Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1909/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakların satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “ siyahıya alınmış əmlakın satılması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5841352.52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 6795323.82 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023 tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5841352.52 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh MMC tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; “Vergi borcunun ödənilməsinə dair” **********2 №-li bildirişdən müəyyən olunur ki, Cavabdeh MMC-nin (VÖEN: **********1) xx.xx.2023-cü il tarixinə ümumilikdə 6795323.83 manat, vergilər üzrə 3873907.23 manat, maliyyə sanksiyaları üzrə 2188235.33 manat, faizlər üzrə 733181.27 manat və məhkəmə qərarı ilə təmin edilmiş hissə üzər 0.00 manat borcu var. Milli Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqında” **********7 №-li xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, Milli Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Cavabdeh MMC-yə məxsus əmlak siyahıya alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********7 №-li xx.xx.2023-cü il tarixli protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 yaşayış sahəsi, 1 ünvanında yerləşən 5800000,0 manat dəyərində əmlakı (qeyri yaşayış sahəsi), Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 40000,0 manat dəyərində əmlakı (torpaq sahəsi) və 1500,0 manat dəyərində olan “Conon” markalı 1 ədəd printer siyahıya alınmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, siyahıya alınmış Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 yaşayış sahəsi, 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi - əmlak məsul saxlama üçün X3 təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kənd təsərrüfatlı təyinatlı 08 ha torpaq sahəsi üzərində Cavabdeh MMC-nin xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 482 №-li reyestr kitabının 1 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 yaşayış sahəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh MMC-nin xüsusi mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 7 №-li reyestr kitabının 718 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə № ********** qeydiyyata nömrəsilə qeydiyyata alınmışdır. Cavabdeh MMC-yə aid xx.xx.2023-cü il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, sonuncunun xx.xx.2022-xx.xx.2023-cü il tarixə hesablanmış borc məbləği 6851090,73 manat, azaldılmış məbləğ 564054,63 manat, çap tarixinə faiz borcu 930749,35 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 6992744,28 manat, çap tarixinə saldo 6992744,43 manat, cəmi ödənilməli borc məbləği 7007632,43 manat qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********44 №-li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi üzərində "xxxx" MMC- nin (VÖEN: **********) adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində ********** qeydiyyat, **********07-06301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-251/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadlarına və Bakı Apellyasiya Məhkəməsinin MTT(103)-291/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən qeyri-yaşayış binasının üzərinə qadağa qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-MTT(113)-251/2022 saylı cavab məktubunda göstərilmişdir ki, e-MTT(113)-251/2022 nömrəli müvəqqəti təminat tədbirinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən "xxxx" Azərbaycan ASC-nin ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC-yə Baki şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sözügedən qərardad mübahisələndirilməmiş, xx.xx.2022-ci il tarixdən qanuni qüvvəyə minmiş və hal-hazırda da qüvvədədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-01913/24 №-li cavab məktubunda göstərilmişdir ki,Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8.0 ha torpaq sahəsi hal-hazırda Cavabdeh MMC-nin mülkiyyətindədir. Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8.0 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, RQ-484 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və xx.xx.2022-ci il tarixdə tutmanın yönəldilməsi barədə xx.xx.2022-ci il tarixli 22- 11606/2022 saylı bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Sözügedən torpaq sahəsi üzərinə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(113)-251/2022 saylı qərardadına əsasən həbs və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(103)-291/2022 saylı icra vərəqəsinə əsasən torpaq sahəsi üzərinə qadağa qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 418.xx-xx/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-MTT(113)-251/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi Holcim (Azərbaycan) ASC-nin ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC- yə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardaddan şikayət daxil olmamış və qanuni qüvvəsini almışdır. Məhkəmənin e- MTT(113)-242/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə Ərizəçi “Holcim (Azərbaycan)” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2022-ci il tarixli MTT(103)-291/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin qərardadı ləğv edilərək, Cavabdeh MMCnin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 y/sahəsi, 1 ünvanında yerləşən yaşayış binası və Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 8 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, girov, ipoteka, icarə və digər hüquqlarla bağlı hərhansı əməliyyatların aparılması cavabdehə qadağan edilmişdir, qərardad qanuni qüvvəsini almışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur Azərbaycan Respublikası Vergilər Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. Maddə 65.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 77.1 Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhəliklərinin yerinə yetirilməsi məcburidir Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh MMC vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət büdcəsinə yaranmış vergi və dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 5841352.52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun siyahıya alınmış ******* manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MMCyə qaytarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən Dövlət büdcəsinə ödənilməmiş 5841352,52 (beş milyon səkkiz yüz qırx bir min üç yüz əlli iki manat 52 qəpik) manat borcuna görə ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən kənd təsərrüfatlı təyinatlı 8,0 ha torpaq sahəsi (Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmış) və Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, MD-23 yaşayış sahəsi, 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmış) və “Conon” markalı 1 ədəd printer, ümumilikdə ******* (beş milyon səkkiz yüz qırx bir min beş yüz) manat dəyərində olan əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdehnə (VÖEN **********) qaytarılsın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1909/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1909/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver