Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-20052/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 100 mənzil 62-nin 1966-cı ildə Makarov Vladimir, Makarova Serda, Makarova Mariya, Makarov Arkadiy, Makarova Karina, Makarov Eduardla bağlanmış 55313 nömrəli kirayə müqaviləsinə əsasən kirayəçilərin icazəsi ilə 1990-ci ildə həmin mənzilə qeydiyyata düşən X4 vəfat edən günə 2022-ci ilə qədər orda yaşamasını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti ev 100 mənzil 62-nin X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınümayəndəsi və vəkili Vəkil11 noyabr 2025-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəh, Nizami rayonu Qara Qarayev prospekti ev 100 mənzil 62-nin İddiaçı ölmüş əri X6 məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 03 dekabr 2025-ci il tarixli daşınmaz əmlakın İddiaçı ölmüş əri X6 məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə məktubla müraciətinə cavab vermişdir. Bunları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənizin icrasından imtina edilmişdir. Bildirilir ki, bundan öncə X4 adına bağlanmış xx.xx.2000-ci il tarixli sərəncama əsasən arayışın verilməsi üçün DƏDRX-nin 1 saylı ərazi idrəsinə müraciət ünvanlamışdırlar. Həmin müraciətin icrasına imtina olunduğu üçün Bakı İnzibati Məhkəməsinə xx.xx.2000-ci il tarixli sərəncama əsasən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə müraciət etmişdirlər. xx.xx.2000-ci il tarixli sərəncamın sərəncamın arxivdə aşkarlanmaması əsas gətirilərək iddiası təmin edilməmişdir. İş Ali Məhkəməyə qədər getməsinə baxmayaraq birinci instansiya məhkməsinin qəbul etdiyi qərar qüvvədə qalmışdır. Qeyd olaraq bildirilir ki, xx.xx.2000-ci il tarixli sərəncamda Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 100 mənzil 62-lə bağlanmış 1966-cı ildə Makarov Vladimir, Makarova Serda, Makarova Mariya, Makarov Arkadiy, Makarova Karina, Makarov Eduardla 55313 nömrəli kirayə müqaviləsinə xitam verildiyini və qeyd etdiyi xx.xx.2000-ci il tarixli sərəncamın bağlanılması əks olunmuşdur. Əvvəlcədəndə qeyd etdiyi kimi iddiaçı tərəfə olaraq əlində olan xx.xx.2000-ci il tarixli sərəncama əsasən arayışın verilməsi üçün aiddiyyatı orqana müraciət etmişdirlər. Artıq müəyyən olundu ki, bu sərəcamın arxivdə aşkar olunmur və hüquqi qüvvəsi yoxdur. Dolayısı ilə Makarovların adına tərtib olunmuş 55313 nömrəli kirayə müqaviləsi hələdə hüquqi qüvvəsini saxlayır. Qeyd olaraq bilidirilir ki, bundan öncə aparılan araşdırmalar zamanı müyyən olundu ki, 55313 nömrəli kirayə müqaviləsi arxivdə aşkar olnmuşdur. Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 100 mənzil 62-i 1966-cı ildə Makarov Vladimir, Makarova Serda, Makarova Mariya, Makarov Arkadiy, Makarova Karina, Makarov Eduardla 55313 nömrəli kirayə müqaviləsi bağlanmışdır. Sonradan xx.xx.1989-cu ildə X2 Karina ilə birgə nikaha daxil olmuşdur. Bakı şəhəriNizami rayon Mənzil Komunal Təsərüfatı Birliyinin 26 saylı Mənzil Komunal istismar sahəsinin 365 nömrəli xx.xx.2013-cü tarixli arayışında görsənir ki, X9 1991-cı ildən orada qeydiyyatda olub və yaşayıb. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş nömrəsi 2(007)-995/2009 22 oktyabr 2009-cu il tarixli qətnaməsi əsasən X3 və X12 arasında nikada xitam verilmişdir. Sonradan xx.xx.2010-cu il tarixdə X1 Günay Hacağa qızı ilə rəsmi nikaha daxil olmuşdur. X9 xx.xx.2022-ci ildə vəfat etmiş İddiaçı onun vərəsəsi qismində tanınmışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varisi olan əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-M-2180- 8/2025 **********37 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-01421-2021 saylı, 13 04 2021-ci il tarixli məktubu ilə Nizami rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 2000-ci il tarixli, 169 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialında mövcud olduğu, lakin həmin sərəncamın 12 05.2000-ci il tarixli deyil, 05.04 2000-cı ıl tarixli olmaqla orada X9 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11 . 1 - ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixində vəfaat etmiş X5 vərəsələri: həyat yoldaşı-İddiaçı Hacıağa qızı, X10, X11r. AZ-İ seriyalı 558368 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X14 arasında xx.xx.2010-cu il tarixində nikah bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 26 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 191 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Hacı qızı həqiqətən Q.Qarayev küçəsi 100 saylı evin 62 nömrəlimənzilində oğlu-X10, oğlu-X13 ilə birlikdə qeydiyyatsız yaşayırlar. AZ-İ seriyalı 103386 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə Karina Vladimirovna arasında xx.xx.2009-cu il tarixində nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 995/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X9 ilə Karina Vladimirovna arasında xx.xx.1989-cu il tarixdə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində indiki Bakı şəhəri (Nizami rayon qeydiyyat şöbəsi) bağlanmış nikah ləğv edilmişdir. AZ-İİ seriyalı 32682 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2022-ci il tarixində ölmüşdür. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4580/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, mənzil 62-nin X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Hazırda iddia tələbi mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiadır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, mənzil 62-nin X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir: “Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: ... xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdə isə, iddiaçı tərəfindən sözügedən mənzilin onun mərhum əri Ə.Məmmədova ayrılmasına dair sərəncama istinad edilsə də həmin sərəncamın arxiv nüsxəsi aşkar edilməmiş, 2000-ci il üzrə arxiv nüsxəsi aşkar edilən eyni nömrəli sərəncamın isə tarixinin fərqli olduğu, başqa şəxsə xidməti mənzilin verilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Mənzilin Nizami rayon MKTB-nin balansında olduğu, sonuncu tərəfindən isə iddiaçının əri ilə hər hansı mənzil kirayə müqaviləsinin bağlanmadığı aşkar olunmuşdur. Eyni zamanda, sözügedən mənzilin iddiaçının ailə üzvlərinə ayrılmasına dair hüquqi və texniki sənədlər aşkar olunmamışdır. Sərəncamın nömrəsinə münasibətdə isə məhkəmə bildirir ki, il ərzində sərəncamlar ardıcıl olaraq nömrələnməklə verilir, eyni təqvim ilində müxtəlif tarixlərdə (hazırkı vəziyyətdə sərəncamın arxiv nüsxəsinə münasibətdə sonrakı tarixdə) eyni nömrə ilə sərəncamın verilməsi yolverilməzdir. ... .. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçının mərhum ərinə hüquqların məxsus olması haqqında arayışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının ərinin mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir...” Məhkəmə tərəfindən müəyyən edilir ki, sözügedən Qərarda İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 100, mənzil 62nin X6 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)494/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-1839/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindənverilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)494/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə eyni əsasla yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-20052/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-20052/2025
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver