Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1955/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı, 12 il 06 aydan artıq xüsusi stajı vardır.Belə ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1980-cı ildə başlamış, əmək fəaliyyətinə başlamamışdan əvvəl 1978-1980-cı illərdə hərbi xidmət keçmişdir. xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər “Azərtunelmetrotikinti” SC-nin Mexanikləşdirilmiş İdarəsində çilingər, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə qədər drezin sürücüsünün köməkçisi (yeraltı iş şəraiti), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər sürücü, xx.xx.1999-cu ildən xx.xx.2014-cü ilə qədər Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü peşəsində, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər "xxxx" QSC-nin Avtonəqliyyat distansiyasında xüsusi kran sürücüsü, xx.xx.2016-cı ildən bu günə qədər avtokran maşinisti peşəsində işləyir.İddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçıya imtina məktubu verilmişdir, imtinanın əsası kimi iddiaçının xx.xx.1999-xx.xx.2014cü illər arasındakı dövrdə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabunetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş kran maşinisti (krançı) vəzifəsinə aid olmaması göstərilmişdir. İddiaçı həmin imtinanı qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının ümumi iş stajı 45 il 2 ay 25 gün (xx.xx.2006-cı il tarixədək 27 il 2 ay 25 gün (xx.xx.1978-xx.xx.1980-cı il hərbi xidmət dövrü), xx.xx.1980-xx.xx.1999-cu il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 6 ay), pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 60947,17 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, A/059 nömrəli arayışda xx.xx.1999-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü və xx.xx.2016-cı il tarixdən bu günədək Avtonəqliyyat distansiyasında avtokran maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur.İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd edilən qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr) təşkil edir. Odur ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəməsən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 5.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəlləsnin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə işlasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı “Bakıtuneltikinti” Mexanikləşdirmə İdarəsində xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər çilingər, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər drezina sürücüsü köməkçisi, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər sürücü işləmişdir, xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilə qədər Bakı Metropolitenində Avtonəqliyyat xidmətində avtonəqliyyat distansiyasında avtokran sürücüsü, xx.xx.2016-cı ildən halhazırda qədər avtokran maşinisti işləyir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubuna əsasən iddiaçıya işlədiyi peşələrin "xxxx" QSC-nın iddiaçıya aid xx.xx.2024-cü il tarixli arayışında istinad edilən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan kran maşinistləri (krançılar) vəzifəsinə aid olmaması, bu səbəbdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr) təşkil etməsi əsası ilə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. "xxxx" QSC-nın A/059 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər “Azərtunelmetrotikinti” SC-nin Mexanikləşdirmə İdarəsində çilingər, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə qədər drezin sürücüsünün köməkçisi (yeraltı iş şəraiti), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992ci ildən xx.xx.1999-cu ilə qədər sürücü işləmişdir, xx.xx.1999-cu ildən xx.xx.2014-cü ilə qədər Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü peşəsində çalışmışdır.Azarbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni" QSC yaradılmışdır.xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək İddiaçı "xxxx" QSC-nin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasına xüsusi kran sürücüşu peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixindən Avtonəqliyyat va Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmışdır.İddiaçı xx.xx.2016-cı il tarixindən Nəqliyyat va Xüsusi Texnika Departamentinin Avtomotonəqliyyat kolonunun Avtonəqliyyat distansiyasına avtokran maşinisti peşəsinə keçirilmişdir va hal-hazıradək həmin peşədə çalışır.İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 13 il 05 ay 14 gün (on üç il beş ay on dörd gün) (xx.xx.2024-cü il tarixinə) təşkil edir. Onun çalışdığı drezin sürücüsünün köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ila təsdiq edilmiş “Güzəştlı şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, 451 nömrəli Qərarın 1.4-cü (21.5.Metropolitenlər bəndi üzrə), 1.4.1-ci (21.5.1-ci yarımbəndi (yalnız gecə vaxtlarında tunellərdə va yeraltı qurğularda daimi məşğuİ olan fəhlələr), 1.4.2-ci yarımbəndində yer alan drezin sürücüsünün köməkçisi sətrinə, avtokran sürücüsü peşəsi isə Azarbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösəricilərin siyahısı”nın 1.Dağ mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər a) fəhlələr bəndində yer alan kran maşinistləri (krançılar) sətirinə aiddir.
İV. Məhkəmənin mövqeyi 10.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. 11.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qüvvədə olan redaksiyasına əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilir: “1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işləra) fəhlələr: kran maşinistləri (krançılar), 21.5.1. tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: drezinaların sürücüləri, dresin sürücüsünün köməkçisi” güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdir. 13.İşin faktiki hallarına əsasən iddiaçının 57 yaşı xx.xx.2016-cı ildə tamam olmuşdur və ümumi əmək stajı 25 ildən çoxdur, işin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçı ilə cavabdehin arasında mübahisənin yaranmasına səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2016-ci tarixə güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir, güzəştli iş stajının 5 il 11 ay 25 gün (xx.xx.1985xx.xx.1991 -ci il tarixləri arasındakı dövrü) qəbul edir. Halbuki iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilə qədər Bakı Metropolitenində Avtonəqliyyat xidmətində avtonəqliyyat distansiyasında avtokran sürücüsü işləmişdir ki, həmin müddət 17 il 3 aydan çox müddəti təşkil edir.Həmin müddətdə iddiaçının peşəsi avtokran sürücüsü olmaqla işə götürənin arayışına əsasən Azarbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci maddəsinin (Dağ mədən işləri) 1.1.2-ci bəndinin (Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər) “a” yarımbəndində göstərilən kran maşinistləri (krançılar) sətirində göstərilən peşəyə aiddir. 14.Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 57 yaşı xx.xx.2016-cü ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə 12 il 6 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü ildə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu tarixdən yaransa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2021-ci ildən təyin edilərək ödənilməlidir.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 16.Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmamışdır və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərilə pensiya almaq hüququnu pozmuşdur.Belə ki, inzibati orqan olan cavabdeh iddiaçının əmək kitabçasında göstərilən avtokran sürücüsü ilə kran maşinisti (krançı) peşələrinin iş xüsusiyyətlərini, vəzifə öhdəliklərini müqayisə edib müəyyən etmək əvəzinə formal mülahizələrlə iddiaçıya hüququ yarandığı gündən pensiya təyin edilməsindən imtina etmişdir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, iddiaçıya iddiaçıya 57 yaşdan (xx.xx.2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır,iddia tələbi qalan hissədə rədd edilməlidir.
19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşdan (xx.xx.2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova