Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1905/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, X15) qarşı “qeydin və çıxarış etibarsız hesab edilməsi, yeni çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdeh tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549 kv.m.-dan ibarət “Əmlak Kompleksi”nin yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunması və s.” barədə iddia tələblərinə dair xx.xx.2022-ci il tarixdən hal-hazıradək davam edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı mülki məhkəmə işi üzrə 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh olduğu, eləcə də həmin məhkəmə işi üzrə qanunvericiliyə müvafiq qaydada xəbərdar edildiyi və məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmadığı halda, həmin torpaq sahəsinin 3 kv.m. artırılmaqla (yəni 0,7583 ha ölçüdə göstərilməklə) xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin aparılması və həmin qeyd əsasında yeni Çıxarışın verilməsi; əsas olmadan, yəni mülkiyyətçinin və istifadəçinin razılığı alınmadan, Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla həmin torpaq sahəsinə aid edilməsi və AR Nazirlər Kabinetinin müfaviq Qərarı olmadan torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi; Ərizədə tələb olunan məlumatların verilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; İddiaçının faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də həmin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması; Göstərilən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,75827 ha torpaq sahəsinin qeydiyyatı barəsində mübahisə ilə bağlı məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmadığı halda, nəyə görə və hansı səbəbdən qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmaması və yeni qeydiyyat aparılmaqla X6 adına Çıxarışın verilməsi barədə; X6 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınması üçün əsasların nədən ibarət olması barədə; Hansı əsasla Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla, X6 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 3 kv.m. artırılması və 0,7583 ha ölçüdə qeydiyyata alınması barədə; məhkəmə mübahisəsinin predmeti olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsinin kateqoriyasının hansı əsasla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə; Bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının mövcudluğu barədə məlumatların təqdim olunması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılması və işin hərtərəfli, tam, obyektiv və ədalətli həlli baxımından X6 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsinin yenidən qeydə alınması üçün əsasların və torpaq sahəsinin kadastr və planının təsdiq olunmuş surətlərinin təqdim olunması barədə qərardad qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Məhkəmənin qərardadı ilə iddiaçının dəqiqləşmə barədə ərizəsi qismən təmin edilərək iddia tələbi ““ünvan 2 ünvanında yerləşən 0,75827 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunması və s, barədə” Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı mülki məhkəmə işi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat daxil olduğu halda (yəni qeydiyyat məhkəmədə iş həli olunanadək dayandırılmalı oldudu halda), həmçinin həmin torpaq sahəsi iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m. torpaq sahəsi hesabına 3 kv.m. artırılmaqla (yəni 0,7583 ha ölçüdə) göstərilməklə, xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin aparılması və həmin qeyd əsasında yeni Çıxarışın verilməsi və torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi; X7 adına aparılmış xx.xx.2022-ci iİ tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməklə silinməsi və həmin tarixli və həmin nömrəli Çıxarışın etibarsız hesab edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin bərpa edilməsi; ünvan 3 ünvanında yerləşən iddiaçının qanuni və faktiki istifadəsində olan 871 kv.m torpaq sahəsi üzərində olan hüququna, eləcə də hamin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 45, mənzil 44-də yaşayan və 1-ci qrup əlil iddiaçının, dövlət mülkiyyətində olan və icarə müqaviləsi əsasında istifadəsinə verilmiş, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərindəki hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə yol vermiş və AR Nazirlər Kabinetinin vəzifə və səlahiyyətlərini açıq-aşkar mənimsəmiş, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri X14 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra 1 saylı Bakı Ərazi İdarəsi adlanacaq) bəzi əməkdaşlarının davamlı və qərəzli hərəkətlərinin qarşısının alınması və həmin vəzifəli şəxslərin ifşa olunması üçün, 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli Ərizə ilə müraciət etmişdir. Həmin ərizədə aşağıdakılar göstərilmişdir: Qanuni qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verilmiş xx.xx.2018-ci il tarixli 1460 nömrəli torpaq icarə müqaviləsi və onun ayrılmaz hissəsi olan “Geodeziya işləri” adlı eskiz layihəsində Fakt olaraq İddiaçı istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və döngə nöqtələrinə əsasən 871 (911-40) kv.metr təşkil etdiyini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 871 kv.m torpaq sahəsinə dair icarə hüququnun Dövlət reyestrində qeydə alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Eləcə də X6 adına **********76- 12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi”nin yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunması və s. barədə iddia tələblərinə dair xx.xx.2022-ci il tarixdən hal-hazıradək davam edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı mülki məhkəmə işi üzrə 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh olduğu, eləcə də həmin məhkəmə işi üzrə qanunvericiliyə müvafiq qaydada xəbərdar edildiyi və məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmadığı nəzərə alınaq, aşağıdakı məlumatların təqdim olunması xahiş edilmişdir. Göstərilən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,75827 ha torpaq sahəsinin qeydiyyatı barəsində mübahisə ilə bağlı məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmadığı halda, nəyə görə və hansı səbəbdən qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmamış və yeni qeydiyyat aparılmaqla X6 adına Çıxarış verilmişdir? X6 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmanın əsasları nədən ibarətdir? Hansı əsasla Dövlət mülkiyyətində olan və X8 istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla X6 mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 3 kv.m. artırılmış və 0,7583 ha ölçüdə qeydiyyata alınmışdır? Yuxarıda göstərilən məhkəmə mübahisəsinin predmeti olan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0,75827 ha” torpaq sahəsinin kateqoriyası Hansı əsasla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmişdir? Bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddurmu? Həmin Ərizənin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qəbul olunmasına və xx.xx.2023-cü il tarixdə hazır olunmasına dair qəbz təqdim edilmişdir. Qeyd olunmalıdır ki, ərizəyə cavab alınması üçün xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə gəldikdə, cavabın hazır olmadığı bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müxtəlif dövlət orqanlarına, eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinə Ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və surəti iddiaçının nümayəndəsinə ünvanlanmış Azərbaycan Respublikasının Milli X3 Qanunvericilik şöbəsinin 1-6\05-1\2-69\2023 nömrəli xx.xx.2023-cü il tarixli Məktubunda qeyd olunmuşdur ki, X1 Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə vətəndaşa və Milli Məclisə cavab verilməsi xahiş olunmuşdur. Lakin, buna baxmayaraq hal-hazıradək hər hansı bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh tələb olunan məlumatları təqdim etməməklə əsassız və qanunsuz hərəkətlərə yol vermişdir. Odur ki, cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətini qanunsuz hesab edirik və göstərilən məlumatların təqdim olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş edirik. Başqa məhkəmə işi üzrə əldə olunmuş və hazırkı məhkəmə işinə təqdim olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur:. X6 xx.xx.2022-ci il tarixli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış notariat qaydada təsdiq olunmuş Ərizəsində- Əmlak Kompleksinin söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və yalnız torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsi-xahiş edilmişdir. Deməli, X6 Ərizəsində torpaq sahəsinin təyınatının dəyişdirilməsi xahiş olunmamışdır. "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsə ünvanlanmış müraciətində X15 mülkiyyətində olan 0,758270 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 1549,1 kv.m. olan Əmlak Kompleksinin təyinatı dəyişdirilməsinə razılıq verilməsi üçün Banka müraciət edildiyi qeyd olunmuş; Bank tərəfindən bildirilmişdir ki, yuxarıda göstərilən əmlakın bankda ipoteka ilə yüklü qalması şərti ilə dəyişdirilməsinə və X6 adına yeni hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz edilməmişdir. Deməli, bu müraciətdən müəyyən edilir ki, torpaq sahəsinin təyınatının dəyişdirilməsinə razılıq verilməsi üçün Banka müraciət edilmiş və Bank da öz növbəsində buna etiraz etməmişdir. Hesab edir ki, iddiaçının Ərizəsinə ona görə cavab verilmir ki, AR Nazirlər Kabinetinin müfaviq Qərarı olmadan, yalnız X6 xx.xx.2022-ci il tarixli Ərizəsi və "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli Müraciəti əsasında, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin təyınatı qanunsuz və özbaşına dəyişdirilmiş; eləcə də mülkiyyətçinin və istifadəçinin razılığı alınmadan, yəni hər hansı bir əsas olmadan Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayrılaraq, torpaq sahəsinin ölçüsü qanunsuz və özbaşına olaraq 3 kv.m. artırılmış və 0,7583 ha ölçüdə Dövlət reyestrində qeydə alınmışdır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi məsələsi, 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə və səlahiyyətlərinə aid olmamaqla yanaşı, bu məsələ yalnız və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilməlidir. Artıq şərhə ehtiyac qalmır ki, AR NK-nin belə bir Qərarı mövcud olmadığı halda, 1 saylı Bakı Ərazi İdarəsinin bəzi vəzifəli şəxsləri AR Nazirlər Kabinetinin vəzifə və səlahiyyətlərinə aid olan məsələni həll etməklə açıq-aşkar və bilə-bilə qanunsuz hərəkətlərə yol vermişdir. Qeyd olunmalıdır ki, İddiaçı icarəsinə verilmiş torpaq sahəsi ilə X6 mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş və hal-hazırda da davam edir. Xüsusi olaraq qeyd olunmalıdır ki, X6 mülkiyyətində olan 0,75827 ha torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən, həmin torpaq sahəsinin ayrıc aktı olmamış və bu səbəbdən də torpaq sahəsinin planı və ölçüsü verilməmişdir. Torpaq sahəsinin koordinatları ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsində aparılan 2(007)-48/2018 saylı məhkəmə işi üzrə məhkəmə tərəfindən tədqiq olunan məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 13907 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının (hazırda X6) mülkiyyətində olan torpaq sahəsi vaxtı ilə müvafiq məhkəmə qərarları əsasında özəlləşdirildiyindən ayrıc aktı olmamış və müəssisəyə məxsus iş materiallarında olan çıxarışda qeyd edilmiş torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək «Buxar» KM-nin (hazırda X6) mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı istifadəsində olan torpaq sahəsinin 40 kv.m-i üst-üstə düşür. Həmin hal tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə işi üzrə qəbul edilmiş və qanuni qüvvədə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsi ilə tam sübut edilmişdir. Bununla yanaşı, qanuni qüvvədə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı “Buxar” KM-in mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(007)-48/2018 saylı Qərardadı ilə iddianın Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı qanuni nümayəndəsi X11 (Əli qızı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə xitam verilmişdir. Deməli, İddiaçı icarəsinə verilmiş torpaq sahəsi ilə əlaqədar qonşu sərhəddə yerləşən və hazırda X6 mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m ilə üst-üstə düşməsi məsələsinə hüquqi müəyyənlik gətirilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2022-ci il tarixdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri X14 1 saylı Bakı Ərazi İdarəsinə, X12 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İdarə tərəfindən **********76-12301 reyestr nömrə ilə qeydə alınmış, ünvan 1 ünvanında olan 1549,1 kv.m.- dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı, X6 adına verilmiş, xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsi üzərində aparılan bütün hərəkətlərin və əməliyyatların qanunsuz hesab edilməsi, həmin qeydin və verilmiş çıxarışın qismən torpaq sahəsinin 0,0871 ha (8,71 sot) hissəsində ləğv olunması və digər tələblər barədə qətnamə çıxarılması xahiş edilmişdir. Həmin iddia tələbi üzrə, yəni X6 adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin qismən ləğv olunmasına və s. tələblərə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə bildirişləri, həmin məhkəmə işində cavabdeh olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Həmin iş üzrə cavabdeh olan 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə sorğusuna **********27 nömrəli, xx.xx.2022-ci il tarixli Cavab məktubu ilə 27 vərəqdən ibarət sənədlərin təsdiq olunmuş surətlərini təqdim etmişdir. Deməli, 1 saylı Bakı Ərazi İdarəsi ilk dəfə olaraq xx.xx.2023-cü il tarixli Məhkəmə Bildirişini aldığı tarixdə artıq bilirdi və ya bilməli idi ki, X12 məxsus və xx.xx.2020-ci il tarixli, ********** nömrə ilə qeydə alınmış Əmlak Kompleksinin yerləşdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş 871 kv.m torpaq sahəsi ilə bağlı həmin qeydin 871 kv.m hissəsinin ləğv edilməsi və s. tələblər barədə məhkəmə mübahisəsi mövcuddur. 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən məhkəmə işindən xx.xx.2022-ci il tarixədək xəbərdar olması, bir də onunla tam sübut olunur ki, məhkəmə sorğusuna **********27 nömrəli, xx.xx.2022-ci il tarixli Cavab məktubu göndərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2105/2022 saylı işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Hüquqların dövlət qeydiyyatının dayandırılmasını müəyyən edən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 14.5-ci maddəsinə əsasən- Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Deməli, artıq sübuta ehtiyac qalmır ki, qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdən davam edən, 4 dəfə məhkəmə bildirişi alan, məhkəmə sorğusuna cavab verən və nəhayət məhkəmə işində cavabdeh olan, yəni həmin məhkəmə işi üzrə yekun məhkəmə aktının çıxarılmamasından xəbərdar olan 1 saylı Bakı Ərazi İdarəsinin bu işə məsul olan əməkdaşları- Əmlak Kompleksini və onun yerləşdiyi torpaq sahəsini yenidən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrə ilə qeydə almaqla, eləcə də hər hansı bir əsas olmadan Dövlət mülkiyyətində olan və İddiaçı istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla torpaq sahəsinin ölçüsünü qanunsuz və özbaşına olaraq 3 kv.m. artırmaqla açıq-aşkar maddi hüququn imperativ normasının tələbini pozmuş və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri istisna olunmur.
4. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 01 qeydiyyat nömrəli “Mülkiyyət haqqında Şəhadətnamə”si, 7582,7 kv.m torpaq sahəsi isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 000282 qeydiyyat nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”si əsasında “Buxar” kollektiv müəssisəsinin mülkiyyətinə verilmişdir. xx.xx.2013-cü il tarixində sözügedən sənədlər əsasında qeyriyaşayış binası və torpaq sahəsi üzərində əmlak kompleksi kimi müəssisəyə dair “Buxar” kollektiv müəssisəsinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan “Buxar” kollektiv müəssisəsi ləğv edildiyindən təsisçinin müraciəti əsasında əmlak kompleksi kimi müəssisənin mülkiyyətçisi X9 adına dəyişdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə sənaye, kommersiya, kommunal, anbar tikintisi massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri yaşayış məntəqələri torpaqlarının tərkibinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Sözügedən torpaq sahəsi Bakı şəhərinin inzibati sərhədləri daxilində yerləşməklə elektron kadastr məlumat bazasında yaşayış məntəqələri torpaqları kimi göstərildiyindən X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda sonuncunun müraciəti əsasında buraxılmış səhv aradan qaldırılaraq torpaq sahəsinin kateqoriyasına elektron kadastr məlumat bazasına uyğun olaraq yaşayış məntəqələri qaldırılaraq torpaq sahəsinin kateqoriyasına elektron kadastr məlumat bazasına uyğun olaraq yaşayış məntəqələri torpaqları kimi düzəliş edilmişdir. Bundan əlavə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 müraciətində qeyd olunduğu kimi yeni çıxarışda torpaq sahəsinin ölçüsü 3 kv.m artırılmamış, 7582,7 kv.m torpaq sahəsi elektron sistemdə yuvarlaqlaşdırılmış, nəticədə 0,3 kv.m fərqlə 7583 kv.m torpaq sahəsinin ölçüsü 0,7583 hektar göstərilmişdir. X16 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45a, 8-ci km qəsəbəsində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış məlumatlarda cari dəyişiklik edilməsi (torpaq sahəsinin ölçüsündə müvafiq düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.758270 ha kimi qeyd olunması) ilə bağlı xx.xx.2023-cü il tarixdə İdarəyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(007)-211/2023 nömrəli qərardadı əsasında əmlak üzərinə qadağa qoyulması və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2105/2022 saylı mülki işi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12672/2023 saylı inzibati işi ilə bağlı daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi əsasında müvafiq qeydlər aparılması, lakin həmin işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmaması ilə bağlı vətəndaşa xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, e-2(007)-100/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 5 ünvanında olan 1549 kv.m.-dən ibarət “Əmlak Kompleksi” və onun yerləşdiyi 0,75827 ha torpaq sahəsi ilə bağlı, X6 adına alınmış qeydin dəyişdirilməsi və həmin qeydin digər şəxslərin adına sənədləşdirilməsi hərəkətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsinə və X12 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(007)-211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qadağan edilmişdir. Odur ki, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.
5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə sənaye, kommersiya, kommunal, anbar tikintisi massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri yaşayış məntəqələri torpaqlarının tərkibinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələblərinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Sözügedən torpaq sahəsi Bakı şəhərinin inzibati sərhədləri daxilində yerləşməklə elektron kadastr məlumat bazasında yaşayış məntəqələri torpaqları kimi göstərildiyindən X6 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda sonuncunun müraciəti əsasında buraxılmış səhv aradan qaldırılaraq torpaq sahəsinin kateqoriyasına elektron kadastr məlumat bazasına uyğun olaraq yaşayış məntəqələri torpaqları kimi düzəliş edilmişdir. Bundan əlavə torpaq sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.75827 ha, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.7583 ha göstərilmişdir.
6. Üçüncü şəxs tərəfindən təqdim olunan ƏMDX DƏDKR publik hüquqi şəxisinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1549.1 kv.m olan əmlak kompleksinə və 0.758270 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdehə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
14. İddia ərizəsindən görünür ki, iddiaçı üçüncü şəxs X7 adına aparılmış xx.xx.2022-ci iİ tarixli, ********** nömrəli qeydin və həmin nömrəli çıxarışın etibarsız hesab edilməsi, eləcə də xx.xx.2020-ci il tarixli, ********** nömrəli qeydin bərpa edilməsi, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla X6 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 3 kv.m. artırılması nəticəsində ünvan 7 ünvanında yerləşən 871 kv.m torpaq sahəsi üzərində iddiaçının hüquqlarına, eləcə də həmin torpaq sahəsinin ölçüsünə edilən müdaxilələrin aradan qaldırılmasını tələb edir.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
17. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iş üzrə üçüncü şəxs X6 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1549.1 kv.m olan əmlak kompleksi və 0.758270 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılaraq ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
18. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçının bərpa edilməsini tələb etdiyi üçüncü şəxsin adına olan xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunan məlumatlar (0.758270 ha ölçülü torpaq sahəsi) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda öz əksini tapmışdır. Üçüncü şəxs X6 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün 0,7583 ha ölçüdə qeydiyyata alınması barədə qeydin isə qüvvədə olması aşkarlanmır.
19. Eyni zamanda, ünvan 6 ünvanında yerləşən 1549.1 kv.m əmlak kompleksi və 0.758270 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydin həqiqiliyi heç bir şübhə doğurmur, çıxarışın əsli məhkəmə iclasında tədqiq olunmuş (əsli iş materiallarına əlavə edilmişdir), onun mötəbərsizliyini təsdiq edən hər hansı bir dəlil, sübut məhkəməyə təqdim edilməmişdir.
20. Odur ki, mübahisə predmeti olan X6 mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindən 3 kv.m. sahə ayırmaqla 3 kv.m. çoxaldılması halı məhkəmə araşdırılması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmur.
21. X18 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X17rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X13rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
22. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, mövcud “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil, belə ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.
23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva