Məhkəmə qərarları › İş №e-2-1(112)-2007/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2007/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2007/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin predmeti. 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərarının və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcısının qərbi ünvanda yerləşən təsərrüfat subyekti (obyekti) xx.xx.2023-cü il tarixli, 506458072-11001 saylı kodla vergi orqanında uçota alınmış, həmin təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixdə “WizarPOS Q2“ markalı, WP22491Q63204200 zavod nömrəli nəzarət kassa aparatı (NKA) quraşdırılaraq vergi orqanında qeydiyyatdan keçirilmişdir. İddiaçının əsas fəaliyyəti “kişi geyimlərinin pərakəndə satışı” olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə “Malların alışını və mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmişdir. Nəzarət tədbirlərinin nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 100835 nömrəli aktda 267267,79 manat dəyərində və xx.xx.2024-cü il tarixli, 100869 nömrəli aktda isə 4913636,33 manat dəyərində (ticarət əlavəsi və ƏDV daxil olmaqla) guya təsərrüfat subyektində (obyektində) malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı göstərilərək vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməli təklif edilmişdir. Operativ vergi nəzarəti tədbirinin nəticələrinə cavabdeh tərəfindən baxılaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərara əsasən 26726,78 manat, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli qərara əsasən isə 491363,63 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir. Halbuki, təsərrüfat subyektində (obyektində) operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilməməsinə dair xx.xx.2024-cü il tarixli 100831, 100834 nömrəli və xx.xx.2024-cü il tarixli 100866, 100868 nömrəli aktlar tərtib edilmişdir. Mal satışı və mal qalığı olmadığı və mağazanın boş olduğu halda xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə müvafiq olaraq “267267,79” manat” və “4913636,33 manat” dəyərində malların satışının aşkar edilməsi” tamamilə əsassız, qeyri-obyektiv və qanunsuz yanaşmadır. Qeyd edildiyi kimi, operativ vergi nəzarəti tədbiri zamanı malların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların obyektdə quraşdırılmış NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, mal alan şəxslərin fiziki şəxslər olduğu, elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda, heç bir qanuni əsas olmadan, əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı vergi məsuliyyətinə cəlb edilərək nəzarət tədbirindən əvvəl satılmış malların ümumi satış dəyərinin 10 faizi miqdarında əsassız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərardan xx.xx.2024-cü il tarixində (qeydiyyat nömrəsi- **********569000) cavabdehin yuxarı orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmişdir. İnzibati şikayətin xx.xx.2024-cü il tarixdə araşdırılmasına dair xx.xx.2024-cü il tarixli, **********025100 nömrəli məktubla məlumat verilsə də şikayətə baxılmasının nəticəsi və ya şikayətə baxılma ilə əlaqədar müddət uzadılmasına dair heç bir məlumat verilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli və xx.xx.2024-cü il tarixli **********9429 nömrəli qərarları vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən əsassızdır. Operativ vergi nəzarəti tədbiri zamanı mal qalığının aşkar edilmədiyi və mal satışının real olaraq həyata keçirilmədiyi bir vaxtda alıcıya “elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi” nəticəsinə gəlinməsi tamamilə absurd yanaşmadır. Malların “elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi” ehtimal edilsə də belə malların hansı subyektiv tərkibə satıldığı qeyri-müəyyəndir, bu fakt vergi orqanı tərəfindən sübut edilməmişdir. Ehtimal əsasında hər hansı məsuliyyətin yaradılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi orqanının məntiqindən belə çıxır ki, bütün halda malı alanlar sahibkarlıq fəaliyyəti göstərən şəxslərdir, lakin bu faktla bağlı vergi orqanı heç bir sübuta malik deyildir. Bu faktla bağlı bildiririk ki, malın satışı ilə bağlı alıcılara NKA çekinin və ya onların tələbi ilə elektron qaimə-fakturanın təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və ya müraciət daxil olmamışdır. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin tələbinə görə elektron-qaimə fakturanın təqdim edilməsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya təqdim edilməlidir. Digər halda isə malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Deməli, qanunvericilik bir təsərrüfat subyektində (obyektində) hər iki ticarət növündən istifadə etməyə yol verir. İşdə olan NKA çeklərindən görünür ki, iddiaçı tərəfindən idxal olunmuş mallar ƏDV və ticarət əlavəsi tətbiq edilməklə pərakəndə satış qaydasında satılmış və bu zaman hər hansı bir qanun pozuntusu halına yol verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli "Vergi ödəyicisinın vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli, **********950800 nömrəli məktubu ilə iddiaçının elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 12:05-də oxunmuşdur. Qeyd olunan qərardan iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2024-cü il tarixli, **********569000 nömrəli inzibati şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********908500 nömrəli qərarı ilə İddiaçı operativ vergi nəzarətinin nəticələrindən verdiyi inzibati şikayət təmin olunmamışdır.Həmçinin, xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar, “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2024-cü il tarixli, **********371400 nömrəli məktubu ilə cavabdehin elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2024-cü il tarixdə saat 17:20-də oxunmuşdur. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən, İddiaçı xx.xx.2023-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı və operativ vergi nəzarəti tədbiri keçirilən tarixə aktiv 2 obyekti olduğu müəyyən edilmişdir.xx.xx.2023-cü il tarixli, **********8601 və **********8603 nömrəli qərarlarla operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. "Operativ vergi nəzarətinin keçirilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarlar əsasında İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə "Malların Vergi Məcəlləsinin 58-8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi" məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığı olmadığı, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 267.267,79 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli, DVX seriyalı 100869 nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq aktın bir nüsxəsi qəbul edilmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərarı ilə iddiaçıya 26.726,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 Baş İdarəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, "tərəfimdən idxal olunmuş 222.056,99 dəyərində olan malın 2 faiz ticarət əlavəsi və 18 faiz ƏDV tətbiq etməklə ümumi 267.267.79 manat dəyərində digər vergi ödəyicilərinə e-qaimə təqdim edilmədən satılmışdır”. Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildiririk ki, fərdi sahibkar İddiaçı tərəfindən idxal etdiyi malların üzərinə 18% əlavə dəyər vergisi və 2% ticarət əlavəsi əlavə edilməklə 281.800,0 manat dəyərində malların 1 gün ərzində (xx.xx.2024-cü il) 304 sayda çek ilə nəzarət-kassa aparatına mədaxil edildiyi, orta hesabla 1 çek üzrə 926,9 manat mədaxil edildiyi, çeklərin qısa müddət (saniyə fərqi ilə) aralığında vurulduğu, qeyd olunan obyektlərin pərakəndə ticarət üçün yararlı olmadığı aşkar edilmişdir ki, bu da malların pərakəndə satış görüntüsü yaradılmasına dəlalət edir.Tətbiq edilmiş maliyyə sanksiyasına baxmayaraq sonradan İddiaçı idxal etdiyi malları e-qaimə tətbiq etmədən satılmasının baza məlumatlarına əsasən müəyyən edilərək təkrar operativ vergi nəzarəti tədbirinin keçirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə xx.xx.2024-cü il tarixində fərdi sahibkar İddiaçı keçirilən operativ vergi nəzarəti zamanı xx.xx.2024-cü il tarixdən yoxlama keçirilən xx.xx.2024-cü il tarixədək idxal etdiyi 4082449,59 manat dəyərindəki malları təkrarən e-qaimə təqdim etmədən satması faktı üzrə ticarət əlavəsi (2 faiz) və ƏDV tətbiq etməklə 4913636,33 manata satış həyata keçirdiyi müəyyən edilərək DVX seriyalı 100869 nömrəli akt tərtib olunmuşdur.Həmçinin Baş İdarənin xx.xx.2024-cü il tarixli, **********0860 və **********0861 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarları əsasında İddiaçı məxsus hər iki obyektdə xx.xx.2024-xx.xx.2024 tarix aralığında (beş iş günü) xronometraj metodu ilə müşahidə aparılmışdır. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi müvafiq aktlar (**********-11002 kodlu obyekt üzrə DVX023672günlük, DVX023673-günlük, DVX023674- günlük, DVX023675-günlük, DVX023676günlük, DVX023677-yekun və **********-11003 kodlu obyekt üzrə DVX023679-günlük, DVX023680-günlük, DVX023681-günlük, DVX023682-günlük, DVX023683-günlük, DVX023684-yekun nömrəli) ilə rəsmiləşdirilmişdir. Qeyd olunan aktlardan müəyyən olunur ki, keçirilən xronometraj metodu ilə müşahidə zamanı 5 iş günü ərzində pərakəndə qaydada mal təqdim edilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə DVX023673 nömrəli akt üzrə 411276,85 (ƏDV daxil) manat, xx.xx.2024-cü il tarixdə DVX023675 nömrəli akt üzrə 283964,88 (ƏDV daxil) manat və xx.xx.2024-cü il tarixdə DVX023676 nömrəli akt üzrə 224224,84 (ƏDV daxil) manat satış dövriyyəsi olmuşdur ki, o da topdansatış qaydada (elektron qaimə-faktura təqdim etməklə) həyata keçirmişdir.Beləliklə, İddiaçı səlahiyyətli nümayəndəsinin izahatından və xronometraj metodu ilə müşahidənin nəticəsindən müəyyən olunur ki, vergi ödəyicisi malları yalnız topdansatış qaydasında digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etmədən satmışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.İş materiallarında olan: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********8601 nömrəli və **********8603 nömrəli qərarlara əsasən iddiaçıda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digərinə göndərilməsi zamanı Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi üçün yoxlama keçirilməsi (operativ vergi nəzarəti) qeydiyyata alınmışdır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 100868 №li, xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçının Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, kişi geyimləri mağazasında mal qalığı 00 manat təşkil etmişdir. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 100834 №li, xx.xx.2024-cü il tarixli, 100831 №li, xx.xx.2024-cü il tarixli, 100866 №li, xx.xx.2024-cü il tarixli aktlara əsasən iddiaçıya məxsus kişi geyimləri mağazasında və anbarında mal qalığı aşkar olunmamışdır. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 100869 №li, xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü ildə saat 11.15-də operativ vergi nəzarəti zamanı vergi ödəyicisi İddiaçı tərəfindən ümumi 4913636,33 manat dəyərində malı digər vergi ödəyicisinə elektron qaimə tətbiq etmədən satılması faktı müəyyən edilmişdir. «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 100835 №li, xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü ildə saat 11.50-də operativ vergi nəzarəti zamanı vergi ödəyicisi İddiaçı tərəfindən ümumi 267267,79 manat dəyərində malı digər vergi ödəyicisinə elektron qaimə tətbiq etmədən satılması faktı müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********0016 nömrəli, xx.xx.2024-cü il tarixli qərara əsasən cavabdeh iddiaçı barədə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 10835 nömrəli operativ vergi nəzarətinin nəticələri haqqında akt əsasında iddiaçını Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 26726,78 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli qərara əsasən xx.xx.2024-cü il tarixli, 100869 nömrəli operativ vergi nəzarətinin nəticələri haqqında akt əsasında iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 491363,63 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən iddiaçıdan malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlərin, həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci maddəsi ilə üəyyən edilmiş qaydada tərtib edilən sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. «Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2024-сü il tarixli, **********0860 nömrəli qərara əsasən iddiaçıya məxsus Binə ticarət mərkəzi mağaza № 2- 3-66-da xx.xx.2024-cü ildən 15 gün müddətinə xromometraj metodiu ilə müşahidə aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçıda xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə) məqsədilə yoxlama keçirilməsi (operativ vergi nəzarəti) qeydiyyata alınmışdır. Cavabdehin nümayəndələrinin tərtib etdikləri xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü ildə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbi ünvanında yerləşən təsərrüfat subyektinə baxış keçirərkən vergi ödəyicisinin mağazasının saat 18.00-dək bağlı olduğu müəyyən edilmiş, vergi ödəyicisinin nümayəndəsi ilə əlaqə saxlandıqda o gün ərzində obyektə yaxınlaşa bilməyəcəyini bildirmişdir. “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” 023679 nömrəli, xx.xx.2024-cü il tarixli, 023680 nömrəli. xx.xx.2024-cü il tarixli, 023681 nömrəli, xx.xx.2024-cü il tarixli, 023682 nömrəli, xx.xx.2024-cü il tarixli, 023683 nömrəli, xx.xx.2024-cü il tarixli, 023684 nömrəli, xx.xx.2024-cü il tarixli aktlara əsasən həmin tarixlərdə xronometraj metodu ilə aparılan müşahidə zamanı satış dövriyyəsi sıfır manat təşkil etmişdir. «Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2024-сü il tarixli, **********0861 nömrəli qərara əsasən Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal-qərbində yerləşən iddiaçıya məxsus anbarda xx.xx.2024-cü ildən 15 gün müddətinı xromometraj metodiu ilə müşahidə aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən iddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il dövrü üzrə istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xromometraj metodu ilə) məqsədilə Bakı şəhəri, Löökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal-qərbində malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyətin yoxlama keçirilməsi (operativ vergi nəzarəti) qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışa əsasən ona məxsus təsərrefat subyektləri - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəsi, yol ayrıcının qərbində yerləşir, bu ünvanlardan başqa malların saxlanc yeri yoxdur, iş vaxtı həftənin 5 günü saat 10.00-dan 17.00-a qədərdir, şənbə, bazar,bayram günləriu qeyri-iş günləridir.**********0159 nömrəli bəyannamə üzrə idxal etdiyi mallar hazırda gömrük nəzarətindədir. Cavabdehin nümayəndələrinin tərtib etdikləri xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.2024-cü ildə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nə gedən yolun şimal qərb hissəsində təsərrüfat subyektinə baxış keçirərkən vergi ödəyicisinin anbarının saat 18.00-dək bağlı olduğu müəyyən edilmişdir, vergi ödəyicisinin nümayəndəsi ilə əlaqə saxlandıqda o gün ərzində obyektə yaxınlaşa bilməyəcəyini bildirmişdir. “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” 023672 nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus obyektdə satış dövriyyəsi müəyyən edilməmişdir, 023673 nömrəli. xx.xx.2024-cü il tarixli akta əsasən satış dövriyyəsi təqdim edilmiş e-qaiməyə əsasən 348539,70 manat təşkil etmişdir, 023674 nömrəli, xx.xx.2024cü il tarixli akta əsasən satış dövriyyəsi sıfır manat təşkil etmişdir, 023675 nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən təqdim edilmiş e-qaiməyə əsasən satış dövriyyəsi 240648,20 manat təşkil etmişdir, 023676 nömrəli, xx.xx.2024-cü il tarixli akta əsasən təqdim edilmiş e-qaiməyə əsasən satış dövriyyəsi ƏDV daxil 224244,84 manat təşkil etmişdir, 023677 nömrəli, xx.xx.2024-cü il tarixli, akta əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər orta gündəlik dövriyyə 155845,18 manat, ƏDV daxil orta gündəlik dövriyyə 183897,31 manat təşkil edir. Bundan əlavə məhkəməyə nəzarət kassa aparatı barədə hesabat, kassa çeklərinin surətləri, ”Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə faktiralar” (341444 nömrəli, xx.xx.2024-cü il tarixli, 379668 nömrəli, xx.xx.2024-cü il tarixli, 10884072 nömrəli, xx.xx.2024-cü il tarixli, 238008 nömrəli, xx.xx.2024-ü il tarixli) təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir:

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; Həmin Məcəllədə göstərilir: 32.1.Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə,habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 70.3. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz:70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə.

10. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda göstərilir:

1. Ümumi müddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Bu Qaydanın məqsədi topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.2. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs.

4. Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.3. Topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. 4.4. İdxal mallarının və təhtəlhesab şəxsin aldığı malların anbara təhvil verilməsi, habelə topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. 4.5. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur. 6.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin anbarlarında malların qalığı hər bir məsul şəxs üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir. 6.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir. 11.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 1.1.bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

12. İnzibati işdə olan sənədlərdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********8601 nömrəli və **********8603 nömrəli qərarları ilə iddiaçıda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digərinə göndərilməsi zamanı Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məqsədilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericilikdə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Həmçinin inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Lakin hazırkı iş üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********8601 nömrəli və **********8603 nömrəli qərarlarında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Məhkəmə qeyd edilən halı cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1790/2022 saylı qərarında da öz əksini tapmışdır. Bundan əlavə inzibati iş materiallarında olan sənədlərdən göründüyü kimi yuxarıda qeyd edilən operativ nəzarət tədbirləri çərçivəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 100835 nömrəli akt əsasında (habelə vergi orqanının göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilmiş sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlər əsasında) iddiaçı malların elektron qaimə verilmədən təqdim edilməsinə, habelə malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 26726,78 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir, habelə həmin operativ nəzarət tədbirləri çərçivəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 100869 nömrəli akt əsasında (habelə vergi orqanının göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilmiş səınədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlər əsasında) iddiaçı malların elektron qaimə verilmədən təqdim edilməsinə, habelə malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 491363,63 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinin səbəbi kimi cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən operativ vergi nəzarəti zamanı iddiaçının elektron qaimə verilmədən malların verilməsini, habelə malların təsərrüfatdaxili subyektdən nəqliyyat vasitəsinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsini göstərmişdir. Məhkəmə mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olmuş qeyd edilən aktları tədqiq edən zaman müəyyən etmişdir ki, hər iki aktda (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli) iddiaçı tərəfindən elektron qaimə təqdim edilmədən Qaradağ rayonu, Lökbatan .TQ, Bakı Salyan Lökbatan dairəvi yol qovşağı, Karvan ticarət mərkəzi, 2-3-66 nömrəli mağazada malların təqdim edilməsi göstərilsə də həmin malların hansı fiziki və ya hüquqi şəxsə verilməsi konkret göstərilməmişdir. Eyni zamanda iddiaçının həmin ünvanda yerləşən 2-3-66 nömrəli mağazasında operativ vergi nəzarətinin keçrilməsi haqqında tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda həmin obyektdə hər hansı bir mal qalığının aşkar edilməməsi qeyd edilmişdir, ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktda isə həmin mağazada malı qalığının aşkar edilməməsi öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, vergi orqanının özü tərəfindən aparılmış yoxlama nəticəsində obyektdə mal satışının aşkar olunmadığı və mal qalığının müəyyən edilmədiyi tarixlərdə iddiaçının həmin obyektdə “267267,79 manat” və “4913636,33 manat” dəyərində malların satışının aşkar edilməsinin göstərdiyi aktların mötəbərliyini və əsaslılığında aradan qaldırılmaz şübhələr yaradır. Belə ki, mal qalığının aşkar edilmədiyi bir obyektdə “267267,79 manat” və “4913636,33 manat” dəyərində malların satışının aşkar edilməsi həmin malların satıldığı şəxslər konkret göstərilməməsi ilə məcmu şəkildə qiymətləndirilərsə bu zaman qeyd edilən aktlarda göstərilən məlumatların həqiqətə uyğun olması inandırıcı deyildir. Məhkəmə onu da qeyd edir ki, operativ nəzarət tədbirləri çərçivəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 100835 nömrəli və xx.xx.2024-cü il tarixli 100869 nömrəli aktlar iddiaçının anbarında deyil, pərakəndə ticarət obyektində - kişi geyimləri mağazasındakı fəaliyyətilə bağlı tərtib edilmişdir. Həmin aktlar əsas götürülməklə qeyd edilməklə qəbul edilmiş iddiaçı barədə vergi məsuliyyəti barədə qərarlarda isə hüquqi əsas kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsi göstərilmişdir, həmin normada elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi iddiaçıda operativ vergi nəzarətinin aparıldığı tarixlərdən fərqli tarixlərdə başa çatmış əməliyyatlara (satılmış mallara) görə nəzarət kassa aparatının hesabatları, kassa çekləri iddiaçının mübahisələndirdiyi qərarların qanunauyğun olmasını təsdiq etmir. Belə ki, cavabdehin təqdim etdiyi nəzarət kassa aparatının hesabatları, kassa çekləri yalnız mağazada kassaya vəsaitlərin mədaxil edilməsini təsdiq etməklə heç bir halda iddiaçının anbarındakı hər hansı bir fəaliyyətlə bağlı halları - anbardan malın qanun pozuntusu ilə verilməsini və ya təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməməsi kimi qanun pozuntularını əks etdirmir. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən isə operativ vergi nəzarəti vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanının nəzarət tədbirindən fərqli əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən vergi orqanının qərarları qanunvericiliyin tələblərinə uyğun deyillər və onların ləğv edilməsi üçün qanunvericilikdə - Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar mövcuddur. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, yuxarıda qeyd edilən hallara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli qərarı ləğv edilməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ 18.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********0016 nömrəli qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9429 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar