Məhkəmə qərarları › İş №e-2-1(112)-19696/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-19696/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-19696/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanlarında xidmətinə DVOXH Əsasnamənin 75-ci maddəsinin 5-ci bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, **********511900 qeydiyyat nömrəli əmrin ləğv edilməsi, öz əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının tamamının ödənilməsi, eləcə də iddiaçı tərəfindən çəkilmiş məhkəməyədək və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışıbdır. Cavabdeh tərəfindən xx.xx.2024 tarixli **********511900 qeydiyyat nömrəli intizam tənbehi tədbirinin görülməsi barədə əmrlə (bundan sonra - Əmr) İddiaçının xidmətinə xitam verilmişdir. Cavabdeh Əmri aşağıda qeyd olunan və İddiaçı tərəfindən törədildiyi iddia olunan nöqsan və pozuntulara əsasən çıxarmışdır o İddiaçı xx.xx.2024-cu il tarixində saat 09:30 radələrində səhhətində olan problemlərlə əlaqədar işə gəlməyəcəyini bildirmişdir. Əslində isə İddiaçı anasının adına rəsmiləşdirilmiş yanacaq doldurma məntəqəsi barəsində başlanılmış cinayət işi ilə əlaqədar olaraq Qazax Rayon Prokurorlundaolmuş, lakin 14 saylıƏVİ-nin rəhbərliyinə məlumat verməmişdir. Bununla da İddiaçı öz rəhbərliyinə yalan danışmışdır. o Müəyyən edilmişdir ki, İddiaçı, anası X2 (VÖEN **********) 14 saylı ƏVİ-də xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota aldırmış, anasının adına təsərrüfat subyekti kimi qeydiyyatda olan NURAY PETROL adlı YDM-də yeni nəsil NKA quraşdırılmasını təmin etməmiş, vergi ödəyicisinin uçot baza məlumatlarında əksini tapmış 055 ***-**-** saylı mobil nömrə İddiaçıya məxsus olmuşdur. Baza məlumatlarında vergi ödəyicisi Tərlan Əliyevanın aktiv əmək müqaviləsi və ona məxsus nəqliyyat vasitəsi aşkar edilmədiyi halda, 14 saylı ƏVİ tərəfindən xx.xx.2024-cü il tarixdə yerində aparılmış müşahidə zamanı NURAY PETROL YDM-nin faktiki olaraq fəaliyyət göstərdiyi və 2 nəfər işçinin olduğu müəyyən edilmişdir. Həmçinin baza məlumatlarına əsasən məlum olmuşdur ki, 2023-cü ilin iyul və avqust aylarında vergi ödəyicisi Tərlan Əliyevanın adına ABŞ-dən tam dəyəri 34.170 manat olan 2 ədəd avtomobil idxal edilmiş, həmin nəqliyyat vasitələrinin satışı ilə bağlı məlumatlar aşkar edilməmiş, vergi orqanlarına bəyannamə təqdim edilməmiş, bu əməliyyatlardan büdcəyə vergilər hesablanmamış və ödənilməmişdir. o Tərlan Əliyevanın fəaliyyətinə faktiki olaraq İddiaçı özü rəhbərlik edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, anasının vergidən yayınmasına göz yummuş və bu halların qarşısını almaq üçün zəruri tədbirlər görməmişdir. Əmrdə əksini tapan bu pozuntular sonradan İddiaçının vermiş olduğu izahatlara istinad edilərək Cavabdeh tərəfindən tam sübuta yetirilmiş hesab olunur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixində yazmış olduğu izahatda xx.xx.2023- cü il tarixində saat 20:00 radələrində qonaqları ilə bərabər spirtli içki qəbuıl etdiyini qeyd etmişdir. Qazax rayon prokurorluğunda olmasının səbəbinə dair İddiaçı qeyd etmişdir ki, anası ilə həkimə gedərkən anasını Qazax rayon prokurorluğuna düşürmüş və avtomobildə gözləmişdir. Bundan sonra o prokurorluğa dəvət edilmiş və tanışlıq olmuşdur. Səbəb hər ikisinin də dövlət işçisi olduğu və qarşılıqlı ehtiramın olması olubdur. Hər hansı problem olmadığı üçün də İddiaçının anası prokurorluq binasını tərk etmişdir. Prokurorluq orqanlarına dəvət olunduğunuz halda nə üçün rəhbərliyə məlumat verməmisiniz sualına isə İddiaçı mən hər hansı təhqiqat və ya istintaq məqsədilə prokurorluq orqanına dəvət olunmamışam cavabını vermişdir. Həmçinin anasının işləri onun şəxsi işi olmadığı üçün öz rəhbərinə belə bir məlumat verməyi vacib hesab etməmişdir. Qəribə bir halda Cavabdeh İddiaçıdan bir ayağının 3 sm qısa olması barədə sənəd təqdim etməyi tələb edir.Cavabdeh İddiaçıya anasının sahibkarlıq fəaliyyəti və yol vermiş olduğu hüquqpozuntuları barədə sual verdikdə o bu barədə məlumatlı olmadığını qeyd edir. Cavabdeh İddiaçıdan anasının ona hər hansı etibarnamə verməsi barədə sual etdikdə o, belə bir etibarnamənin olmadığını qeyd etmişdir. Cavahdeh 055 *** ** ** saylı mobil nömrənin İddiaçıya məxsus olmasını və bunun baza məlumatlarında qeyd edilməsini necə izah edəcəyini sual etdikdə, o anasnın əzbərində qaldığı üçün və öz nömrəsi olmadığından belə bir addım atdığını qeyd etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixində İddiaçının vermiş olduğu izahatda ona verilən sual öz tutarsızılığı ilə diqqəti cəlb edir. Belə ki, İddiaçı araşdırması ilə bağlı məlumatı xx.xx.2024-cü il tarixində vermiş olsa da Cavabdeh xx.xx.2023-cü il tarixli baza məlumatlarına əsaslanaraq İddiaçının yalan danışmaqda ittiham edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, hazırkı iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Eyni iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 1(112)- 6119/2025 saylı qərardadı ilə (hakim Ceyhun Quliyev) iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(103)-1661/2025 nömrəli qərardadı (sədrlik eden hakim Rəşid Səmədov) əsasında iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin gərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)- 2198/2025 nömrəli qərarı ilə (sədrlik edən hakim Rahib Nəbizadə) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2-1(103)-1661/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsine əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Ο Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərinde iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-6119/2025 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(103)-1661/2025 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı 04 fevral 2025-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-2198/2025 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2-1(103)-1661/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi qismində vəkili tərəfindən məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya izah edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən müəyyən edilən müddətdə aradan qaldırılmaması iddianın mümkünsüzlüyünə səbəb ola bilər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazın məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında eyni tərəflər (İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) arasında eyni predmetlə (xx.xx.2024-cü il tarixli, **********511900 qeydiyyat nömrəli əmrin ləğv edilməsi) bağlı iddia tələbi olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-6119/2025 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "əmrin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)- 1661/2025 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6119/2025 saylı 04 fevral 2025-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)- 2198/2025 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2-1(103)-1661/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda irəli sürülən iddia tələbi üzrə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Nəzərə alınmalıdır ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2053/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1709/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1602/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-1775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 851/2023 nömrəli və xx.xx.2023-cü il, 2-1(102)-1335/2023 nömrəli). Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının nümayəndəsi qismində vəkili tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki iş üzrə prosessual müddətin bərpası barədə ərizə mübahisələndirilən əmrin qəbul edilməsindən 1 il keçdikdən sonra təqdim edilmişdir. Odur ki, vəsatət təmin edilməməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar