Məhkəmə qərarları › İş №e-2-1(112)-1998/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1998/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1998/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmiyyət barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli **********5619 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhəri LGBİ tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2023-cü il tarixli № **********2580 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci ıl tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olmuşdur, heç bır mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2017-ci ildən halhazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Bu operativ vergi nəzarəti yoxlaması 2023-cü ili əhatə etmişdir. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2023-cü ıl tarixdə № **********5619, saylı Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar tərtib edilmiş, bu qərar əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 (iyirmi min üç yüz altmış yeddi manat, 32 q.) AZN vergi məbləği hesablanmışdır. Bu məbləğ yalnız xx.xx.2023-cü il tarixdə müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsə, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. İddiaçı MMC-də aparılan göstərilən operativ vergi yoxlaması aktları qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC -yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bır analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2023-cü il tarixli qərarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. İddiaçı MMC öz qanuni fəaliyyət dövründə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 15001 kodlu obyekt-ambarda mövcud olan mallar (armatur, katinka) məxsusdur. Həmçinin İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 10G 15005 kodlu ünvanında yerləşən ofisi fəaliyyət göstərmişdir. Ofisdə malların elektron qaimə faktura əsasında satışına və malların sifarişinə nəzarət həyata keçirilmişdir. Həmin ofisdə malların icarə və saxlama müqaviləsi əsasında mövcud olmaması (yəni həmin ofisdə mallar saxlanılmır) barədə məlumat verilmişdir. Yalnız mallar satış məqsədi ilə 15001 kodlu ambardan-obyektdən satılmışdır. Yuxarıda qeyd olunan hər iki obyektdə biri ofis kimi digəri isə ambar satışı kimi fəaliyyət göstərmişdir 15001 kodlu obyektə-ambarda mövcud olan mallar cəmiyyətə məxsusdur, həmin obyektdən başqa digər yerlərdə icarə və saxlanc müqaviləsi əsasında aktiv təsərrüfat subyekti və mallar yoxdur. Malların üzərinə təxminən 10-20 % civarında ticarət əlavəsi tətbiq edilmişdir. Vergi orqanı isə qərəzli olaraq həmin müəssisənin təqdim etdiyi mallara görə elektron qaimənın vaxtında təqdim edilməməsi əsası ilə Vergi Məcəlləsinin 58.13 maddəsinə formal olaraq istinad etməklə 10% maliyyə sanksiyası hesablamışdır. Əslində Vergi Məcəlləsinin 71-1-ci maddəsinə müvafiq olaraq malların təhvil verilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura 5 iş gün müddətində verilə bilər. Bu isə onu göstərir ki, bu halda iki saat fərqlə müəssisəyə göstərilən sanksiyanın hesablanması birbaşa olaraq müəssisənin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki müəssisənin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bır zərər toxunmamışdır. Bu isə vergi orqanının formal olaraq əsassız sanksiyasını istisna edir. Müəssisə tərəfindən Dövlər Vergi Xidmətinə də bu hallarla əlaqədar şikayət edilmişdir, Dövlət Vergi Xidmətinin 19 iyul 2023-cü il tarixli № **********502500 qərarı ilə inzibati şikayət təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Bakı şəhəri LGBİ tərəfindən təqdim olunmuş iddiaya dair **********542000 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçı vergi orqanında vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdən uçota alınmış və əsas fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” olmuşdur. Cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanda yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində 836186,48 manat dəyərində alış sənədi olan malların mövcud olduğu aşkar edilmişdir. Bundan əlavə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********5620 nömrəli qərarı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10 G ünvanda yerləşən ofisdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində mal qalığı aşkar edilməmişdir. Eyni zamanda cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********5619 nömrəli qərarı əsasında iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən anbarında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı elektron qaimə faktura təqdim edilməli olduğu halda, elektron qaimə - faktura təqdim etmədən 203679,23 manat dəyərində malların elektron qaimə - faktura təqdim edilmədən satıldığı, bununla da Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə- faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, həmin akt cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış, aktın bir nüsxəsi qəbul edilməmiş və aktda bu barədə müvafiq qeydlər aparılmışdır. Göstərilən akt əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli, **********5619 saylı Qərarı ilə iddiaçı barəsində 20367,32 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə cəmiyyətin rəhbəri X7 operativ vergi nəzarəti tədbiri zamanı arayış verərək anbarda olan malların cəmiyyətə məxsus olduğunu, həmin obyektdən başqa digər yerlərdə icarə və saxlanc müqaviləsi əsasında aktiv təsərrüfat subyekti və malları olmadığını, malların üzərinə 10-20 faiz ticarət əlavəsi tətbiq edildiyini bildirmişdir. Daha sonra iddiaçı inzibati qaydada vergi orqanına müraciət edərək tətbiq edilmiş 20367,32 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçıya xx.xx.2023-cü il tarixli **********387200 nömrəli məktub göndərilərək, cəmiyyətin nümayəndəsi xx.xx.2023cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməsi xahiş edilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlarında vergi orqanı əməkdaşlarının operativ vergi nəzarəti tədbiri keçirilən gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 12:00 - 13:30 radələrində cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu anbara daxil olaraq mal qalığını müəyyən etdiklərini, lakin şikayətdə göstərildiyi kimi cəmiyyət tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) satılmış 121025 ton mal (armatur və katinka) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə keçən gecə maşınlara yüklənərək "xxxx" MMC-yə göndərildiyini, xx.xx.2023-cü il tarixdə İnternet Vergi İdarəsində mövcud olmuş texniki xətalar səbəbindən həmin mallara görə elektron qaimə-fakturanı yoxlama başlayandan təxminən 2 saat sonra elektron qaydada tərtib etmək mümkün olduğunu, bu halın vergi yoxlaması zamanı üzrlü səbəb kimi qəbul edilmədiyini və həmin malların elektron qaimə - faktura tərtib edilmədən satılmış mallar kimi qiymətləndirilərək cəmiyyətin barəsində əsassız maliyyə sanksiyası tətbiq edildiyini bildirmişdir. Texniki xətaların baş verdiyini təsdiq edən sübutların təqdim edilməsi xahiş edilərkən A.Məmmədova xx.xx.2023-cü il tarixdə texniki xətanın baş verməsini təsdiq edən sübutları, monitorun foto şəklini saxlamadıqlarını və bu səbəbdən də araşdırmaya təqdim edə bilməyəcəyini qeyd etmişdir. İzahatında həmçinin cəmiyyət tərəfindən "xxxx" MMC-yə satılmış malların əvvəlcədən sifariş edilməmiş mallar olduğunu, belə ki, əvvəlcədən sifariş edilmiş mallar olmuş olsa idi, cəmiyyətə bunun üçün avans ödənilməli olduğunu, hazırda "xxxx" MMC ilə debitor borcları olduğunu bildirmişdir. İzahatda cəmiyyətin rəhbəri operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə malların olmadığını bildirdiyi diqqətinə çatdırılarkən arayışda göstərilən fikirlərin əsil həqiqətdə başqa yerlərdə cəmiyyətin mallarının deyil, aktiv təsərrüfat subyektlərinin olmaması kimi qəbul edilməsini xahiş etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi vaxtdan 3 aydan artıq müddət keçdiyi üçün müşahidə kameralarının yaddaş məlumatlarının qalmadığını, bu səbəbdən araşdırmaya təqdim edə bilmədiyini, operativ vergi nəzarəti tədbirləri zamanı vergi orqanı əməkdaşları tərəfindən cəmiyyətə və digər şəxslərə qarşı qanunsuz əməllərə yol verilmədiyini bildirmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********160700 nömrəli məktub göndərilərək cəmiyyətin nümayəndəsi xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmişdir. "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdə “AZMETAL-S" MMC ilə nümayəndəsi olduğu cəmiyyətin arasında tərtib edilmiş olan malların təhvil-təslim aktlarına əsasən adı qeyd edilən cəmiyyətdən 145.230,0 manat dəyərində (ƏDV- siz) armatur və katinka məhsulu alındığını, lakin həmin mallara görə İddiaçı MMC tərəfindən elektron qaimə-fakturaların xx.xx.2023-cü il tarixdə hansı saatda tərtib edilməsi və ya vaxtında tərtib edilməsinin mümkün olmaması barədə məlumatları olmadığını, qeyd olunan malların əvvəlcədən müəyyənləşdirilmiş tələbata əsasən İddiaçı MMC-də mövcud olub-olmaması dəqiqləşdirildikdən sonra sifariş verildiyini və bundan sonra “AZMETAL-S" MMC-nin ərazisindən götürüldüyünü, nümayəndəsi olduğu cəmiyyətin Qarabağ ərazisində tikinti işləri ilə məşğul olduğunu, İddiaçı MMC-dən alınmış malların Zəngilan rayonu ərazisində həyata keçirilən tikinti işlərinə sərf edildiyini bildirmişdir. İddiaçının şikayətinə və dəlillərinə baxılmış, inzibati araşdırma üzrə toplanmış materiallar (sənədlər) öyrənilərək belə nəticəyə gəlinmişdir ki, cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanda yerləşən anbarında keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında Baş idarə tərəfindən qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərar dəyişdirilmədən saxlanılmalı olduğu qərara alınmışdır. Belə ki, araşdırma zamanı cəmiyyətin rəhbəri operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə mallarının olmadığını bildirərək vergi qanunvericilyinin pozuntusuna yol verilməsi faktını etiraf etmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə elektron qaiməfakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra saat 15:57-də tərtib edilmişdir. Eyni zamanda araşdırmaya cəmiyyət tərəfindən satılmış malların (armatur və katinka) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə keçən gecə maşınlara yüklənərək alıcıya göndərildiyini təsdiq edən, həmçinin xx.xx.2023-cü il tarixdə İnternet Vergi idarəsində mövcud olmuş texniki xətalar səbəbindən həmin mallara görə elektron qaimə-fakturanı operativ vergi nəzarəti tədbiri başlayanadək tərtib etməyin mümkün olmadığını təsdiq edən sübutlar təqdim edilməmişdir. Qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən yol verilmiş qanun pozuntusu operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətin rəhbəri tərəfindən təqdim edilmiş izahatla təsdiq edilmiş, lakin bunun səbəbi kimi həmin malların əvvəlcədən sifariş edilməmiş mallar olduğu bildirilsə də, araşdırmaya cəmiyyət tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə satıldığı bildirilən malların əvvəlcədən sifariş edilməmiş mallar olduğunu təsdiq edən sübutlar, həmçinin, cəmiyyət tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********2580 nömrəli qərarının ləğv olunması ilə əlaqədar araşdırmaya sübut təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Bundan əlavə Vergi Məcəlləsinin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1 -ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlərin nəzərə alınmaması və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyalarının tətbiq edilməsi birbaşa göstəriş kimi qeyd edilmiş, həmçinin "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən araşdırmaya təqdim edilmiş izahatda “AZMETAL-S" MMC-dən alınmış həmin malların əvvəlcədən sifariş edilmiş mallar olduğu bildirilmiş və göstərilən malların təqdim edilməsi barədə elektron qaimə-fakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra tərtib edilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçının 2023-cü ilin fevral ayı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə inzibati şikayətinin araşdırılmasının nəticəsində cavabdeh orqana maliyyə təsərrüfat fəaliyyətinin səyyar vergi yoxlamasının təmin edilməsi tapşırılmışdır. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilənlərə dair aşağıdakıları bildirilir: Hesablanmış vergi məbləği ilə bağlı. İddia ərizəsində cavabdeh tərəfindən 20367,32 manat vergi məbləği vergi məcəlləsinə uyğun olmayaraq hesablandığını bildirmişdir. Qeyd etmək lazımdır ki, qərar üzrə cavabdeh tərəfindən hesablanan vergi deyil maliyyə sanksiyasıdır. Belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. xx.xx.2023-cü il tarixli qərarda vergi qanunvericiliyinin hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunmasının izah olunmaması ilə bağlı. Bununla bağlı bildirilir ki, xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar məsuliyyətə cəlb etmə qərarı deyildir. Belə ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar xx.xx.2023-cü il tarixlidir və həmin qərarda Vergi Məcəlləsinin hansı maddələrinin tələblərinin pozulması qeyd olunmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00222 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. İddiaçının sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılması və iqtisadi cəhətdən rentabelliyinə qiymət verilməməsi ilə bağlı. Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmçinin, Vergi Məcəlləsinin 16.1.3-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Bundan başqa məlum olduğu kimi, Vergi Məcəlləsinin 58.17-ci maddəsinə görə bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1 -ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1 -ci bəndinə əsasən topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə- faktura tərtib edilməklə həyata keçirilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçı MMC-yə aid təsis sənədlərindən müəyyən olunur ki, cəmiyyətin nizamnaməsi 24 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MGBİ HŞDQİ tərəfindən ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Hüquqi ünvanı ünvan 5ən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi X5r. Bakı şəhəri LGBİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********5619 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus obyektdə (Anbar) (Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə ünvanında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, torpadansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat (obyektinə) göndərilməsi zamanı Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Qərarın surəti rəsmi qaydada imza olunmaqla xx.xx.2023-cü il tarixdə X6 (qanuni təmsilçi) təqdim olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY231892084 №li 07 fevral 2023-cü il tarixli Çıxarışdan müəyyən olunur ki, vergi oranı tərəfindən malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə İddiaçı MMC-yə aid 15001 kodlu Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev 2096-cı məhəllədə yerləşən anbarda malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət növünün xx.xx.2023dən-xx.xx.2023-cü ilədək olan cari fəaliyyət dövrü üzrə operativ vergi nəzarəti qaydasında plandankənar (növbədənkənar) yoxlanmasının həyata keçirilməsi qeydə alınmışdır. Çİxarışın surəti rəsmi qaydada imza olunmaqla xx.xx.2023-cü il tarixdə X6 təqdim olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********5621 №-li, xx.xx.2023-cü il tarixli Tələbnamə ilə İddiaçı MMC-dən bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədərinin təsdiq edilmiş surətləri və vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə E-qaimə, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvil-təslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron faylların təqdim olunması tələb olunmuşdur. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu (Vergi) Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000218 №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdi edilməsinə, habeə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu (Vergi) Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, “Anbar”da rəhbər X4 iştirakı ilə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin fəaliyyət göstərdiyi obyektdə anbarda (KOD 15001) 836186,48 manat dəyərində (alış qiyməti ilə) mal-material qalığı aşkar olunmuşdur. EQF.YGB, invoys, alış aktları ilə üzləşmə aparılmış, üzləşmə zamanı kənarlaşma aşkar olunmamışdır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000222 №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdi edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu (Vergi) Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, “Anbar”da rəhbər X4 iştirakı ilə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi zamanı satış dəyəri ilə 203673,23 manat metal məhsullarının elektron qaimə faktura tərtib edilmədən təqdim edildiyi müəyyən edilmiş, bununla da Vergi Məcəlləsinin 16.1.11.-6 və 71-1-ci maddəsinin tələblərinin pozulduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2580 №-li, xx.xx.2023-cü il tarixli qərarla İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 20367,32 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Bakı şəhəri LGBİ tərəfindən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2581 №-li Tələbnamə ilə İddiaçı MMC-dən büdcəyə ödənilməli olan 20367,32 manat vəsaitin xx.xx.2023-cü il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRÜE**********002117131 № nömrəli hesabına ödənilməsi, mühasibatlıqda müvafiq dəyişikliklərin edilməsi, mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********502500 №-li, xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı MMC-in (VÖEN **********, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov küçəsi, ev 10 Q) operativ vergi nəzarətinin nəticəsindən X13 Xidmətinə daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********379700 nömrəli və xx.xx.2023-cü il tarixli **********420100 nömrəli) inzibati şikayətlərinin araşdırılması nəticəsində İddiaçı MMC-nin operativ vergi nəzarətinin nəticələri barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməməsi, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000222 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********2580 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq

Vergi Məcəlləsi.

Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh inzibati orqan tərəfindən hazırda mübahisələndirilən qərarın qəbul olunmasına əsas kimi aşağıdakı dəlillər irəli sürülmüşdür: - 1) Araşdırma zamanı Cəmiyyətin rəhbəri operativ vergi nəzarəti tədbiri zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə mallarının olmadığı bildirərək vergi qanunvericiliyinin pozulmasına yol verilməsi faktını etiraf etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin rəhbəri X7 tərəfindən Bakı LGBİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o, göstərmişdir ki, İddiaçı MMCyə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllədə yerləşən 15001 kodlu obyekt – anbarda mövcud olan mallar (armatur, katinka) məxsusdur. Həmçinin İddiaçı MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10G 15005 kodlu ünvanında yerləşən ofisi fəaliyyət göstərir. Ofisdə malların elektron qaimə, faktura əsasında satışına və malların xaricinə nəzarət həyat keçirilir. Həmin ofisdə malların icarə və saxlanc müqaviləsi əsasında mövcud olması (yəni həmin ofisdə mallar saxlanılmır) barədə məlumat verirlər. Yalnız mallar satış məqsədi ilə 15001 kodlu anbardan-obyektdən satılır. Yuxarıda qeyd olunan hər iki obyektdə biri ofis kimi, digəri isə anbar kimi fəaliyyət göstərir. 15001 kodlu obyektdə - anbarda möbvcud olan mallar cəmiyyətə məxsusdur, həmin obyektdən başqa digər yerlərdə icarə və saxlanc müqaviləsi əsasında aktiv təsərrüfat subyekti və malları yoxdur. Malların üzərinə təxminən 10-20 % civarında ticarət əlavəsi tətbiq edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********502500 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cəmiyyətin səlahiyyətli nümayəndəsi araşdırma zamanı izahatında Cəmiyyətin rəhbərinin operativ vergi nəzarəti zamanı yazılı arayış verərək obyektdən başqa yerlərdə malların olmadığını bildirdiyini diqqətə çatdıraraq, arayışda göstərilən fikirlərin əsli həqiqətdə başqa yerlərdə Cəmiyyətin mallarının deyil, aktiv subyektlərinin olmaması kimi qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanının qeyd olunan dəlili əsassızdır. - 2) xx.xx.2023-cü il tarixdə elektron qaimə-fakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra saat 15:57-də tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Həmin Məcəllənin 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; Göründüyü kimi Vergi Məcəlləsinin 58.17-ci maddəsində vergi nəzarəti tədbiri başlandıqdan sonra elektron qaimə-fakturanın təqdim olunması müddətilə bağlı istisna hallar (əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində) nəzərdə tutulmuşdur ki, iddiaçı tərəfindən də yoxlamaya təqdim olunan qaimə-fakturanın təqdim olunması müddəti (xx.xx.2023-cü il tarixdə elektron qaimə-fakturalar operativ vergi nəzarəti tədbiri başlandıqdan sonra saat 15:57-də) qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmuşdur. Belə ki, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi araşdırmaya təqdim etdiyi izahatında satılmış malların əvvəlcədən sifariş edilməmiş mallar olduğunu, əks təqdirdə alıcı tərəfindən bununla bağlı cəmiyyətə avans məbləğinin ödənilməli olduğunu və belə bir ödəniş aparılmadığını göstərmişdi. - 3) Eyni zamanda araşdırmaya Cəmiyyət tərəfindən satılmış malların (armatur və katinka) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə maşınlara yüklənərək alıcıya göndərildiyini təsdiq edən, həmçinin xx.xx.2023-cü il tarixdə İnternet Vergi İdarəsində mövcud olmuş texniki xətalar səbəbindən həmin mallara görə elektron qaiməfakturanı operativ vergi nəzarəti tədbir başlayanadək tərtib etməyin mümkün olmadığını və malların əvvəlcədən sifariş edlməmiş mallar olduğunu təsdiq təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********502500 №-li, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi araşdırmaya təqdim etdiyi izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə nümayəndəsi olduğu cəmiyyət arasında tərtib edilmiş malların təhvil-təslim aktlarına əsasən qeyd edilən cəmiyyətdən 145230,0 manat dəyərində (ƏDV-siz) armatur və katinka məhsulu alındığını, malların əvvəlcədən müəyyənləşdirilmiş tələbata əsasən İddiaçı MMCdə mövcud olub-olmaması dəqiqləşdirildikdən sonra sifariş verildiyini və bundan sonra sonuncunun ərazisindən götürüldüyünü göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən izahatında göstərilən halları (malların əvvəlcədən sifariş verilməsi ilə bağlı) təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə qeyd olunan nümayəndə izahatında malların hansı tarixdə əvvəlcədən sifariş verilməsi və bunun hansı qaydada rəsmiləşdirildiyini göstərməmişdir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (İPM-nin 14.1-ci maddəsi). VM-nin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla belə, məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarətidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli, **********5619 nömrəli qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda). Hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli, **********5619 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad edilmişdir. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, Operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Belə olan halda, hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli, **********5619 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə hesab edir ki, cavabdehin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2580 №-li, xx.xx.2023-cü il tarixli qərarının qəbulu vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2580 №-li, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar