Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-198/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “təsdiqlənməmiş azalmanın təsdiq edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, İddiaçı MMC barəsində 26314.06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılan kameral vergi yoxlaması zamanı xx.xx.2021-ci il tarixli **********359900 nömrəli Qərari ilə İddiaçı MMC-nin şəxsi hesabında 26314.06 manat məbləğində təsdiqlənməmiş azalma saxlanılmışdır. Qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, lakin azalma təsdiqlənməmişdir. Belə ki, müəssisə fəaliyyəti dövründə və hal hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” 2.1.2 və 2.1.4-cü yarımbəndlərinə uyğun hər hansı bir əməliyyat icra etməmiş və hal hazırda icra etmir. Həmçinin 2.1.2-ci bəndə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; Müəssisə tərəfindən yuxarıda qeyd olunan yarım bəndlərdəki əmtəəsiz əməliyyatlar və fəaliyyət növünə uyğun olmayan malların alış və satışı halları baş tutmamışdır. Sözügedən Qərarda qeyd olunur ki, ALMATROS MMC-nin xx.xx.2021 tarixli ƏDV Depozit hesabına vəsaitin 38%-i metal qırıntılarının satışı müqabilində, 54%-i kariyer məhsullarının satışı müqabilində daxil olmuş və həmin vəsaitin 47% civarında hissəsini Bakı Baş Gömrük idarəsinə və 46% civarında hissəsini üçüncü şəxslərə idxal əməliyyatları ilə məşğul olan digər vergi ödəyicilərinə köçürmüşdür. Belə ki, Azərbaycan Respublikasının mövcud tarixlərdə qüvvədə olan heç bir qanunvericiliyində müəssisələrin idxal əməliyyatları etməsi və idxal əməliyyatları ilə məşğul olan müəssisələr ilə alqı-satqı əməliyyatları etməsi qadağan olunmamışdır. 26314.06 manat məbləğində olan təsdiqlənməmiş azalma tamamilə əsassızdır və qanunsuz olaraq iddiaçıdan vergi borcunun tələb olunması onun hüquqlarını pozur. Bu səbəbdən də, 26314.06 manat məbləğində olan təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MMC uçotbaza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin tarixdən etibarən ƏDV məqsədləri üçün qeyciyyata alınmış və əsas fəaliyyət növü “ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı”ndan ibarətdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən ƏDV Depozit hesabına 521398,16 manat vəsait daxil olmuş, həmin vəsaitin 38%-i (198 768 manat) metal qırıntılarının satışı müqabilində və 54%-i (283 636 manat) kariyer məhsullarının satışı müqabilində daxil olmuş, ƏDV depozit hesabından 516719,41 manat vəsait məxaric olmuş, həmin vəsaitin 47% civarınında hissəsini birbaşa olaraq Bakı Baş Gömrük İdarəsinə və 46% civarında hissəsini idxal əməliyyatı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. Qeyd olunanlar, metal və kariyer məhsullarının təqdim olunmasından əldə olunan vəsaitin bir hissəsini həmin fəaliyyətə aid olmayan üçüncü şəxslərə məxsus malların idxalı üçün gömrük orqanlarına və bir hissəsini isə üçüncü şəxslərə məxsus malların idxalı ilə məşğul olan vergi ödəyicilərinə köçürüldüyünü göstərir. “ALMATROS" MMC (VÖEN: **********) Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2, 2.1.4-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixində ********** 359900 nömrəli Qərar qəbul edilmişdir. Müəssisə xx.xx.2023-cü il tarixə riskli vergi ödəyicilər siyahısındadır. "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nı 2.1.2, 2.1.4-cü yarım bəndlərinə uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərcivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmçinin, "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiyicisi qrupunda olduğu müəyyən edildiyi üçün kameral yoxlanılmalı məbləği aradan qaldırılması təmin edilməmişdir. İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi qrupundan çıxarıldıqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğlərin aradan qaldırılması barədə və qanunamüvafiq tədbirlər görüləcəkdir.
4. Cavabdehin iddiaya yazılı etiraza əlavəsində bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı MMC uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin tarixdən etibarən ƏDV məqsədləri üçün qeydiyyata alınmış və əsas fəaliyyət növü “ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı”ndan ibarətdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdən ƏDV Depozit hesabına 521398,16 manat vəsait daxil olmuş, həmin vəsaitin 38%-i (198 768 manat) metal qırıntılarının satışı müqabilində və 54%-i (283 636 manat) kariyer məhsullarının satışı müqavilində daxil olmuş, ƏDV depozit 24 fevral 2025-ci il hesabından 516719,41 manat vəsait məxaric olmuş, həmin vəsaitin 47% civarında hissəsini birbaşa olaraq Bakı Baş Gömrük İdarəsinə və 46% civarında hissəsini idxal əməliyyatı ilə məşğul olan vergi ödəyicilərinə köçürmüşdür. Qeyd olunanlar, metal və kariyer məhsullarının təqdim olunmasından əldə olunan vəsaitin bir hissəsini həmin fəaliyyətə aid olmayan üçüncü şəxslərə məxsus malların idxalı üçün gömrük orqanlarına və bir hissəsini isə üçüncü şəxslərə məxsus malların idxalı ilə məşğul olan vergi ödəyicilərinə köçürüldüyünü göstərir. İddiaçı MMC (VÖEN: **********) Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” nın 2.1.2, 2.1.4-cü yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixində **********359900 nömrəli Qərar qəbul edilmişdir. Müəssisə xx.xx.2023-cü il tarixə riskli vergi ödəyiciləri siyahısındadır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2, 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmçinin, "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. Əlavə olaraq İddiaçı (VÖEN: **********) riskli vergi ödəyicisi qrupundan çıxarıldıqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğlərin aradan qaldırılması barədə qanunamüvafiq tədbirlər görüləcəkdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 32.4-cü maddəsində nəzərdə tutulan vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı (vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla) "xxxx" MMC (VÖEN: **********) tərəfindən aparılan əməliyyatların əmtəəsiz olduğu müəyyən edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********359900 nömrəli risk qərarı çıxarılmışdır. Belə ki, aparılan araşdırmalar zamanı vergi ödəyicisinin iki istiqamət üzrə - “karyer məhsulları” və “metal qırıntısı” istiqamətlərində fəaliyyətinin olduğu müəyyən edilmişdir. Əldə etdiyi karyer məhsullarının "xxxx" MMC-dən (VÖEN: **********) əldə olunduğu, öz növbəsində həmin müəssisənin də qeyd olunan malları əsasən "xxxx" MMCdən (VÖEN: **********) əldə etdiyi (hər iki vergi ödəyicisinin də apardığı əməliyyatların əmtəəsiz olduğu müəyyən olunaraq barələrində müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********357500 və xx.xx.2021-ci il tarixli**********272700 nömrəli risk qərarları çıxarılmışdır) müəyyən olunmuşdur. Əlavə olaraq "xxxx" MMC-nin “şeben” əldə etdiyi "xxxx" MMC-nin (VÖEN: **********) alış və idxalında “şeben” müəyyən olunmamış, barəsində xx.xx.2021-ci il tarixli **********323600 nömrəli risk qərarı çıxarılmışdır. Metal qırıntısı üzrə fəaliyyətinin araşdırılması zamanı "xxxx" MMC-nin yenə də əldə etdiyi metal qırıntılarını barəsində risk qərarı çıxarılmış "xxxx"xxxx" MMC isə metal qırıntısını "xxxx" MMC-dən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********), X5 (VÖEN: **********), X2 (VÖEN: **********), X6 (VÖEN: **********), X3 (VÖEN: **********) əldə etmişdir. Qeyd olunan şəxslərdən X9, X8, X10 və X7 alış və idxalında həmin mallar müəyyən olunmamış, "xxxx" MMC tərəfindən isə qeyd edilən həcmdə metal qırıntısı əldə edilməmişdir. Həmçinin qeyd olunan əmtəəsiz əməliyyatlardan əldə olunan vəsaitin gömrük orqanlarına və idxal əməliyyatı aparan vergi ödəyicilərinə köçürülməsi nəticəsində e-qaimə ilə alınan və idxal olunan malları faktiki əldə etmiş vergi ödəyicilərinə elektron qaimə ilə təqdim edilmədiyi müəyyən edilmişdir.
5. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır.
8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
13. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
14. İddia tələbi İddiaçı MMC barəsində 26314.06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;
24. Vergi orqanlarının vəzifələri aşağıdakılardır: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” qrafasında 26.314,06 manat məbləğ əks olunmuşdur.
17. Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli **********501600 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları”nın:
3. Hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun şəxsi hesab vərəqələrində aparılması qaydaları 3.1. Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotu hər bir vergi ödəyicisi üzrə vergilər, faizlər, sığorta haqları, maliyyə sanksiyaları və inzibati cərimələr, habelə digər ödənişlər üzrə şəxsi hesab vərəqəsində (bu Qaydaların əlavəsinə uyğun olaraq) proqram təminatı vasitəsi ilə aparılır. 3.2. Hesablanmış və ödənilmiş vəsaitlərin uçotu bu Qaydaların tələblərinə əməl edilməklə aparılır. 3.3. Vergi uçotuna alınan hər bir vergi ödəyicisinə şəxsi hesab vərəqəsi proqram təminatı vasitəsi ilə yaradılır. Şəxsi hesab vərəqəsində olan məlumatlar X1 Sisteminin (bundan sonra - AVİS) müxtəlif altsistemləri vasitəsi ilə əks olunur. 3.4. Şəxsi hesab vərəqəsi: VÖEN/FİN nömrəli şəxsi hesab vərəqəsi, naməlum şəxsi hesab vərəqəsindən ibarətdir. 3.5. VÖEN/FİN nömrəli şəxsi hesab vərəqə aşağıdakı vərəqələrdən ibarət ola bilər: 3.5.1. Faiz hesablanan vergilər üzrə vərəqə: 3.5.1.1. İxracatdan qiymət fərqi üzrə vərəqə; 3.5.2. Faiz hesablanmayan vərəqələr: 3.5.2.1. Dövlət rüsumu üzrə vərəqə; 3.5.2.2. İnzibati cərimə üzrə vərəq4ə; 3.5.2.3. Əmlaka yönəldilən borclar üzrə vərəqə; 3.5.2.4. Daşımalar üzrə sadələşdirilmiş vergi üzrə vərəqə; 3.5.2.5. Ödəmə müddəti uzadılan borclar üzrə vərəqə; 3.5.2.6. Dövlət torpaqlarının icarə haqqı üzrə vərəqə; 3.5.2.7. Vaxtı ötmüş borclar vərəqəsi; 3.5.2.8. Sadələşdirilmiş vergi üzrə sabit məbləğ vərəqəsi; 3.5.2.9. Məhkəmə qərarları ilə təmin edilmiş məbləğ üzrə vərəqə; 3.5.2.10. Əmlak siyahıya alınması ilə bağlı olmayan vərəqə; 3.5.2.11. Tələbetmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi. 3.5.3. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə vərəqələr: 3.5.3.1. Məcburi dövlət sosial sığorta haqqı üzrə vərəqələr (məcburi dövlət sosial sığorta məqsədləri üçün müəyyən edilmiş hər bir fəaliyyət növü üzrə ayrılıqda); 3.5.3.2. İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə vərəqə; 3.5.3.3. İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər üzrə vərəqə; 3.6. Şəxsi hesab vərəqəsi vergi ödəyicisinin məlumatları üzrə detallı və detalsız formalardan ibarətdir. 3.7. Detallı şəxsi hesab vərəqələrində aşağıdakı məlumatlar əks olunur: 3.7.1. Vergi ödəyicisinin tam adı, VÖEN-i, fəaliyyət növü, mülkiyyət növü, təşkilati-hüquqi forması, ünvanı, telefonu, hüquqi şəxsin rəhbəri, ƏDV qeydiyyatına alındığı tarix; 3.7.2. hesablanmış, azaldılmış və ödənilmiş vəsaitlərin məbləğləri, yazılış tarixi, əməliyyatın adı; 3.7.3. artıq ödənilmiş vəsaitlərin bu Qaydalarda nəzərdə tutulmuş qaydada digər şəxsi hesab vərəqəsində əvəzləşdirilmiş məbləğləri; 3.7.4. vergi ödəyicisinə qaytarılmış vəsaitlər üzrə məbləğlər; 3.7.5. ödəmə müddəti gecikdirilən vəsaitə görə hesablanmış və ödənilmiş faiz məbləğləri. 3.8. Detalsız şəxsi hesab vərəqəsində vergi ödəyicisinin tam adı, VÖEN-i və bu Qaydaların 3.7.2 – 3.7.5-ci yarımbəndlərində olan məlumatlar əks olunur. 3.8.1. Şəxsi hesab vərəqəsinin müxtəlif formada alınması üçün “faiz hesablanması məqsədləri üçün”, “ilk/son tarixə görə”, “yazılma tarixinə görə”, “dövrə görə” filtrlərindən istifadə oluna bilər. Eyni zamanda şəxsi hesab vərəqəsinin yekununda pul növü (manatla, min manatla və s), çap olunma tarixi, əhatə olunan dövr, saldo (qalıq və ya artıq ödəmə), hesablanmış, ödənilmiş, azaldılmış, qaytarılmış, əmlaka yönəldilmiş məbləğlər, faiz üzrə saldo, çap tarixinə faiz borcu, əhatə etdiyi dövrün sonuna saldo, çap tarixinə saldo, cəmi ödənməli borc (və ya artıq ödəmə), möhlət verilmiş və vaxtı ötmüş borc göstərilir. 3.9. Şəxsi hesab vərəqəsində əməliyyatların məbləğlərinin uçotu manatla aparılır. Digər valyutada olan əməliyyatların uçotu məlumat üçün aparıla bilər. 3.9.1. Şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün vergi orqanının vəzifəli şəxslərinin parolları onların imzaları hesab edilir, vəzifəli şəxslər bu xüsusi parolların məxfiliyinin saxlanılmasına məsuliyyət daşıyırlar.
18. Göründüyü kimi yuxarıda qeyd edilən Qaydalarla müəyyən edilən şəxsi hesab vərəqəsində “kameral yoxlanılmalı məbləğ” adlı qrafa nəzərdə tutulmamışdır.
19. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, “Almatros" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi qrupundan çıxarıldıqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğlərin aradan qaldırılması barədə və qanunamüvafiq tədbirlər görüləcəkdir.
20. Məhkəmə cavabdehin dəlilinə münasiətdə qeyd edir ki, cavabdehin hüquq və vəzifələri Vergi Məcəlləsi ilə tənzimlənir. Lakin iddiaçı riskli vergi ödəyicisi qrupundan çıxarıldıqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğin aradan qaldırılması müddəası Vergi Məcəlləsində olmamaqla, cavabdeh qurumun belə hüququ (səlahiyyəti) nəzərdə tutulmamışdır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir, beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, İddiaçı MMC barəsində 26314.06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.
23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı MMC barəsində 26314.06 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiq edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva