Məhkəmə qərarları › İş №e-2-1(112)-189/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-189/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-189/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-ə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə 513 saylı, 08 noyabr 2017-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-nə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 513 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 68 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-ə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 68 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 141 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-ə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə 513 saylı, 08 noyabr 2017-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-nə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 513 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 68 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-ə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 68 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 141 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 69 saylı evin 3 və 12 saylı mənzilləri mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. 30 yanvar 2023-cü il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya məktub, tikintiyə icazə sənədi və Bakı şəhər İcra Hakimiyyətinin bir neçə sərəncamları poçt vasitəsi ilə təqdim edilmişdir. Həmin sərəncamlardan görünür ki, cavabdeh tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə xx.xx.2017-ci il tarixli, 513 saylı Sərəncamla Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanda mülkiyyətdə olan 0,1971 ha torpaq sahəsində yaşayış binasının tikintisinin lahiyələndirilməsi üçün icazə verilmişdir. Sonradan 12 fevral 2018-ci il tarixli Sərəncamla xx.xx.2017-ci il tarixli, 513 saylı Sərəncama qismən dəyişiklik edilmiş, tikinti sahəsi üçün nəzərdə tutulmuş 0,1971 ha torpaq sahəsi artırılaraq, 0,4048 ha nəzərdə tutulmuş, ərazidə yerləşən və iddiaçının da mənzilinin olduğu 5 mərtəbəli yaşayış binasının sakinlərinin köçürülməsi məsələsi kooperativə həvalə edilmişdir. 16 mart 2018-ci il tarixli Sərəncamla daha bir dəyişiklik edilərək, tikinti sahəsi üçün nəzərdə tutulmuş 0,4048 ha torpaq sahəsi artırılaraq, 0,4781 ha nəzərdə tutulmuşdur. Həmin sərəncamlar əsasında "xxxx" Mənzil Tikinti Kooperativinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 mart 2022-ci il tarixdə A və B bloklarından ibarət 2 ədəd hər biri 1 bloklu 12 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçının mənzillərinin də yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında olan 5 mərtəbəli yaşayış binasının yanında artıq 12 mərətəbəli A binası inşa edilmişdr. Hal-hazırda isə iddiaçının mənzillərinin də yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında olan 5 mərtəbəli yaşayış binasının düz qarşısında, 10 metr aralıqda 12 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədi ilə artıq təməl işləri başlanmış və böyük bir təməl qazılmışdır. MTK tərəfindən sakinlərlə heç bir razılıq əldə olunmadan 5 mərtəbəli yaşayış binasının qarşısında 12 mərtəbəli yaşayış binası inşa edilməkdədir. Binanın inşası zamanı tikintidə nəzərdə tutulmuş ara məsafəsi gözlənilmir. Bina inşa ediləcəyi təqdirdə iddiaçının da mənzillərinin yerləşdiyi 5 mərtəbəli yaşayış binasına ümumiyyətlə gün düşməyəcək, insolyasiya, təbii işıqlandırma və hava axımının qarşısı kəsiləckdir. Binalar arasındakı ara məsafəsinin nəzərə alınmaması həm də anğın təhlükəsiliyi və sanitar-epidemioloji baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair sərəncam təqdim edilməmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçılarının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir. İİİ. Tədqiq edilmiş sənədlər ÖM seriyalı, 213502 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, H.Zərdabi küçəsi, 69 saylı evin, 47,0 kv.m yaşayış sahəsindən ibarət 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının 513 nömrəli, xx.xx.2017-ci il tarixli "xxxx" Mənzil-Tikinti Kooperativinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” Sərəncamına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2017ci il tarixli, 10 saylı müraciətini və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyəti Hüququ haqqında xx.xx.2004-cü il tarixli, 003742 saylı Şəhadətnaməsini nəzərə alaraq, Yasamal rayonu, H.ünvan 3 ünvanda mülkiyyətdə olan 0,1971 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 68 nömrəli, xx.xx.2018-ci il tarixli “"xxxx" Mənzil-Tikinti Kooperativinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 513 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 05 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, H.ünvan 4 ünvanda "xxxx" MTK-ya dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 513 saylı sərəncamında “0,1971 ha torpaq sahəsində yaşayış binasının” ifadəsi, “0,1971 ha və ona bitişik icarə əsasında 0,2077 ha, ümumilikdə 0,4048 ha torpaq sahəsində yaşayış binalarının” ifadəsi kimi oxunması və ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasının sakinlərinin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 141 nömrəli, xx.xx.2018-ci il tarixli “"xxxx" Mənzil-Tikinti Kooperativinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 68 saylı sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 09 saylı müraciətini və “Maka” kiçik müəssisəsinin xx.xx.2018-ci il tarixli, 02 saylı razılıq məktubunu nəzərə alaraq, Yasamal rayonu, H.ünvan 4 ünvanda "xxxx" MTK-ya dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 68 saylı sərəncamında “0,2077 ha” ifadəsi, “0,2810 ha” ifadəsi və “0.4048 ha” ifadəsi, “0.4781 ha” ifadəsi kimi oxunması və “Maka” kiçik müəssisəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 2009 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İddiaçı tərəfindən mübahisələndirilən Bakı Şəhər İcra Hakimiyyətinin 513 saylı, 08 noyabr 2017-ci il tarixli sərəncamı və həmin sərəncama dəyişiklik edilməsi barədə 68 saylı, xx.xx.2018-ci il tarixli sərəncam və həmin sərəncama dəyişiklik edilməsi barədə 141 saylı, xx.xx.2018-ci il tarixli sərəncamlarında qeyd edilən, yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" Mənzil-Tikinti Kooperativinə icazə verilmiş ərazidə iddiaçının xüsusi mülkiyyətləri olan daşınmaz əmlakı yerləşir. Lakin iddiaçının ləğv edilməsini tələb etdiyi bu sərəncamlar ona münasibətdə əlverişsiz, yəni iddiaçını hüquqdan məhrum edən və ya hüquqları məhdudlaşdıran, və ya onun üzərinə müəyyən vəzifələri qoyan inzibati aktlar deyildir. Belə ki, sərəncamlarda məhz iddiaçının mülkiyyətində olan əmlakla bağlı heç bir göstəriş verilməmiş, xüsusi qeydlər əks edilməmişdir. Bundan başqa sərəncamlar nəzərdən keçirildikdə, onların inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktlar olması müəyyən edilmir. İddiaçı nə iddia ərizəsində, nə də onun vəkili məhkəmə iclaslarında çıxışlarında bu halların mövcud olmasına dair dəlilləri göstərməmişlər. Məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozulub-pozulmamasının araşdırılması barədə səlahiyyəti çərçivəsində müvafiq hərəkətlər edilmiş, tərəflərin izahatlarının dinlənilməsi üçün müxtəlif tarixlərə iclaslar təyin edilmiş, iddiaçının xeyrinə olan halların araşdırılmış, lakin mübahisələndirilən inzibati aktları ilə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmədiyi açıq-aydın aşkar olmuşdur. Belə ki, sərəncamlarda iddiaçıya məxsus mənzillərin yerləşdiyi “yaşayış binasının sakinlərinin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında” və “müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi” şərtlər ilə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamların icrası qanunvericilik normaları ilə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Lakin inzibati aktların icra edilməsi zamanı üçüncü şəxslər tərəfindən qanun təblərinə riayət edilməməsi, inzibati aktın qanunsuz və ya etibarsız hesab olunması üçün əsas deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının yenidən qurulması (o cümlədən sökülərək yerində yeni bina inşası) ilə bağlı layihələr həyata keçirilir. Dövlət tərəfindən yeni binaların tikilməsi üçün hər hansı hüquqi şəxslərə qanuni əsaslarla torpaq ayrılan zaman məqsəd yalnız şəhərin abadlaşdırılması və ya köhnə və qəzalı binaların sökülüb yeni binaların tikilməsi deyil, əsas insanların həyati keyfiyyətini artırmaqdır. Həmin tədbirlər yalnız fiziki dəyişliklərə deyil, eyni zamanda sosial və iqtisadi məsələlərə də diqqət yetirilməli prosesdir. Sözügedən layihə başa çatadanək dövlət tərəfindən hüquqları pozulmuş vətəndaşların şikayətləri nəzərə alınmaqla, hüquqlarının bərpa edilməsi üçün lazımı səylər göstərilməlidir. Bununla yanaşı, dövlətin vətəndaşlar üçün nəzərdə tutduğu həyati keyfiyyətin yaxşılaşdırılması ilə bağlı tədbirlərinə qarşı vətəndaşlar da öz növbəsində haqsız şikayətlərdən və süründürməçilikdən uzaq olmalıdırlar. Şəhərin abadlaşdırılması, binaların sökülməsi, yeni tikililər kimi mühüm tədbirlər dövlətin və cəmiyyətin ümumi inkişafına xidmət edir. Bu cür tədbirlərə qarşı haqsız şikayətlər və süründürməçilik həm dövlətin işini, həm də layihələrin həyata keçirilməsini əngəlləyir. Vətəndaşların, hər bir tədbirin ümumi faydasını və məqsədini başa düşərək haqsız şikayətlərdən çəkinmələri və bu cür layihələrin uğurla başa çatması üçün konstruktiv yanaşma sərgiləmələri vacibdir. Dövlətin əsas vəzifəsi cəmiyyətin rifahını təmin etməkdir. Bu sosial və iqtisadi sabitliyin yaradılması, təhlükəsizliyin qorunması, infrastrukturun inkişafı və insanların həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri əhatə edir. Hər bir dövlət tədbiri, əsasən də şəhərin abadlaşdırılması, yenidənqurma və sosial layihələr vətəndaşların gündəlik həyatını daha rahat və təhlükəsiz etmək məqsədi güdür. Bəzən vətəndaşlar dövlətin müəyyən qərarlarını düzgün başa düşməyə bilər və bu tədbirlərin icrasından birbaşa təsirlənə bilərlər. Məhkəmə vətəndaşların hüquqlarını və azadlıqlarını qoruyan, dövlətin hər hansı bir qolunun qanunlara riayət edilməsini təmin edən, həmçinin dövlətin həyata keçirdiyi tədbirlərin və qəbul etdiyi qərarlarının qanuniliyini yoxlayan hakimiyyətdir. Məhkəmə ilk növbədə tərəflərin hüquqlarını qorumaq, daha sonra isə hüququn aliliyini təmin etmək məqsədi daşıyır. Həmin məqsədi həyata keçirmək üçün ilk addım mübahisənin barışıq yolla həll edilməsinə yönəlir. Bu addım həm mübahisənin sürətli həllinə, həmdə ki, mübahisənin müsbət istiqamətə həll olunmasına gətirib çıxarır. Odur ki, işin tədqiq edilmiş halları qanunvericiliyin tələbləri ilə qarşılaşdırıldıqda bu nəticəyə gəlinir ki, mübahisələndirilən inzibati aktlar inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktlar deyildir; qeyd edilən inzibati aktlar iddiaçıya nisbətdə qanuni inzibati aktlardır və ləğv edilməsi üçün hazırkı mübahisə üzrə hər hansı bir əsas yoxdur. Məhkəmə gedişatında müəyyən olunmuşdur ki, sərəncamların mübahisələndirilməsi üçün əsas səbəb- üçünçü şəxs olan MTK tərəfindən sərəncamların icrası zamanı qanunvericilik normalarına riayət edilməməsi olmuşdur. Məhkəmə hesab edir ki, inziati aktların üçüncü şəxslər tərəfindən düzgün, yəni qanunvericiliyin tələblərinə uyğun qaydada icra edilməməsi , həmin aktların qanunsuz və etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə 513 saylı, 08 noyabr 2017-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-nə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 513 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 68 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının; Bakı Şəhər İcra Hakimiyyətinin "xxxx" MTK-nə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 68 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında 141 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İPM-nin 2, 32, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar