Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1906/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə(indiki adı Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarının ləğv edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, vergi orqanında qeydiyyatda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 2022-ci ildə müxtəlif malların satışını həyata keçirmiş və həmin malların satışına dair elektron qaimə-faktura təqdim etmişdir.Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların satışı üzrə gəlir 181792,29 manat göstərilmiş, malların alışı elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş mal alışı üzrə 28034.60 manat göstərilmişdir.Eyni zamanda İddiaçı vergi ödəyicisi kimi mikro sahibkarlıq subyektlərinə aid olduğu üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində göstərilən 75% güzəştdən istifadə etmişdir. Bu əməliyyatlar aparılarkən alınmış mallar Sədərək TM-dən müxtəlif fiziki şəxslərdən alınmış və alışı lazımı qaydada rəsmiləşdirilməmişdir. Belə ki, əməliyyatlar aparılan zaman Vergi Məcəlləsinin 102.1.30-cu maddəsindəkı güzəşt nəzərə alınaraq alış sənədləri əldə edilməmiş, bəyannamədə malların alış qiymətləri ilə xərclər göstərilməmişdir. Bu güzəşt 2022-ci ilin İ yanvar tarixindən yalnız gəlir və xərclərinin uçotunu aparan vergi ödəyicısınə tətbiq edildiyindən kameraİ vergi yoxlaması keçirilmiş və müvafiq Qərarla həmin güzəşt ləğv edilmiş və 24848,06 manat gəlir vergisi hesablanmışdır.Vergi orqanı kameral vergi yoxlaması aparan zaman İddiaçı xərclərini müəyyən edə bilməmiş, elektron-qaimə faktura və bank sənədləri ilə müəyyən edə bildiyi xərclər əsasında gəlirini 191.624,07 manat, mal alışı üzrə xərcini isə 28.034,60 manat olaraq təsdiq etmişdir.Vergi Məcəlləsınin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərın düzgün hesablanması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicısinə 5 iş günü müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Bu maddədə göstərilən hallarda və (və ya) kameral yoxlamanı aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edılmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.VM-nin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü maddəsi ilə kameral vergi yoxlaması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, gəlirlər, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; mülkiyyətində və ya istifadəsində olan maddı və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işbıın, xidməlbrin) fiziki həcmi barədə rəsmi məlumatlar; idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, aparılmış xronometraj müşahidələrin nəticələri, əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əldə etməklə hesablamaq hüququ vardır.Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən 67.1ci maddədə göstərilən hallarda vergi ödəyicisinin gəlir və xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanır.Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin qaydalar, Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”dır. Beləliklə, vergi orqanı fiziki şəxsin xərcini müəyyən edə bilmədiyi təqdirdə, əldə edilmiş mənfəəti (gəliri) göstərilən qaydalara əsasən şərti rentabellik 20% olmaqla gəlirə görə hesablamalıdır. Buna baxmayaraq vergi orqanı İddiaçı təqdim edilmiş malların 17%-i miqdarında mənfəət vergisi müəyyən etmişdir. Gəlir 181.792,29 manat olduğu halda, mənfəət vergisi 32,475,29 manat müəyyən edilmişdir.Beləliklə, vergi orqanı tərəfindən vergilər hesablanarkən Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə" 55 nömrəli qərarının tələblərini gözləməmiş yə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********838700 nömrəli Qərarı ilə İddiaçı 24848.06 manat gəlir vergisi hesablanmışdır.İddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli məktubla vergi orqanına müraciət edilərək vergilər hesablanarkən Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tələblərinə əməl edilməsi xahiş edilmişdir.Buna baxmayaraq, vergi orqanı Vergi Məcəlləsinin 37.4-cü, 67.1-ci, 67.14-cü, 83.9-cu maddələrinin və Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tələblərinə əməl etmədən xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarla hesablanmış vergiləri qüvvədə saxlamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir.Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur.AR Nazirlər Kabinetinin 28 iyul 2020-cİ il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" sözügedən məsələni tənzimləyir.İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.1-ci, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur.Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 182.9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Sayba N7, Anker bolt 8*50, Sayba N50 və s.” satışda qeyd olunsa da elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Həmçinin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) həcmi ilə təqdim edilmiş malların həcmi arasında fərq olduğu aşkar edilmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, 3.1.2-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur.Odur ki, qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində ‘Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli, **********921900 nömrəli Qərar qəbul edilmişdir.Kameral vergi yoxlamasına isə münasibətdə bildirilir ki,aparılan araşdırma zamanı 2022-ci il ərzində vergi ödəyicisi tərəfindən 184874,99 manat dəyərində olan eqaimələrin təqdim edilməsinə və NKA-ya 6749,08 manat məbləğlərin mədaxil edilməsinə baxmayaraq müvafiq dövrün gəlir vergisi bəyannaməsinin gəlir sətirlərində 181792,29 manat göstərilmişdir ki, bu da 9831,78 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarının 2.1.1-ci, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə, riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur.Odur ki, vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli, **********052900 nömrəli məktubla müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur.Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər tam təqdim edilmədiyindən 2022-cı ilin gəlir vergisi üzrə 24848,06 manat ((191624,07- 29247.60) 20%)) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********550600 nömrəli “Vergiərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-cı il tarixli, 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1-20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir.Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur.Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İİİ. Tədqiq edilmiş sənədlər 8.Məhkəmə iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2023-cü il tarixli, **********550600 nömrəli Qərarına əsasən gəlir vergisi üzrə 2022-ci il dövr üçün iddiaçıya 26415,54 manat əlavə vergi hesablanmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 may 2023-cü il tarixli, **********838700 nömrəli Qərarına əsasən gəlir vergisi üzrə 2022-ci il dövr üçün iddiaçıya 24848,06 manat əlavə vergi hesablanmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********92900 nömrəli qərarına əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/576 nömrəli rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 üzrə Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2023-cü il tarixli, **********550600 nömrəli Qərarına əsasən hesablanmış vergi məbləğinin vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmadığı, vergi ödəyicisi İddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə göstərilən xərclərin ilkin sənədlərlə tam müəyyən olunmadığı, o cümlədən onun tərəfindən 2022-ci il üzrə aparılmış əməliyyatlara görə 181.792,29 manat satış dövriyyəsindən, AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən ona hesablanmalı gəlir vergisi məbləğinin 6059,75 manat olması və xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli qərarda göstərilənlərə əsasən həmin məbləğin də vergi ödəyicisi tərəfindən bəyan edilməsi müəyyən edilmişdir. Bundan başqa məhkəməyə iddiaçının 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin surəti təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
9. .Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
- 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. - 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. - 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. - 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək; - 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4.Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. - 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuş: - 67.1-ci maddəsinin redaksiyasına əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.14-cü maddəsinin redaksiyasına əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. - 67.2-ci maddəsinin redaksiyasına əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. - 83.9-cü maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü,14.1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 11.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir.
12. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********92900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir, kameral vergi yoxlaması zamanı vergi orqanının 27 iyul 2023-cü il tarixli, **********550600 nömrəli Qərarına əsasən iddiaçıya gəlir vergisi üzrə 2022-ci il dövr üçün 26415,54 manat əlavə vergi hesablanmışdır. Məhkəmə ilkin olaraq vurğulayır ki, qanunverici vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydalarını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67ci və 89-cu maddələrində müəyyən etmişdir.Cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi hesablanması zamanı qeyd edilən maddələrdə göstərilən hansı normaları rəhbər tutduğunu və hansı normalara əsasən iddiaçıya əlavə vergi hesabladığını etirazda göstərməmiş və məhkəməyə bildirməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının xərclərini müəyyən edilməsi mümkün olmadığı halda cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” iddiaçıya münasibətdə tətbiq edilməli idi. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd edilən qərar da iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Məhkəmə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya hesablanmış əlavə vergi məbləğinin düzgün hesablanmasının və iddiaçının 2022-ci il üçün dövlət büdcəsinə ödənilməli gəlir vergisinin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır. Həmin ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 9/576 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2023-cü il tarixli, **********550600 nömrəli Qərara əsasən hesablanmış vergi məbləği vergi qanunvericiliyinə və müvafiq qanunvericiliyin tələblərinə uyğun düzgün hesablanmamışdır, vergi ödəyicisi İddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə göstərilən xərclər ilkin sənədlərlə tam müəyyən olunmadığı üçün, o cümlədən onun tərəfindən 2022ci il üzrə aparılmış əməliyyatlara görə 181.792,29 manat satış dövriyyəsindən, AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesabıanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən ona hesablanmalı gəlir vergisi məbləği 6059,75 manat təşkil etmişdir, məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsinə görə iddiaçı həmin məbləği də vergi orqanına təqdim etdiyi hesabatda bəyan etmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi qərarla cavabdehin iddiaçıya hesabladığı məbləğin düzgün olmaması ekspert rəyi ilə də təsdiq edilir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar iddiaçı barədə qəbul edilmiş iddiaçıya əlavə gəlir vergi hesablaması barədə iddiaçının mübahisələndirdiyi qərarın qanunsuz əlverişsiz inzibati akt olmasını təsdiq etdiyi üçün həmin qərar ləğv edilməlidir.
13.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən
- 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarı ləğv edilməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********550600 nömrəli Qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X1, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova