Məhkəmə qərarları › İş №e-2-1(112)-2002/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2002/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2002/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmək haqqının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmək haqqının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli sərəncamı ilə sərəncama götürüldüyü dövr üçün xx.xx.2017-xx.xx.2018-ci il tarixlərini əhatə edən müddətdə göstərdiyi xidmətin müqabilində əmək haqqının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülki sahədə 2010-cu ildə Qərb Universitetini, daha sonra SQ-in TTM-nin ehtiyat zabit hazırlıq kursunu bitirmişdir. AR Müdafiə Nazirliyinin 0613 nömrəli, 31 dekabr 2010-cu il tarixli əmri ilə ona “leytenant” hərbi rütbəsi verilmişdir. “Baş leytenant” hərbi rütbəsinə isə AR FHN XRXX-nin N0040/Ş nömrəli 14 fevral 2014-cü il tarixli əmri ilə layiq görülmüşdür. Bir müddət Silahlı Qüvvələrdə xidmət etmişdir. Belə ki, xx.xx.2010-xx.xx.2010-cu il tarixində SQ-in TTM-nin kursantı olmuş, daha sonra elə həmin tarixdən etibarən, yəni xx.xx.2010-ci ildən xx.xx.2011-ci ilə qədər 708 MAB. 1-ci OK. Motoatıcı tağım komandiri, ardıcıl olaraq, xx.xx.2011-ci ildən 708 MAB 1-ci OK.Mexanikləşdirmə taborun mexanik tağım komandiri, xx.xx.2011-ci il tarixində isə 190 h/h 1-ci OK.1903-cü MA tab. MA bölüyü. MA tağım komandiri vəzifələrində işləmişdir. 3 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Cavabdeh N nömrəli hərbi hissəsinin, N yanvar 2017-ci ildə isə AR FHN XRXX-nin N0040/Ş nömrəli 14 fevral 2014-cü il tarixli əmri ilə layiq görüldüyü “baş leytenant” rütbəsi ilə N nömrəli hərbi hissənin komandirinin müavini vəzifəsində olmuşdur. Cavabdeh orqan - Cavabdeh heç bir əsas olmadan onu sərəncama götürmüşdür, səbəbi isə törətmədiyi cinayət işi ilə göstərirlər. Lakin, o, qeyd etdiyi kimi göstərdiyi yüksək xidmətə görə nəinki təşəkkürnamələrə, hətta “baş leytenant” rütbəsinə layiq görülmüşdür. Vətənə, millətə olan xidmətini şərəf, ləyaqətlə yerinə yetirmişdir. Qeyd olunan cinayət işində onunla bağlı heç bir hal öz təsdiqini tapmamışdır. Buna görə də onu yenidən işə bərpa etmişdilər. Lakin, Cavabdeh əsassız olaraq, onu götürdüyü sərəncama əsasən, xx.xx.2017-xx.xx.2018-ci il dövr üçün əmək haqqını verilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Nazirliyin 17 aprel 2017-ci il tarixli 0334/ş nömrəli Əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçusu Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Maddi texniki təminat bölməsinin rəisinin köməkçisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və Nazirliyin sərəncamına verilmişdir. Nazirliyin 10 sentyabr 2018-ci il tarixli 1243/ş saylı Əmri ilə iddiaçı Cavabdeh sərəncamından Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh 18 dekabr 2018-ci il tarixli, 1732/ş nömrəli Əmri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının Mühafizə taborunun mühafizə bölüyünün komandiri baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Xidmət dövründə iddiaçının xidmətə səhlənkar yanaşması ucbatından hərbi hissədə cinayət hadisəsi baş vermişdir. İddiaçının səhlənkarlığı ilə cinayət hadisəsi arasındakı səbəbli əlaqə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin hadisə ilə bağlı xx.xx.2018-ci il tarixli ********* nömrəli təqdimatında öz əksini tapmışdır. Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatının 7-ci hissəsinə əsasən zabitlərə, gizirlərə və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına tutduqları vəzifələrdən azad edilmə gününün sonrakı günündən pul təminatı bu qaydada ödənilir: birinci iki ay üçün - hərbi rütbə, axırıncı əsas vəzifə maaşı və xidmət illərinə görə faiz əlavəsi, sonrakı iki ay üçün hərbi rütbə maaşı və xidmət illərinə görə faiz əlavəsi, sonrakı iki ay üçün-hərbi rütbə maaşı və xidmət illərinə görə faiz əlavəsi, sərəncamda olmanın fasiləsiz dörd ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda Azərbaycan Respublikası fövqəladə hallar nazirinin əmri ilə ödənilir. Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatı’nın 1.9-cu bəndinə əsasən hərbi qulluqçulara ödənilməli olan, lakin vaxtında ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı, hərbi qulluqçuların bu təminatı almaq hüququna malik olduqları bütün dövr üçün, lakin pul təminatı almağa edilən müraciətədək üç ildən çox keçməyən hallarda ödənilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir, lakin iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona 1207,16 manat ödəniş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Riskli Xilasetmə və X1 (9971 Saylı Hərbi Hissə) xx.xx.2018-ci il tarixli əmrindən Çıxarışdan görünür ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının (9971 saylı hərbi hissə) Mühafizə taborunun Mühafizə bölüyünün komandiri baş leytenant X2 “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını nəzərə alaraq 20 dekabr 2018-ci il tarixdən şəxsi heyətin siyahısından silinməsi, hər növ təminatdan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon idarəsinə göndərilməsi, 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım verilməsi əmr edilmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh 17 aprel 2017-ci il tarixli 0334/ş nömrəli Əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və Nazirliyin sərəncamına verilmişdir. Nazirliyin 10 sentyabr 2018-ci il tarixli 1243/ş saylı Əmri ilə iddiaçı Cavabdeh sərəncamından Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı hazırda sərəncama götürüldüyü dövr (xx.xx.2017-xx.xx.2018-ci il) üçün əmək haqqının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbini irəli sürür. Tətbiq edilən hüquq: Azərbayxan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarı:

2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə, Azərbayxan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatı müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatı”: 1.4 Bu pul təminatında nəzərdə tutulan ödənişlər aşağıda göstərilən hərbi qulluqçulara verilir: ... 1.4.3. sərəncamda olan hərbi qulluqçulara.

7. Sərəncamda olma dövründə pul təminatı 7.1 Tutduqları vəzifədən azad olunmuş zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, o cümlədən hərbi hissənin yeni ştata keçməsi, ştatın qismən dəyişməsi, yeni indeksə (literə) və ya ştat dərəcəsinə keçmə zamanı tutduqları vəzifələrdən azad edilmə gününün sonrakı günündən pul təminatı aşağıdakı qaydada ödənilir. 7.1.1. birinci ay üçün – hərbi rütbə, axırıncı əsas vəzifə maaşı və xidmət illərinə görə faiz əlavəsi; 7.1.2. sonrakı iki ay üçün – hərbi rütbə maaşı və xidmət illərinə görə faiz əlavəsi. ... 7.3. Sərəncamda olmanın fasiləsiz 4 ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda yalnız Azərbaycan Respublikası fözqəladə hallar nazirinin əmri ilə ödənilir.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 17 aprel 2017-ci il tarixli 0334/ş nömrəli Əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və Nazirliyin sərəncamına verilmişdir. Nazirliyin 10 sentyabr 2018-ci il tarixli 1243/ş saylı Əmri ilə iddiaçı Cavabdeh sərəncamından Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi riskli xilasetmə və mühafizə alayının Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı hazırda sərəncama götürüldüyü dövr (xx.xx.2017-xx.xx.2018-ci il) üçün əmək haqqının verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbini irəli sürür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2023-cü il tarixli, 032 nömrəli əmri ilə, Azərbayxan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cavabdeh hərbi qulluqçularının pul təminatına uyğun olaraq iddiaçıya sərəncamda olmanın fasiləsiz 4 ayına görə 1207,16 manat ödəniş edilmişdir. Qeyd edilən hal iddiaçı tərəfindən də təsdiq edilmişdir. 4 aydan sonrakı dövr üçün isə müstəsna hallarda yalnız Azərbaycan Respublikası fözqəladə hallar nazirinin əmri ilə ödənişin edilməsi nəzərdə tutulmuşdur. Belə bir əmrin verilməsi isə inzibati orqanın diskression səlahiyyətidir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmək haqqının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar