Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1924/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinin nümayəndələri X5, X3 və X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********161900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş № e-2-1(112)-1924/2025).
2. Məhkəmənin e-2-1(112)-1924/2025 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslanırılmışdır ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) ilə vergi uçotuna, xx.xx.2024-cü il tarixində isə əlavə dəyər vergisi (ƏDV ) qeydiyyatına alınmışdır. Sahibkarlıq fəaliyyəti göstəridiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcısının qərbi ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2024-cü il tarixli **********-11001 saylı kodla vergi orqanında uçota alınmış, həmin təsərrüfat subyektində (obyektində) xx.xx.2023-cü il tarixdə “WizarPOS Q2“ markalı, F5068B8B43DD3E55853B93862AEDEA90 zavod nömrəli nəzarət kassa aparatı (NKA) quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. İddiaçının əsas fəaliyyəti “X4 satışı” olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsinin (bundan sonra - cavabdeh) “X10nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7070 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə X10 tədbiri həyata keçirilmişdir. Nəzarət tədbirinin nəticəsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli 100823 nömrəli aktda guya təsərrüfat subyektində (obyektində) 2.536.068,98 manat (ticarət əlavəsi və ƏDV daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı və bununla da vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 253.606,89 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməli olması təklif edilmişdir. X10 tədbirinin nəticəsinə cavabdeh tərəfindən baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********9013 nömrəli qərar qəbul edilərək elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturanın tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsi əsas tutularaq 253.606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, X10 tədbiri zamanı təsərrüfat subyektində (obyektində) mal qalığının aşkar edilmədiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 100822 nömrəli Akt tərtib edilmişdir. Mal satışı və mal qalığı olmadığı və mağazanın boş olduğu halda xx.xx.2024-cü il tarixdə “2.536.068,98 manat dəyərində malların satışının aşkar edilməsi” tamamilə əsassız, qeyri-obyektiv və qanunsuz yanaşmadır. Qeyd edildiyi kimi, X10 tədbiri zamanı malların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların obyektdə quraşdırılmış NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, mal alan şəxslərin fiziki şəxslər olduğu, elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda, heç bir qanuni əsas olmadan, əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı vergi məsuliyyətinə cəlb edilərək ümumi satış dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası məsuliyyətinə cəlb edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının vergi qanunvericiliyinin tələblərinə zidd olması səbəbindən həmin qərarın ləğv edilməsi barədə cavabdehin yuxarı orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi - **********636800) inzibati şikayət verilmişdir. İnzibati şikayətə baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərar dəyişdirilmədən saxlanılmaqla inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli **********161900 nömrəli qərar qəbul edilmişdir.
4. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş e-2-1(112)-3193/2025).
5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı2 ********** saylı şəhadətnamə (VÖEN) ilə əsas fəaliyyəti “Qadın geyimlərinin pərakəndə satışı” olmaqla vergi uçotuna,”Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında xx.xx.2023-cü il tarixli **********8 nömrəli Arayış”a əsasən fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən mağaza təsərrüfat subyekti (obyekti) uçota alınmış və xx.xx.2024-cü il tarixli **********6 nömrəli qeydiyyat vərəqəsinə əsasən “Wizar POS Q2” markalı nəzarət kassa aparatı (NKA) vergi orqanında qeydiyyatdan keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdrəsi (bundan sonra - cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinə gedən yolun şimal-qərbi ünvanda yerləşən “Qadın geyimlərinin pərakəndə satışı” mağazasında “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə X10 tədbiri həyata keçirilmişdir. X10 tədbiri zamanı mağazada malların satışı və eləcə də mal qalığı aşkar edilməmiş və bu fakt xx.xx.2024-cü il tarixli DVX seriyalı 103366 nömrəli Akt tərtib edilməklə təsdiq edilmişdir. Lakin mağazada mal satışı və mal qalığı olmadığı, mağazanın boş olduğu halda xx.xx.2024-cü il tarixdə DVX seriyalı 103367 nömrəli Akt tərtib edilərək guya mağazada 164740,77 manat (ƏDV və ticarət əlavəsi daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Nəzarət tədbirinin nəticəsinə cavabdeh tərəfindən baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********0811 nömrəli qərar qanuna zidd olduğundan və bunun nəticəsində iddiaçının hüquqları pozduğundan ləğv edilməlidir.
6. Məhkəmənin e-2-1(112)-3193/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair 2-1(112)-3193/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə 2-1(112)-1924/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.
7. Cavabdeh tərəfindən İddiaçı1 münasibətdə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Qeyd edilməlidir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il **********876700 nömrəli məktubu ilə cəmiyyətin elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 09:46-də oxunmuşdur. (Elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib). Qeyd olunan qərardan iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli **********636800 nömrəli məktubla inzibati şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********161900 nömrəli Qərarı ilə İddiaçı1 X10nin nəticələrindən verdiyi inzibati şikayət təmin olunmamışdır. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən, İddiaçı1 xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2024-cü il tarixdə ilk obyekt qeydiyyatı (sahəsi 40 kv metr) barədə ərizə ilə müraciət etdiyi və X10 tədbiri keçirilən tarixə aktiv 1 (bir) obyekti olduğu müəyyən edilmişdir. Aparılan təhlillər, müşahidə baxış tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyətinin pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş malların pərakəndə satış formasında NKA ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, qeyd olunan risklərin araşdırılması üçün X10 tədbiri təyin edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin pozulması barədə kifayət qədər əsası olması halı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və X10nin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. Bu hal Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə əsasən yoxlamanın keçirilməsinə səbəb olmuş və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********7070 nömrəli qərarla X10 tədbiri təyin edilmişdir. Baş İdarənin "X10nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarları əsasında İddiaçı1 sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə "Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən X10 tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 2.536.068,98 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 100823 nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq aktın bir nüsxəsi qəbul edilmiş. Tərtib edilmiş akt əsasında Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9013 nömrəli qərarı ilə iddiaçıya 253.606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, "Nəzərov.K.A tərəfindən 2.107.069,56 manat dəyərində mal idxal olunaraq qaimə təqdim etmədən 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə digər vergi ödəyicilərinə topdan qaydada satılaraq Vergi Məcəlləsinin 58-ci maddəsinin tələbləri pozulmuşdur.” Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildirilir ki, 2024-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə kimi vergi ödəyicisi tərəfindən 2.107.069,56 manat dəyərində mal idxal olunmuş, e-qaimə ilə alınmış mallar olmamış. X10nin həyata keçirilməsi zamanı İddiaçı1 məxsus təsərrüfat subyektində mal qalığı aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində ümumilikdə 2967 çek üzrə 2.676.552,01 manat məbləğin nəzarət-kassa aparatına mədaxil olunduğu, əksər hallarda çox qısa zaman intervalları ilə nəzarət-kassa aparatına məbləğlər daxil edildiyi, 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına 902,1 manat məbləğin mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2024-cü il tarixli 256 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 247 nömrəli çek üzrə vahidinin qiyməti 985,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 267 nömrəli çek üzrə vahidinin qiyməti 951,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1039 nömrəli çek üzrə vahidinin qiyməti 962,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1026 nömrəli çek üzrə vahidinin qiyməti 935,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1900 nömrəli çek üzrə vahidinin qiyməti 1900,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 1922 nömrəli çek üzrə vahidinin qiyməti 869,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 2816 nömrəli çek üzrə vahidinin qiyməti 997,0 manat olmaqla 1 ədəd tekstil malı, xx.xx.2024-cü il tarixli 2932 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları aşkar olunmuşdur. Bununla da, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Sözügedən hallar faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Eləcə də, xx.xx.2024-cü il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə X10 Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda da qeyd olunduğu kimi, X10 həyata keçirilmiş obyektindən, yəni təsərrüfat subyektindən malların elektron qaimə-faktura olmadan təqdim edilməsi əməliyyatlarının həyata keçirilməsi faktı məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuşdur, belə ki, Vergi Məcəlləsinin 58.13 maddəsi ilə göstərilən halda satışın elektron qaimə-faktura təqdim edilmədən həyata keçirilməsi qadağan olunmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1 bəndinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir.
8. Cavabdeh tərəfindən İddiaçı2 münasibətdə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X10 həyata keçirilmişdir. X10nin həyata keçirilməsi zamanı xx.xx.2024-cü il tarixdə Baş İdarə tərəfindən İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə idxal edilmiş mallardan 1 410 737,34 manat dəyərində olan hissəsi, elektron qaimələrə əsasən alınmış mallardan 114 351,05 manat dəyərində olan hissəsi və elektron qaimələrə əsasən satılmış mallardan 156 354,82 dəyərində olan hissəsini nəzərə alaraq 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 1 647 407,74 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli 103367 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 103367 nömrəli akt İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 təqdim edilmiş, nümayəndə aktı qəbul etmiş və imzalamışdır. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı2 məxsus olan obyektdə keçirilmiş X10nin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 103367 nömrəli akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı2 barəsində 164740,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda qeyd etmişdir ki, İddiaçı2 məxsus təsərrüfat subyektləri aşağıdakılardır:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimalqərbi (11003 kodlu) - mağaza; Qeyd olunan ünvanlardan başqa digər yerdə anbarımız, malımız, saxlanc yerimiz yoxdur. Satdığımız malların üzərinə 2% ticarət əlavəsi qoyuruq. Yuxarıda qeyd olunan obyektin ünvanına və şəkillərinə (qoşmada əlavə olunur) nəzər yetirsək, görərik ki, obyekt pərəkəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, ümumiyyətlə, formal xarakter daşıyır, tam şəraitsiz və boşdur. Eyni zamanda iş materiallarında mövcud olan NKA-nın çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, eyni məbləğlərdə və qısa vaxt aralığında mədaxil olunduğu müəyyən olunur. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,2 - 20,0 manat aralığındadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş "NKA-nın çekləri barədə məlumatda” əks olunan əksər çeklər üzrə məbləğin 750,0 - 999,0 manat aralığında olması müəyyən olunur. Nəzərə alsaq ki, iddiaçının satdığı malların dəyəri 20 manatdan aşağıdır, o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 750,0 manat və ondan yuxarı olan mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Bundan əlavə, NKA-nın çekləri barədə məlumata əsasən iddiaçının bir gün ərzində 100 000 manatdan yuxarı məbləğlərin NKA-ya mədaxil etməsi sual doğurur. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. İddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, X10 ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirilməli olduğu halda, vergi orqanının əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi... Məlum olduğu kimi Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X10ni keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X10 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və bu Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Başqa sözlə, vergi nəzarətinin bu növü digər növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə riayət olunub-olunmamasını yoxlamaq imkanı verir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində X10nin keçirilmə əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X10 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. ...həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Bununla əlaqədar bildiririk ki, iddiaçı tərəfin də qeyd etdiyi kimi yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. X10nin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli **********1000 nömrəli Qərarda olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda” yoxlamanın təyin edilməsi üçün əsaslar vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (Vergi Məcəlləsi, maddə 50.2.2) kimi qeyd edilmişdir. Göstərilən məlumatlar vergi orqanlarının baza məlumatlarında olan sənədlər, iddiaçının idxalı ilə bağlı gömrük məlumatları və vergi ödəyicisi tərəfindən verilmiş hesabatlardır. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.
9. “X10nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7070 nömrəli Qərara əsasən İddiaçı1 (VÖEN: **********) məxsus olan obyektdə Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X10 həyata keçirilməsi qərara alınmışdır.
10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242102583 nömrəli Çıxarışa əsasən İddiaçı1 məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində növbədənkənar X10 keçirilməsi qərara alınmışdır.
11. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli Qərara əsasən İddiaçı1 Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 253606,89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024 tarixədək 253606,89 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
12. Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza N 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********- 11001).
13. “X10nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********7814 nömrəli Qərara əsasən İddiaçı2 (VÖEN: **********) məxsus olan obyektdə Sədərək TM-ə gedən yolun şimal qərbi malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) X10 həyata keçirilməsi qərara alınmışdır.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242129176 nömrəli Çıxarışa əsasən İddiaçı2 məxsus Sədərək TM-ə gedən yolun şimal qərbi X4 Satışı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində növbədənkənar X10 keçirilməsi qərara alınmışdır.
15. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatda qeyd etmişdir ki, o, İddiaçı2 səlahiyyətli nümayəndəsidir, ticarət mərkəzində başqa anbarı yoxdur, idxal etdiyi və aldığı malları 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etmədən topdan satıb.
16. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli Qərara əsasən İddiaçı2 Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 164740,77 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024 tarixədək 164740,77 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
17. Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı2 (VÖEN: **********) məxsus Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********-11001).
18. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması” ərizəsinə əsasən İddiaçı2 xx.xx.2025-ci il tarixdə fəaliyyətinə xitam verilməsi ilə əlaqədar **********- 111003 kodu olan obyektin fəaliyyətinin və digər əməliyyatlarının ləğvi barədə qərar qəbul etmişdir.
19. Şifahi məhkəmə dinləmələri zamanı birgə iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü
21. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
23. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
24. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
25. Vergi Məcəlləsindən: 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X10ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. X10 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X10 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər.
26. xx.xx.2024-cü il tarixli, **********7070 nömrəli “X10nin həyata keçirilməsi haqqında” Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi ödəyicisi İddiaçı1 məxsus Binə Ticarət Mərkəzi – Mağaza № 8-3-63 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində növbədənkənar X10 keçirilmişdir. X10 nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cu maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 253606,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
27. xx.xx.2024-cü il tarixli, **********7814 nömrəli “X10nin həyata keçirilməsi haqqında” Qərara və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi ödəyicisi İddiaçı2 məxsus Sədərək TM-ə gedən yolun şimal qərbi X4 Satışı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində növbədənkənar X10 keçirilmişdir. X10 nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cu maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 164740,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
28. Məhkəmə ilk növbədə müəyyən edir ki, X10 İddiaçı1 münasibətdə xx.xx.2024-xx.xx.2024cü il tarixləri, İddiaçı2 münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə etsə də, faktiki olaraq vergi ödəyicilərinin 2024-cü il üzrə ümumi fəaliyyətləri yoxlanılmış və yoxlama nəticəsində müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarlar qəbul edilmişdir.
29. Məhkəmə nəzərə alır ki, X10nin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə X10 ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir.
30. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, operativ vergi yoxlamalarının İddiaçı1 münasibətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, İddiaçı2 münasibətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddəti əhatə etməsinə rəğmən, cavabdeh vergi orqanı faktiki olaraq X10 ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı X10 institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
31. Bununla belə məhkəmə xüsusilə nəzərə alır ki, vergi nəzarəti institutun əsas hüquqi məqsədi vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi, vergitutma prosesinin şəffaflığının təmin olunmasıdır. Belə ki, vergi nəzarəti yalnız inzibati prosedur deyil, ictimai maliyyə sabitliyinin qorunmasına xidmət edən hüquq-mühafizə mexanizmidir. Bu baxımdan vergi nəzarəti tədbiri zamanı faktiki olaraq aşkarlanmış və sübutlarla təsdiq edilmiş vergi pozuntularına hüquqi qiymət verilməsi qanunçuluq prinsipindən irəli gəlir. Vergi orqanı tərəfindən həyata keçirilmiş yoxlama zamanı vergi ödəyicisinin sistematik və məqsədyönlü şəkildə vergidən yayınması, vergi üstünlüyünün əldə edilməsi məqsədi ilə qəsdən vergidən yayınma sxeminin tətbiq edilməsi, kölgə iqtisadiyyatının yaradılması kimi hallar aşkar edildiyi təqdirdə, yalnız formal hüquqi çərçivədən yanaşılması (X10nin tətbiq olunduğu müddətlərlə məhdudlaşılması) vergi hüququnun maddi normalarının mahiyyəti və qanunvericiliyin məqsədi ilə ziddiyyət təşkil edə bilər. Vergi nəzarəti zamanı aşkar edilmiş sistematik və davamlı xarakter daşıyan vergi pozuntularına hüquqi qiymət verilməməsi vergi intizamının pozulması və vergidən yayınma hallarının artması ilə nəticələnə bilər.
32. Məhkəmə eyni zamanda qeyd edir ki, bu hallarda hüquqi yanaşma fərdi işin konkret hüquqi və faktiki halları əsasında balanslaşdırılmış tətbiq olunmalıdır. Vergi nəzarətinin tətbiq olunduğu hüquqi forma və müddət çərçivəsi nəzərə alınmaqla yanaşı, vergi pozuntusunun xarakteri, təkrar olunub-olunmaması, qəsdin mövcudluğu və ictimai təhlükəlilik səviyyəsi də qiymətləndirilməlidir. Odur ki, vergi nəzarətinin hüquqi sərhədləri ilə onun funksional məqsədi arasında prosessual və maddi hüquqi balans təmin edilməli, bu institut formal prosedur kimi deyil, vergi hüququnun effektiv tətbiq vasitəsi kimi qiymətləndirilməlidir.
33. Cavabdeh orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların qəbul edilməsi üçün əsas olaraq bildirmişdir ki, vergi ödəyicilərinin fəaliyyətləri pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş mallar NKA ilə pərakəndə satış formasında rəsmiləşdirilmişdir.
34. Məhkəmə nəzərə alır ki, sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə topdan qaydada sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsi məqsədilə iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Belə ki, faktiki olaraq topdan qaydada satılan malların vergi ödəyicisi tərəfindən pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur, nəticədə, kölgə iqtisadiyyatına zəmin yaranır və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Odur ki, dövlət büdcəsinə əhəmiyyətli ziyan vuran bu növ sistematik və məqsədyönlü vergidən yayınma sxemlərinin aşkar edilməsi halında (hazırki işin hallarına uyğun olaraq təkzibolunmaz dəlillərlə sübut edildiyi təqdirdə) vergi nəzarəti ilə bağlı formal hüquqi müddətlərin tətbiqi istisna edilməklə vergi ödəyicisinin keçmiş dövr üzrə fəaliyyətinin yoxlanılması qəbul ediləndir.
35. M.A. v. Finlandiya (Admissibilty) (application № 27793/95) işində Avropa İnsan Hüquqları Məhkəməsi vergi qanunvericiliyinin retrospektiv qaydada yanaşmasını aydın şəkildə nümayiş etdirir. Belə ki, X14 Məhkəməsi tərəfindən ifadə olunan mövqeyə əsasən vergi qanunvericiliyinin retrospektiv tətbiqi özlüyündə Konvensiyanın pozulması hesab edilmir. Bununla belə, nəzərə alınmalıdır ki, hüquqlara müdaxilə (vergilərin ödənilməsini təmin edən tədbir nəticəsində yaranan müdaxilə də daxil olmaqla) cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi arasında “ədalətli tarazlıq” yaratmalıdır. Maraqlı hökumət qarşıda qoyulan məqsədə yalnız retrospektiv müddəaların tətbiqi ilə nail ola biləcəyini müvafiq dəlillərlə əsaslandırmalı və qanunvericiliyin retrospektiv tətbiqi nəticəsində vergi ödəyiciləri əsassız vergi yükünə məruz qalmamalıdırlar. Müvafiq tədbirlər vergidən yayınma sxemi ilə mübarizəyə və ya süni vergi üstünlüyünün yaranmasının qarşısının alınmasına yönəldiyi hallarda qanunvericiliyin retrospektiv tətbiqinin əsaslandırılması hüquqi və iqtisadi cəhətdən daha məqbul hesab oluna bilər.
36. Məhkəmə İddiaçı1 münasibətdə müəyyən edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində nəzarət-kassa aparatına ümumilikdə 2967 çek üzrə 2.676.552,01 manat məbləğ mədaxil olunmuş, daxil edilmiş məbləğlər arasında intervallar əksər hallarda çox qısa müddəti əhatə etmiş, 1 çek üzrə orta hesabla nəzarət-kassa aparatına mədaxil olunmuş məbləğ 902,1 manat təşkil etmişdir (iş materiallarından olan çeklərdən nümunələr: xx.xx.2024-cü il tarixli 256 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 247 nömrəli çek üzrə vahidinin qiyməti 985,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 267 nömrəli çek üzrə vahidinin qiyməti 951,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1039 nömrəli çek üzrə vahidinin qiyməti 962,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1026 nömrəli çek üzrə vahidinin qiyməti 935,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1900 nömrəli çek üzrə vahidinin qiyməti 1900,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 1922 nömrəli çek üzrə vahidinin qiyməti 869,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 2816 nömrəli çek üzrə vahidinin qiyməti 997,0 manat olmaqla 1 ədəd tekstil malı; xx.xx.2024-cü il tarixli 2932 nömrəli çek üzrə vahidinin qiyməti 957,0 manat olmaqla 1 ədəd tekstil malı). Belə olan təqdirdə pərakəndə satışın mahiyyətinə zidd olaraq hər çek üzrə davamlı intervallarla fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması məhkəmədə şübhə yaratmır.
37. Məhkəmə eyni zamanda müəyyən edir ki, Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) məxsus Binə Ticarət Mərkəzi – Mağaza N 8-3-63 ünvanda yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********-11001). Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, mağazada saxlanan hər hansı mal mövcud deyil və obyekt faktiki olaraq fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi izahatında bildirmişdir ki, vergi ödəyicisi (iddiaçı) daimi olaraq obyektdə olmamışdır, mallar gəldikcə fəaliyyət göstərmiş və malları satdıqdan sonra obyekti bağlamışdır. İddiaçının hər hansı digər obyektinin və ya saxlanc yerinin olması müəyyən edilmir. Belə olan təqdirdə vergi ödəyicisinə məxsus obyektin formal xarakter daşıması, malların mütəmadi olaraq iri həcmli partiyalarla satılması pərakəndə satış fəaliyyətinin mahiyyətinə uyğun gəlmir.
38. Məhkəmə nəzərə alır ki, tərəflərin iştirakı ilə keçirilmiş şifahi məhkəmə baxışı zamanı obyektə baxış keçirilməsi qərara alınmasına baxmayaraq, növbəti dövrdə iddiaçı tərəfindən müxtəlif əsaslar göstərilməklə qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə şərait yaradılmamışdır.
39. Məhkəmə İddiaçı2 münasibətdə müəyyən edir ki, iş materiallarında mövcud olan vergi ödəyicisinə məxsus nəzarət kassa aparatının çeklərinə əsasən pul vəsaitləri nəzarətkassa aparatına eyni vaxtlarda, eyni məbləğlərdə və qısa vaxt aralığında mədaxil olunmuşdur. Belə ki, yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0,2 - 20,0 manat aralığında olmasına baxmayaraq, “nəzarət kassa aparatının çekləri barədə məlumatda” əks olunan əksər çeklər üzrə məbləğin 750,0 - 999,0 manat aralığında olması müəyyən olunur. Odur ki, fiziki şəxsin istehlak məqsədləri üçün 1 vahidinin dəyəri 20 manatdan aşağı olan ümumi 750,0 manat və ondan yuxarı məbləğdə olan mal alması ağlabatan olmamaqla pərakəndə satış fəaliyyətinin məqsədilə (son istehlak) ilə ziddiyyət təşkil edir.
40. Məhkəmə eyni zamanda müəyyən edir ki, Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatına əsasən vergi ödəyicisi İddiaçı2 (VÖEN: **********) məxsus Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən qeyri-yaşayış sahəsi aşkar edilmişdir (icarəyə götürürlən obyektin kodu **********-11001). Vergi ödəyicisinə məxsus qeyriyaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, obyekt formal xarakter daşıyır, tam şəraitsiz və boşdur. Odur ki, müvafiq obyekt pərakəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, iddiaçının digər hər hansı anbarının və ya saxlanc yerinin olması müəyyən edilmir.
41. Məhkəmə təkrarən nəzərə alır ki, tərəflərin iştirakı ilə keçirilmiş şifahi məhkəmə baxışı zamanı obyektə baxış keçirilməsi qərara alınmasına baxmayaraq, növbəti dövrdə iddiaçı tərəfindən müxtəlif əsaslar göstərilməklə qeyri-yaşayış sahəsinə baxış keçirilməsinə şərait yaradılmamışdır. Eyni zamanda vergi ödəyicisi İddiaçı2 xx.xx.2025-ci il tarixdə **********- 111003 kodu olan qeydiyyata alınmış obyektin fəaliyyətinin və digər əməliyyatlarının ləğvi barədə qərar qəbul etmişdir.
42. Məhkəmə digər tərəfdən iş materiallarını araşdıraraq müəyyən edir ki: -vergi ödəyicisi İddiaçı1 (iddiaçının) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 tədbiri zamanı cavabdeh orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında 2.107.069,56 manat dəyərində mal idxal olunaraq qaimə təqdim etmədən 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə digər vergi ödəyicilərinə topdan qaydada satılaraq Vergi Məcəlləsinin 58-ci maddəsinin tələblərini pozduğunu bildirmişdir. -vergi ödəyicisi İddiaçı2 (iddiaçının) etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10 tədbiri zamanı cavabdeh orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında İddiaçı2 ticarət mərkəzində başqa hər hansı anbarı olmadığını, idxal etdiyi və aldığı malları 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq etmədən topdan satdığını bildirmişdir.
43. Vergi ödəyicisinin (hər iki halda) məhz topdan ticarət fəaliyyətilə məşğul olması “isti izlərlə” yerində səlahiyyətli nümayəndəsi tərəfindən verilən izahat(lar)ı ilə təsdiq olunmuş və məhkəmə iclasında iddiaçının vəkili tərəfindən verilən izahatda da nümayəndənin iddiaçı(lar)ı təmsil etməyə (onun adından təsərrüfat fəaliyyəti apardığından) səlahiyyətli olduğu bildirilmişdir.
44. Məhkəmə qeyd edir ki, dərhal, yerində verilən izahatlar gözlənilməzdir, bu səbəbdən də mövcud halı təhrif edilmiş şəkildə təqdim etmə ehtimalı ağlabatan deyil. X10nin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların etibarlılığı məhkəmədə şübhə yaratmır. Həmin izahatların zor tətbiqi, hədə-qorxu ilə alındığı hər hansı şəkildə öz təsdiqini tapmır, iddiaçılar da bu hallara istinad etmir.
45. Cavabdeh bildirir ki, hər iki iddiaçının adına qeydə alınmı təsərrüfat obyekti eyni sırada yerləşməklə istehlakçıların ümumiyyətlə əvvəllər də gediş-gəlişi olmayan bir yerdə yerləşir. Obyektin mövcud vəziyyətdə fotoşəkilləri iş materiallarına əlavə olunmuşdur. İddiaçılar tərəfindən obyektə baxış keçirilməsinə şərait yaradılmaması və daha sonra növbəti məhkəmə iclasının tarixinə uçotdan çıxarması qeyd edilən dəlilləri təsdiq edir.
46. Belə olan təqdirdə məhkəmə hesab edir ki, vergi ödəyiciləri (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq topdansatış fəaliyyəti həyata keçirilməsinə baxmayaraq, əldə edilmiş mallar NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş, malların alqı-satqısına dair elektron-qaimə faktura təqdim edilməmişdir.
47. Məhkəmə hazırkı işin hallarına aşağıdakılar nəzərə alınmaqla iddiaçıların iş materiallarına əsasən müəyyən olunan davranışlarına məcmu halda qiymət verir: - pərakəndə satış obyektinin ümumiyyətlə mövcud olmaması (obyektin formal qeydiyyatı); - X10 zamanı iddiaçıların təsərrüfat fəaliyyətini aparan şəxslərin (malların topdan satışının həyata keçirilməsinə dair) etirafedici izahatları; - NKA (nəzarət kassa aparatı) ilə pərakəndə satış formasında rəsmiləşdirilmiş malların faktiki olaraq topdansatış qaydasında satılması və X10 tədbiri zamanı bu halın təzibolunmaz şəkildə müəyyən olunması (malın maya dəyəri ilə müqayisədə davamlı intervallarla fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması).
48. Odur ki, məhkəmə qeyd edir ki, nəticə etibarilə, iddiaçılar tərəfindən geniş miqyaslı kölgə iqtisadiyyatının yaranmasına səbəb olan sistematik və məqsədyönlü vergidən yayınma sxemi qurulmuşdur (Bax: bənd 34).
49. Bu səbəbdən, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, hazırki iş üzrə vergi orqanı tərəfindən sistematik və məqsədyönlü vergidən yayınma sxemi aşkar edildiyindən vergi yoxlamasının keçmiş dövr üzrə həyata keçirilməsi qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Belə ki, müvafiq səlahiyyət Vergi Məcəlləsində nəzərdə tutulmaqla konkret halda qarşıya qoyulan məqsədə uyğun olaraq tətbiq edilmiş və iddiaçının yuxarıda qeyd edilən davranışlarına nəzər salınsa, ədalətli şəkildə tətbiq edilmişdir.
50. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
51. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
52. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Baş İdarəsi) həmin qərarların (Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9013 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0811 nömrəli qərarları) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
53. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
54. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələb(lər)i təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva