Məhkəmə qərarları › İş №e-2-1(112)-1942/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1942/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1942/2023 27.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək 2021-ci ilin mənfəət vergisi üzrə hesablamaya əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli, 2021-ci ilin iyul ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 14 sentyabr 2022-ci il tarixli **********663500 nömrəli qərarları tam və 2021-ci ilin iyun ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 13 sentyabr 2022-ci il tarixli **********753300 nömrəli qərarı qismən, yəni 84 850,64 manat hissəsində ləğv edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə ərizəsi verərək iddiaçı barəsində qəbul edilmiş 2021-ci ilin mənfəət vergisi üzrə hesablamaya əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli, 2021-ci ilin may ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 18 oktyabr 2022-ci il tarixli **********185900 nömrəli, 2021-ci ilin iyul ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 14 sentyabr 2022-ci il tarixli **********663500 nömrəli, 2021-ci ilin dekabr ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 17 oktyabr 2022-ci il tarixli **********441000 nömrəli qərarları tam, 2021-ci ilin iyun ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 13 sentyabr 2022-ci il tarixli **********753300 nömrəli qərarı qismən, yəni 84 850,64 manat hissəsində və 2021-ci ilin noyabr ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 6 oktyabr 2022-ci il tarixli **********666200 nömrəli qərarı qismən, yəni 48 962,16 manat hissəsində ləğv edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11250/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın sonuncu dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının iddia ərizəsi və ona dəqiqləşmə ərizələri ümumilikdə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (VÖEN: **********) qeydiyyatda olan vergi orqanına 27 aprel 2022-ci il tarixdə təqdim edilmiş sonuncu 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli Qərarla 806 458,66 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərarın məzmununda göstərilmişdir ki, iddiaçının 2021-ci il ərzində bir sıra vergi ödəyciləri ilə aparılmış 4 032 293,18 manat məbləğində qarşılıqlı əməliyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Sözügedən qərardan görünür ki, cavabdeh vergi orqanı iddiaçının 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsində 4 032 293,18 manat məbləğində əməliyyatları riskli hesab edərək xərclər hissəsində nəzərə almamış və həmin məbləğə 20 % mənfəət vergisi tətbiq edərək 806 458,66 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır. Nəzərə alınmayan 4 032 458,66 manat xərcin vergi ödəycilər ilə iddiaçı arasında aparılan müxtəlif əməliyyatlardan ibarət olmuşdur ki, cavabdeh vergi orqanı da əsassız və qanunuz olaraq həmin əməliyyatları riskli hesab etmiş və bu səbəbdən də həmin xərcləri nəzərə almamışdır. Bununla da, iddiaçıya bu xərclərin nəzərə almamasına görə 806 458,66 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. İddiaçı 2021-ci il üzrə ilk dəfə cari mənfəət vergisi bəyannaməsini 31 mart 2022-ci il tarixində, daha sonra 7, 15, 22 və sonuncu 27 aprel 2022-ci il tarixlərində həmin hesabat dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim etmiş, cavabdeh vergi orqanı tərəfindən isə təqdim edilən 11, 18 və 25 aprel 2022-ci il tarixi uyğunsuzluq məktublarında riskli əməliyyatların aparılması ilə bağlı hər hansı məzmunda uyğunsuzluq aşkar edilməmiş, sonuncu 27 aprel 2022-ci il tarixində verilən bəyannamə üzrə ümumiyyətlə uyğunsuzluq məktubu təqdim edilməmiş və birbaşa kameral vergi yoxlamasının nəticəsi üzrə 29 iyul 2022-ci il tarixi qərarla əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, iddiaçı 2021-ci il üzrə sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini 27 aprel 2022-ci il tarixdə təqdim etmiş və onlayn kargüzarlıq vasitəsi ilə gələn məktublar sırasında isə cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə üzrə hər hansı uyğunsuzluq məktubu aşkar edilməmişdir. Belə olan təqdirdə isə vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmədən bəyannamə üzrə kameral vergi yoxaması keçirərək birbaşa müvafiq qərarla əlavə vergilərin hesablanması vergi qanunvericiliynin tələblərinə ziddir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixi 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezdentinin 2019-cu il 25 dekabr tarixi 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin. o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Başqa sözlə, əgər müəssisələr riskli vergi ödəyicilər siyahısına daxil edilmişdirsə, bununla bağlı cavabdeh vergi orqanı müvafiq qərar qəbul etməlidir. Məhz qeyd olunan qərarın tarixndən sonra isə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir və həmin vergi ödəyicisi ilə hər hansı əməliyyat aparıldığı zaman bununla bağlı həmin vergi ödəyicisinin riskli olmasına dair müvafiq xəbəredici bildirişlər əks olunur. Bundan başqa, əgər cavabdeh vergi orqanı iddiaçının adları göstərilən müəssisələrdən malların alışını qəbul etmirsə, deməli iddiaçının həmin il üzrə bəyan etdiyi döviyyəni də qəbul etməli deyil. Çünki əgər iddiaçı mallar almamışdırsa, deməli olmayan satmaq da mümkün ola bilməz. İddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 sentyabr 2022-ci il tarixli Qərarla 136 510,75 manat məbləğində ƏDV hesablanmışdır. 2021-ci ilin iyun ayı üzrə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan qismən, yəni 84 850,64 manat hissəsində ləğv edilməlidir. 2021-ci ilin iyun ayı üzrə uyğunsuzluq məktubundan görünür ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 602127 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyat riskli hesab edildiyi üçün əvəzləşməyə əsas vermir və bu səbəbdən də kənarlaşma yaranmışdır. Bildirilmişdir ki, riskli hesab edilmiş e-qaimə ”NN-001” MMC tərəfindən 2 iyun 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 2 iyun 2021-ci il tarixində ”NN-001” MMC ilə bağlanmış müqavilə əsasında EBBC seriyalı 602127 nömrəli elektron qaimə-faktura əsasında 471 392,44 manat (ƏDV-si 84 850,64 manat) məbləğində mal almış və 2021-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı bu əməliyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 2 iyun 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı bu əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatı ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 16 iyun 2021-ci il tarixli **********396600 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 3.1.1-ci və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 2 iyun 2021-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 16 iyun 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan başqa, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il iyul ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 sentyabr 2022-ci il tarixli Qərarla 286 146,00 manat məbləğində ƏDV hesablanmışdır. Hesab edirik ki, 2021ci ilin iyul ayı üzrə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. 2021-ci ilin iyul ayı üzrə uyğunzusluq məktubundan və qəbul edilmiş qərardan görünür ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı 925532 və 923604 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşməyə əsas vermir və bu səbəbdən də kənarlaşma yaranmışdır. Riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC tərəfindən 15 iyul 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 15 iyul 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan EBBE seriyalı 925532 və 923604 nömrəli elektron qaimə- fakturalar əsasında 1 589 700,00 manat (ƏDV-si 286 146,00 manat) məbləğində mallar almış və həmin 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 15 iyul 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "BEST CENTRAL” MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları mənfəət vergi bəyannaməsinin xərclər hissədində nəzərə almamışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 3 avqust 2021-ci il tarixli **********571400 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 15 iyul 2021-ci il tarixində əməliyyatlar aparmış, lakin sonuncu 3 avqust 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edilmişdir ki, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturaları və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. İddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il may ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 oktyabr 2022-ci il tarixli Qərarla 201 933,07 manat məbləğində ƏDV hesablanmışdır. 2021-ci ilin may ayı üzrə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. 2021-ci ilin iyun ayı üzrə uyğunsuzluq məktubundan görünür ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 189077 nömrəli, EBBB seriyalı 923773 nömrəli, EBBB seriyalı 808520 nömrəli, EBBC seriyalı 186202 nömrəli, EBBB seriyalı 736568 nömrəli və EBBC seriyalı 271123 nömrəli elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşməyə əsas vermir və bu səbəbdən də kənarlaşma yaranmışdır. Riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC tərəfindən 17 - 31 may 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 17 - 31 may 2021-ci il tarixlər aralığında "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında EBBC seriyalı 189077 nömrəli, EBBB seriyalı 923773 nömrəli, EBBB seriyalı 808520 nömrəli, EBBC seriyalı 186202 nömrəli, EBBB seriyalı 736568 nömrəli və EBBC seriyalı 271123 nömrəli elektron qaimə-fakturalar əsasında 1 121 849,95 manat (ƏDV-si 201 932,99 manat) məbləğində mallar almış və 2021-ci ilin may ayı üzrə ƏDV bəyannaməsi təqdim edərkən həmin dövriyyəni ƏDV əzəvləşməsinə daxil etmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı bu əməliyyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyatlar apararkən e-taxes.gov.az- dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyyatlar apardığı 17 - 31 may 2021-ci il tarixlər aralığında həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı bu əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 16 iyun 2021-ci il tarixli **********396600 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 3.1.1-ci və 3.1.2-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 17 - 31 may 2021-ci il tarixlər aralığında əməliyyatlar aparmış, lakin sonuncu 16 iyun 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edilmişdir ki, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı- satqı əməliyyatların baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan başqa, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il noyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 oktyabr 2022-ci il tarixli Qərarla 88 965,15 manat məbləğində ƏDV hesablanmışdır. 2021-ci ilin noyabr ayı üzrə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan qismən, yəni 48 962,16 manat hissədə ləğv edilməlidir. 2021-ci ilin iyul ayı üzrə uyğunsuzluq məktubundan və qəbul edilmiş qərardan görünür ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBAM seriyalı 512674 nömrəli və EBBN seriyalı 068158 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşməyə əsas vermir və bu səbəbdən də kənarlaşma yaranmışdır. Riskli hesab edilmiş EBAM seriyalı 512674 nömrəli e-qaimə "SONAMA” MMC tərəfindən 17 noyabr 2021-ci il tarixində və EBBN seriyalı 068158 nömrəli e-qaimə "xxxx" MMC tərəfindən 26 noyabr 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 17 noyabr 2021-ci il tarixində "SONOMA” MMC ilə müqavilə bağlayaraq sonuncudan 1 elektron vergi qaimə-faktura əsasında 142 280,00 manat (ƏDV-si 25 610,40 manat) məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "SONOMA” MMC ilə apardığı əməliiyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "SONOMA” MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 17 noyabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "SONOMA” MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "SONOMA” MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 6 dekabr 2021ci il tarixli **********307300 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1 -ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "SONOMA” MMC ilə 17 noyabr 2021-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 6 dekabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə iddiaçı "SONOMA” MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, iddiaçı real olaraq "SONOMA” MMC-dən mallar almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "SONOMA” MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişləri təsdiq edən ödəniş tapşırığı mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan başqa, iddiaçı 26 noyabr 2021-ci il tarixində "GRAMİNİ” MMC ilə müqavilə bağlayaraq sonuncudan 1 elektron vergi qaimə-faktura əsasında 129 732,00 manat (ƏDV-si 23 351,76 manat) məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "GRAMİNİ” MMC ilə apardığı əməliiyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "GRAMİNİ” MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 26 noyabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "GRAMİNİ” MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "GRAMİNİ” MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 9 dekabr 2021-ci il tarixli **********313600 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 26 noyabr 2021-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 9 dekabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə, iddiaçı "xxxx" MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "xxxx" MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişi təsdiq edən ödəniş tapşırığı mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan əlavə, iddiaçı qeydiyyatda olan vergi orqanına təqdim edilmiş 2021-ci il dekabr avı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 oktyabr 2022-ci il tarixli Qərarla 94 920,97 manat məbləğində ƏDV hesablanmışdır. 2021-ci ilin dekabr ayı üzrə əlavə hesablanmış vergi məbləği aşağıda qeyd olunanlara əsasən vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. 2021-ci ilin dekabr ayı üzrə uyğunzusluq məktubundan görünür ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBN seriyalı 425961 nömrəli, EBBN seriyalı 257624 nömrəli, EBBN seriyalı 257282 nömrəli, EBBN seriyalı 257261 nömrəli, EBBN seriyalı 257227 nömrəli, EBBN seriyalı 437407 nömrəli, EBBN seriyalı 257193 nömrəli və EBBN seriyalı 257211 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab edildiyi üçün əvəzləşməyə əsas vermir və bu səbəbdən də kənarlaşma yaranmışdır. Bildirilmişdir ki, riskli hesab edilmiş e-qaimələr "xxxx" MMC və "xxxx" MMC tərəfindən 12 dekabr 2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. Belə ki, iddiaçı 12 dekabr 2021-ci il tarixində "xxxx" MMC ilə müqavilə bağlayaraq sonuncudan 7 elektron vergi qaimə-faktura əsasında 512 128,73 manat (ƏDV-si 92 183,17 manat) məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "xxxx" MMC ilə apardığı əməliiyatların riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "xxxx" MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyatlar apardığı 12 dekabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatları riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "xxxx" MMC cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 16 dekabr 2021ci il tarixli **********789400 nömrəli Qərarla “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1, 2.1.3-cü və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "xxxx" MMC ilə 12 dekabr 2021-ci il tarixində əməliyyatlar aparmış, lakin sonuncu 16 dekabr 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə iddiaçı "xxxx" MMC ilə əməliyyatlar apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyatlar şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "HİRDA” MMC-dən mallar almış və bu əməliyyatlar faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "HİRDA” MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-fakturaları və ödənişləri təsdiq edən ödəniş tapşırıqları mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. Bundan başqa, iddiaçı 12 dekabr 2021-ci il tarixində "BATİK” MMC ilə müqavilə bağlayaraq sonuncudan 1 elektron vergi qaimə-faktura əsasında 15 210,00 manat (ƏDVsi 2 737,80 manat) məbləğində mallar almışdır. Lakin cavabdeh vergi orqanı iddiaçının "BATİK” MMC ilə apardığı əməliiyatın riskli olduğunu qeyd etmişdir. Halbuki, həmin müəssisə ilə əməliyyat apararkən e-taxes.gov.az-dan "BATİK” MMC-nin riskli vergi ödəyicisi siyahısında olması yoxlanılmış, eyni zamanda İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyat zamanı xəbərdarlıq xarakterli bildirişlər əks olunmamışdır ki, bu səbəbdən də iddiaçının əməliyat apardığı 12 dekabr 2021-ci il tarixində həmin ödəyicinin riskli olması müəyyən edilməmişdir. Vergi orqanı isə heç bir ətraflı araşdırma aparmadan və ümumiyyətlə bu faktı sübut etmədən iddiaçının "BATİK” MMC ilə apardığı əməliyyatı riskli hesab etmiş və sonuncu ilə aparılan əməliyyatları ƏDV bəyannaməsinin əvəzləşməsindən çıxarmışdır. DVX-nin taxes.gov.az saytının riskli vergi ödəyiciləri haqqında məlumatın verilməsi bölməsindən əldə edilən çıxarışdan görünür ki, "BATİK” MMC cavabdeh vergi orqanı tərəfindən "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 14 yanvar 2021-ci il tarixli **********039400 nömrəli Qərarla "Riskli vergi ödəyicisinin, ocümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2.1.1 və 3.1.1-ci bəndlərində nəzərdə tutulmuş risk meyarları üzrə riskli vergi ödəyicisi hesab edilmiş və bu günədək riskli vergi ödəyicilərinin siyahsından çıxarılmamışdır. Qərarın tarixindən görünür ki, iddiaçı "BATİK” MMC ilə 12 dekabr 2021-ci il tarixində əməliyyat aparmış, lakin sonuncu 14 yanvar 2021-ci il tarixində riskli vergi ödəyicisi hesab edilmişdir. Başqa sözlə desək, iddiaçı "BATİK” MMC ilə əməliyyat apararkən həmin vergi ödəyicisi riskli olmamış və bu səbəbdən də tərəflər arasında aparılan əməliyyat şübhə altına alına bilməz. Eyni zamanda, qeyd edirik ki, iddiaçı real olaraq "BATİK” MMC-dən mallar almış və bu əməliyyat faktiki olaraq baş vermişdir. Həmçinin, iddiaçı ilə "BATİK” MMC arasında alqı-satqı əməliyyatının baş verməsini təsdiq edən tərəflər arasında imzalanmış və möhürlənmiş müqavilə, elektron vergi qaimə-faktura və ödənişi təsdiq edən ödəniş tapşırığı mövcuddur. Lakin cavabdeh vergi orqanında bunun əksini sübut edən heç bir dəlil və fakt mövcud deyil. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20İ9-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Sözügedən Meyarların 1.4-cü bəndinə görə Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Lakin iddiaçının yuxarıda qeyd edilən müəssisələr ilə əməliyyat apardığı zamanı belə bir xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixlərdə, yuxarıda qeyd edilən müəssisələr tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Başqa sözlə, iddiaçının sözügedən müəssisələr ilə əməliyyat apardığı zamanı həmin müəssisələr riskli vergi ödəyicilər siyahısında olmamışlar ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarların qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da kobud surətdə qanun pozuntusuna yol vermişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı və etiraza əlavəsi məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 4032293,18 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********331700 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il MV bəyannaməsi üzrə 806458,66 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********549600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı "xxxx" QSC "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021xx.xx.2021-ci il tarixlərində elektron-qaimə faktura əsasında 1593242,45 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixində 15210 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixində ******* manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixində 129732 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 512128,73 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixində 142280 manat, "xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-ci il tarixində 50000 manat dəyərində mal almışdır. İddiaçı "xxxx" QSC-nin əməliyyat apardığı həmin vergi ödəyicilərinin iddiaçıya təqdim etdiyi elektron qaiməfakturada qeyd olunan mallar vergi ödəyicilərinin idxalında və e-qaimə üzrə alışında müəyyən edilməmiş, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMCnin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********396600 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********571400 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********307300 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********313600 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********789400 saylı, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2022-ci il tarixli **********039400 saylı və “VAQİF ŞİPİNQ" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2021-ci il tarixli **********176800 saylı qərarlar qəbul edilmişdir. İddia ərizəsində vergi orqanının kameral vergi yoxlamasının nəticəsi barədə qəbul etdiyi qərarının əsaslandırılmadığı, külli miqdarda xərc məbləğinin nəzərə alınmamasının göstərildiyi, lakin onun açıqlanmasının qeyd edilmədiyi bildirilmişdir. Bu dəlilə münasibətdə bildirilir ki, xx.xx.2022-ci il tarixli **********549600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda, həmçinin vergi ödəyicisinə göndərilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********331700 nömrəli uyğunsuzluq məktubunda vergi ödəyicisinin 2021 -ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 4032293,18 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsi və kənarlaşmanın yaranmasına səbəb olması qeyd edilmişdir. Kameral vergi yoxlaması zamanı Cəmiyyətə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBL seriyalı 177845 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olması, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBN seriyalı 227934 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 402,85 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparılması, eyni zamanda Cəmiyyət tərəfinədn 2021-ci ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBM seriyalı 512674 nömrəli, EBBN seriyalı 068158 nömrəli, EBBN seriyalı 257261 nömrəli, EBBN seriyalı 257227 nömrəli, EBBN seriyalı 437407 nömrəli, EBBN seriyalı 257193 nömrəli, EBBN seriyalı 257211 nömrəli, EBBN seriyalı 425961 nömrəli, EBBN seriyalı 257624 nömrəli, EBBN seriyalı 257282 nömrəli, EBBB seriyalı 736568 nömrəli, EBBC seriyalı 186202 nömrəli, EBBB seriyalı 808520 nömrəli, EBBC seriyalı 189077 nömrəli, EBBB seriyalı 923773 nömrəli və EBBC seriyalı 271123 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatın əvəzləşdirildiyini nəzərə alaraq, cari aylar üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********045000 (may) nömrəli, xx.xx.2021-ci il tarixli **********333200 (noyabr) nömrəli və xx.xx.2022-ci il tarixli **********830600 (dekabr) nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 201933,55 manat, noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 190607,41 manat, 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 94920.97 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********724700 nömrəli, xx.xx.2022-ci il tarixli **********590300 nömrəli, xx.xx.2022-ci il tarixli **********021800 nömrəli və xx.xx.2022-ci il tarixli **********601100 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci ilin may ayı üçün xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə eyni kənarlaşmalar olduğundan vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********794500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və xx.xx.2022-ci il tarixdə 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 201933,07 manat əlavə vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********185900 nömrəli Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci ilin noyabr ayı üçün xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə yaranmış kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********014800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və xx.xx.2022-ci il tarixdə 2021-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 88965,15 manat əlavə vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********666200 nömrəli Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci ilin dekabr ayı üçün xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə eyni kənarlaşmalar olduğundan vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********339700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və xx.xx.2022-ci il tarixdə 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 94920.97 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********441000 nömrəli Qərar göndərilmişdir. Ödəyici tərəfindən 2021-ci ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (06.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 602127 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 84850,64 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 84850,64 manat kənarlaşma yaranmışdır. “BAKİ TEKSTİL FABRİKİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBD seriyalı 781760 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu üçün uyğunsuzluqlar yaranmışdır, yəni EBBD seriyalı 781760 nömrəli elektron qaimə-faktura 2021-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsində əvəzləşdirilmişdir. 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində isə ƏDV bəyannaməsində (07.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı 925532 nömrəli və EBBE seriyalı 923604 elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş və qeyd edilən elektron qaimə-fakturalar üzrə 286146,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 286146,0 manat kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********922400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluqların səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri və dəqiqləşdirilmiş bəyannamələr təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83- cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2021ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 136510,75 manat, 2021-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsi üzrə 286146,0 manat, əlavə vergi məbləğləri hesablanmışdır. Hesablanmış vergi məbləğləri barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********753300 və xx.xx.2022-ci il tarixli **********663500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********564600 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********266300 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********631800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2021-ci ilin may, noyabr və dekabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalar qüvvədə saxlanılmış, eyni zamanda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2021-ci il üçün mənfəət vergisi və 2021-ci ilin may, iyun, iyul, noyabr, dekabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalar iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin xx.xx.2022-ci il tarixli **********883000 nömrəli rəyi ilə məqsədəmüvafiq hesab olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********549600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 150.045,03 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 956.503,69 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 806.458,66 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********753300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin iyun ayının əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.535,92 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 139.046,67 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 136.510,75 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********663500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin iyul ayının əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 27.308,37 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 313.454,37 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 286.146,00 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin may ayının əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 31.949,23 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 233.882,30 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 201.933,07 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********666200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin noyabr ayının əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 154.425,30 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 243.390,45 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 88.965,15 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********441000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2021-ci ilin dekabr ayının əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 15.396,93 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 110.317,90 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 94.920,97 manat. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********396600 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) tərəfindən xx.xx.2021-xx.xx.2021 tarixlərində təqdim edilmiş 1 903 271 manat dəyərdə "rəsm albomu, quaş, akvarel, daraq, xətkeş, vedrə və s" mallar müəssisənin alış və idxalında müəyyən edilmədiyi üçün əməliyyat riskli hesab edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 3.1.2 yarımbəndinə uyğun olaraq riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********571400 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 15.07.21-ci il tarixdə e-qaimə üzrə satışında 1590,0 min manat (ƏDV-si 286,1 min) dəyərində ""Məktəbə hazırlaşırıq fərdi paylayıcı əyani vəsaitlər toplusu, Təsviri fəaliyyət (paylayıcı materiallar), Bədii təfəkkürün inkişafı (paylayıcı materiallar), Məntiqi-riyazi, həndəsi bacarıqları inkişaf etdirən lövhə, Bakının lahiyəsi uşaqlar üçün məlumat kitabçası və s."" bu kimi tədris materialları təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilir. ""xxxx"" MMC-nin qeydiyyata alınmış obyekti və Əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur." Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.3 yanmbəndinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməklə riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********307300 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 24.10-20.11.21-ci il tarixdə ""xxxx"" MMC-nin e-qaimə üzrə satışında 1397,5 min manat (ƏDV-si 239,6 min) dəyərində ""Sinklənmiş yastı prokat, Qazanın platası, Qazm təzyiq nasosları, Elektrik naqil, Qazanın qaz tənzimləyici, Dövriyyə nasosu və s."" mallar təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və E-qaimə üzrə alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilir. ""xxxx"" MMC-nin qeydiyyata alınmış obyekti və Əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur. " Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********13600 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 24- 29.11.21-ci il tarixdə ""xxxx"" MMC-nin satışında 364,6 min manat (ƏDV-si 65,6 min) dəyərində ""Metal tor, Odun yanacağı, Armatur, Metal tinlikler, Stul ""İSO"", Od söndürən balon 6 kq dolum, Kreslo, Soyuducu və s."" üzrə e-qaimə təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilir. ""xxxx"" MMC-nin qeydiyyata alınmış obyekti və Əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur." Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********789400 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 30.11-02.12.21-ci il tarixdə ""xxxx"" MMC-nin e-qaimə üzrə satışında 551,4 min manat (ƏDV-si 99,3 min) dəyərində ""Dövlət rəmzləri guşəsi, ""Mimio"" qurğusu, Notebok Lenovo, proyektor, Kompüter dəsti core, dekor pərdə, Plastmas stol-stul dəsti və s."" təqdim etməsinə baxmayaraq, vergi ödəyicisinin idxalı və e-qaimə üzrə alışında qeyd edilən malların alışı müəyyən edilməmişdir. Bunu nəzərə alaraq, əldə olunmamış malların satışı riskli hesab edilir. ""xxxx"" MMC-nin qeydiyyata alınmış obyekti yoxdur, Əmək müfəttişliyinin hesabatına əsasən 2 işçisi var. " Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********039400 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 217 230 manat dəyərində "elektrod, odun üçün taxta, komp desti, stul, kreslo, tozsoran, xalça və s" təqdim edilməsinə baxmayaraq cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən uyğun olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. -Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli, **********176800 nömrəli Qərarı ilə "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (**********) depozit hesabına fərqli vergi ödəyicilərindən xx.xx.2020 -ci il tarixdən 140 978 manat ƏDV məbləği mədaxil olmuşdur. Təqdim edilən e_vhf-ə əsasən 621 613 manat (ƏDV daxil) dəyərində 252 474 ədəd "Süpürgə" təqdim edilmişdir. İdxal əməliyyalan nəticəsində müəssisənin 187 800 ədəd "süpürgə" idxal edildiyi müəyyən edilmişdir. 64 674 ədəd "süpürgə" alış və idxalında müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların idxalından artıq sayda olduğu müəyyən edildiyi üçün əməliyyat riskli hesab edilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nm 2.1.1, 3.1.2 yarımbəndinə uyğun olaraq “VAQİF ŞİPİNQ" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarlar aşağıdakılardır: -2021-ci ilin mənfəət vergisi üzrə hesablamaya əsas olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli qərarı tam, - 2021-ci ilin may ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 18 oktyabr 2022-ci il tarixli **********185900 nömrəli qərarı tam, - 2021-ci ilin iyul ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 14 sentyabr 2022-ci il tarixli **********663500 nömrəli qərarı tam, -2021-ci ilin dekabr ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 17 oktyabr 2022-ci il tarixli **********441000 nömrəli qərarı tam, - 2021-ci ilin iyun ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 13 sentyabr 2022-ci il tarixli **********753300 nömrəli qərarı qismən, yəni 84 850,64 manat hissəsində -2021-ci ilin noyabr ayı üzrə ƏDV üzrə hesablamaya əsas olan 6 oktyabr 2022-ci il tarixli **********666200 nömrəli qərarı qismən, yəni 48 962,16 manat hissəsində İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mübahisələndirdiyi inzibati aktlara münasibətdə idia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, eyni zamanda həmin tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyəti "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olmuşdur. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 4032293.18 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığını aşkar etmiş və bu halı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və 2021-ci il üzrə 956.503,69 manat mənfəət vergisi hesablamışdır. Eyni zamanda cavabdeh iddiaçının 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış əməliyyatlar zamanı əvəzləşmə üçün təqdim edilmiş elektron qaimələr üzrə əməliyyatları riskli hesab etmiş, onların əvəzləşdirməyə əsas vermədiyini əsas götürərək aparılmış əməliyyatın əvəzləşdirildiyini nəzərə alaraq müvafiq aylr üzrə ƏDV vergisi hesablamışdır. Belə ki, cavabehin mövqeyinə görə iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyicilərindən malların alınması barədə e-qaimə təqdim edilsə də həmin qaiməfakturalarda qeyd olunan malların həmin müəssisələrin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış aktlarına əsasən əldə etdikləri müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin müəssisələrlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya əlavə mənfəət vergisi hesablanmışdır. Eyni zamanda ƏDV üzrə 2021-ci ilin may, noyabr və dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBM seriyalı 512674 nömrəli, EBBN seriyalı 068158 nömrəli, EBBN seriyalı 257261 nömrəli, EBBN seriyalı 257227 nömrəli, EBBN seriyalı 437407 nömrəli, EBBN seriyalı 257193 nömrəli, EBBN seriyalı 257211 nömrəli, EBBN seriyalı 425961 nömrəli, EBBN seriyalı 257624 nömrəli, EBBN seriyalı 257282 nömrəli, EBBB seriyalı 736568 nömrəli, EBBC seriyalı 186202 nömrəli, EBBB seriyalı 808520 nömrəli, EBBC seriyalı 189077 nömrəli, EBBB seriyalı 923773 nömrəli və EBBC seriyalı 271123 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatın əvəzləşdirildiyini nəzərə alaraq, cari aylar üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmiş, nəticədə 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 201933,07 manat, noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 88.965,15 manat., 2021-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 94.920.97 manat vergi məbləği hesablanmışdır. 2021-ci ilin iyun ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBC seriyalı 602127 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmiş, həmin qaimə-faktura üzrə 84850,64 manat ƏDV məbləği iddiaçı tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq iyun ayı üçün təqdim edilmiş bəyannamə üzrə 84850,64 manat əlavə vergi məbləği hesablanmışdır.. 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş EBBE seriyalı 925532 nömrəli və EBBE seriyalı 923604 elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmiş və həmin elektron qaimə-fakturalar üzrə 286146,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alınaraq iyul ayı üçün təqdim edilmiş bəyannamə üzrə 286146,0 manat əlavə vergi məbləği hesablanmışdır Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarına əlavə edilmiş İddiaçı QSC-nin riskli vergi ödəyiciləri ilə apardığı riskli hesab edilən elektron qaimə fakturaları aşağıdakılardan ibarət olmuşdur: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, EBAW 282722 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, EBBM 512674 nömrəli, "GRAMİNİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixli, EBBN 68158 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə: xx.xx.2021-ci il tarixli, EBBB 736568 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBB 808520 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC 186202 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC 189007 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC 271123 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC 602127 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBB 923773 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə: xx.xx.2021-ci il tarixli, EBBE 923604 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBE 925532 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə: xx.xx.2021-ci il tarixli, EBBN 257193 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 257227 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 257261 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 257282 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 425961 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 257211 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 257624 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBN 437407 nömrəli. İş materiallarına iddiaçının "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 145 nömrəli müqavilə, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 90 saylı müqavilə, Gramini” MMC ilə xx.xx.2021-ci il tarixli 201 nömrəli müqavilə, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli 7 nömrəli müqavilə, "xxxx" MMC ilə 03 may 2021-ci il 69 nömrəli müqavilə, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqavilə, e-qaimə fakturalar, təhvil-təslim aktları, razılaşdırma aktları, ödəniş tapşırıqları əlavə edilmişdir. İşdə olan qərarlardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********396600 saylı, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********571400 saylı, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********307300 saylı, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********313600 saylı, "xxxx" MMC xx.xx.2021-ci il tarixli **********789400 saylı, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********039400 saylı və “VAQİF ŞİPİNQ" MMC xx.xx.2021-ci il tarixli **********176800 saylı qərarlarla riskli vergi ödəyiciləri hesab edilmiş və müəssisələr riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin MMC-lər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin, əməliyyat apardığı MMC-lərdən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi Məcəlləsinin: -175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: -175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; -175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən elektron qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların iddiaçı tərəfindən digər müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur. Vergi orqanı iddiaçının MMC-lərdən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı MMC-lər ilə apardığı əməliyyatlar üzrə 4032293,18 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pomuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli, 18 oktyabr 2022-ci il tarixli **********185900 nömrəli, 14 sentyabr 2022-ci il tarixli **********663500 nömrəli, 17 oktyabr 2022-ci il tarixli **********441000 nömrəli qərarları tam, 13 sentyabr 2022-ci il tarixli **********753300 nömrəli qərarı qismən, yəni 84.850,64 manat hissəsində, 6 oktyabr 2022-ci il tarixli **********666200 nömrəli qərarı qismən, yəni 48.962,16 manat hissəsində ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********549600 nömrəli, 18 oktyabr 2022-ci il tarixli **********185900 nömrəli, 14 sentyabr 2022-ci il tarixli **********663500 nömrəli, 17 oktyabr 2022-ci il tarixli **********441000 nömrəli qərarları tam, 13 sentyabr 2022-ci il tarixli **********753300 nömrəli qərarı qismən, yəni 84 850,64 manat hissəsində, 6 oktyabr 2022-ci il tarixli **********666200 nömrəli qərarı qismən, yəni 48 962,16 manat hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar