Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1907/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə ƏMDX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdeh ƏMDX-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 3665 kvadratmetrlik əmlak kompleksi iddiaçının mülkiyyətindədir. Qeyd edilən Çıxarışa əsasən həmin əmlak kompleksinin yerləşdiyi 27477.1 kv. metrlik torpaq sahəsi dövlət mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixli 542 saylı “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən iddiaçının icarəsindədir. Həmin torpaq sahəsini iddiaçı özəlləşdirmək niyyətindədir. Bu məqsədlə iddiaçı məktubla cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamə təşkil etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3/2-8796/2023 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilməsini bildirmişdir. Həmçinin cavab məktubunda qeyd edilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərinin 2 198 168 manat təşkil etməsi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: ƏMDX-nin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-1176/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddianın predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar iddiaçının hər hansı hüquqları Xidmət tərəfindən pozulmamış, daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumat iddiaçıya təqdim edilmişdir. İddiaçı ərizəsində həmin ərazidə sənədsiz torpaq sahəsinin qiymətinin 1000-1200 manat ətrafında dəyişdiyini qeyd etməklə, təklif olunan məbləğlə razılaşmadığını qeyd etmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyektiözəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. İddianın predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla mövcud qanunvericiliyə uyğun olaraq özəlləşdirmə obyektidir. İddiaçı tərəfindən hər hansı sübuta əsaslanmadan formal olaraq mövcud qanunvericiliyə əsasən alqı-satqı obyekti olmayan sənədsiz torpaq sahəsinin qiymətinə əsaslanmaqla əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh ƏMDX-nin nümayəndəsi X1 izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixdə, D-2520 nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı ATSC-nin özəlləşdirilmiş bazasında yaradılıb və onun hüquqi varisidir. “İcarəyə verən” ƏMDX ilə “İcarəçi” İddiaçı ASC arasında ƏMDX-nin xx.xx.2021-ci il tarixli 103 nömrəli sərəcamı əsasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 iyun 2021-ci il tarixli 542 №li müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanındakı əmlak kompleksinin yerləşdiyi 27477,1 kv. metr torpaq sahəsi İddiaçı ASC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (elektron) surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qardağ rayonu, ünvan 1 ünvanında icarədə olan 2,747710 ha torpaq sahəsində (sənaye, nəqliyyat, müdafiə və digər torpaqlar) yerləşən 3665 kv metrdən ibarət əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC adına Daşınmaz əmlakın Dövlət reyestrində **********22-12301 nömrəli reyestr, ********** qeydiyyat nömrəsilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə ƏMDX tərəfindən verilmiş 24 iyun 2023cü il tarixli 3-21-3/2-8796/2023 №li cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Tərəflər arasında iddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı həmin torpaq sahəsinin qiymətləndirilməsinə dair mübahisə yarandığını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iş üzrə tam və obyektiv araşdırmanın aparılaraq yekun nəticəyə gəlinməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km., 2K ünvanında yerləşən 27477,1 kv.metr torpaq sahəsinin hazırki real bazar qiyməti istiqamətində araşdırılmanın aparılmasına zərurət yaranmışdır ki, həmin hallın araşdırılması xüsusi bilik tələb edir. Bununla bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” məhdud məsuliyyətli cəmiyyətinin (Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllə, VÖEN: **********1) mütəxəssisi qarşısında aşağıdakı sual qoyulmuşdur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” № **********22-12301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə icarə hüquqlarının qeydiyyata alındığı ümumi sahəsi 3665 kv. metr olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar qiyməti nə qədər təşkil edir? “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən ümumi sahəsi 3665 kv. metr olan əmlak kompleksinin yerləşdiyi 2,747710 ha torpaq sahəsinin hazırki real bazar dəyərini müəyyən edilməsi barədə “Hesabat”dan müəyyən olunur ki, qeyd olunan torpaq sahəsinin hazırki real bazar dəyəri 305000 (üç yüz beş min) manat təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri haqqında “Rəy”dən müəyyən olunur ki, torpaq sahəsinin mövcud vəziyyəti, təyinatı, kateqoriyası, yerləşdiyi ərazi, kommunikasiyalarla təchizatı, abadlaşması, analoq obyektlərə müqayisəli satışı və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli 3-21-3/2-9019/2014 №li məktubda göstərilmişdir ki, sözügedən (Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K) ünvanda 2023-cü ildə özəlləşdirmə olmamışdır. 2024-cü ilin mart ayında həmin ünvandan (Ələt istiqamətində) 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir (məktuba ərazinin ortofoto görüntüsü əlavə olunmuşdur). Tətbiq edilən hüquq. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu. - Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (maddə 1.0.1). - Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (maddə 2.1). - Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir (maddə 8.1). - Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir (maddə 15.1). - Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (maddə 16.1.6). - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (maddə 22.1). Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydaları; 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların, müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır (bənd 2) Özəlləşdirmə nəticəsində bağlanan alqı-satqı müqaviləsində satılmış obyektin adı, tərkibi və satış qiyməti, onun ödənilməsinin forma və müddətləri, satıcı, alıcı və vasitəçilər haqqında məlumat, onların ünvanı, obyektin sonrakı istifadəsi barədə qarşılıqlı öhdəliklər, həmin obyektin satılması şərtləri və bu şərtlərin pozulmasına görə tərəflərin məsuliyyəti, obyektin yerləşdiyi torpaq sahəsindən istifadə qaydaları və müqaviləyə xitam verilməsi qaydaları göstərilməlidir. Tərəflərin razılığı ilə müqavilədə digər şərtlər də göstərilə bilər (bənd 3). Müqavilə bağlandıqdan sonra, alıcıya müvafiq əqdin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının satılmasına dair şəhadətnamə verilir (bənd 4) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi.
2. Xidmətin fəaliyyət istiqamətləri 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: ... 2.0.4. Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsi sahəsində tədbirlər görülməsini təmin etmək; 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək; 2.0.6. daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; ... 2.0.8. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”.
1. Bu Əsasnamə “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə və qüvvədə olan digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edir. ...
3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, ... bölünərək 1-6 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsallarıtətbiq edilir. 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən irəli sürülmüş icarəsində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyəri nəzərə alınmaqla qanunvericiliyin tələblərinə uyğun olaraq satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı tərəflər arasında həmin torpaq sahəsinin qiymətləndirilməsinə dair mübahisə yaranmışdır. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiymətini müəyyən edən yuxarıda qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi, Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırması zamanı “Morion” Qiymətləndirmə Mərkəzinin Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km, 2K ünvanında yerləşən 27477,1 kv. metr torpaq sahəsinin bazar dəyərinə dair verdiyi “Rəy”dən müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin dəyəri 19 iyun 2023-cü il tarixə 2198168,0 (iki milyon bir yüz doxsan səkkiz min bir yüz altmış səkkiz) manat təşkil edir. ƏMDX tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidən 2,5 kilometr məsafədə yolun sağ tərəfində və eyni qiymət zonasında yerləşən torpaq sahəsi 1,0 (bir) kvadrat metri üçün qiyməti 80 (səksən) manat olmaqla özəlləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. ... 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq səlahiyyətlərinin həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına yönəlmiş hər hansı hərəkətə yol verməmişdir. Belə olan halda məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev