Məhkəmə qərarları › İş №e-2-1(112)-198/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-198/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-198/2024 24.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “Filial”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra Milli Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********143229 saylı qərarına əsasən 2017-2020-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********143542 nömrəli səyyar vergi yoxlama aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələri əsasında xx.xx.2021-ci il tarixli, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********152393 saylı Qərar qəbul edilmişdir. Qərara əsasən, vergi orqanı Baş Ofisin Filiala 2018-ci ildə 751459.38 manat, 2019-cu ildə 9975935.35 manat və 2020-ci ildə 934711.66 manat olmaqla verdiyi vəsaiti əvəzsiz olaraq qiymətləndirərək gəlirə aid etmişdir. Bu vəsaitlər Filial tərəfindən göstərilmiş xidmətlərə görə “X11” MMC-yə ödənilmişdir. Filialı isə görülmüş işləri “X11” MMC –dən təhvil alaraq əvəzsiz olaraq “ADY’ QSC-yə təqdim etmişdir. Filial ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələr aparmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş bəyannamələrin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Nəticədə, vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 159-cu maddəsinə əsasən ********.21 manat gəlir məbləğinə 2099179.12 manat ƏDV hesablanmışdır. İddiaçı vergi orqanının bu faktiki halın təsvirinin təfsirində yanlışlığa yol verdiyi fikrindədir. Mənfəət vergisi məqsədləri üçün “İşlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir” olaraq Vergi orqanı tərəfindən hesablanmış 2018-ci ildə 751459,38 manat və 2019cu ildə 9975935,35 manat vəsait Baş Ofis tərəfindən iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması ilə bağlı ödənmişdir ki, bu da cavabdeh tərəfindən əsassız olaraq gəlirə götürülərək vergiyə cəlb edilmişdir. Eyni epizod 2020-ci ildə Baş ofis tərəfindən iddiaçıya "xxxx" QSC üçün görülmüş işlərdəki qüsurların aradan qaldırılması şərti ilə ayrılmış 934711.66 manat vəsaitə də şamil edilmişdir. Müqavilə əsasında xidmətlərin görülməsinə görə pul vəsaitinin avans qaydada alınması heç də o demək deyil ki, tərəflər Müqaviləni icra etməyi dayandırırlar və ya davam etmirlər. Nəticə etibarilə, Müqavilənin icrası ilə bağlı xərclərin yaranması lüzumludur. Hətta əlavə xərclərlə belə müqavilənin icrası həm Baş Ofis, həm də Filial üçün Müqavilənin şərtlərinin pozulmasından daha məqsədəmüvafiq idi. Çünki, Müqavilənin şərtlərinin pozulması nəinki külli miqdarda maliyyə itkisi, o cümlədən nüfuz itkisi ilə nəticələnə bilərdi. Belə ki, cari Müqavilənin icra edilməməsi həm Baş Ofis, həm də Filial üçün Sifarişçi ilə məhkəmə mübahisələri mənfi təsir edəcəkdir. Bu özünü Sifarişçi ilə yaranan məhkəmə mübahisələrində, Sifarişçinin tenderlərdən de-fakto kənarlaşdırılmasında büruzə verəcəkdi. Müvafiq hal Cəmiyyətin Azərbaycan Respublikasının və digər ölkələrin bazarında rəqabət bacarığını aşağı salacaqdır. Vergi orqanı araşdırmalar nəticəsində Filialın əvəzləşdirmələri səhv apardığını qeyd etmişdir. Belə ki, “X9” MMC tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 693860 nömrəli və xx.xx.2016-cı il tarixli HK seriyalı 469990 nömrəli vergi hesab fakturalarına görə göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və depozit) xx.xx.2017-ci il tarixədək tam ödənildiyini və bu səbəbdən Filialın 2018-ci ilin dekabrında aparılan əvəzləşmənin düzgün aparılmadığı iddia edilərək ləğv edilmişdir. Lakin göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və depozit) xx.xx.2017-ci il tarixədək tam ödənilməmişdir. Belə ki, 2018-ci ilin dekabrında ilkin müqaviləyə edilən müvafiq əlavəyə əsasən “X9” MMC konsorsiumdan çıxmış və ona görə də işlərin tam olaraq təhvil verilməsi ilkin müqaviləyə əlavəyə əsasən xx.xx.2018-ci il tarixində baş vermişdir. xx.xx.2018-ci ildə bağlanmış əlavəyə əsasən, “X9” MMC-nin Konsorsiumu tərk etməsilə Tərəflər arasında bütün öhdəliklər tamamlanmalı idi. Lakin, vergi orqanı 2018-ci ilin dekabrında aparılmış əvəzləşməninin qanunauyğun olmadığını təsbit edərkən əvəzləşməni Konsorsium müqaviləsinin kontekstindən kənarlaşdırmağa və ayrılıqda təhlil etməyə çalışır. Halbuki, həm vergi hesab fakturaları üzrə ödənişlər, həm də borcun avans ödənişi hesabına bağlanması Konsorsium müqaviləsi nəzdində baş vermişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: 12 aprel 2022-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********599000 №li yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143229 nömrəli qərarına əsasən noyabr 2017 - oktyabr 2020 dövr əhatə edilməklə vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 7193298,13 manat (mənfəət vergisi 2.095.491,4 manat, ƏDV 5.097.806,73 manat) azaldıldığı, 371 128,80 manat (mənfəət vergisi) artıq hesablandığı müəyyən edilmişdir. Yoxlamanın nəticəsi üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021- ci il tarixli **********152393 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisi üzrə ümumilikdə 6822169,33 manat vergi, 3.596.761,28 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, baş ofis tərəfindən filiala gələcəkdə geri qaytarılmaq şərti ilə edilmiş 11662106,21 manat məbləğində maddi dəstək əsassız olaraq vergiyə cəlb edilmişdir. Müəssisənin baş ofisi tərəfindən 2018-ci ildə 751459.38 manat, 2019-cu ildə 9975935.35 manat və 2020-ci ildə 934 711,66 manat olmaqla ümumilikdə 11662106,21 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X12" MMC-ə ödənilmişdir. "X12" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş bəyannamələrin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 159-cu maddəsinə asasan 11 662 106,21 manat gəlir məbləğinə 2 099 179,12 manat ƏDV hesablanmışdır. Göründüyü kimi, Baş ofis tərəfindən filiala ödənilmiş məbləğ "xxxx" QSC-yə təhvil verilmiş xidmətin dəyəri kimi ƏDV-yə və mənfəət vergisinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, filial tərəfindən ƏDV əvəzləşməsi tələb edilməsinə baxmayaraq vergi hesab fakturaiarı üzrə ödənişləri vergi orqanı müqavilə kontekstindən kənara çıxartmış və haqsız olaraq müvafiq əvəzləşmənin yerinə yetirilməsindən imtina etmişdir. İddiaçı Vergi Məcəlləsinin 163-cü maddəsində təsbit olunmuş hüququndan yararlanaraq əməliyyatın xarakteri dəyişdiyinə görə əvəzləşdirilən ƏDV məbləğində dəqiqləşdirmə aparmışdır. “X9” MMC tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 693860 və xx.xx.2016-cı il tarixli HK seriyalı 469990 nömrəli vergi hesab fakturalarına görə göstərilmiş xidmətlərin dəyəri (əsas məbləğ və vergi məbləği) xx.xx.2017- ci il tarixədək tam ödənilmişdir. Lakin buna baxmayaraq filial tərəfindən əvəzləşmələr səhv olaraq 2018- ci ilin dekabr ayında aparılmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən 2018-ci ilin dekabr ayında 1 840 034,23 manat ƏDV əvəzləşməsi ləğv olunmuşdur. Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxtdır. Bununla yanaşı iddiaçı Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əvəzləşdirilən ƏDV-ni dəqiqləşdirdiyini bildirsə də, qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 163-cü maddəsinin əlamətləri mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 163-cü maddəsi aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; əməliyyatın xarakteri dəyişdikdə; qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda. İddiaçı qeyd edilən hallardan əməliyyatın xarakterinin dəyişdiyini iddia etsə də, “X9” MMC-nin əvəzinə “X13” MMC-nin cəlb edilməsini əməliyyaın xarakterində dəyişiklik baş vermiş kimi qiymətləndirmək olmaz. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı hər hansı dövriyyə dəqiqləşdirməsi aparmamış, 2017-ci ilin noyabr ayı üzrə aparmalı olduğu əvəzləşdirməni 2018-ci ilin dekabr ayında aparmışdır. İddiaçı iddia ərizəsində İddiaçı MMC-nin "xxxx" QSC- yə qarşı avans üzrə kreditor borcunun vergi orqanı tərəfindən düzgün müəyyən edilmədiyi qeyd edilmişdir. 2019-cu ilin fevral ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsində dəqiqləşmə üzrə azaldılan ƏDV-nin məbləği 1 158 342.32 manat artıq göstərilmişdir. Təqdim olunmuş məlumatlara əsasən "xxxx" QSC ilə imzalanmış müqaviləyə xx.xx.2018-ci il tarixdə xitam verilmiş və həmin tarixə "xxxx" MMCnin "xxxx" QSC-yə qarşı avans üzrə kreditor borcu 10 981 600,00 manat (ƏDV-siz məbləğ 9 306 440,67 + ƏDV 1 675 159,32) göstərilmişdir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, avansın faktiki məbləği 3 388 022,55 (ƏDV-siz məbləğ 2 871 205,55 + ƏDV 516 817) manat təşkil etmişdir. Beləliklə, filial tərəfindən avans məbləğinin 7 593 577,44 manat artıq göstərilməsi nəticəsində dəqiqləşmə üzrə azaldılan dövriyyə 6 434 235,12 manat, dəqiqləşmə üzrə azaldılan ƏDV 1 158 342,32 manat artıq göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən 2019-ci ilin fevral ayında 1158342,32 manat (1675159,32 - 516817) dəqiqləşmə üzrə azaldılan ƏDV ləğv olunmuşdur. Göstərilən hal ilə bağlı vergi orqanının hesablamasına iddiaçı iddia ərizəsində etiraz etdiyini bildirsə də, mövqeyini hər hansı dəlillə əsaslandırmamışdır. Bundan başqa, "xxxx" MMC-nə malların dəyəri (1046.78 manat) xx.xx.2018-ci il tarixdə ödənilməsinə baxmayaraq ƏDV məbləği (188.42 manat) xx.xx.2018- ci il tarixdə, yəni 4 gün gec, "xxxx" MMC-nə xidmətin dəyəri (200.00 manat) xx.xx.2020-ci il tarixdə ödənilməsinə baxmayaraq ƏDV məbləği (36.00 manat) xx.xx.2020-ci il tarixdə, yəni 4 gün gec ödənildiyi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində baş ofisdən filialın hesabına köçürülən və müqavilə əsasında yerinə yetirilmiş öhdəliklərə görə subpodratçıya ödənilən pul vəsaitini yanlışlıqla filialın gəliri kimi götürüldüyü, keçmiş praktika və əvvəlki səyyar vergi yoxlaması ilə təsdiq edilən məzənnə fərqi kursunun hesablanması metodikasına rəğmən, əsassız olaraq mənfi məzənnə fərqinin olduğu halda müsbət məzənnə fərqinin olması nəticəsinə gəlinmişdir. Bununla əlaqədar bildiririk ki, 2017-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən 2286944,96 manat mənfəət vergisi göstərilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən xarici valyutanın manata nisbətən 1855644,00 manat mənfi məzənnə fərqinin nəzərə alınmaması ilə əlaqədar 2017-ci il üzrə mənfəət vergisinin 371128,80 manat artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin 2018-ci ilin mənfəət vergisi üzrə vergi ödəyicisinə 2095491,40 manat əlavə vergi hesablanmışdır. Əlavə vergi məbləğinin hesablanmasına səbəb Vergi Məcəlləsinin 104.1, 69.2 və 108-ci maddələrinə əsasən müəssisə tərəfindən 751459,38 manat gəlirin və 12173358,53 manat xarici valyutanın manata nisbətən yaranan müsbət məzənnə fərqinin bəyannamədə göstərilməməsi, 21579819,39 manat xarici valyutanın manata nisbətən yaranan mənfi məzənnə fərqinin və 5346278,41 manat bilavəstə mallann təqdim olunması ilə bağlı sair xərclərin bəyannamədə artıq göstərilməsi olmuşdur.Belə ki, müəssisənin Baş Ofisi tərəfindən 2018-cu ildə 751459,38 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X12" MMC- ə ödənilmişdir. "X12" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir, ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Bundan əlavə xx.xx.2018-ci il tarixli müqaviləyə asasan cəmiyyət "xxxx" QSC-yə olan debitor borclarım 15 028 177,16 manat azaltmış, bunun qarşılığında isa BT İsveç müəssisəsinə olan 9 036 874,54 manat kreditor borcu müəsisəyə bağışlanmışdır. Eyni zamanda müqavilə çərçivəsində "xxxx" QSC-yə 2016-cı ildə 645 024,21 manat zərərlə satılan əsas vəsaitlər geri qaytarıldığı üçün qeyd edilən məbləğ müəsissənin gəlirlərinə əlavə edilmişdir.Yuxanda qeyd edilən əməliyyatların məntiqi nəticəsi kimi müəsissə 5346278,41 manat (9 036 874,54 + 645 024,21 - 15 028 177,16) zərər yaratmışdır. Ancaq yoxlama ilə BT İsveç tərəfindən bağışlanan kreditor borc məbləği ilə "xxxx" QSC-yə bağışlanan debitor borcların məbləği qarşılıqlı sürətdə əvəzləşdirilməsi qəbul edilmiş, arada yaranan 5346278,41 manat isə zərərdən çıxarılmışdır. Eyni zamanda 2018-ci il mənfəət vergisi bəyannaməsində cəmiyyət məzənnə fərqindən 21579819,39 manat zərər bəyan etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, qeyd edilən rəqəm "xxxx" QSC-yə olan 34 390820,68 manat zərər və müxtəlif kontragentlərdən yaranan müsbət məzənnə fərqinin nəticəsindən formalaşmışdır. Cəmiyyət "xxxx" QSC ilə 2013-cü ildən əməkdaşlığa başlamış, qeyd edilən dövrdən etibarən xarici valyutada alınmış avans məbləğləri ilə görülmüş işlərin dəyərinin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı müqavilədə və digər əqdlərdə hər hansı qeyd aparılmamış və eyni zamanda bu əvəzləşdirmələrin hər hansı məntiqi ardıcıllığı izlənilməmişdir. Bu səbəbdən cəmiyyətin "xxxx" QSC ilə olan bütün əməliyyatları 2013-cü ildən etibarən təhlil edilmiş alınmış avanslarla görülmüş işlərin dəyəri əməliyyatın baş verdiyi tarixdə əvəzləşdirilmiş və nəticə olaraq 2018-ci il üzrə xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən məzənnə fərqinin yaranmaması müəyyən edilmişdir. Eyni zamanda digər kontragentlər üzrə 2018-ci il üzrə xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən 12173358,53 manat müsbət məzənnə fərqinin yarandığı müəyyən edilmişdir. Bundan başqa müəssisə tərəfindən 2019-cu il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 108 524,60 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266 067,83 manat, ümumi gəlir 374 592,43 manat, ümumi xərclər 10 770 749,84 manat olmaqla zərərin məbləği 10 396 157,41 manat müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 10 084 459,95 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266 067,83 manat, ümumi gəlir 10350527,78 manat, ümumi xərclər 11 188 849,52 manat, balans zərəri 838 321,74 manat müəyyən edilmişdir. Kənarlaşmaya səbəb Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinə əsasən müəssisə tərəfindən 9975935,35 manat gəlirin bəyannamədə göstərilməməsi və xərclərin 418099,68 manat az göstərilməsi olmuşdur. Belə ki, müəssisənin Baş Ofisi tərəfindən 2019-cu ildə 9 975 935,35 manat əvəzsiz olaraq verilmiş vəsaitlər filial tərəfindən göstərilmiş xidmətlərə görə "X12" MMC-ə ödənilmişdir. "X12" MMC tərəfindən görülmüş işlər əvəzsiz olaraq müqavilə çərçivəsində "xxxx" QSC-yə təhvil verilmişdir. Ödənilmiş məbləğlər üzrə ƏDV bəyannamələrində müvafiq əvəzləşmələrin aparılmasına və mənfəət vergisi bəyannaməsində xərc kimi tanınmasına baxmayaraq, təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin gəlir qrafasında gəlir kimi əks olunmamışdır. Daha sonra 16 sentyabr 2022-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********907200 №li yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının mövqeyinə görə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2020-ci il tarixli **********143229 saylı qərarı qəbul edərkən növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının diskresion səlahiyyətinə aiddir. İnzibati İcraat haqqında qanunun 2.0.7,-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Vergi orqanın “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143229 nömrəli qərarında həm qərarın məqsədi, həm də əsası açıq şəkildə qeyd edilmişdir. Belə ki, qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilərək vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin edildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən etməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır. Vergi orqanı inzibati aktda yoxlamanın məqsədi və əsaslarını dəqiq və aydın göstərmişdir. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara gəldikdə isə, həmin məlumatlar müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdəki uyğunsuzluqlar olmuşdur. 2017-ci il üzrə müəssisə tərəfindən il ərzində ümumi dəyəri 587000,0 manat olan əsas vəsaitin idxal edilməsinə və 77000,0 manat dəyərində əsas vəsaitin e-qaimə ilə alınmasına baxmayaraq, mənfəət vergisinin 1№-li əlavəsində dövr ərzində daxil olunmuş əsas vəsaitlərin dəyəri 26950,0 manat göstərilmişdir. 12 aylıq ƏDV hesabatlarında 8830840,0 manat dövriyyə göstərilməsinə baxmayaraq, mənfəət vegrisi hesabatında 9059170,0 manat dövriyyə göstərilmişdir ki, bu da 228330,0 manat kənarlaşmanın yaranmasına səbəb olub. Mənfəət vergisində xərcə silinən malın dəyəri 457160,0 manat, 1 №-li əlavədə isə ümumilikdə 894350,0 manat mal-material silgisi aparılmışdır. 9059170,0 manat dövriyyə qarşılığında balansda 17016300,0 manat debitor borcu tanınmışdır. Aradakı ******* manat debitor borcun açıqlaması verilməmişdir. 2018-ci il üzrə müəssisənin illik gəlirinin olmadığı göstərilmiş, bununla yanaşı məzənnə fərqindən 21579820 manat zərər göstərilmişdir. Qeyd edilən dövrdə devalvasiya olmamışdır. Dövrün əvvəlinə pul vəsaiti 5861320,0 manat, sair kreditorlar isə 45344720,0 manat olmuşdur. Göstərilmiş 21579820,0 manat məzənnə fərqindən yaranmış zərərin aydınlaşdırılması zərurəti yaranmışdır. Vergiyə cəlb olunan və ya azad olan dövriyyəsi olmadığı göstərilmiş, lakin balansda 19266820,0 manat, debitor borcu tanınmışdır. İl ərzində müəssisənin gəliri olmadığı göstəriliş, lakin 7793640,0 manat gəlirdən çıxılan xərc kimi tanınmışdır. 2018-ci ildə təqdim edilmiş bəyənnamənin 1 №-li əlavəsində mal təqdim etməsinin olmadığı göstərilmiş, lakin 5346270,0 manat xərc bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər kimi hesablanmışdır. Qeyd edilən dövrdə 72432950,0 manat debitor borcu, 35828850,0 manat kreditor borcu bağlanmış, ümumilikdə 17138870,0 manat pul vəsaitləri daxil olmuşdur. Debitor borcun qalan hissəsinin araşdırılması zərurəti yaranmışdır. Dövr ərzində 12817000,0 manat alınmış avans qeyd olunmuş, lakin ƏDV hesabatlarında alınmış avansa ƏDV hesablanmamışdır. Dövr ərzində müəssisənin gəlirinin, gəlirdən çıxılmayan xərcinin olmadığı göstərilmiş, lakin balansda 2634840,0 manat ehtiyyat silinmişdir. Vergi orqanının müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün kifayət qədər əsası olmuşdur. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gələn və vergi hesablanılan şəxsin hamı üçün aydın şəkildə göstərildiyi vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri etibarsız və prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı iddia ərizəsinə əlavədə qeyd etmişdir ki, cavabdeh səyyar vergi yoxlamasını qanunla müəyyən edilmiş müddətə riayət etmədən həyata keçirmişdir. Yoxlama dövründə qüvvədə olan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamsının keçirilmə müddətinin 30 gün olduğu qeyd edilsə də, Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirildiyi göstərilmişdir. Bununla yanaşı qeyd edirlər ki, 3 dekabr 2021-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 38.2-ci maddəsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilmişdir. Bu da vergi orqanının yoxlamanının müddətini iş günü ilə müəyyən etməsinin doğru olduğunu bir daha təsdiq edir. Əlavə olaraq bildirirlər ki, yoxlama Vergi Məcəlləsinin 38.2-ci, 39.4-39.6-cı, 49.1-ci maddələri ilə müəyyən edilmiş müddətlərə riayət edilməklə aparılmışdır. Odur ki, iddiaçının vergi orqanı tərəfindən yoxlama müddətlərinin pozulması iddiası əsassızdır. Cavbdeh səyyar vergi yoxlaması aktının tərtibi müddətinin uzadılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarları reyestrə daxil etməməklə Əsasnamənin 3.4.16-cı bəndinin tələblərinə riayət etməmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Vergi orqanın xx.xx.2020-ci il tarixli qərarıyla İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialında təyin edilmiş növbədənkənar səyyar vergi yoxlaması Reyestrdə KY201549355 yoxlama kodu ilə qeydə alınmışdır (əlavə edilir). Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın reyestrə daxil edilməməsinə gəldikdə isə, qeyd edilməlidir ki, bu qərar yeni yoxlama barədə deyil, Reyestrdə qeydə alınmış yoxlamanın davamıdır. Odur ki, həmin qərarın, eləcə də aktın tərtibi müddətinin uzadılması barədə qərarın Reyestrdə qeydə alınması Əsasnamədə nəzərdə tutulmamışdır. Bu baxımdan iddiaçının iddiası əsassızdır. Səyyar vergi yoxlaması aktının 14-cü səhifəsində ödəmələrin xx.xx.2017-ci il tarixədək tam ödənildiyi qeyd edilsə də iddia ərizəsinə qarşı verilmiş etirazda bu noyabr ayı kimi göstərilmişdir. Bununla cavabdeh iddiaçı üçün əlverişli olan halı nəzərə almamışdır. Bununla bağlı olaraq bildirirlər ki, etirazda texniki səhv olaraq oktyabr ayı noyabr ayı kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********152393 nömrəli inzibati aktda sözügedən xidmətlərin dəyərinin xx.xx.2017-ci il tarixədək tam ödənildiyi açıq şəkildə qeyd edilmişdir. Etirazdakı texniki səhvi göstərərək vergi orqanı tərəfindən yoxlama zamanı iddiaçı üçün əlverişli olan halların nəzərə alınmamasını iddia etmək əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alınaraq, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul çıxarılması xahiş olunmuşdur. Eyni zamanda iddiaçı "xxxx" MMC cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********187400 saylı xx.xx.2022-ci il tarixli “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. e-2-1(112)-11028/2022 saylı iş üzrə cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********658000 saylı, xx.xx.2022-ci il tarixli iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. Bundan sonra "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək e-2-1(112)-11028/2022 saylı inzibati iş ilə 2-1(112)-6281/2022 saylı inzibati işin əlaqəli olduqlarından müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11028/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı e-2-1(112)-11028/2022 saylı işin 2-1(112)6281/2022 saylı inzibati işə birləşdirilməsi qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3, vəkili Vəkil2 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində; şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2021-ci il tarixli xx.xx.2022-ci il tarixli ) inzibati aktların təqdim olunduğu vaxtdan 30 gün müddətində müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2013-cü il tarixdə (VÖEN) ********** №-li dövlət qeydiyyatı ilə hüquqi şəxs (filial) qismində dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin qanuni təmsilçisi Mikheeva Elena, hüquqi ünvanı isə ünvan 1irlər Baş İdarəsinin **********143542 saylı xx.xx.2021-ci il tarixli Səyyar vergi yoxlaması aktı ilə xx.xx.2020-ci il tarixli **********143229 saylı qərara əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Filialı üzrə - sadələşdirilmiş vergi - 4-cü Rüb 2017 - 3-cü Rüb 2020; Əlavə dəyər vergisi Noyabr 2017-Oktyabr 2020; Mənfəət vergisi 2017-ci il-2019-cu il; Əmlak vergisi 2017-ci il-2019-cu il; Aksiz vergisi Noyabr 2017- Oktyabr 2020; Mədən vergisi Noyabr 2017-Oktyabr 2020; Torpaq vergisi -2018-ci il -2020ci il; Ödəmə mənbəyindən tutulan vergi 2017-ci il-2019-cu il üzrə tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə nöbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəsi olaraq aşağıdakılar təklif olunmuşdur: - VM-nin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinin hesabatda göstərilməli olan məbləğində nisbətən 5097806.73 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 2548903,36 manat maliyyə sanksiyası tətbiq edilməsi; - VM-nin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2095491.40 manat azaldılmasına görə 50 faiz miqdarında, yəni 1047745.70 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Artıq hesablanmış 371128.80 manat mənfəət vergisi nəzərə alınmalıdır. - VM-nin 58.6-cı maddəsinə əsasən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 226.58 manat (o cümlədən 2017-ci ildə 2.16 manat, 2018-ci ildə 188.42 manat və 2020-ci ildə 36.00 manat) ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 113.29 manat maliyyə sanksiyası tərtbiq edilməsi təklif olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 №-li qərarı ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə cəmiyyətə 7193298,13 manat əlavə vergi hesablanmış və məsuliyyətə cəlb edilməsi (3596761,28 manat maliyyə sanksiyası) qərara alınmışdır. Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, icbari cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********179100 №-li tələbnamə ilə İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********152393 saylı qərar əsasında ( a) əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları 6822169,33 manat; b) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə 3596761,28 manat maliyyə sanksiyası; c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə 0.00 manat faiz olmaqla) büdcəyə ödənilməli olan 10418.930,61 manat vəsaitin ödənilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********187400 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMCdə 2020-ci il mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə sonuncu tərəfindən hesablanmış vergi və ya sığorta haqqı üzrə 11.214,82 manat; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 198.157,15 manat; Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 186.942,33 manat borc hesablanmışdır. Eyni zamanda bu qərara əsasən **********274700, 20220202 saylı qərarlar ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları. 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi . ... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... Maddə 38. Səyyar vergi yoxlaması. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. ... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. ... Maddə 55. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; ... Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. ... 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 69.2 Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yoxlamaların qanuniliyi. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.6. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyekti barədə həmin yoxlayıcı orqan tərəfindən aparılan sonuncu yoxlama, onun kodu (əgər varsa), növü, dövrü və müddəti; 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; 3.4.8. yoxlanılacaq təsərrüfat obyektinin fəaliyyət növü, ünvanı və əgər varsa, vergi orqanları tərəfindən verilən kodu (bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlama üzrə isə fəaliyyət növü); 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.); 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.12. yoxlama zamanı araşdırılacaq suallar (yoxlayıcı orqanlar tərəfindən Reyestrdə öncədən yerləşdirilmiş suallardan informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə seçilir); 3.4.13. yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi; 3.4.14. yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: 1. fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; 2. hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3. dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 4. media subyektinin adı, məlumatın yayılma tarixi; 5. məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); 6. Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma; 3.4.14-1. yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələri ilə sahibkar arasında bağlanılmış müvafiq müqaviləyə və sayğaca dair məlumatlar (müqavilənin nömrəsi, tarixi, sayğacın markası və nömrəsi); 3.4.15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda yoxlama aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı, əməkdaşının iştirakı tələb olunduqda isə onun FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi və əlaqə telefonu; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilibkeçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; 3.4.20. qəbul edilmiş qərar və ondan asılı olaraq məsuliyyət tədbirlərinin görülübgörülməməsi, aşkarlanmış qanun pozuntusuna görə tətbiq olunmuş məsuliyyət tədbirlərinin təsviri (məbləğ və sair), məsuliyyətə cəlb edilmiş şəxslər (hüquqi şəxs olduqda, hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, vəzifəli şəxsin FİN-i, soyadı, adı, atasının adı, vəzifəsi), materialların göndərildiyi dövlət orqanları (məktubların tarixi və nömrəsi); 3.4.21. aşkarlanmış qanun pozuntusunun aradan qaldırılması üçün görülməli tədbirlər, bu tədbirlərin icrası üçün müəyyən olunmuş müddət və onların nəticələri. İPM: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir Məhkəmənin mövqeyi: İş materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia təmin olunmalı, mübahisələndirilən inzibati aktlar ləğv olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanmışdır. Lakin xx.xx.2020-ci il tarixli **********143229 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarda cavabdeh yoxlamanın keçirilməsinin əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Qeyd olunan növdə yoxlamaların keçirilməsi ilə bağlı kassasiya instansiyası xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 nömrəli Qərarında qeyd etmişdir ki: “Bu dəlillə bağlı məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qanunsuz və əsassız olduğundan, onun nəticəsində qəbul edilmiş məsuliyyət qərarı da ləğv edilməlidir”. Həmçinin, məhkəmə bildirir ki, səyyar vergi yoxlaması gedişatında yoxlama müddətinin uzadılmasına bərabər tutulan xx.xx.2021-ci il tarixli **********149338 nömrəli Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi Qərarı yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Kassasiya instansiyasının qeyd olunan pozuntuya münasibətdə formalaşmış vahid təcrübəsi xx.xx.2024-cü il tarixli 2-1(102)-1197/2024 nömrəli Qərardadda aşağıdakı məzmunda əks olunmuşdur: “Hazırkı mübahisə üzrə də apellyasiya instansiyası məhkəməsi tərəfindən “Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmadığına dair” imperativ müddəanın tətbiq edildiyi, buradan, vergi ödəyicisi barəsində qəbul edilmiş qərarın “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuz olduğunun təsbit edildiyi, bununla bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğu (2-1(102)-810/2023, 2-1(102)- 827/2023, 2- 1(102)-1090/2023, 2-1(102)-1741/2023, 2-1(102)-1174/2023, 2-1(102)- 2063/2023 №-li işlər üzrə qərarlar), eləcə də həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildiyi, həmçinin təcrübənin cavabdeh vergi orqanı üçün əlçatan və bəlli olduğu, bu iş üzrə kassasiya şikayətinin həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verildiyi nəzərə alındıqda, şikayət əsaslandırılmamış hesab edilməli, şikayət üzrə kassasiya mümkünsüz sayılmalı, şikayətin qəbulundan imtina edilməlidir. Göründüyü kimi, qeyd olunan pozuntu halını kassasiya instansiyası hətta kassasiya şikayətinin qəbulundan imtina olunması kimi qiymətləndirmişdir. Bundan başqa, səyyar vergi yoxlaması aktının 1.1-ci bəndinə əsasən yoxlamanın xx.xx.2020-ci il tarixdə başlanıldığı, xx.xx.2021-ci il tarixdə başa çatdırıldığı müəyyən olunur. Bu müddət ərzində yoxlama iki dəfə hər biri 30 iş günü olmaqla uzadılmış, bir dəfə aktın tərtibi müddəti 30 iş günü müddətinə uzadılmış, sonuncu halda isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarla yoxlamanın keçirilməsi müddəti 30 iş günü həyata keçirilmişdir. Ümumilikdə yoxlama 285 gün ərzində (xx.xx.2020 -xx.xx.2021) aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlama keçirilən zaman qüvvədə olan redaksiyasına görə, səyyar vergi yoxlaması 30 gün ərzində keçirilə bilər. Müstəsna hallarda həmin müddət 90 günə qədər artırıla bilər. Göründüyü kimi, cavabdeh 90 gün ərzində aparılmalı olduğu yoxlamanı iş günləri ilə nəzərə almaqla Vergi Məcəlləsinin 38.2ci maddəsinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən edilmiş dəyişikliklə Məcəllənin 38.2-ci maddəsində “iş günləri” ifadəsi əlavə olunmuşdur. Bununla da bir daha təsdiq olunur ki, cavabdeh yoxlamanın həyata keçirildiyi dövrdə yoxlama müddəti təqvim günləri ilə nəzərə alınmalı idi. Qeyd olunan kobud prosessual pozuntular nəticəsində artıq inzibati akt formalhüquqi baxımdan qüsurlu olduğundan ləğv edilməlidir. Bununla belə, Məhkəmə, mübahisənin mahiyyətinə də münasibət bildirməyi zəruri hesab edir. 2017-ci il mənfəət vergisi üzrə: İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2017-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsində iddiaçının 2017-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 9059178.92 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.23 AZN, ümumi gəliri ********.15 AZN, ümumi xərcləri 7656428.27 AZN, vergiyə cəlb olunan mənfəəti ********.78 AZN, mənfəət vergisi 2286944.96 AZN göstərilmişdir. Lakin Səyyar vergi yoxlaması aktına əsasən iddiaçının 2017-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 9059178.92 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.23 AZN, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 1855644.00 AZN, ümumi gəliri ********.15 AZN, ümumi xərcləri 7656 428.27 AZN, vergiyə cəlb olunan mənfəəti 9579080.78 AZN, mənfəət vergisi 1915816.15 AZN hesablanmışdır. Məhkəmə araşdırması zamanı 2017-ci il mənfəət vergisi üzrə sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə avans qismində ödənilmiş pul vəsaitləri 2017-ci ildə görülmüş işlərlə tam əvəzləşmiş statusunda olmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 135-ci maddəsi qeyd edir ki, müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 2013-cü il tarixli ilkin müqavilənin 78-ci səhifəsində olan 13.2-ci maddəsində zəruri şərt qismində göstərilmişdir ki, Filial avans məbləğində bankdan qarantiya almaq öhdəliyi götürür və həmin qarantiya yalnız avans məbləği tam əvəzləşdirildikdə bağlana bilər. Həmin qarantiya üzrə avans məbləğinin tam əvəzləşdirilməsi dedikdə, əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirilməsi başa düşülür. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirməmişdir və "xxxx" QSC-nin qarantiya üzrə avans məbləğinin əvəzləşdirilməsi ilə bağlı razılığı olmadan avansı əvəzləşdirə bilməzdi. İddiaçıda da qeyd olunan hallar olduğu üçün qarantiyada nəzərdə tutulan avans məbləğini əvəzləşdirə bilməmiş, ona görə də gəliri almaq hüququ əldə edə bilməmişdir. Həmçinin iş materiallarında olan 2013-cü il tarixli Bank Qarantiyasına (müddəti 4 il olan) əsasən müəyyən olunur ki, avans məbləği olaraq ödənilmiş 68 milyon ABŞ dolları Bank tərəfindən Qarantiya olunmuşdur. X6 sənədində qeyd edilmişdir ki, bu Qarantiyanın maksimum məbləği aralıq hesabatlarında və ya bizə təqdim olunacaq ödəniş tapşırığının surətlərində göstərildiyi kimi yəni podratçı tərəfindən əvəzləşdirilən avans ödənişinin məbləği qədər tədricən azaldılır. 2013-cü il tarixli Bank Qarantiyasının davamı olaraq uzadılan 2017-ci və 2018-ci il tarixli Bank Qarantiyalarına əsasən müəyyən olunur ki, avans olaraq ödənilmiş məbləğə nisbətdə ********. 91 ABŞ dolları Bank tərəfindən Qarantiya olunmuşdur. Beləliklə də, rəsmi sənədlərlə sübut olunur ki, ödənilmiş ümumi avans məbləğinin yalnız 22 faizi iddiaçı tərəfindən işlərlə əvəzləşdirilmişdir. Məhkəmə həmçinin Qarantiyanın müddətinin ikinci dəfə uzadılması barədə məktuba əsasən qeyd edir ki, "xxxx" QSC tərəfindən Filiala göndərilən 17 oktyabr 2018 tarixli (uzadılma barədə) məktubda müqavilədən irəli gələn müəyyən öhdəliklər tərəflər arasında tam razılaşdırılmadığından avans qarantiyasının müddətinin uzadılması müəyyən olunmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, 2018-ci ildə avansın qarantiyasının müddəti uzadılırsa, 2018-ci il tarixinə iddiaçının avans məbləğinin qaldığı müəyyən olunur və həmin qalıq avans məbləği 2017-ci ildə görülmüş işlə (xidmətlə) tam şəkildə əvəzləşdirilə bilməzdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 478-ci maddəsinə qeyd edir ki, Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 488.1.2-ci maddəsinə əsasən qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqda qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə xitam verilir. Həmçinin iş materiallarından göründüyü kimi, 2013-cü il tarixli ilkin müqavilənin 56ci səhifəsində olan PC 13.3.2-ci maddəsində zəruri şərt qismində göstərilmişdir ki, Müqavilənin icrasının təminatını əks etdirən Bank Qarantiyası olmalıdır (Bank Guarantee- Performance Security). 6 sentyabr 2013-cü il tarixli, 111İLG********** saylı Beynəlxalq Bank tərəfindən Qarantiya verilən İcranın Qarantiyası (Performance Guarantee) Müqaviləsinə nəzər yetirərkən müəyyən olunur ki, 2013-cü il tarixli ilkin müqavilə üzrə işlərin icrası qüsursuz təhvil alınmadan müqavilə icra edilmiş sayılmır. Bu baxımdan, AR Mülki Məcəlləsinin 774-cü maddəsində qeyd edilmişdir ki, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Həmin Məcəllənin 763-cü maddəsində göstərilmişdir ki, Podrat Müqaviləsi üzrə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. İş materillarında olan sənədlərdən göründüyü kimi, 2018-ci il tarixli ilkin Müqaviləyə edilən Əlavə ilə nəzərdə tutulmuş işlərin qüsursuz təhvil alınması ilə bağlı "xxxx" QSC-nin həmin işlər üzrə səlahiyyətli nümayəndəsi JV-TPF X3 Antonio Lopez-in ADY QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublardan aydın olur ki, 1-ci seksiya üzrə işlər xx.xx.2020-ci il tarixdə və 2-ci seksiya üzrə işlər isə xx.xx.2021-ci il tarixdə qüsursuz təhvil alınmış və X8 (X1) verilmişdir. Həmçinin iş materillarına əsasən müəyyən olunur ki, 2013-cü il tarixli Müqavilə ilə nəzərdə tutulmuş 1-ci və 2-ci seksiya üzrə işlərin qüsursuz təhvil alınması 2021-ci ildə tamamlanmışdır. AR Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 583.2-ci maddəsində qeyd edilmişdir ki, əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır. Həmin Məcəllənin 589.3-cü maddəsinə görə əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, "xxxx" QSC-nin iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri aralığında imzalanmış təhvil-təslim aktları ilə 2018-ci il tarixli ilkin Müqaviləyə edilən Əlavə ilə görülmüş işlər üzrə sınaqların aparılması, istismarı ve qismən istismara verilməsi həyata keçirilmiş ve qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya üzrə) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir. Bundan əlavə, iş materiallarına əsasən "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 1 iyun 2018-ci il tarixdə göndərilmiş məktubla "xxxx" MMC-nin "xxxx" QSC ilə 6 sentyabr 2013-cü il tarixli imzaladığı müqaviləyə xitam verilmədiyi müəyyən edilmişdir. İş materillarında olan "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 1 iyun 2018-ci il tarixində ünvanlanan 288-S nömrəli məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə "xxxx" QSC tərəfindən xitam verilir, bütün seksiyalar üzrə işlər müqaviləyə uyğun olaraq tam icra edilməyi və qüsurlar olduğu üçün işlərin davam etdirilməsi istənilmir, eyni zamanda müqavilə üzrə ödənilmiş avans məbləğinin qalıq hissəsi geri qaytarılmalıdır. Lakin "xxxx" QSC-nin ünvanladığı 01 iyun 2018-ci il tarixli müqaviləyə xitam edilməsi ilə bağlı məktubuna cavab olaraq 07 iyun 2018-ci il tarixdə "xxxx" tərəfindən müqaviləyə xitam edilməsinə imtina cavabı göndərilmiş və əməkdaşlığın davam etdirilməsi təklif edilmişdir. Bundan sonra "xxxx" QSC-nin 31 iyul 2018-ci il tarixli cavab məktubu ilə əməkdaşlığın davam etdirilməsinin razılaşdırıldığı, 29 avqust 2018-ci il tarixində isə tərəflər arasında Memorandumun imzalandığı müəyyən edilir. Memorandumun 4-cü bəndinin 1-ci altbəndinə əsasən, Filial geriyə qalan, yəni qüsurlu yerinə yetirilmiş işləri gələcəkdə heç bir kompensasiya almadan yerinə yetirməyi öhdəliyinə götürmüşdür. Xüsusilə qeyd edilməlidir ki, 14 dekabr 2018-ci il tarixində bağlanılan və AZRTTFP- G2 seriyalı 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan sazişin 2-ci səhifəsinin 1-ci bəndində tərəflərin “İlkin müqavilə əlavə sazişlə tənzimlənən müddəalarla qüvvədə qalacaqdır”şərti ilə razılaşdığı müəyyən edilmişdir. Məhkəmənin iş materiallarına əsasən müəyyən olunur ki, vergi orqanı 2017-ci il üzrə 1855 644,00 AZN mənfi məzənnə fərqininin yaranması barədə cədvəl tərtib etsə də, bu cədvəl yalnız "xxxx" QSC ilə iddiaçı arasında olan əməliyyatları əhatə edir. Vergi orqanı səyyar vergi yoxlaması aktında həmin il üzrə iddiaçının hesabladığı müsbət məzənnə fərqini iddiaçının uçot sənədlərində olduğu kimi, yəni ********.23 AZN qəbul etmişdir. Cavabdeh 2017-ci ildə yaranmış iddiaçının bəyan etdiyi ********.23 AZN müsbət məzənnə fərqini qəbul etsə də, digər kontragentlərlə aparılmış əməliyyatların nəticəsində yaranmış mənfi məzənnə fərqini əsassız şəkildə qəbul etməmiş, qəbul etməməsi ilə bağlı iş materiallarına əsaslandırılmış sübutları iş materiallarına əlavə etməmişdir. Xüsusilə qeyd edilməlidir ki, "xxxx" QSC və iddiaçı arasında olan əməliyyatlar üzrə 5695387,69 manat məbləğində müsbət, 7978898,39 manat məbləğində isə mənfi məzənnə olmuşdur. Qəbul olunan ********.23 AZN müsbət məzənnə fərqinin özü də "xxxx" QSC və digər kontragentlərlə aparılmış əməliyyatlar nəticəsində yaranmış, ********.71 AZN müsbət, 17537149,48 manat mənfi məzənnə fərqinin müqayisəsinin yekununda formalaşmışdır. Cavabdeh müsbət məzənnə fərqini iddiaçının digər kontragentləri ilə yaranmış göstərici ilə, mənfi məzənnəni isə yalnız “ADY QSC” ilə aparılan əməliyyatlar nəticəsində 1855644,00 manat olaraq müəyyən etmişdir. Bu əsaslarla vergi orqanının 1855644,00 manat məbləğində mənfi məzənnə fərqini hesablamasının əsasları müəyyən olunmur. Bundan əlavə, iş materiallarına əlavə olunan rəsmi sənədlərə əsasən müəyyən edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqaviləyə 1 iyun 2018-ci il tarixli məktubla xitam verilməmiş və qalıq avans məbləği 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavənin müddəalarında öz əksini tapmışdır. Müvafiq müddəa öz əksini ilkin müqaviləyə əlavənin 12-ci bəndində də əks etdirir. Həmin bənddə göstərilmişdir ki, “Tərəflər, Azaldılmadan əvvəl Sazişin Dəyərinin və bütün avans ödənişlərinin Sifarişçi tərəfindən Podratçıya tamamilə ödənildiyini, Podratçı tərəfindən isə Sifarişçidən alınan hər hansı bir avans ödəməsi üçün heç bir ödəmə etməyəcəyini (14 milyon ABŞ dolları istisna olmaqla) razılaşdırırlar”. İş materiallarında olan rəsmi sənədlərə nəzər yetirən zaman iddiaçı tərəfindən həmin öhdəliklərə əsasən ödənilmiş avans məbləğindən 14000000 dollar pul məbləğinin "xxxx" QSC-yə geri qaytardığı müəyyən olunmuşdur. Həmçinin, iş materiallarında olan iddiaçının "xxxx" QSC-yə göndərdiyi sorğuya cavab olaraq təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunan hallar məhkəmə tərəfindən nəzərdən keçirilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, “2018-ci il 14 dekabr tarixli ilkin Muqaviləyə edilən Əlavəyə əsasən tərəflər arasında əvəzləşdirilməmiş avans məbləği qarşılığında İ Hissə və ll Hissədə görülən işlər üzrə sınaqların aparılması, istismarı və tam istismara verilməsi razılaşdırılmış və həmin Əlavəyə əsasən tərəflər avans qaydasında verilmiş pul vəsaitlərinin tam əvəzləşdirilməsini həyata keçirmişlər.” Xüsusilə vurğulanmalıdır ki, həmin məktubda qeyd olunanlardan da aydın olur ki, ödənilmiş avans məbləğlərinin tam əvəzləşdirilməsi 2018-ci il tarixində ilkin Müqaviləyə Əlavə ilə baş vermişdir. 2018-ci il üzrə mənfəət vergisi: İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2018-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsinə əsasən Filialın 2018-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 0.00 АZN, xarici valyutaların manata nisbətən müsbət və mənfi mənfi məzənnə fərqləri arasında yekun fərq kimi mənfi məzənnə fərqi ********.39 AZN, ümumi xərclər 7793639.32 AZN, zərər ********.71 AZN göstərilmişdir. Lakin cavabdehin tərtib etdiyi səyyar vergi yoxlaması aktına əsasən Filialın 2018-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri 751 459.38 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi ********.53 AZN, xarici valyutaların manata nisbətən mənfi məzənnə fərqi 0.00 AZN, ümumi gəlir ********.53 AZN, ümumi xərclər 2447360.91 AZN, vergiyə cəlb olunan mənfəət ********.00 AZN, mənfəət vergisi 2095491.40 AZN hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının 2018-ci il üzrə mənfəət vergisi üzrə iş materiallarına əlavə edilən sənədlərə nəzər yetirən zaman müəyyən olunmuşdur ki, Baş ofis (1520 Siqnal MMC) tərəfindən Filiala 3 il üzrə (2018, 2019 və 2020-ci illərdə) ödənilən pul vəsaitlərinin kreditor borc kimi uçota alınmışdır. Qeyd olunan hal iş materiallarında olan 31 dekabr 2020-ci il tarixli üzləşmə aktında və 1C: mühasibat proqramından çıxarışda öz əksini tapmışdır ki, həmin sənədlərə əsasən Filialın baş ofisi qarşısında ********.35 AZN borcu mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan sənədlərlə Filial tərəfindən "xxxx" QSC-yə 2019- 2021-ci illərdə təhvil verilən işlərin əvəzsiz olmadığı müəyyən edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, 2018-ci ildə "xxxx" QSC işlərin təhvil alınması zamanı sifarişçi olaraq müəyyən qüsurlar aşkar etmiş və qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlanmışdır. Baş ofis tərəfindən 2018, 2019 və 2020-ci illərdə Filiala ümumilikdə 11662106,21 AZN pul vəsaitinin köçürülməsi də həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə həyata keçirilmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, Filiala avans qismində ödənilmiş pul vəsaitlərinin tam qaydada əvəzləşdirilməsi 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavəyə əsasən həyata keçirilmişdir. Avans qismində alınmış pul vəsaitlərinin əvəzləşdirilmiş hissəsinin (27,894,386.01 AZN) mənfəət vergisi ödənilmişdir, lakin iddiaçı tərəfindən yalnız işlərin layihələndirilməsi, təchizatı və quraşdırılması həyata keçirilmişdir, görülmüş işlər isə böyük ölçüdə qüsurlu görülmüşdür. Xüsusilə vurğulanmalıdır ki, 14 dekabr 2018-ci il tarixli əlavəyədək əvəzləşdirilməmiş avans məbləğləri qarşılığında isə 1-ci və 2-ci seksiya üzrə işlərin sınaqların aparılması, istismarı ve tam istismara verilməsi razılaşdırılmışdır. Vergi orqanı tərəfindən yeni əməliyyat kimi qəbul edilən və subpodratçı "xxxx" MMC tərəfindən görülmüş ********.21 AZN ( 2018-ci ildə 751459.38 AZN, 2019-cu ildə 9975935.35 AZN, 2020-ci ildə 934 711.66 AZN) dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilmiş və əlavə ödəniş kimi edilmiş ödənişlərə daxildir və 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavə ilə əvəzləşdirilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Vergi orqanı tərəfindən hesablanmış 12 173 358,53 AZN müsbət məzənnə fərqi “X10” MMC ilə Filial arasında xx.xx.2014-cü il tarixli konsorsium müqaviləsi üzrə aparılan əməliyyatlardan yaranmışdır. Belə ki, “X10” MMC tərəfindən Filiala təqdim olunan xx.xx.2014-cü il tarixli TSR0001 seriyalı hesabfakturadan görünür ki, Filial “X10” MMC-nin hesabına ƏDV daxil olmaqla 20 060 000,00 ABŞ dolları dəyərində avans köçürmüşdür. “X10” MMC tərəfindən isə Filial üçün 39181106,62 ABŞ dolları dəyərində işlər görülmüşdür. Lakin "xxxx" QSC ilə aparılan əməliyyatlarda olduğu kimi qabaqcadan ödənilmiş avans məbləğinin müəyyən hissəsinin əvəzləşdirilməsi dayandırılmışdır. Belə ki, Filial görülmüş işlərin əvəzində “X10” MMC-nin hesabına 19112325,58 ABŞ dolları avansdan kənar ödənişlər etmiş və görülmüş işlərin yalnız 6 203 663,08 ABŞ dolları hissəsi avansla əvəzləşdirilmişdir. Göründüyü kimi, 39 181 106.62 ABŞ dolları dəyərində işlərin qarşılığında Filial sadəcə ********.66 ABŞ dolları (avans+avansdan kənar) ödənişlər etmişdir. Nəticədə 2018-ci ilin 14 dekabr tarixində “X10” MMC-nin avans üzrə kreditor borcu ********.57 ABŞ dolları, işlər üzrə Filialın kreditor borcu isə ********.46 ABŞ dolları təşkil etmişdir. Geriyə qalan avansla işlərin əvəzləşdirilməsi nəticəsində Filial ilə "xxxx" Rabitə MMC arasında olan əməliyyatlardan ********.53 AZN müsbət məzənnə fərqi yaranmışdır və cavabdeh bu məzənnə fərqini olduğu kimi qəbul etmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh 2013-cü il tarixli ilkin müqaviləyə əlavə olan xx.xx.2018-cü il tarixli müqaviləni eyni yoxlama çərçivəsində məzənnə fərqinin hesablanması üçün Konsorsiumun üzvü olan X10 MMC-dən işlərin təhvil alınmasını 2018ci ilə aid etdiyi halda "xxxx" QSC-yə təhvil verilməsini isə 2017-cü ilə aid edir. Nəticə etibarilə, bunun baş verməsi qeyri-mümkündür. Çünki işlər birinci növbədə iddiaçı tərəfindən “X10 MMC” tərəfindən təhvil alınmalı, daha sonra isə "xxxx" QSC-yə təhvil verilməli idi. Belə olduğu təqdirdə əməliyyatların 2018-cü ildə baş verdiyi öz təsdiqini tapır. Bu isə cavabdeh tərəfindən aparılan yoxlamanın nəticəsinin düzgün olmadığına dəlalət edir. Həmçinin, müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Filialın gördüyü işlər "xxxx" QSC tərəfindən təhvil alınmadığı üçün iddiaçı debitor borclarını 15028177,16 manat (ƏDV xaric) məbləğində azaltmış, qarşılığı olaraq BT İsveç müəssisəsinə olan 9036874,54 manat kreditor borcu ona bağışlanmışdır. Həmin müqaviləyə əsasən “X10” MMC-nin avans üzrə Filiala olan kreditor borcu ilə Filialın işlər üzrə “X10” MMC-yə olan kreditor borcu arasında olan fərq 14927.51 AZN təşkil etmiş, həmin fərq üzrə olan kreditor borcu “X10” MMC tərəfindən Filiala bağışlanmışdır. Eyni zamanda, "xxxx" QSC-yə 2016-cı ildə satılan 645024,21 manat dəyərində əsas vəsaitlərin geri qaytarılması nəzərə alınmaqla 2018-ci il üzrə sair xərclərdə 5346278,41 manat məbləğ əks etdirilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, Filial ilə “X9” MMC arasında da bağlanmış müqaviləyə əsasən pul vəsaitləri avans qismində Filial tərəfindən işin əvvəlində ödənilmişdir. "xxxx" QSC ilə aparılan əməliyyatlarda olduğu kimi, burada da avans məbləği işlər görüldükcə bağlanılmamış və 2018-ci ildə bağlanmış 14 dekabr əlavələrinə görə “X9” MMC-nin konsorsiumdan çıxması nəticəsində əvəzləşdirilmişdir. Nəticədə isə iddiaçının ********.53 AZN müsbət məzənnə fərqi yaranmışdır. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, 2018-ci il dövrü üzrə 34,803,665.83 manat məbləğində mənfi məzənnə fərqinin yaranma səbəbi 14 dekabr 2018-ci ildə bağlanmış əlavə sazişlər olmuşdur və bu əlavələr nəticəsində iddiaçının öz üzərinə müvafiq öhdəliklər götürdüyü müəyyən edilir. Belə ki, həmin öhdəliklərə əsasən iddiaçı qalıq avans məbləğindən ********.00 dollar pul vəsaitini "xxxx" QSC-yə geri qaytarmalı olmuşdur. Belə ki, 6 fevral 2019-cu il tarixində "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə SM-30 nömrəli məktub göndərildiyi və həmin məktubda 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası məqsədilə bu müqavilə qüvvəyə mindiyi tarixdən 56 gün ərzində qalıq avans məbləğindən ********.00 dollar pul vəsaiti 1520 Signal” MMC tərəfindən "xxxx" QSC-yə ödənilməli olması qeyd edilmişdir. Həmin öhdəliyinin icrasının 6 fevral 2019-cu il tarixli "xxxx" ASC-nin bank çıxarışında əks olunduğu və həmin ödənişin təyinatı kimi 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrasının göstərildiyi müəyyən edilmişdir. Məhkəmə vurğulayır ki, qeyd olunanlar avansın əvəzləşdirilməsinin cavabdehin yoxlama aktında istinad etdiyi vaxtda həyata keçirilmədiyini təsdiq edir. Həmçinin, müəyyən olunur ki, geriyə qalmış avans məbləğlərindən 14 dekabr 2018-ci ildə bağlanmış əlavəyə əsasən əməliyyatlar aparılmışdır və bu əməliyyatları məntiqi nəticəsi kimi 2018-ci il üzrə müsbət və mənfi məzənnə fərqləri arasında yekun fərq kimi 21579819,39 manat mənfi məzənnə fərqi olmuşdur ki, bu da yekun zərəri formalaşdırmışdır. AR Vergi Məcəlləsinin 69.2-ci maddəsində qeyd edilmişdir ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Bununla da, məhkəmə tərəfindən müəyyən olunur ki, vergi ödəyicisi uçotunu hesablama metodu ilə apardığı üçün ADY QSC-yə qaytarılan vəsait məhz 2018-ci ilin uçot məlumatlarında əks olunmuşdur ki, bu da Vergi Məcəlləsinin 134-136-cı maddələrinin tələblərinə uyğundur. 2019-ci il üzrə mənfəət vergisi: İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2019-ci il üzrə təqdim olunan mənfəət vergi bəyənnaməsinə əsasən Filialın 2019-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 108524.60 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 266067.83 AZN, ümumi gəlir 374592.43 AZN, ümumi xərclər ********.85 AZN, zərər ********.42 AZN göstərilmişdir. Lakin cavabdehin səyyar vergi yoxlaması aktına əsasən iddiaçı 2019-ci il üzrə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir ********.95 АZN, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 255067.83 AZN, ümumi gəlir ********.78 AZN, ümumi xərclər ********.52 AZN, zərər 838321.74 AZN hesablanmışdır. İş materiallarında olan iddiaçının 2019-cu il üzrə mənfəət vergisi göstəricilərinə əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanılan 6 sentyabr 2013-cü il Müqavilənin əlavəsi olaraq bağlanılan 14 dekabr 2018-ci il tarixli müqavilənin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə ********.21 AZN pul vəsaiti köçürmüşdür. Yəni, köçürülmüş pul vəsaitlərinin göstərilmiş xidmətlər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olduğu müəyyən edilir. AR Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Buradan müəyyən olunur ki, vergi orqanı görülmüş işlər (xidmətlər) üzrə ödənilmiş vergitutma obyektinə yenidən vergi məbləği hesablamışdır. Bildirilir ki, 14 dekabr 2018-ci il tarixli Müqaviləyə Əlavəyədək əvəzləşdirilməmiş avans məbləğləri qarşılığında 1-ci və 2-ci seksiya üzrə işlərin sınaqların aparılması, istismarı ve tam istismara verilməsi razılaşdırılmışdır. Vergi orqanı tərəfindən yeni əməliyyat kimi qəbul edilən və subpodratçı "xxxx" MMC tərəfindən görülmüş 11 662 106.21 AZN ( 2018-ci ildə 751 459.38 AZN, 2019-cu ildə 9 975 935.35 AZN, 2020-ci ildə 934 711.66 AZN) dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilən və əlavə edilmiş ödənişlərinə daxildir və 14 dekabr 2018-ci il tarixli ilkin müqaviləyə əlavə ilə əvəzləşdirilmişdir. Qeyd olunanların xülasəsi olaraq məhkəmə tərəfindən müəyyən olunur ki, qüsurları aradan qaldırılan işlər ilkin müqavilə və ona əlavə çərçivəsində görülmüşdür. Həmçinin, iddiaçının hər ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində göstərdiyi kreditor borclar cavabdeh tərəfindən də təsdiq olunmuşdur. Cavabdehin vəsaitin əvəzsiz köçürülməsi barədə yanaşması isə yalnız ehtimala əsaslanmışdır. Qeyd olunanlara dair hər hansı sübut iş materialında mövcud deyil. ƏDV üzrə: İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 2018, 2019 və 2020-ci illərdə ümumilikdə köçürülən 11662106,21 AZN pul vəsaiti həm də ƏDVyə cəlb edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, yoxlanılan dövrdə (noyabr/2017 - oktyabr/2020) "xxxx" MMC-nin AR Filialı tərəfindən "xxxx" QSC-yə 2019-2021-ci illərdə təhvil verilən işlər əvəzsiz deyildir. Belə ki, 2014-2017-ci illərdə təhvil verilən işlər üzrə "xxxx" QSC iddiaçıya (təhviltəslim aktları ilə təsdiq olunur) tərəflər arasında bağlanılan 2013-cü il müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaiti (avans və digər ödənişlər) ödəmişdir. İddiaçı da həmin pul vəsaitlərini vergi öhdəlikləri yerinə yetirildikdən sonra baş ofisə köçürmüşdür. Lakin "xxxx" QSC işlərin təhvil alınması zamanı qüsurların aşkar edildiyi və müvafiq razılaşmalara əsasən qüsurların aradan qaldırılması müqabilində tərəflər arasında ilkin müqaviləyə əlavə saziş bağlandığı müəyyən olunmuşdur. Həmin Sazişin icrası (qüsurların aradan qaldırılması) məqsədilə baş ofis 2018, 2019 və 2020-ci illərdə iddiaçıya ümumilikdə 11662106,21 AZN pul vəsaiti köçürmüşdür. X7 Service MMC tərəfindən görülmüş ********.21 AZN dəyərində işlər ilkin müqaviləyə əsasən avans qismində verilən və əlavə edilmiş ödənişlərinə daxildir və bu işlərə görə ƏDV əvvəlki illər ərzində bir dəfə tutulsa da, cavabdeh bu halı yeni əməliyyat kimi qəbul etmişdir. Lakin, köçürülmüş pul vəsaitlərinin göstərilmiş xidmətlər üzrə artıq vergisi ödənilmiş pul vəsaitləri olduğu müəyyən edilir. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 3.5- ci maddəsi qeyd edir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bununla da, cavabdeh tərəfindən görülmüş xidmətlər üzrə ödənilmiş vergitutma obyektinə yenidən vergi hesablana bilməz. Nəticə etibarı ilə ********.21 AZN dəyərində "xxxx" QSC-yə təhvil verilmiş mallar əvəzsiz təqdim edilmə kimi qəbul edilməməklə birlikdə, həmçinin ƏDV-nin obyekti ola bilməz. Bu işlər daha əvvəl əldə edilmiş gəlirlə əlaqəli olmuş və həmin ödənişlərə görə vergi öhdəlikləri yerinə yetirilmişdir. 2019-2021-ci illər ərzində təhvil verilən işlər də 2014- 2017-ci illər ərzində görülməli işlərin sona çatdırılması və qüsurların aradan qaldırılması ilə əlaqədar olmuşdur. xx.xx.2023-cü il tarixində "xxxx" QSC tərəfindən təqdim olunan məktubda nəzər yetirəndə də aydın olur ki, “Müqavilə tərəfləri arasında 2019-2021-ci il tarixləri arasında imzalanmış təhvil-təslim aktları ile görülmüş işlər üzrə sınağların aparılması istismarı və qismən istismara verilməsi heyata keçirilmiş və qüsurlu olan işlərin (1-ci və 2-ci seksiya uzrə) yerinə yetirilərək təhvil verilməsi təmin edilmişdir. Həmçinin, məhkəmə araşdırması ilə 2018-ci ilin yanvar-dekabr aylarında ƏDV-nin əvəzləşdirilməsinin Filial tərəfindən düzgün həyata keçirildiyi müəyyən edilir. Belə ki, Filial ilə “X9” MMC arasında bağlanmış müqaviləyə əsasən, vəsait ilkin olaraq Filial tərəfindən “X9” MMC-yə avans kimi ödənilib. Burada avans məbləği iş zamanı bağlanmayıb və 14 dekabr 2018-ci il tarixli əlavə müqavilə ilə əlaqədar “X9” MMC-nin konsorsiumdan çıxması nəticəsində əvəzləşdirilib. Nəticədə 12173358,53 AZN məbləğində mənfəət üzrə müsbət məzənnə fərqi yaranıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Eyni zamanda, AR Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı kimi müəyyənləşdirilir. Qeyd olunan normaların tələblərinə əsasən vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda etməlidir və qanunvericilin bu tələbinə uyğun olaraq, iddiaçı 2018-ci ilin dekabr ayında əvəzləşdirməni qanunvericiliyə uyğun olaraq həyata keçirmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin AR Filialının "xxxx" QSC-yə avans üzrə kreditor borcu 10 981 600.00 AZN olmuşdur. Belə ki, avans üzrə 10 981 600.00 AZN kreditor borcunun yaranma səbəbinin 14 dekabr 2018-ci ildə bağlanmış əlavə sazişlər olduğu, bu əlavələr nəticəsində iddiaçının öz üzərinə müvafiq öhdəliklər götürdüyü müəyyən edilir. Həmin öhdəliklərə əsasən iddiaçı qalıq avans məbləğindən 14 000 000.00 dollar pul vəsaitini "xxxx" QSC-yə geri qaytarmalı olmuşdur. 6 fevral 2019-cu il tarixində "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə SM-30 nömrəli məktub göndərilmiş və həmin məktubda qeyd edilmişdir ki, 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası məqsədilə bu müqavilə qüvvəyə mindiyi tarixdən 56 gün ərzində qalıq avans məbləğindən 14 000 000.00 dollar pul vəsaiti iddiaçı tərəfindən "xxxx" QSC-yə ödənilməlidir. Həmin öhdəliyinin icrasının 6 fevral 2019-cu il tarixli "xxxx" ASC-nin bank çıxarışında əks olunduğu və həmin ödənişin təyinatı kimi 6 sentyabr 2013-cü il tarixli müqavilənin əlavəsi olaraq 14 dekabr 2018-ci il tarixində bağlanmış müqavilənin 10 saylı əlavəsinin 5 bəndinin icrası göstərildiyi müəyyən edilmişdir. Bununla da, geriyə qalmış avans məbləğlərindən 14 dekabr 2018-ci ildə bağlanmış əlavəyə əsasən əməliyyatların doğru aparıldığı və 2019-cü ilin fevral ayı üzrə əvəzləşdirilməli ƏDV məbləğinin 1 675 835.47 AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli Qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur. İddiaçı tərəfindən yoxlama dövrünə dair uçot sənədləri disk formatında ekspertizaya təqdim olunsa da, rəy verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi imtina məktubunda sadalanan sənədlərin iş materialına əlavə olunmuş diskdə mövcud olduğu müəyyən edilmişdir. Bununla belə, iddiaçı tərəfindən müvafiq yoxlama dövrünün əməliyyatlarına dair AR Auditorlar Palatası tərəfindən icazə verilmiş auditor tərəfindən audit rəyi alınmış və yoxlama dövrü üzrə uçot məlumatlarının düzgünlüyü audit rəyi ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə həyata keçirilən **********187400 saylı xx.xx.2022-ci il tarixli “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” qərar səyyar vergi yoxlamasında əks olunan yanaşmanın davamı olaraq 2020-ci ilin mənfəət vergisi üzrə aparılmışdır. Cavabdehin səyyar vergi yoxlaması üzrə hesablamasının əsasları qanunvericiliyə uyğun olmadığından kameral qaydada aparılmış hesablamanın göstəricilərinə ayrıca münasibət bildirilmədən Məhkəmə hesab edir ki, həmin qərar da əsassızdır. Beləliklə, Milli Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı Qərarın və Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” **********187400 saylı xx.xx.2022-ci il tarixli “qərar ləğv edilməli olduğu müəyyən olunur. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ““Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152393 saylı və “Vergilərin, işsizlik və sosial sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********187400 saylı qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar