Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1963/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsində tikinti layihəsinin təsdiq edilməsi və tikinti işlərinə müdaxilənin qadağan edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun olaraq fərdi yaşayış evinin tikintisinin əsassız olaraq dayandırılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin əsassız müdaxilələrinin dayandırılması və belə müdaxilələrin gələcəkdə edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən torpaq sahəsində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və Suraxanı rayon İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələrinə və üçüncü şəxslərə tikinti işlərinə müdaxilə edilməsinin qadağan edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onunla X9 arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, 4Ə-1715 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini almışdır. Bununla bağlı onun adına həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli, A №863142 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədlərə əsasən həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları olduğu açıq şəkildə ifadə edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli razılıq məktubuna əsasən razılaşdırılmışdır. Qeyd edilən razılıq alındıqdan sonra, sözügedən torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Lakin tikintiyə başlanıldıqdan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tikinti işləri dayandırılmış və bildirilmişdir ki, sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500.0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir. Bu səbəbdən də iddiaçı X3 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətindən razılıq almaq lazımdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21- 3-32/2-1-00xx-xx/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-10167/2023- **********67 saylı İddiaçı cavab olaraq aparılan araşdırmalar zamanı sözügedən torpaq sahəsinin Azərbaycan Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli X7nun hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-ci il tarixli, 520/2T-8-151/2023 nömrəli məktubla İddiaçı cavab olaraq sözügedən ərazidə tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etməmiş və sözügedən uygunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 4 Saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsinin məqsədə uyğun hesab etdiklərini bildirmişlər. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - 1 nömrəli Zeytun sovxozunun xx.xx.1990-cı il tarixli, 167 nömrəli əmrindən çıxarışdan görünür ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 4 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 3 nömrəli qərarına, Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli əmrinə əsasən sovxoz ərazisində X6 fərdi ev tikmək məqsədilə 1000 kv.m torpaq sahəsi ayrılmışdır. - MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə X4 mülkiyyət hüququ xx.xx.2008-ci ildə qeydə alınmışdır, torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü “həyətyanı” kimi göstərilmişdir. - X2 adından çıxış edən etibarnamə üzrə nümayəndəsi X12 ilə alıcı X11 arasında bağlanmış AN-İ №0159148 saylı, xx.xx.2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Rəyestn Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 1229 nömrəli arayışa əsasən Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaqdan 0.05 ha torpağı alıcının mülkiyyətinə vermişdir. - MH seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır, torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü “həyətyanı” torpaq sahəsidir. - AN-İ №1094331 saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı satmışdır. - A№863142 nömrəli, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Plan və ölçüyə əsasən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları”dır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsudur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, 1 nömrəli X7 ərazisində xx.xx.2022-ci il tarixli, **********90 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsinə dair məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncam ilə Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş 1 nömrəli X7nun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Suraxanı rayonu) aid edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-15223/23 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən 0.05 ha torpaq sahəsi təyinatına görə Yaşayış məntəqələrinin torpaqlarına aid edilmişdir. - Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən torpaq sahəsində onun təqdim etdiyi tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə münasibət bildirilməsi haqqında müraciətə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Müəyyən edilmişdir ki, təqdim olunan sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən həmin torpaq sahəsinin vətəndaş İddiaçı xüsusi mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon icra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası): “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli Hovsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, tikinti işlərinin aparılması məqsədə uyğun hesab edilməmiş və sözügedən uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. - Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, təqdim olunan sözügedən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tariixində verilmiş torpaq sahəsinin planı və ölçüsünə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli çıxarışa (reyestr nömrəsi **********99) əsasən həmin torpaq sahəsinin vətəndaş İddiaçı xüsusi mülkiyyətində olduğu və fərdi yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. Sözügedən ərazi və tikinti işlərinin aparılması nəzərdə tutulan 500,0 kv.m torpaq sahəsi Suraxanı rayonunun inzibati ərazisinin hüdudları daxilinə aiddir və Abşeron Rayon icra Hakimiyyətinin istifadəsində təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-T-00xx-xx/2023 nömrəli məktubu ilə cavab verilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, sözügedən məsələ ilə bağlı Suraxanı RİH tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-185/2023 nömrəli məktubla Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və alınmış xx.xx.2023-cü il tarixli 5-29/2-T-2/2-151/2-V1/2023 nömrəli cavab məktubunda Abşeron RİH tərəfindən vətəndaş İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyi bildirilmişdir. Abşeron RİH tərəfindən vətəndaş İddiaçı tikinti işlərinin aparılması üçün məlumatlandırma icraatı çərçivəsində verilmiş razılığın ləğv edildiyini nəzərə alaraq, tikinti işlərinin aparılmasını məqsədə uyğun hesab etmirlər və sənəddəki (çıxarışda) uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməsi məqsədəuyğun hesab edilir. İddiaçı hazırda təqdim edilən layihəyə əsasən mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün cavabdeh tərəfindən maneə yaradıldığını iddia edərək, fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsinin mövcud vəziyyətdə təsdiq edilməsi, habelə tikinti işlərinin aparılmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: - maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. - maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. - maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. - maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir) həyata keçirir. - maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir) tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. İstinad olunan normalardan görünür ki, qanunverici torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikilməsi üçün tikintiyə icazə tələbi qoymamış, həmin tikinti işlərinin başlanması üçün memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanmasını kifayət hesab etmişdir. Qanunvericiliyə əsasən 10 gün müddətində səlahiyyətli qurum layihəyə dair iradı sifarişçiyə təqdim etmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Əgər səlahiyyətli qurum irad təqdim edirsə, bu irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Hazırkı işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, cavabdeh iddiaçının təqdim etdiyi layihəyə irad kimi tikintinin yerləşdiyi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Kənd təsərrüfatı təyinatlı torpaqlar” olan Abşeron rayonu, 1 nömrəli Hovsan Zeytunçuluq sovxozu ərazisində yerləşdiyini bildirmişdir. Lakin yuxarıda qeyd olunan sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyil, yaşayış məntəqələrinin torpaqları olmuşdur. Bu hal istər iddiaçının cavabdehə təqdim etdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda, istər A№863142 nömrəli, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə, istərsə də səlahiyyətli qurumların məhkəmə sorğusuna verdiyi cavablarda öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, cavabdehin iddiaçıya bildirdiyi irad açıq aşkar əsassız olmuşdur. İşdən görünür ki, iddiaçı hazırda həmin yaşayış sahəsinin layihəsinin memarlıqplanlaşdırma bölməsinin mövcud vəziyyətdə, müvafiq qaydada təsdiq edilməsinin cavabdehin üzərinə qoyulmasını, tikintiyə mane olmamanı xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müddəalarından görünür ki, məlumatlandırma icraatı tətbiq edilən tikintinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması və səlahiyyətli quruma təqdim edilməsi barədə tələbin qoyulmasındakı məqsəd, həmin layihənin ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməsinin, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun yoxlanılması ilə bağlıdır. Qanunverici yerli icra hakimiyyəti orqanının ona təqdim edilən layihəni məhz göstərilən əsaslar üzrə yoxlamaq və normativ hüquqi aktlara uyğun olmayan hallar aşkar edildikdə əsaslandırmaqla iradlarını bildirmək vəzifəsini müəyyən etmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdeh həmin yoxlamanı həyata keçirməmiş, yalnız mövcud olmayan bir hala istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi hallarda məhkəmə işin faktiki hallarını tam araşdırılmalıdır. Lakin məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda, məsələn, məhkəmənin inzibati orqanın əvəzinə aparmalı olduğu araşdırma xeyli vaxt tələb etdikdə, məhkəmə işi araşdırılması üçün inzibati orqana geri göndərə bilər. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparmaqla inzibati orqanın yerinə onun işini görən orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarını təmin etməkdən ibarətdir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Hazırkı halda cavabdeh layihənin ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə, belə plan olmadıqda ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun yoxlanılması ilə bağlı zəruri inzibati araşdırma aparmadan iddiaçının müraciətinə irad bildirdiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, məhkəmənin mövqeyi nəzərə alınaraq zəruri inzibati araşdırma aparıldıqdan sonra iddiaçının müraciətinə qiymət verilməlidir. Bununla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra inzibati orqanda yenidən aparılacaq inzibati icraatın nəticəsi olaraq qəbul ediləcək yeni inzibati aktı mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi niyyəti barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1963/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1963/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver