Məhkəmə qərarları › İş №e-2-1(112)-1932/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1932/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1932/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ümidsiz borclarının silinməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia məhkəməyə müraciət edərək, bütün ümidsiz borclarının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi ərizəsini məhkəməyə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə cari bəyannamə, kameral və səyyar vergi yoxlaması ilə hesablanmış "xxxx" MMC-nin mənfəət vergisi üzrə 2013-cü il üçün 30730,78 manat, 2015-ci il üçün 3533,61 manat, 2016-cı il üçün 132,22 manat, əlavə dəyər vergisi üzrə 2013-cü ilin aprel ayı üçün 30508,48 manat, may ayı üçün 29917,37 manat, iyun ayı üçün 1525,42 manat, sentyabr ayı üçün 200 manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 2010-cu il üçün 20582,97 manat, 2011-ci il üçün 28234,66 manat, 2012-ci il üçün 26283,35 manat, 2013cü il üçün 24411,09 manat, 2014-cü il üçün 22702,31 manat, 2015-ci il üçün 21113,15 manat, 2016-cı il üzrə 19635,23 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 2011-ci il üçün 2540,00 manat, 2012-ci il üçün 2540,00 manat, 2013-cü il üçün 2540,00 manat, 2014-cü il üçün 4080,00 manat, 2015-ci il üçün 4080,00 manat, 2016-cı il üçün 4080,00 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2011-ci ilin yanvar-aprel ayları üçün 156,1 manat, 2011-ci ilin may-dekabr ayları üçün 41,3 manat, 2012-ci ilin yanvar- sentyabr ayları üçün 40,11 manat, bundan başqa 2016-cı ilin hüquqi şəxslərin torpaq vergisi, 2015-ci ilin noyabr və oktyabr ayları üzrə əlavə dəyər vergisi üzrə hesabatın qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməməsinə görə tətbiq edilmiş 120,00 manat maliyyə sanksiyası ümidsiz vergi borclarının silinməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə ödənilməmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının silinməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, vergi orqanı tərəfindən cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilməmiş 374940,42 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 18451,13 manat məcburi dövlət sosial sığorta haqqı və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 8,37 manat məbləğində işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Hal-hazırda yuxarıda qeyd olunan iş üzrə məhkəmə işinin davam etdiyini nəzərə alaraq müraciətdə qeyd edilən məhkəmə işi üzrə yekun qərar qəbul edildikdən sonra baxıla bilinər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4.-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin iddiaçının şəxsi hesab vərəqəsini təhlil edərkən müəyyən olunur ki, ümidsiz borcları var və həmin borclar silinməmiş, eləcə də ödənilmiş cari vergilər ümidsiz borc məbləğlərinə silinmişdir. İddiaçının borclarının tərkibi haqqında məlumat verilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət olunmuş, bununla baglı cavabdehin xx.xx.2021-ci il tarixli **********884000 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixə ödənişlər nəzərə alınmaqla mənfəət vergisi üzrə 2013-cü il üçün 30730,78 manat, 2015ci il üçün 3533,61 manat, 2016-cı il üçün 132,22 manat, 2017-ci il üçün 1256,5 manat, 2019cu il üçün 0,01 manat, əlavə dəyər vergisi üzrə 2013-cü ilin aprel ayı üçün 30508.48 manat, may ayı üçün 29917.37 manat, iyun ayı üçün 1525.42 manat, sentyabr ayı üçün 200 manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 2010-cu il üçün 20582,97 manat, 2011-ci il üçün 28234,66 manat, 2012-ci il üçün 26283,35 manat, 2013-cü il üçün 24411,09 manat, 2014-cü il üçün 22702,31 manat, 2015-ci il üçün 21113,15 manat, 2016-cı il üzrə 19635,23 manat, 2017-ci il üçün 18260,76 manat, 2018-ci il üçün 16982,51 manat, 2019-cu il üçün 15793,73 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 2011-ci il üçün 2540,00 manat, 2012-ci il üçün 2540,00 manat, 2013-cü il üçün 2540,00 manat, 2014-cü il üçün 4080,00 manat, 2015-ci il üçün 4080,00 manat, 2016-cı il üçün 4080,00 manat, 2017-ci il üçün 4080,00 manat, 2018-ci il üçün 4080,00 manat, 2019-cu il üçün 4080,00 manat, 2020-ci il üçün 4080,00 manat, muzdlu islə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2011-ci ilin yanvar-aprel ayları üçün 156,1 manat, 2011-ci ilin may-dekabr ayları üçün 41,3 manat, 2012-ci ilin yanvar-sentyabr ayları üçün 40,11 manat olmaqla, ümumilikdə 349299,95 manat əsas vergi, vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə tətbiq edilmiş 100,00 manat, 2016-cı ilin hüquqi şəxslərin torpaq vergisi, 2015-ci ilin noyabr və oktyabr ayları üzrə əlavə dəyər vergisi üzrə hesabatın qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməməsinə görə cəmi 120,00 manat olmaqla, ümumilikdə 220,00 manat maliyyə sanksiyası üzrə, 27368,41 manat olmaqla əsas vergi borcuna hesablanmış faiz borcu üzrə, xx.xx.2019-cu il tarixə qədər dövrlər üzrə yaranmaqla 18451,14 manat məcburi dövlət sosial sığorta haqqı üzrə, xx.xx.2019-cü il tarixə qədər dövrlər üzrə yaranmaqla 8,37 manat işsizlikdən sığorta haqqı üzrə, dövlət torpaq sahələrinin icarəsi üzrə 240024,74 manat borcu vardır. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********433100 nömrəli məktubu əsassız, çünki vergi orqanı tərəfindən iddiaçının əmlakı siyahıya alınan zaman şəxsi hesab vərəqəsində ümidsiz vergi borcları mövcud olmuş və həmin borclar vergi orqanı tərəfindən silinmədən iddiaçının əsassız olaraq əmlakı siyahıya alınmış, fəaliyyətinə süni olaraq maneə törədilmişdir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, şəxsi hesab vərəqəsinə əsasən "xxxx" MMC-nin 2021-ci il il üçün torpaq verqisi üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış, ümumilikdə 4080,0 manat əsas vergi borcu, əsas vergi borcuna hesablanmış faiz üzrə 5209,57 manat borcu vardır. Vergi ödəyicisinin əmlaka yönəldilən məbləğ üzrə vərəqəsinə əsasən 374.940,42 manat borcu mövcuddur. xx.xx.2015-ci il tarixində iddiaçının ümumilikdə 1.392.492,45 manat borc məbləğinin (o cümlədən vergilər üzrə 1018202,17 manat, faizlər üzrə 357490,28 manat və maliyyə sanksiyası üzrə 16800 manat) silinməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçının xx.xx.2015-ci il tarixindən əvvəl yaranmış ümidsiz borcları silinmişdir. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli qərarla iddiaçının 48627,61 manat məbləğində və xx.xx.2020-ci il tarixli qərarla 65.302,17 manat məbləğində borcu da silinmişdir. Hesablanmış vergi borcunun ödənilməsinə dair iddiaçıya mütəmadi olaraq bildirişlər göndərilmişdir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 qün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi yaranmış bdrc məbləğini ödəməmişdir. Bundan əlavə, vergi orqanının xx.xx.2021-ci il tarixdə, **********7 saylı əmlakın siyahıya alınması barədə qərarı qəbul edilmiş, xx.xx.2021-ci il tarixində **********7 saylı protokol tərtib edilərək 374.940,42 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinə məxsus 6.730.800 manat məbləğində əmlakı siyahıya alınmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən iddia ərizəsi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra cavabdeh iddiaya dair etirazına əlavədə bildirmişdir ki, 2013-cü il üçün 30730,78 manat mənfəət vergisi, 19239,4 manat əlavə dəyər vergisi, 2010-2013-cü illər üzrə əmlak vergisi, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş **********855775 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərarı əsasında, 2015 və 2016-cı illər üzrə mənfəət vergisi kameral qərarlara əsasən, 2013-cü ilin aprel, may, iyun, sentyabr ayları üçün əlavə dəyər vergisi 2014-2016-cı illər üçün əmlak vergisi, 2013-2015-ci illər üçün torpaq vergisi kameral yoxlama nəticəsində qəbul edilmiş qərarlar əsasında, muzdllu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2011-ci ilin yanvar-aprel ayları üçün 156,1 manat, 2011ci ilin may-dekabr ayları üçün 41,3 manat, 2012-ci ilin yanvar-sentyabr ayları üçün 40,11 manat, 2011, 2012, 2016-cı illər üçün torpaq vergisi vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələr əsasında, 2015-ci ilin noyabr və oktyabr ayları üzrə əlavə dəyər vergisi üzrə hesabatın qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməməsinə görə 120 manat maliyyə sanksiyası isə müvafiq qərarlar əsasında yaranmışdır. Qeyd edilən borclar yarandıqdan sonra vergi orqanı tərəfindən vergi borcunun ödənilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. İlk öncə, vergi orqanı tərəfindən vergi ödəyicisinin bank hesablarının olduğu "xxxx" ASC-yə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcların dövlət büdcəsinə alınması haqqında sərəncamlar göndərilmişdir. İddiaçının bank hesablarının olduğu "xxxx" ASC 2017-ci ildən ləğv prosesində olduğu üçün vergi orqanı tərəfindən həmin andan sərəncamların verilməsi mümkün olmamışdır. Bundan əlavə, vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı müxtəlif dövrlərdə ərizə ilə məhkəməyə müraciət edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi və daha sonra Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizələr təmin edilmişdir. Bundan əlavə, vergi orqanının xx.xx.2021-ci il tarixdə, **********7 saylı əmlakın siyahıya alınması barədə qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixində **********7 saylı protokol tərtib edilərək 374.940,42 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinə məxsus 6.730.800 manat məbləğində əmlakı siyahıya alınmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən iddia ərizəsi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və dəyişdirilmiş iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair vəsatətə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli aktdan görünür ki, araşdırma zamanı iddiaçının dövlət büdcəsinə ümumilikdə 68.808,50 manat məbləğində borcu ödənilməmişdir. Araşdırmada iştirak etməkdən imtina barədə xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı çağırış vərəqəsində göstərilən ünvana gəlməmiş, aparılmış araşdırmada səbəb göstərmədən iştirak etməmiş və vergi borcunun araşdırılması barədə akt ilə tanış olmamışdır. Cinayət tərkibi yaradan borcların araşdırılmasının nəticəsinə dair xx.xx.2020-ci il tarixli aktdan görünür ki, araşdırma zamanı iddiaçının dövlət büdcəsinə ümumilikdə 71.885.03 manat məbləğində borcu ödənilməmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 07 avqust 2017-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X3 tərəfindən İddiaçı MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsi ilə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclarının (5 il müddətdən artıq olan) silinməsi xahiş olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış “müraciətə baxılması barədə” məktubu ilə bildirilmişdir ki, cəmiyyətin xx.xx.2021-ci il tarixə vergilər üzrə 377023,00 manat (o cümlədən 349299,95 manat əsas vergi, 27503,05 manat faiz, 220,00 manat maliyyə sanksiyası olmaqla), dövlət torpaq sahələrinin icarəsi üzrə 236184,26 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 18451,14 manat, işsizlikdən sığorta haqqı üzrə isə 10,24 manat ödənilməmiş borcu vardır. Vergi orqanı tərəfindən cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilməmiş 374940,42 manat vergi, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 18 451,13 manat məcburi dövlət sosial sığorta haqqı və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 8,37 manat məbləğində işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ******* manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Halhazırda yuxarıda qeyd olunan iş üzrə məhkəmə işinin davam etdiyini nəzərə alaraq bildiririk ki, müraciətində qeyd edilən məhkəmə işi üzrə yekun qərar qəbul edildikdən sonra baxıla bilinər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-981/2021 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair hazırkı kommersiya mübahisəsi üzrə icraat, Bakı inzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh DVX Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarşı ümidsiz vergi borclarının silinməsi tələbinə dair 2-1(112)-9367/2021 nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, dayandırılmışdır”. **********9 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixə 437,494.72 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. **********7 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixə 438,505.83 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. **********6 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-ci il tarixə 449,896.44 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. **********4 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2016-ci il tarixə 463,583.55 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. **********8 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci il tarixə 475,501.11 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. **********7 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci il tarixə 473,800.99 manat məbləğində vergi borcu vardır. Həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********158300 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı üzrə 380,87 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə 17,712,57 manat hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********099000 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin noyabr ayı üçün əlavə dəyər vergisi üzrə 6.157,08 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********629700 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 1.255,10 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********099000 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin fevral ayı üçün əlavə dəyər vergisi üzrə 6.157,08 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********061000 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, 2021-ci ilin may ayı üçün əlavə dəyər vergisi üzrə 1.255,10 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********797100 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, 2021-ci il üçün əlavə dəyər vergisi üzrə 21.113,15 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********425400 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, 2014-cü il üçün əlavə dəyər vergisi üzrə 22.702,31 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********258400 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, 2015-ci il üçün əlavə dəyər vergisi üzrə 3.533,61 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********010800 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, 2016-cı il üçün əlavə dəyər vergisi üzrə 132,22 manat məbləğində əlavə vergi və ya sığorta haqqı hesablanmışdır. İddiaçıya məxsus xx.xx.2022-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının həmin tarixə 624.271.05 manat məbləğində cəmi ödənilməli borcu olmuşdur. Vergi orqanlarının tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya tərəfindən çıxarılmış xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçının xx.xx.2015-ci il tarixinə dövlət büdcəsinə olan 1392492,45 manat borc məbləği (o cümlədən vergilər üzrə 1018202,17 manat, faizlər üzrə 357490,28 manat və maliyyə sanksiyası üzrə 16800 manat) vergi orqanının tələbetmə bitdiyi üçün silinmişdir. Tələbetmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya tərəfindən çıxarılmış **********129500 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixə mövcud olan iddiaçının 46627,61 manat məbləğində borcları tələbetmə müddətinin bitməsi ilə əlaqədar silinmişdir. Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2021-ci il tarixli, **********7 saylı xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, iddiaçıya məxsus ******* manat məbləğində əmlaklar siyahıya alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1859/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 6.730.800 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdeh İddiaçı MMC-nin 374.940,42 manat məbləğində vergi, 18.451,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcu tutulması, satışdan artıq qalan məbləğ cavabdeh İddiaçı MMC-yə qaytarılması qərara alınmışdır. Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********433600 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı MMC tərəfindən dekabr 2015-ci il əlavə dəyər vergisi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********602600 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, "A.M.A.Y." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən noyabr 2015-ci il əlavə dəyər vergisi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə **********824100 saylı xx.xx.2016-cı il tarixli qərarından görünür ki, "A.M.A.Y." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən 2016-cı il torpaq vergisi hesabat(lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********855775 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçıya 266.125.77 manat məbləğində əlavə vergi, 64.422.17 manat məbləğində maliyyə sanksiyası, 2013-cü ilin oktyabr, mart, noyabr ayları üçün 120 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(005)-5196/2019 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs X1 (FİN: 2Y1TT2Z, təvəllüdü xx.xx.1987, doğulduğu yer - Ermənistan Respublikası, İcevan rayonu, vətəndaşlıq - AZE) dövlət büdcəsinə olan 230.158,19 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ, vergi öhdəliklərini tam olaraq yerinə yetirdiyi dövrə qədər müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-10468/2016 saylı qətnaməsindən görünür ki, iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün X1 (FİN: 2Y1TT2Z, təvəllüdü xx.xx.1987, doğulduğu yer - Ermənistan Respublikası, İcevan rayonu, vətəndaşlıq - AZE) dövlət büdcəsinə olan 230.158,19 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Vergi orqanının xx/xx/2015, xx/xx/2015, xx/xx/2015, xx/xx/2015, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016-cı il tarixli srəncamlarından görünür ki, iddiaçının bank hesablarının olduğu "xxxx" ASC-yə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcların dövlət büdcəsinə alınması haqqında sərəncamlar göndərilmişdir. Hazırki iddiaya görə iddiaçı ona hesablanmış və onun vergi orqanındakı şəxsi hesab vərəqəsində əks olunan vergi borcunun, qanunla müəyyən edilmiş vergi öhdəliyi müddəti keçdiyindən ümidsiz borc kimi silinməsindən cavabdeh tərəfindən imtina olunmasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirərək həmin borcların silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Həmin Məcəllənin 85.4-cü maddəsinə görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6- 23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-nin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikasıs Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Yuxarıda qeyd edilənlərə əsasən borcun ümidsiz borc kimi silinməsi sözügedən vergi borcu üçün 5 illik tələbetmə müddəti keçməlidir. Hazırkı iş üzrə iddiaçı mənfəət vergisi üzrə 2013-cü il üçün 30730,78 manat, 2015-ci il üçün 3533,61 manat, 2016-cı il üçün 132,22 manat, əlavə dəyər vergisi üzrə 2013-cü ilin aprel ayı üçün 30508,48 manat, may ayı üçün 29917,37 manat, iyun ayı üçün 1525,42 manat, sentyabr ayı üçün 200 manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 2010-cu il üçün 20582,97 manat, 2011-ci il üçün 28234,66 manat, 2012-ci il üçün 26283,35 manat, 2013-cü il üçün 24411,09 manat, 2014-cü il üçün 22702,31 manat, 2015-ci il üçün 21113,15 manat, 2016-cı il üzrə 19635,23 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 2011-ci il üçün 2540,00 manat, 2012-ci il üçün 2540,00 manat, 2013-cü il üçün 2540,00 manat, 2014-cü il üçün 4080,00 manat, 2015-ci il üçün 4080,00 manat, 2016-cı il üçün 4080,00 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2011-ci ilin yanvar-aprel ayları üçün 156,1 manat, 2011ci ilin may-dekabr ayları üçün 41,3 manat, 2012-ci ilin yanvar- sentyabr ayları üçün 40,11 manat, bundan başqa 2016-cı ilin hüquqi şəxslərin torpaq vergisi, 2015-ci ilin noyabr və oktyabr ayları üzrə əlavə dəyər vergisi üzrə hesabatın qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməməsinə görə tətbiq edilmiş 120,00 manat maliyyə sanksiyası ümidsiz vergi borclarının silinməsi barədə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Lakin qeyd edilən borclar yarandıqdan sonra vergi orqanı tərəfindən vergi borcunun ödənilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. İlk öncə, vergi orqanı tərəfindən iddiaçının bank hesablarının olduğu "xxxx" ASC-yə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcların dövlət büdcəsinə alınması haqqında xx/xx/2015, xx/xx/2015, xx/xx/2015, xx/xx/2015, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016, xx/xx/2016-cı il tarixli sərəncamları göndərilmişdir. Həmçinin, vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı müxtəlif dövrlərdə ərizə ilə məhkəməyə müraciət edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi və daha sonra Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizələr təmin edilmişdir. iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün X1 dövlət büdcəsinə olan 230.158,19 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 07 avqust 2017-ci il tarixli qərarı ilə X3 tərəfindən İddiaçı MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2021-ci il tarixli, **********7 saylı xx.xx.2020-ci il tarixli protokollarından müəyyən edilmişdir ki, 374.940,42 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisinə məxsus 6.730.800 manat məbləğində əmlakı siyahıya alınmışdır. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən iddia ərizəsi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1859/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 6.730.800 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdeh İddiaçı MMC-nin 374.940,42 manat məbləğində vergi, 18.451,13 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcu tutulması, satışdan artıq qalan məbləğ cavabdeh İddiaçı MMC-yə qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümidsiz borc kimi silinməli olan, yəni 5 illik tələbetmə müddəti ötmüş hər hansı borcu olmamışdır. Belə ki, araşdırma zaman Vergi Məcəllənin 85.4-cü maddəsinə əsasən verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq üçün səlahiyyətləri hüdudları tədbirləri görmüşdür. Belə olan halda, iddiaçının iddia etdiyi kimi ümidsiz borcun yaranması üçün zəruri olan 5 illik müddət yaranmamış, müddət vergi orqanın tərəfindən görülmüş tədbirlər nəticəsində kəsilmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı icraatda, söhbət vergi orqanı tərəfindən vergilərin tutulması üçün hansı real (yaxud daha real) addımların atılmalı olduğundan deyil, vergi orqanının bununla bağlı, ümumiyyətlə hər hansı tədbir görübgörmədiyinin və bunun Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti daxilində baş verib-vermədiyinin müəyyən edilməsindən gedir. Görülən tədbirin hətta qüsurlu, nəticəsinin uğursuz olması isə (o cümlədən, məhkəmə icraatı çərçivəsində) hesablanmış verginin tutulması müddəti ilə bağlı vəziyyəti vergi orqanının zərərinə dəyişmir, vergi öhdəliklərinin qüvvəsinə təsir etmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə cari bəyannamə, kameral və səyyar vergi yoxlaması ilə hesablanmış "xxxx" MMC-nin mənfəət vergisi üzrə 2013-cü il üçün 30730,78 manat, 2015-ci il üçün 3533,61 manat, 2016-cı il üçün 132,22 manat, əlavə dəyər vergisi üzrə 2013-cü ilin aprel ayı üçün 30508,48 manat, may ayı üçün 29917,37 manat, iyun ayı üçün 1525,42 manat, sentyabr ayı üçün 200 manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 2010-cu il üçün 20582,97 manat, 2011-ci il üçün 28234,66 manat, 2012-ci il üçün 26283,35 manat, 2013-cü il üçün 24411,09 manat, 2014-cü il üçün 22702,31 manat, 2015-ci il üçün 21113,15 manat, 2016-cı il üzrə 19635,23 manat, hüquqi şəxslərin torpaq vergisi üzrə 2011- ci il üçün 2540,00 manat, 2012-ci il üçün 2540,00 manat, 2013-cü il üçün 2540,00 manat, 2014-cü il üçün 4080,00 manat, 2015-ci il üçün 4080,00 manat, 2016-cı il üçün 4080,00 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 2011-ci ilin yanvar-aprel ayları üçün 156,1 manat, 2011-ci ilin may-dekabr ayları üçün 41,3 manat, 2012-ci ilin yanvar- sentyabr ayları üçün 40,11 manat, bundan başqa 2016-cı ilin hüquqi şəxslərin torpaq vergisi, 2015-ci ilin noyabr və oktyabr ayları üzrə əlavə dəyər vergisi üzrə hesabatın qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilməməsinə görə tətbiq edilmiş 120,00 manat maliyyə sanksiyası ümidsiz vergi borclarının silinməsi barədə öhdəlik qoyulması barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar