Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1919/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiаçı İddiaçı Razim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası yanğın təhlükəsizliyi üzrə mühəndis, işləmir), iddiaçının vəkili və nümayəndəsi Bayramov Cabbar Bayram oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi Cəfərli Orxan Nazim oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası:hüquqşünas, iş yeri: Аzərbаycаn Rеspublikаsının Cavabdeh, vəzifəsi: şöbə müdiri) iştirаkı ilə, iddiаçı İddiaçı Razim oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Fövqəladə Hallar Nazirliyinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa edilməsi bаrədə» iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Razim oğlu iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək cavabdeh Аzərbаycаn Rеspublikаsının Fövqəladə Hallar Nazirliyinin 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi və ona işə bərpa olunacağı günədək əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 17.07.2002-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yanğından mühafizə orqanlarında işə qəbul olunmuşdur. 31.05.2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin 16.12.2005-ci il tarixli, 1182 nömrəli sərəncamı ilə AR DİN-nin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Azərbaycan Respublikasının Cavabdeh tabeliyinə verilmişdir. Bundan sonra 10.09.2020-ci ilədək iddiaçı daxili xidmət mayoru xüsusi rütbəsi ilə Azərbaycan Respublikasının Cavabdeh X2 Xidmətinin 1-ci Ərazi X2 İdarəsinin X2 şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. Cavabdeh 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmri ilə fövqəladə hallar orqanından xaric edilmişdir. İddiaçı hesab edir ki, həmin əmr (inzibati akt) qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh 10.09.2020-ci il tarixli, 1036/ş nömrəli əmrində, normativ əsaslandırma kimi “Fövqəladə hallar orqanlarında xidmət çəkmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.2, 31.1.8, 31.4, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunmuşdur. Həmin qanunun 31.1.2-ci maddəsində intizam tənbehlərindən biri kimi töhmət göstərilmişdir və bu normanın əmrin nəticə hissəsi ilə əlaqəsi yoxdur. Qanunun 31.4-cü maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçi yə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Bu maddənin də əmrin xarakteri ilə əlaqəsi yoxdur. Həmin qanunun 31.5-ci maddəsinə əsasən bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq köbud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilir. Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedagoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommerisya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir. İddiaçının elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olması və siyasi partiyalara üzv olması, kommersiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaların törətməsi, qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olması, xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkələrin vəsaiti hesabına xarici ölkələrə getməsi, fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidmət fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsi, dini tətbiq etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməsi və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməsi, tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsi barədə hər hansı fakt mövcud deyil. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, inzibati orqanın qanunsuz əmri nəticəsində iş buraxdığına görə, onun xidmətdən xaric olunduğu gündən xidmətə bərpa olunacağı günədək əmək haqqı ona ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikası Cavabdeh göstərmişdir ki, 2020-ci ilin avqust ayı ərzində X2 Xidmətinin Xüsusi nəzarət şöbəsi tərəfindən həyata keçirilmiş dövri yoxlama zamanı daxili xidmət mayoru İddiaçı fəaliyyətində aşağıdakı nöqsanlar aşkar edilmişdir: obyektlərin bir neçəsinin VÖEN-i olduğu halda, həmin obyektlər barədə məlumatlar Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə daxil edilməmişdir; yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktının aşkar edilməsinə baxmayaraq, ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir; onun təhkim olunduğu ərazidə yerləşən obyektlərin əksəriyyəti barəsində lazimi sənədlər qovluqlara əlavə edilməmişdir; sahibkarlıq subyektlərinin əksəriyyətinə tövsiyyə məktubları təqdim edilməmişdir; obyektlərin bir neçəsinin VÖEN-ləri toplanmamış, VÖEN olmayan obyektlər barədə idarə rəhbərliyinə təqrirlə müraciət edilməmişdir; təhkim olunduğu ərazidə yerləşən bir neçə obyekti dislokasiya qeydiyyatına almamışdır; təhkim olunduğu ərazidə yerləşən bir neçə obyektin dislokasiya qeydiyyatına almasına baxmayaraq, həmin obyektlər barəsində “yanğın-nəzarət müşahidə” qovluqları tərtib edilməmişdir. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidməti fəaliyyətini müvafiq qanunvericiliyinin tələblərinə uyğun qurmamış, tabeçiliyində olan inspektorların fəaliyyətinə nəzarəti zəif həyata keçirərək öz fuksional vəzifəsini lazımi qaydada icra etməmişdir. İddiaçı xidmət zamanı yanğın-texniki müayinə keçirdiyi obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, ancaq bir neçəsi barədə inzibati xəta haqqında protokol tərtib edilmiş, sahibkarlıq subyektlərinin əksəriyyətinə tövsiyyə məktubları təqdim etməmişdir. Yoxlamanın nəticəsi ilə əlaqədar müvafiq qaydada akt tərtib edilmiş və iddiaçıdan izahat alınmışdır. İzahatda iddiaçı kobud pozuntulara yol verməsinin səbəbi kimi tutarlı bir əsas göstərməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi O.Cəfərli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. Belə ki, iş materiallarında olan: İddiaçının xidmət siyahısına əsasən iddiaçı 2002-ci ilin iyul ayından yanğından mühafizə orqanlarında xidmət etmişdir, 10.09.2020-ci ildə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə uyğun olaraq (intizam tənbehi qaydasında) xidmətdən xaric edilmişdir. Xidmətdən xaric edilən zaman böyük inspektor vəzifəsində xidmət etmişdir. 28.08.2020-ci il tarixli izahata əsasən iddiaçıdan xidməti fəaliyyəti ilə bağlı izahat alınmışdır, iddiaçı izahatında işində yol verdiyi qüsurları etiraf edərək bir daha onlara yol verməyəcəyini bildirmişdir, həmçinin bildirmişdir ki, bəzi obyektlərdə nəzəri yanğın texniki müayinəsi keçirilməmişdir, özəl obyektlərin bir necəsinə tövsiyyə məktubu təqdim edilməmişdir ,obyektlərin bir necəsi reyestrə daxil edilməmişdir 28.08.2020-ci il tarixli akta əsasən 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru daxili xidmət mayoru İddiaçı xidməti fəaliyyəti yoxlanılmışdır. İddiaçı təhkim olunmuş xidməti ərazisində (18-19-20-ci sahələrdə) 162 obyekt, onlardan 15 dövlət, 3 bələdiyyə, 144 özəl obyekt mövcuddur. Yoxlama zamanı yanğın-texniki müayinə keçirilmiş obyektlərin əksəriyyətində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına baxmayaraq bir neçəsi barədə inzibati protokol tərtib edilmişdir. Özəl obyektlərin əksəriyyətinə tövsiyyə məktubları təqdim etməmiş, təhkim olunmuş obyetlərin bir neçəsinin VÖEN-i olduğu halda, həmin məlumatları iddiaçı Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestrinə daxil etməmiş, təhkim olunmuş obyektlərin bir neçəsinin VÖEN-ni toplamamış, VÖEN-siz fəaliyyət göstərən obyektlər barədə idarə rəhbərliyinə təqrirlə məruzə etməmiş, əksəriyyət obyektlərin qovluğuna lazimi sənədləri toplamamış və obyektlərin qovluqlarını tələblərə uyğun tərtib etməmişdir. Təhkim olunduğu xidməti ərazisində (18-19-20-ci sahələr) inspektorların iş fəaliyyətinə nəzarəti zəif apararaq, öz funksional vəzifələrini tam icra etməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 1036/Ş nömrəli, 10.09.2020-ci il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin X2 Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru daxili xidmət mayoru Cəfər Razim oğlu Musayev xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etmədiyınə, yanğın-texniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmədiyinə, bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almadığına, nəzarət-baxış qovluqlarını tərtib etmədiyinə, bununla da vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə fövqəladə hallar orqanlarından xaric edilmişdir, qeyd edilən nöqsanlarla bağlı digər vəzifəli şəxslərə töhmət və xəbərdarlıq edilmişdir. Beləliklə məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmuşdir, 1-ci ərazi DYNİ-nin DYNŞnin böyük inspektoru vəzifəsində xidmət etmişdir. 10.09.2020-ci ildə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə uyğun olaraq (intizam tənbehi qaydasında) 1036/Ş nömrəli, 10.09.2020-ci il tarixli əmrlə xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsini və ona işə bərpa olunacağı günədək əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən həmin qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Həmin Qanunun 10.0-cu maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə;10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:.. 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; Həmin Qanunun 31.2. –ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Həmin Qanunun 31.5-ci maddəsinə əsasən bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir:..33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; Həmin Qanunun 33.3. –cü maddəsinə əsasən, bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir. İşin faktiki hallarına əsasən iddiaçı təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət- baxış qovluqlarına əlavə etməmişdir, yanğıntexniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq əksəriyyət hallarda onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmişdir, bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almamışdır, nəzarət-baxış qovluqlarını tərtib etməmişdir, həmin nöqsanları iddiaçı cavabdehin adına verdiyi izahatında da etiraf etmişdir. Göründüyü kimi iddiaçı xidməti vəzifələrini lazımi qaydada icra etmədiyinə görə Cavabdeh rəhbəri tərəfindən öz təşəbbüsü ilə xidmətdən xaric edilmişdir ki, bu zaman cavabdeh tərəfindən qanun pozyntusuna yol verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Razim oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Fövqəladə Hallar Nazirliyinin 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi və ona işə bərpa olunacağı günədək əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barərə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 32, 34, 68, 69, 85, 110- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Razim oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Fövqəladə Hallar Nazirliyinin 10.09.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi və ona işə bərpa olunacağı günədək əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barərə iddiası əsassız olduğundan təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №e-2-1(112)-1919/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1919/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver