Məhkəmə qərarları › İş №e-2-1(112)-2029/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2029/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2029/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeydlə təsdiq olunan və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasında "X1 İnk" Şirkətində işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il tarixdə Abşeron rayon X13 İdarəsinin "PS-174" gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul olunmuşdur. xx.xx.1983-cü il tarixdən Donanmanın s/b "42", "431", "Abşeron-12", "Calğan-2" gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə X4 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə "Taydvoter" firmasında işləməyə göndərilməklə əlaqədar X3 işlədiyi 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e" bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) azad edilmişdir. xx.xx.2001-ci il tarixdən "Taydvoter" X11 şirkətinin icarəsində olan "Aura" gəmisində motorçu vəzifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixli 24 saylı əmr ilə əmək müqaviləsinin başa çatması ilə əlaqədar olaraq işdən azad olunub "Xəzər X13" İdarəsinin sərəncamına göndərilmişdir. xx.xx.2004-cü il tarixdə "R.Mirzəyev" gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. Həmçinin "ÜE-639", "Calğan-2", "Xəzri" gəmilərində böyük mexanik vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdə X4 rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın "Orion-3", "M.Süleymanov", "Abşeron-21", "Orion-18", "Z.Vəliyev" gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hazırda isə "Sokar-1" gəmisində böyük mexanik vəzifəsində işləyir. Ayrı-ayrı vaxtlarda müxtəlif gəmilərdə işlədiyi vəzifələr (peşələr) üzən heyətə, işlədiyi gəmilər isə XDND-nin gəmilərinə aiddirlər. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyillər. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 "b" yarımbəndi, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarına 2 saylı əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərilcilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 "1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı 18 il 08 ay 25 gün təşkil edir. Tərəfindən ayrı-ayrı vaxtlarda üç dəfə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı "ASAN xidmət" mərkəzinə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. İlk olaraq xx.xx.2020-ci il tarixdə yazdığı ərizəyə verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliynə əsasən əyani təhsil ümumi iş stajına daxil edildiyindən tərəfindən Mərkəzi Filiala 1978-ci ildən 1982-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənədi təqdim etməmişdir. Bu səbəbdən qeyd olunan təhsilin əyani olub-olmamasını sübüt etmək üçün müvafiq sənədləri təqdim etmək tələb edilmişdir. Göstərilənləri nəzərə alaraq o, müvafiq sənədləri toplayıb yenidən ikinci dəfə xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin yenə də cavabdeh tərəfindən ona müsbət cavab verilməmişdir. Ona göndərilən xx.xx.2021-ci il tarixli cavab məktubunda xx.xx.1982-ci il tarixli /T-İ ******* nömrəli əmək kitabçasında 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması faktını qabardaraq əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yarandığını və buna görə də xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığı və onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi qeyd olunmuşdur. Bu səbəbdən də ona 57 yaşdan hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 iyul 2022-ci il tarixdə müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə ki, iddiaçıya xx.xx.2022ci il tarixdə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinin üçüncü abzasına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. B.Z.X7 təqdim etdiyi 29 dekabr 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Nəticədə, B.Z.X7 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 3 gündür. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb olunan 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş əmək pensiyasının 57 yaşın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı, 25 fevral 2021-ci il tarixli məktubda bildirilmişdir ki, (xx.xx.2021-ci il tarixdə daxil omuş ərizəyə cavab) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 26-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 02 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinin üçüncü abzasına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Mərkəzi Filiala təqdim edilən 29 dekabr 1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 02 ay 03 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı, 04 avqust 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, 29 mart 2022-ci ildə pensiya hüququnun yarandığı 14 fevral 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq 9.1-ci maddəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-HİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinin üçüncü abzasına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Mərkəzi Filiala təqdim etdiyi 29 dekabr 1982-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasının 12- 13-cü səhifələrində olan 13-cü qeyddə işə götürülmə əmrinin qeyd olunmaması ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Buna görə də xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü ümumi iş stajına daxil etmək mümkün olmadığından 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 3 gün (xx.xx.1978-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2001-ci il və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyəti Xəzər X13sı tərəfindən iddiaçıya təqdim olunmuş EN01/02-253 saylı, 14 iyun 2022-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, İddiaçı, həqiqətən xx.xx.1983-cü il tarixdə Abşeron Rayon X13 İdarəsinin “PS-174” gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdən Donanmanın s/b “42”, “431”, “Abşeron-14”, “Abşeron-12”, “Calğan-2” gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə X4 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə “Tayd Woter” firmasında işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) işdən azad edilmişdir. Müqavilə müddəti başa çatdiqdan sonra xx.xx.2004-cü il tarixdə “R.Mirzəyev” gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. O, ÜE-639”, “Calğan-2”, “Xəzri” gəmilərində böyük mexanik vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə X4 rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın “Orion-3”, “M.Süleymanov”, “Abşeron-21”, “Orion- 18”, “Z.Vəliyev” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Halhazırda “Sokar-1” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun gəmidə tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Əmək şəraitinə görə (01.01,2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 18 il 08 ay 25 gün təşkil edir. “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyəti X5 tərəfindən iddiaçıya təqdim olunmuş AMxx/xx-1131 saylı, 13 iyun 2022-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X10nin (XDYİ-də) üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1982-cü il tarixdən xx.xx.1983-ci il tarixədək motorçu-elektrik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 04 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 N-li Qərarına əsasən X10 Azərbaycan Dövlət X10 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 N-li və xx.xx.2014-cü il tarixli 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X10nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X8 yenidən təşkili yolu ilə "Azərbaycan X10" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. DT seriyalı, 068752 saylı diplomun surətindən görünür ki, İddiaçı 1978-ci il tarixdə Bakı dəniz yolları məktəbinə daxil olmuş və 1982-ci il tarixdə bitirmişdir. Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən 1978-1982-ci il tarixlərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X13sı tərəfindən verilmiş MF 01/02-118 saylı, 14 mart 2022-ci il tarixli arayışa əsasən “Azərbaycan X10” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X8 “Socar-1” gəmisinin böyük mexaniki İddiaçı hesablanmış əmək haqqı 2021-ci il üzrə cəmi 6912.00 manat, 2022-ci il üzrə 6820,64 manat olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/2098 saylı, 31 oktyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan “X14 İnternational İnc" Şirkətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********983600 saylı, 29 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində hüquqi ünvanı Az 1005, ünvan 1ar konyukturasının tədqiqi və ictimai rəyin öyrənilməsi olan Panama Respublikasının “X6 İnk." (ingiliscə adı “X14 İnternational İnc") Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.1997-ci il tarixdə 230 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.2015-ci il tarixdə ləğv edilərək dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, X9 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçı xx.xx.1983-cü il tarixdə Abşeron Rayon X13 İdarəsinin “PS-174” gəmisinə 1-ci dərəcəli motorçu peşəsinə (xx.xx.1983-cü il tarixli 204-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdən Donanmanın s/b “42”, “431”, “Abşeron-14”, “Abşeron-12”, “Calğan-2” gəmilərində növbə mexaniki, 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. xx.xx.2000-ci il tarixdə X4 12-ci dərəcəli təlimatçı-mexanik vəzifəsinə (xx.xx.2000-ci il tarixli 212-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2001-ci il tarixdə “Tayd Woter” firmasında işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (xx.xx.2001-ci il tarixli 158-k nömrəli əmr) işdən azad edilmişdir. Müqavilə müddəti başa çatdiqdan sonra xx.xx.2004-cü il tarixdə “R.Mirzəyev” gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2004-cü il tarixli 173-k nömrəli əmr) işə qəbul edilmişdir. O, ÜE-639”, “Calğan-2”, “Xəzri” gəmilərində böyük mexanik vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdə X4 rəis müavini (xx.xx.2011-ci il tarixli 354-k nömrəli əmr), xx.xx.2012-ci il tarixdə isə həmin şöbəyə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə (xx.xx.2012-ci il tarixli 1857-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2016-cı il tarixdən Donanmanın “Orion-3”, “M.Süleymanov”, “Abşeron-21”, “Orion- 18”, “Z.Vəliyev” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Halhazırda “Sokar-1” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun gəmidə tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Onun yuxarıda qeyd edilən əmək fəaliyyəti dövrünə dair əmək şəraitinə görə (01.01,2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 18 il 08 ay 25 gün təşkil edir. Həmçinin iddiaçı Azərbaycan Dövlət X10nin (XDYİ-də) üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1982-cü il tarixdən xx.xx.1983-ci il tarixədək motorçu-elektrik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 04 ay 28 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 N-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. İddiaçının əmək şəraitinə görə (01.01,2006-cı il tarixədək) güzəştli şərtlərlə əmək stajı: 19 il 01 ay 23 gün təşkil edir. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir. İddiaçı 1978-1982-ci illərdə ali təhsil müəssisəsində əyani təhsil almış, əmək kitabçasına əsasən o, xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1983-xx.xx.2001-ci, xx.xx.2001xx.xx.2004-cü illərdə işləmişdir, xx.xx.2004-cü ildən hal-hazıradək işləyir. xx.xx.2006-cı il tarixə qədər stajı ən azı 25 il (27 il 03 gün), əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (19 il 01 ay 23 gün). Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa) və yaş (57 yaş). İddiaçı xx.xx.1962-ci ildə anadan olub və 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən “X6 İnk." (ingiliscə adı “X14 İnternational İnc") Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddiaçı ilə əmək münasibətlərinə daxil olmamışdan (xx.xx.2001) əvvəl – xx.xx.1997-ci il tarixdə hüquqi şəxs kimi qeydə alındığı müəyyən edilmiş, iddiaçının əmək kitabçasında xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 İnk. Şirkətində icarədə olan “Aura” gəmisində motorçu vəzifəsində işləməsinə dair qeydlər mövcuddur və bu qeydlər “X6 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Odur ki, əmrin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi və “X6 İnk." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin arxiv sənədlərinin saxlanılmaması iddiaçı ilə həmin müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia təmin edilməli, iddiaçının xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasında “X6 İnk." Şirkətində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasında “X6 İnk." Şirkətində işlədiyi müddət ümumi iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu xx.xx.2019-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar