şikayəti vermiş, xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)- 3637/20198 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və V.T.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, mənzilin və payın Siyavuş Dadaşovun adına keçirilməsinə dair “xxxx” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi, Siyavuş Dadaşovun ailə üzvləri Zenfira Bağırova və Aslan Dadaşovla birlikdə xxxx şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi, 3 saylı evin, 16-cı mənzilindən çıxarılmaları və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Cavabdehlər qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6534/2019 saylı, 31.10.2019-cu il tarixli qərarı ilə cavabdehlər Dadaşov X21, X8 və Dadaşov Aslan Siyavuş oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2(103)-3637/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş 16.01.2018-ci il tarixli qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 31.07.2015-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan oğlu – İddiaçı miras əmlaka bütövlüklə irs almalıdır. İşdə olan notarial qaydada təsdiq edilmiş **********013 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X15, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********014 nömrəli razılıq ərizəsinin surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X10, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İşdə olan 3 saylı xxxx “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 5 ünvanında 31.08.1969-cu il təvəllüdlü X15, 30.08.1994-cü il təvəllüdlü X10 və 05.07.2007-ci il təvəllüdlü X16 qeydiyyatdadırlar. Beləliklə, iş materiallarından müəyyən olunur ki, xxxx şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 19 oktyabr 1994-cü il tarixli, 248 nömrəli sərəncamı ilə X1 4 otaqlı kooperativ mənzilə üzv qəbul olunması haqqında “xxxx” MTK tərəfindən razılıq verilmiş və iddiaçının mərhum atası X20 rayonu, İ.Qutqaşınlı (keçmiş H.Sultanov) küçəsində yerləşən 3 saylı evin 1-ci girişi, 6-cı mərtəbəsindəki 16 saylı mənzilinə dair order verilməsi qərara alınmış və həmin mənzilə dair iddiaçı Mikayıl Babayevin adına 024440 saylı, 27 oktyabr 1994-cü il tarixli order verilmişdir. Mikayıl Babayev mənzilin dəyərini hissə-hissə olmaqla kooperativə ödəmişdir. 02.06.2013-cü il tarixdə xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş arayışa əsasən həmin mənzildə 1929-cu ildən mənzil sahibi X5, 1964-cü il təvəllüdlü oğlu - İddiaçı, oğlunun həyat yoldaşı, 1969-cu il təvəllüdlü– X15, 1993-cü il təvəllüdlü nəvəsi– X4, 1994-cü il təvəllüdlü- X6 yaşamışlar. M.Babayev 31.07.2015-ci il tarixdə vəfat etdiyindən, onun qanun üzrə vərəsəsi hazırki iş üzrə İddiaçıdur. Bundan əlavə, mübahisəli mənzili X19 adlı şəxs Dadaşov Siyavuş Əbdülxalıq oğluna satmış, “xxxx” MK-nın 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolu ilə X11 “xxxx” MK-nın üzvlüyündən çıxarılması, Dadaşov Siyavuş Əbdülxalıq oğlunun “xxxx” MK-ya üzv qəbul edilməsi və Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16-da yerləşən, 4 otaqlı, ümumi sahəsi 17 kv.m olan mənzilin onun adına keçirilməsi qərara alınmış və bu barədə eyni tarixli, eyni saylı protokoldan çıxarış verilmişdir. Həmin sənədlərə əsasən S.Dadaşov mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən 21.09.2019-cu il qeydiyyat tarixli Çıxarış almışdır. Baxmayaraq ki, xxxx Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 24 aprel 2019-cu il tarixli, 2(103)-3637/2019 saylı qətnaməsi ilə mənzilin və payın Siyavuş Dadaşovun adına keçirilməsinə dair “xxxx” Mənzil Kooperativinin 06 dekabr 2014-cü il tarixli, 03 saylı protokolunun etibarsız hesab edilməsi, Siyavuş Dadaşovun ailə üzvləri Zenfira Bağırova və Aslan Dadaşovla birlikdə xxxx şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi, 3 saylı evin 16-cı mənzilindən çıxarılmaları qət edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli Yasamal rayonu, H.Sultanov küçəsi, ev 3, mənzil 16 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində S.Dadaşovun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənəd (protokol) etibarsız hesab edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, S.Dadaşovun mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənəd (protokol) qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edildiyindən, iddia tələbi - ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində Dadaşov Siyavuşun mülkiyyət hüququna dair qeydin ləğv olunması hissəsində əsaslıdır. Məhkəmə eləcə də, iddia tələbinin ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində İddiaçı hüquqlarının qeydiyyata alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, xxxx şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin19 oktyabr 1994-cü il tarixli, 248 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası X1 4 otaqlı kooperativ mənzilə üzv qəbul olunması haqqında “xxxx” MTK tərəfindən razılıq verilmiş və iddiaçının mərhum atası X20 rayonu, İ.Qutqaşınlı (keçmiş H.Sultanov) küçəsində yerləşən 3 saylı evin 1-ci girişi, 6-cı mərtəbəsindəki 16 saylı mənzilinə dair order verilməsi qərara alınmış və həmin mənzilə dair iddiaçı Mikayıl Babayevin adına 024440 saylı, 27 oktyabr 1994-cü il tarixli order verilmişdir. Sözügedən order isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. İddiaçı hazırda Mikayıl Babayevin vərəsəsidir və mübahisəli mənzildə İddiaçı ilə onun ailə üzvləri qızı – X10 (03.08.1994-cü il təvəllüdlü), oğlu – X16 (05.07.2007-ci il təvəllüdlü), arvadı – X15 (31.08.1969cu il təvəllüdlü) qeydiyyatdadırlar. Qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslər – X12, X15 notarial qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edərək, qeydiyyatda olduqları ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində Dadaşov Siyavuş Əbdülxaliq oğlunun mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli, 21.09.2019-cu il tarixli çıxarış ləğv olunsun və ünvan 1 ünvanında (İ.Qutqaşınlı küçəsi, ev 3, mənzil 16, yeni ünvan Qurban Xəlilov küçəsi, ev 3, mənzil 16), 16 mərtəbəli evin 6-cı mərtəbəsində yerləşən 4 otaqlı mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı xxxx Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər xxxx İnzibati Məhkəməsi vasitəsilə xxxx Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (xxxx şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar