Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2000/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “sərəncamların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən İddiaçı hesablarına qoyulmuş xx.xx.2023-cü il tarixli 01 №-lli sərəncamın icrasının dayandırılması və gələcəkdə yeni sərəncamların qoyulmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi "xxxx" ASC-yə, "xxxx" ASC-yə məktub ünvanlayaraq adıçəkilən banklardaİddiaçı Məhdud Məsuliyyətinə məxsus hesablarının dondurulmasına köməklik göstərilməsini xahiş etmişdir. Məktub onunla əsaslandırılmışdır ki, İddiaçıMMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən idxal olunan mallar üzrə 111258.13 manat gömrük borcu yanamışdır. Qeyd edilən borcun Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq bank hesabından tutularaq dövlət büdcəsinə ödənilməli olduğunu qeyd etmişdir. İddiaçı bildirir ki, Azərbaycan Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin adıçəkilən banklara ünvanladığı məktubda qeyd edilən xüsusat yəni guya MMC-nin gömrük borcunun olması tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin məktubunda qeyd etmiş olduğu məbləğ gömrük orqanı tərəfindən hesablanmış və 2017-2018-ci illərə aid olan dəbbə puludur. Həmin dəbbə pulunun məbləğinin alınması üçün isə qanunverciliklə 3 illik müddət müəyyən edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Qeyd edilən normanın mahiyyətiondən göründüyü kimi gömrük orqanı yaranmış borcu 3 il müddətində tələb edə bilərdi. Yəni məktubda qeyd edilən və 2017-2018-ci illəriəhatə edən borc müvafiq olaraq 2020 və 2021-ci ilə kimi tutulmalı idi. Lakin gömrük orqanı qanunvercilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürdükdən sonra qeyd edilən pulun tutulması tələbi ilə MMC-nin bank hesablarına müvafiq sərəncamın qoyulmasını tələb edir. İddiaçı bundan başqa qeyd edir ki, yuxarıda sadalanan hallarla bağlı ərizə ilə gömrük orqanına müraciət edərək hesablanmış dəbbə pulunnu silinməsini xahiş etmişdir. Lakin gömrük orqanı ərizəyə əhəmiyyət verməmiş və yuxarıda qeyd edilən məktubla banklara müraciət etmişdir. Gömrük orqanının məktubu əsasında MMC-nin bank hesablarına qoyulmuş sərəncamlar nəticəsində MMC-nin fəaliyyətində problemlər yaranmışdır. Belə ki, MMC bağlamış olduğu müqavilələr üzrə üzərinə götürdüyü öhədlikləri (pul köçürmələrini və.s) yerinə yetirə bilmir. Bunun nəticəsində də bu hal MMC-nin partnyorların da haqlı narazılığa səbəb olur. İddiaçı hesab edir ki, İddiaçı hesablarına qoyulmuş sərəncamların icrasının, müəssisənin hesablarından pul vəsaitinin silinməsinin və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsi zərurəti təşkil edir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiaçının vəsatəti təmin edilməmiş, "xxxx" ASC-in və "xxxx" ASC-in İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “sərəncamın icrasının dayandırılması” barədə iddia tələbinə dair iş üzrə inzibari məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş dondurulmalı sərəncamların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qurum tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilmişdir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə (hazırki Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi) qarşı iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri ilə malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmişdir. **********5666 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş malların saxlanc müddəti xx.xx.2019-cu il tarixədək, **********5871 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş malların saxlanc müddəti xx.xx.2019-cu il tarixədək, **********4867 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilmiş malların saxlanc müddəti xx.xx.2019-ci il tarixədək müəyyən edilmişdir. Daha sonra iddiaçı qeyd edilən malların müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlanca götürülmüş həmin malları digər gömrük proseduru altında yerləşdirmək üçün bəyan etməmiş, daha doğrusu saxlanc müddəti bitdikdən sonra müraciət etmiş və yuxarıda göstərilən gömrük bəyannamələri ilə saxlanc proseduru altında yerləşdirilmiş malları **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirmişdir. Bu zaman gömrük orqanı tərəfindən 111.258,13 manat dəbbə pulu hesablanmışdır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırırıq ki, tərəfimizdən cavabdehə xx.xx.2023cü il tarixli gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.1-ci yarımbəndinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nın 3.3-cü yarımbəndinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə; 239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda. 244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər. 245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar. Gömrük orqanı dəbbə pulunun ödənişi ilə bağlı borclu şəxsə bildiriş təqdim etmişdir. İddiaçı qeyd olunan dəbbə pulunu ödəmək əvəzinə məhkəməyə müraciət etmişdir. inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. inzibati Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "AKABE” MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “sərəncamın icrasının dayandırılması“ barədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Gömrük borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 01 №-li bildirişdə qeyd olunmuşdur ki, iddiaçının 13 fevral 2023-cü il tarixinə dəbbə pulu üzrə ümumilikdə 111 258.13 (yüz on bir min iki yüz əlli səkkiz manat on üç qəpik) manat borcu vardır. Göstərilən borcun 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Gömrük borclarının vaxtında ödənilməməsinə görə qanunvericilikdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. - Gömrük Məcəlləsinin 247.1-ci maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməyən gömrük borcu məbləğinin 0.1 faizi məbləğində faiz hesablanır; - Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən milli və ya xarici valyutada cari və digər hesablardan gömrük borclarının alınması üçün banklara icra (döəniş) sənədi olan sərəncam verilir; - Gömrük borcunun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə iddia qaldırıla bilər; - Gömrük borcu üzrə toplanılmış materiallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməyi üçün aidiyyəti üzrə təhqiqat və ya istintaq orqanlarına göndərilə bilər.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ''Akabe" MMC (VÖEN:**********) ünvanına göndərilən yükləri gətirməklə **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri üzrə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində (bundan sonra Baş İdarə) bəyan etmişdir. Yuxarıda sadalanan gömrük bəyannamələri müəssisə tərəfindən saxlanc xüsusi gömrük proseduru üçün gömrük orqanı tərəfindən təyin olunmuş müddət pozulmaqla bəyan edilərək sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirilmişdir. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs tərəfindən Məcəllənin 243-cü və 246cı maddələrində nəzərdə tutulmuş müddətlər ərzində ödənilməyən gömrük borcu, Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qanunvericiliyə uyğun olaraq gömrük orqanları tərəfindən məcburi tutulur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, təqdim edilmiş bildirişdə qeyd olunan ödənişin məsul şəxs tərəfindən qısa müddətdə ödənilməsi tələb olunur. Gömrük ödənişləri ödənilmədiyi təqdirdə, bank vəsaitlərinin istifadəsinə məhdudiyyətlər tətbiq olunacaqdır.
8. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialına ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan mallar üzrə 111258.13 AZN (Yüz on bir min iki yüz əlli səkkiz manat, 13 qəpik) gömrük borcu yaranmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3. maddəsinin tələblərinə görə, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3. maddəsinin və bu barədə X2 Heyətinin 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul Köçürmələri haqqında Təlimatının tələblərinə uyğun olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının yaranmış gömrük borcunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi məqsədilə bank hesablarının dondurulması üçün köməklik edilməsi xahiş olunmuşdur.
9. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan mallar üzrə 111258,13 AZN (Yüz on bir min iki yüz əlli səkkiz manat, 13 qəpik) gömrük borcu yaranmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3. maddəsinin tələblərinə görə, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin və bu barədə X2 Heyətinin 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul Köçürmələri haqqında Təlimatının tələblərinə uyğun olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının yaranmış gömrük borcunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi məqsədilə bank hesablarının dondurulması üçün köməklik edilməsi xahiş olunmuşdur.
10. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan mallar üzrə 111258,13 (Yüz on bir min iki yüz əlli səkkiz manat, 13 qəpik) manat gömrük borcu yaranmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin tələblərinə görə, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3-cü maddəsinin və bu barədə X2 Heyətinin 17 sentyabr 2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul Köçürmələri haqqında Təlimatının tələblərinə uyğun olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının yaranmış gömrük borcunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi məqsədilə bank hesablarının dondurulması üçün köməklik edilməsi xahiş olunmuşdur.
11. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialına ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan mallar üzrə 111258.13 AZN (Yüz on bir min iki yüz əlli səkkiz manat, 13 qəpik) gömrük borcu yaranmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3. maddəsinin tələblərinə görə, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.3. maddəsinin və bu barədə X2 Heyətinin 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul Köçürmələri haqqında Təlimatının tələblərinə uyğun olaraq "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının yaranmış gömrük borcunun Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi məqsədilə bank hesablarının dondurulması üçün köməklik edilməsi xahiş olunmuşdur.
12. xx.xx.2023-cü il tarixli, 01 №-li Dondurulmalı Sərəncama əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialındakı hesablarında 111258.13 manat məbləğində vəsaitin dondurulmasının təyinatı və əsası kimi gömrük ödənişləri qeyd olunmuşdur.
13. xx.xx.2023-cü il tarixli, 01 №-li Dondurulmalı Sərəncama əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesablarında 111258.13 manat məbləğində vəsaitin dondurulmasının təyinatı və əsası kimi gömrük ödənişləri qeyd olunmuşdur.
14. xx.xx.2023-cü il tarixli, 01 №-li Dondurulmalı Sərəncama əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesablarında 111258.13 manat məbləğində vəsaitin dondurulmasının təyinatı və əsası kimi gömrük ödənişləri qeyd olunmuşdur.
15. xx.xx.2023-cü il tarixli, 01 №-li Dondurulmalı Sərəncama əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialındakı hesablarında 111258.13 manat məbləğində vəsaitin dondurulmasının təyinatı və əsası kimi gömrük ödənişləri qeyd olunmuşdur.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
20. Hesablanmış həmin borclara görə müəssisənin bank hesablarındakı pul vəsaitlərin hesablanması faktiki xarakterli hərəkətin nəticəsi, bank hesablarına qoyulmuş sərəncam isə inzibati aktdır.
21. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
22. Odur ki, hazırkı iddia mübahisələndirmə növündə iddiadır.
III. Məhkəmənin mövqeyi
23. Azərbaycan Respublikası Gömrük Məcəlləsindən: 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 2017-2018-2019-cu il tarixlərində müvafiq olaraq **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri cavabdeh orqan tərəfindən təsdiqlənmiş və gömrük rəsmiləşdirilməsi nəticəsində idxal olunan mallar iddiaçıya təhvil verilmiş, malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir (bu halı tərəflər mübahisələndirmir). Cavabdeh orqan tərəfindən həmin **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 243-cü və 246-cı maddəsinin tələblərinin pozulması (saxlanc xüsusi gömrük proseduru üçün gömrük orqanı tərəfindən təyin olunmuş müddət pozulmaqla bəyan edilərək sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirilməsi) əsas göstərilərək 111258.13 dəbbə pulu hesablanılmış və xx.xx.2023-cü il tarixdə iddiaçıya gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. Daha sonra həmin vəsaitin dondurulmasına dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarix dondurulmalı sərəncamlar qəbul edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iddiaçının hesablarının dondurulması bağlı məktublar ünvanlanmışdır.
25. Məhkəmə bununla bağlı qeyd edir ki, dəbbə pulu gömrük ödənişinin müstəqil bir forması (növü) deyil. Belə ki, gömrük borcları (gömrük ödənişləri) qanunvericilikdə müəyyən edilmiş müddətdə ödəyici tərəfindən ödənilmədikdə, gömrük orqanları tərəfindən gömrük borcunun (gömrük ödənişinin) məbləğinə, borcun ödənilməsinin gecikdirilmə müddətinə uyğun olaraq dəbbə pulu hesablanır və dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Hazırkı iş üzrə cavabdeh orqan **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələrini təsdiqləyib idxal olunan malların sərbəst dövriyyəsinə icazə verməklə ödəyicinin (iddiaçının) həmin gömrük bəyannaməsini üzrə gömrük borcunun olmadığını qəbul etmişdir. Odur ki, sonrakı dövrdə cavabdeh orqan tərəfindən mübahisələndirilən gömrük bəyannamələri üzrə dəbbə pulu hesablanması barədə ödəyiciyə (iddiaçıya) xx.xx.2023-cü il tarixdə bildiriş təqdim edilməklə həmin vəsaitin alınması, ödəyicinin bank hesablarının dondurulması qanunvericiliyin tələblərinə uyğun deyildir.
26. Digər tərəfdən məhkəmənin hazırkı iş üzrə digər mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-394/2022 nömrəli iş üzrə mövqeyinə uyğundur.
27. Gömrük Məcəlləsindən: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010- cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur
30. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçı tərəfindən **********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələrinin müəssisə tərəfindən saxlanc xüsusi gömrük proseduru üçün gömrük orqanı tərəfindən təyin olunmuş müddət pozulmaqla bəyan edilərək sərbəst dövriyyə üçün buraxılış proseduru altında yerləşdirildiyi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 243-cü və 246-cı maddələrinin tələbləri pozulduğunu və nəticədə iddiaçının (**********5666, **********5871, **********4867 sorğu nömrəli gömrük bəyannamələri üzrə) 111258,13 (yüz on bir min iki yüz əlli səkkiz manat on üç qəpik) manat dəbbə pulu borcu yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir.
31. Cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində dəbbə pulu hesablanmış, həmin pulun tutulmasını təmin etmək məqsədilə üçüncü şəxslərin üzərinə vəzifə qoyulmuşdur (bank hesabının dondurulması barədə sərəncam verilmiş və məktublar ünvanlanmışdır).
32. Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir.
33. Məhkəmə tərəfindən qeyd edilən 111258,13 manat borcun (dəbbə pulunun) hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin məhkəmə araşdırması zamanı bununla bağlı inzibati icraatın aparılmadığı və gömrük borcunun tutulması ilə bağlı qərar qəbul edilmədiyi müəyyən edilir.
34. İddiaya yazılı etiraza əsasən müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil.
35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
37. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən 111258,13 manat məbləğində hesablanmış dəbbə puluna dair İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialındakı, "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesablarına yönəlmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli Dondurulmalı Sərəncamlar və "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialındakı bank hesablarına yönəlmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli Dondurulmalı Sərəncamlar ləğv olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva