Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2068/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyət xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, xidmət dövründə ödənilməli olan, lakin ödənilməmiş ezamiyyət ödənişi olan 1172 manat məbləğin birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini cavablandıraraq bildirmişdir ki, müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, qeyd etdiyi günlər üzrə ezamiyyə xərci kart hesabına ödənilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci və 2019-cu illər ərzində ezamiyyətdə olduğu günlər üçün ödənilməli olan, lakin ödənilməmiş 1172 manat ezamiyyə xərcləri ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin üzərinə 2018-ci və 2019-cu illər ərzində ezamiyyətdə olduğu günlər üçün ona ödənilməli olan, lakin ödənilməmiş 1512 manat ezamiyyə xərcləri ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ehtiyatda olan baş leytenant kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. X6 Məntəqəsində hərbi xidmətdə olduğu vaxt müəyyən vaxtlarda xidməti ezamiyyətlərə göndərilmiş, lakin həmin ezamiyyətlərin əvəzi ödənilməmişdir. Belə ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə 2 (iki) gün, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərdə 4 (dörd) gün, xx.xx.2019-cu il tarixdə 1 (bir) gün, xx.xx.2019-ci il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il tarixlərdə 3 (üç) gün, xx.xx.2019-ci il, xx.xx.2019-ci il, xx.xx.2019-ci il tarixlərdə 3 (üç) gün, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 2 (iki) gün müddətində xidməti zərurətlə əlaqədar Bakı Beynəlxalq Aeroportunda yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində, bundan əlavə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 2 (iki) gün Bakı şəhəri, Z.Əliyeva küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatında ezamiyyətdə olmuşdur. Beləliklə, xidmət dövründə ümumilikdə, ezamiyyətdə olduğu günlərin sayı 17 (on yeddi) gün təşkil etmişdir. Yuxarıda qeyd olunan tarixlərdə ezamiyyətdə olduğunu təsdiq edən ezamiyyət vərəqələri və “Biləsuvar” X5 X4 “X7”ndan çıxarışların surətləri iddia ərizəsinə əlavə edilir. “Biləsuvar” X5 X4 “X7”ndan çıxarışları isə Bakı İnzibati Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatında olan e-2-1(112)-308/2022 nömrəli işdə Dövlət Sərhəd Xidməti özü sübut kimi təqdim etmişdir. Qeyd olunan tarixlərdə ezamiyyətdə olduğu halda həmin ezamiyyət günləri üçün ona xx.xx.2019-cu il tarixdə cəmi 18 manat ezamiyyət ödənişi ödənilmişdir. Ezamiyyət günləri üçün həmin 18 manatdan başqa heç bir məbləğin ödənilmədiyini Dövlət Sərhəd Xidməti tərəfindən verilən “Xidmət dövrü ərzində ödənilmiş vəsaitlər barədə” Arayış təsdiq edir. Beləliklə xidmət dövrümdə ərzində ezamiyyətdə olduğum 17 günün hər günü üçün 70 manat olmaqla ümumilikdə 1190 manat ezamiyyət ödənişi ödənilməli olduğu halda cəmi 18 manat ödənilmişdir. Həmin 18 manat çıxıldıqdan sonra iddiaçıya ödənilməmiş 1172 manat qalır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddianın mümkünlük şərtlərini yoxlayan məhkəmə hesab edir ki, öhdəliyin icrası haqqında iddia növünə uyğun gələn hazırkı iddia mümkün iddiadır. Çünki iddiaçı ilə xidmət keçdiyi orqan arasında yaranmış hazırkı mübahisə inzibati mühakimə icraatı qaydasında baxılmalı olan iddiadır. İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddiaçı müvafiq tələblə məhkəməyə qədər cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iddia ərizəsindən və ona verilmiş əlavələrdən görünür ki, iddiaçı hazırda ona ezamiyyətdə olduğu, lakin ödənilməyən aşağıdakı günlərə görə ezamiyyə xərcinin ödənilməsini xahiş edir: 1.16-17 sentyabr 2018-ci il – 2 gün;
2. 24-27 sentyabr 2018-ci il – 4 gün;
3. 03 yanvar 2019-cu il – 1 gün;
4. 12-14 iyun 2019-cu il – 3 gün;
5. 17-20 iyul 2019-cu il – 3 gün;
6. 02-03 avqust 2019-cu il – 2 gün;
7. 08-10 avqust 2019-cu il – 2 gün. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DSX-nin aidiyyəti struktur qurumlarına sorğu göndərilmiş və müəyyən edilmişdir ki, 5 halda İddiaçı ezamiyyətlə bağlı ödənişlər həyata keçirilmişdir. Həmin məktuba əlavə edilmiş: 1) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 03 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuşdur. Yol və ezamiyyət xərclərinin ödənişi üzrə paylama cədvəlindən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 01 nömrəli ezamiyyət vərəqəsinə əsasən 18 manat ezamiyyə xərci ödənilmişdir. 2) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0164 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətinə ezamiyyətə gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0165 nömrəli nizami hissə üzrə əmrinnən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətindən ezamiyyətdən getmiş hesab olunmuşdur. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 71 nömrəli ezamiyyət vərəqəsinə əsasən 2 günlük ezamiyyə müddəti üçün cəmi 72 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 3) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0199 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətinə ezamiyyətə gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0201 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətindən ezamiyyətdən getmiş hesab edilmişdir. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 86 nömrəli ezamiyyət vərəqəsinə əsasən 3 günlük ezamiyyə müddəti üçün cəmi 126 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 4) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0215 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə "Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuş hesab olunmuşdur. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 98 nömrəli ezamiyyət vərəqəsinə əsasən 1 günlük ezamiyyə müddəti üçün cəmi 18 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). 5) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli 0221 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi X4 zabit-nəzarətçisi baş leytenant İddiaçı Sərhəd Nəzarətində ezamiyyətdə olmuş hesab edilmişdir. İşdə olan cədvəldən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixli 99 nömrəli ezamiyyət vərəqəsinə əsasən 1 günlük ezamiyyə müddəti üçün cəmi 18 manat ezamiyyə xərci ödənilmişdir (cədvəldəki məbləğin ödənilməsi (ümumilikdə 162 manat) "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ştampı ilə təsdiq edilmişdir). Həmçinin işdə olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə bağlı xidmət etdiyi hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, qeyd etdiyi günlər üzrə ezamiyyə xərci kart hesabına köçürülmüşdür. Bundan əlavə işdə olan iddiaçının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli e-2-1(112)-5647/2020 saylı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı bildirmişdir ki “02.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ona ödənilməmiş bütün ödənişlərin tam həcmdə ödənilməsi üçün müraciət etmiş, xx.xx.2020-ci il tarixdə ona 234 manat miqdarında ezamiyyət pulu ödənişi ödənilmişdir.” Beləliklə, işin qeyd edilən halları ilə cavabdeh tərəfindən iddiaçıya ezamiyyətdə olduğu yuxarıda qeyd edilən günlər üçün ezamiyyə xərcinin ödənildiyi bildirilmiş, bu hal işdə olan ödəmə cədvəlləri, həmin cədvələ vurulmuş müvafiq bankın ştampı və iddiaçının özünün ərizəsi ilə təsdiq edilmişdir. O da qeyd edilməlidir ki, iddia ərizəsindən görünür ki, iddiaçı: -1. 12-14 iyun 2019-cu il tarixlərdə 3 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 71 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019 və xx.xx.2019cu il tarixlər olmaqla, 2 gün; - 02-03 avqust 2019-cu il tarixlərdə 2 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 98 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019-cu il tarixi olmaqla, 1 gün; - 08-10 avqust 2019-cu il tarixlərdə 2 gün ezamiyyətdə olduğunu bildirsə də, işdə olan xx.xx.2019-cu il tarixli 99 nömrəli ezamiyyət vəsiqəsinə əsasən xx.xx.2019-cu il tarixi olmaqla, 1 gün xidməti ezamiyyətdə olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin günlərə görə yenidən ezamiyyə xərclərinin ödənilməsini tələb etməsi əsassız olmuşdur. İddiaçının 16-17 sentyabr 2018-ci il tarixlərində 2 gün və 24-27 sentyabr 2018-ci il tarixlərində 4 gün ezamiyyətdə olmasına gəldikdə, işdə olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı izahatında qeyd etdiyi tarixdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) xidməti ezamiyyətdə olması ilə bağlı heç bir ezamiyyət vərəqəsi təqdim etməmişdir. İddiaçı xidmətdə olduğu dövrdə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Hərbi Hospitala müraciət etmişdir. Hərbi qulluqçular hospitala həkim müayinəsi və ya digər məsələlərlə bağlı gəldikdə onlara ezamiyyət xərci ödənilmir. Sabiq hərbi qulluqçunun müraciətinə maliyyə bölməsində tam ətraflı baxılmış zəruri sənədlərdən çıxarışlar edilmişdir. Ezamiyyət vərəqələrinə, bank ödəniş tapşırıqlarına baxış zamanı məlum olmuşdur ki, İddiaçı 2019-cu il ərzində 5 (beş) dəfə xidməti ezamiyyətdə olmuşdur və bütün ezamiyyət xərcləri Təşkilat Səfərbərlik bölməsi tərəfindən təqdim edilən ezamiyyə vərəqələri əsasında tam şəkildə ödənilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı digər müraciətində ezamiyyət xərcinin 90 (doxsan) manatdan hesablanması ilə bağlı tələb və istəyinə cavab olaraq bildirilir ki, 2008-ci il tarixli AR NK-nın 014 nömrəli Qərarına əsasən Bakı şəhərinə ezam olunan hərbi qulluqçuların bir günlük ezamiyyət xərci 54 manatdan hesablanırdı. xx.xx.2021-ci il tarixdən AR NK-nın 013 nömrəli xx.xx.2021-ci il tarixli Qərarına əsasən isə Bakı şəhərinə ezam olunan hərbi qulluqçuların bir günlük ezamiyyət xərci 54 manatdan 90 manata qaldırılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək xidməti ezamiyyətdə olmasının sübut olunmadığını, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə Hərbi Hospitalda olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşır. Belə ki, işdə olan 470 nömrəli ambulator vərəqədən görünür ki, iddiaçı xx.xx.2018-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında müayinədə olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: - maddə 137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; - maddə 138. Ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. - maddə 140. Ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir. Ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar. -maddə 141. Ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına dayanmağa icazə verilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: - Bənd 6.18. Hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi (İllik plana əsasən təşkil olunmuş kurslara hərbi qulluqçuların cəlb edilməsi halları istisna edilməklə) xidməti ezamiyyət sayılır. Hərbi qulluqçuların xidməti ezamiyyətləri aşağıdakı vəzifəli şəxslər tərəfindən təyin edilə bilər: 6.18.1.Azərbaycan Respublikası DSX-nin aparatından - DSX rəisi və onun birinci müavini tərəfindən; 6.18.2.Silahlı birləşmələrin qərərgahından - DSX Rəisi, onun birinci müavini və silahlı birləşmələrin səlahiyyətli şəxsləri tərəfindən; 6.18.3.hərbi hissələrdən- hərbi hissə komandiri tərəfindən. -bənd 6.21. Düzgün tərtib edilməmiş ezamiyyət vəsiqələri əsasında, habelə müvafiq hallarda pul vəsaitləri ilə təmin edilməmiş ezamiyyətlərə gündəlik və mənzil pulları ödəmək qadağandır. -bənd 6.26. Xidməti ezamiyyət müddəti ezamiyyətdə olma günlərinin sayı əsasında, istirahət və bayram günləri də daxil olmaqla hesablanır. Ezamiyyətə yola düşmə günü qatarın, avtobusun, təyyarənin və ya başqa nəqliyyat vasitəsinin ezam edilmiş hərbi qulluqçunun xidmət etdiyi hissənin daimi dislokasiya məntəqəsindən yola düşdüyü gün, qayıtma günü isə - göstərilən nəqliyyat vasitəsinin daimi xidmət məntəqəsinə çatdığı gün hesab edilir. Nəqliyyat saat 24-ə qədər yola düşərsə, həmin gün yola düşmə günür... saat 0-dan, sonra yola düşərsə - sonrakı gün yola düşmə günü hesab edilir. Əgər qatarın yola düşdüyü stansiya, liman və ya aeroport yaşayış məntəqəsindən kənardadırsa, stansiyaya, limana, aeroporta qədər getmək üçün lazım olan vaxt nəzərə alınır. Eyni şəkildə, ezam edilmiş hərbi qulluqçunun daimi xidmət məntəqəsinə gəldiyi gün müəyyən edilir. -bənd 6.27. Gündəlik və mənzil pulları ezamiyyət vəsiqəsində hərbi qulluqçunun xidməti ezamiyyət məntəqəsinə (məntəqələrinə) gəldiyi və buradan getdiyi tarixlər haqqında möhürlə təsdiq edilmiş qeydlər əsasında ödənilir. Qeydlər hərbi hissələrdə hissə komandirinin və ya qərargah rəisinin imzası ilə, başqa nazirliklərin və idarələrin idarə, müəssisə və təşkilatlarında isə - ezamiyyət vəsiqəsinə qeyd etmək öhdəliyi qoyulmuş vəzifəli şəxsin imzası ilə edilir. - Bənd 6.28. Ezamiyyə xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən həyata keçirilir. Bundan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na əsasən: -bənd 1. Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. -bənd 2. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. -bənd 4. İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla). -bənd 7. 7. Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. İstinad olunan normalardan görünür ki, şəxsin ezamiyyətə getməsi hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilir, şəxsə ezamiyyət vəsiqəsi verilir və gündəlik və mənzil pulları ezamiyyət vəsiqəsində hərbi qulluqçunun xidməti ezamiyyət məntəqəsinə (məntəqələrinə) gəldiyi və buradan getdiyi tarixlər haqqında möhürlə təsdiq edilmiş qeydlər əsasında ödənilir. İşdən görünür ki, iddiaçı 16-17 sentyabr 2018-ci il tarixlərində 2 gün və 24-27 sentyabr 2018-ci il tarixlərində 4 gün ezamiyyətdə olmasını iddia etsə də, bununla bağlı nə əmri, nə də ezamiyyət vəsiqəsini təqdim etməmiş, iddiaçının 24-27 sentyabr 2018-ci il tarixlərində xidməti tapşırığı yerinə yetirmək üçün ezamiyyətdə deyil, ambulator müayinədə olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı həmin günlərdə ezamiyyətdə olmasının “Biləsuvar” X5 X4 “X7”ndan çıxarışlarla təsdiq edildiyini bildimişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçının ezam edilməsi ilə bağlı hərbi hissə komandirinin əmri və ezamiyyət vəsiqəsi mövcud deyil, həmin çıxarışlar özlüyündə iddiaçının ezamiyyətdə olması qənaətinə gəlmək üçün kifayət hesab edilə bilməz. Məhkəmə bu qənaətə həmçinin ona görə gəlir ki, həmin kitabdan çıxarışlarda 24-27 sentyabr 2018-ci il tarixlərdə iddiaçının ezamiyyətdə olduğu göstərilmiş, lakin işdəki sübutlarla iddiaçının həmin tarixlərdə xidməti tapşırığı yerinə yetirmək üçün ezamiyyətdə deyil, ambulator müayinədə olduğu müəyyən edilmişdir. Beləliklə, işin istinad edilən hallarına əsasən iddiaçının ezamiyyətdə olduğu müddətlər üçün ona ezamiyyə xərclərinin tam ödənilməsi müəyyən edildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova