Məhkəmə qərarları › İş №e-2-1(112)-2003/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2003/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2003/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən 5051d saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarışın verilmə öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən X3 və İstismarı Birliyi tərəfindən torpaq sahəsinin ayrılmasına dair 58 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1609 saylı qərarına (sərəncama) əsasən 15 nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 5051d saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il, **********71 saylı cavab məktubu ilə həmin torpaq sahəsi ilə əlaqədar olaraq İddiaçı adına verilmiş 58 nömrəli orderin İdarənin arxivində mövcud olduğunu qeyd etmiş və təsdiq edilmiş surətini əlavə etmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixli, A-52- 112 nömrəli Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv arayışında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1993-cü ilə dair sərəncamlar kitablarında Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 5051d saylı bağ sahəsinin İddiaçı ayrılması barədə 1609 saylı sərəncam (çıxarış) vardır. Bakı şəhəri, Sabuncu rayonu, Ləhiş bağ massivində yerləşən 5051d saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27 may 2024-cü il tarixdə daxil olmuş cavab məktubu ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “5051d” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2022-cü il tarixli, **********80 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 5051d saylı torpaq sahəsinə dair təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin ləğv olunaraq həmin torpaq sahəsinin X4 boş bağlar balansına daxil olması barədə idarənin arxiv məlumatlarında xx.xx.2002-ci il tarixli akt mövcuddur. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi **********78-11301 reyestr nömrəsi ilə X1 (fin : 0TPPCZV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda qeyd edilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsinin iddiaçının istifadəsində olmadığı aşkar olunmuşdur. Təkrar İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilməsinə isə şərait yaradılmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 3.1.16-cı bəndinə İdarənin vəzifələrinə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək daxildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də şəxsən və nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdırlar. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********71 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993- cü il tarixli, 1609 nömrəli qərarı ilə 15 nömrəli bağ tikinti kooperativi nəzdində Ləhiş bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 5051D saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına verilmiş 58 nömrəli order İdarənin arxivində mövcuddur. Həmin məktubla təqdim edilmiş 58 nömrəli orderdən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 nömrəli qərarına əsasən Ləhiş bağ sahəsində 15 nömrəli BTK nəzdində 0.10 ha torpaq sahəsi olan 5051d saylı bağ sahəsi ayrılmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli A- 52-112 saylı arxiv çıxarışında göstərilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamında göstərilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci 6/333 nömrrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Ləhic 15 nömrəli BTK ərazisində bağ sahəsi ayrılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********52 nömrəli məktubun ilə təqdim edilmiş 15 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********65 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktında göstərilmişdir ki, vətəndaşın nümayəndəsi tərəfindən göstərilən sahə ümumi ərazidir. Sahədə çoxlu sayda tikililər(kateclər) var. Göstərdiyi sahənin koordinatları X-413387, Y-4493517-dir. Vətəndaşın nümayəndəsi sahənin sərhədlərini dəqiq bilmədiyini dedi. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il **********88 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 941 saylı sərəncamı rəhbər tutularaq tərtib edilmiş xx.xx.2002-ci il tarixli ləğv olunma aktının surəti idarənin arxiv qovluğunda mövcuddur. xx.xx.2002-ci il tarixli aktdan görünür ki, Ləhiş bağ ərazisində 1988-1992-ci illər ərzində vətəndaşlara paylanmış hal-hazıra qədər istifadəsiz qalmış bağ sahələrinin aşkar olunması məqsədilə keçirilmişdir. Yoxlama zamanı bir çox bağ sahələrində abadlıq və tikinti, becərmə aparılmamış, antisanitariya halları aşkar olunmuşdur. Hətta verilmiş bağ sahələrinin ətrafı çəpərlənməmişdir və həmin bağ sahələri zibilxanalara çevrilmişdir. Həmin bağ sahələri sırasında 5-ci sırada 15 saylı BTK-nın tərkibində İddiaçı verilmiş 5051d saylı bağ sahəsi də göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamını əsas tutaraq yuxarıda göstərilən bağ sahələrinə dar verilmiş orderlərin ləğv oluaraq həmin bağ sahələrinin X4 boş bağlar balansına daxil olması məqsədə uyğundur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********97 nömrəli məktubunda ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X5 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metr sağ tərəfi, 34K saylı sahənin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.035 ha olan torpaq sahəsini alıcı X1 mülkiyyətinə verir. -“Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 34K saylı sahənin bir hissəsi, Nardaran-Ləhiş yolunun 300 metr sağ tərəfində (yeni qaydalarla: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu,, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsi, giriş 691) yerləşən 0.035 ha olan **********78 reyestr nömrəli torpaq sahəsi X1 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1204 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 34K saylı sahənin bir hissəsi, Nardaran-Ləhiş yolunun 300 metr sağ tərəfində (yeni qaydalarla: AZ1097, Bakı şəhəri, Sabunçu rayonu,, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsi, giriş 691) yerləşən 0.035 ha olan **********78-11301 reyestr nömrəli torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 195.6 kv.m olan bağ evi X1 adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 260 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17721/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, İddiaçı tərəfindən şərti göstərilən ərazi ilə **********78-11303 reyestr nömrəli torpaq sahəsi üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********25 nömrəli məktubda qeyd olunmuşdur ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubla cavab verilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İşdən görünür ki, iddiaçının Ləhiş bağ massivində yerləşən 5051d saylı bağ sahəsinə dair orderin arxiv nüsxəsi və orderin verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 nömrəli qərar dövlət arxivində mövcud olsa da ona ayrılmış torpaq sahəsi faktiki olaraq mərzləşdirməmiş, hasarlama işləri aparmamış, torpaq sahəsinin naturada iddiaçının istifadəsində olduğu müəyyən olunammışdır. Belə ki, işdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciəti əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, iddiaçı tərəfindən ümumi sahə göstərilmiş, sahənin sərhədlərini dəqiq bilmədiyini qeyd etmiş, sahədə digər tikililərin olduğu müəyyən olunmuşdur. Başqa sözlə, iddia olunan bağ sahəsi iddiaçının faktiki istifadə və sahibliyində deyildir. Qeyd edilən bağ sahəsinin iddiaçının sahibliyində olmamasının digər sübutudur ki, hələ Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.2002-ci il tarixdə tərtib etdiyi aktda Ləhiş bağ ərazisində 1988-1992-ci illər ərzində vətəndaşlara paylanmış bağ sahələrinin istifadəsiz qaldığı müəyyən edilən bağlar sırasında 15 saylı BTK-nın tərkibində İddiaçı verilmiş 5051d saylı bağ sahəsi də aşkar olunmuş və nəticə etibarı ilə bağlar təsərrüfatını idarə edən qurum həmin bağa dair verilmiş orderlərin ləğv olunaraq sahənin X4 balansına qaytarılmasını məqsədəuyğun hesab etmişdir. İddiaçı tərəf isə iddia etdiyi 5051d saylı bağ sahəsinin ən geci xx.xx.2002-ci il tarixdən onun faktiki sahibliyində olmasını sübut edə bilməmişdir. Bundan əlavə müəyyən olunmuşdur ki, iddiaçının naturada 5051d saylı bağ sahəsi kimi iddia etdiyi faktiki sahə **********78-11303 reyestr nömrəsi ilə qeydiyyata alınmış 0.035 ha torpaq sahəsi və üzərində 195.6 kv.m bağ evi olmaqla vahid əmlakla üst-üstə düşür. Başqa sözlə, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi digər şəxsin xüsusi mülkiyyətindədir, həmin mülkiyyətə dair reyestr qeydləri qüvvədədir, ləğv edilməmişdir. Mülki Məcəllənin aşğıdakı maddələrinə əsasən: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın vəzifəsi torpağın naturada yerini taparaq şəxsə təhvil vermək deyil, torpaqayırma barədə hüquqmüəyyənedici sənədlər əsasında torpaqayıran qurum tərəfindən naturada təhvil verilmiş, qanuni istifadədə olan torpaq sahəsinə hüquqların qeydiyyatını aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nə qədər ki, ona ayrıldığını iddia etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim etməmiş, onun mərzləşdirilməsi və inventarlaşdırılmasını aparmamışdır, eləcə də naturada göstərdiyi torpaq sahəsi digər şəxsin adına mülkiyyət hüququ üzrə qeydə alınmış və həmin qeydlərin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, belə bir halda cavabdehin imtinası iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, iddia tələbi əsaslı olmamaqla təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar