Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2068/2025 17.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********3184617 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının yoxlanılan dövr üzrə mənfəət vergisi öhdəliyi təhlil edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə” 55 saylı Qərarı (bundan sonra - 55 N-li qərar) tətbiq edilərək şərti rentabellik norması əsasında əlavə vergi öhdəliyi hesablanmış və Vergi Məcəlləsinin (bundan sonra - Məcəllə) 58-ci maddəsinə əsasən hesablanmış vergi məbləğinin 50%-i həddində maliyyə sanksiyası tətbiq edilmişdir. Məcəlləyə edilmiş və 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minən dəyişikliklərə əsasən həmin Məcəllənin 67.14-cü və 83.9-cu maddələri ləğv edilmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında istinad verilən 55 N-li qərarın tətbiqi mexanizmi də öz qüvvəsini itirmişdir. Çünki 55 N-li qərarın l-ci maddəsində də qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır. Nəticə etibarilə, vergitutmanın bu və ya digər elementini müəyyən etməyən, yalnız Məcəllədə göstərilən hallarda verginin hesablanma qaydasını təsbit edən normaya və qüvvədən düşmüş normativ hüquqi akta istinad qanunsuz və əsassızdır. Nazirlər Kabinetinin sözügedən qəran qüvvədə olsa idi belə, Cavabdeh tərəfindən həmin qərarın tətbiq edilmə əsasları düzgün müəyyən edilməmişdir. Belə ki, 55 nömrəli qərar ilə təsdiq edilmiş Qaydalarda vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını aşağıdakı iki üsulla verginin hesablanması mexanizmi müəyyən edilmişdir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında; vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının həyata keçirilməsi zamanı xx.xx.2023-cü il tarixli **********175091 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokola əsasən yuxanda qeyd olunan sənədlər, habelə digər tələb okınan məlumatlar yoxlamaya təqdim edilmiş və burada görülən işlərin və istifadə olunan bütün materiallann tam siyahısı təqdim olunmuşdur. Bundan əlavə yoxlanılan dövrdə İddiaçı ilə mülki münasibətlərə daxil olan (istər sifarişçi, istərsə də podratçı) şəxslər Azərbaycan Respublikasının rezidentləri olduğu üçün onlarla münasibətlər də Məcəllənin 16.1.11-6-cı maddəsinə uyğun olan elektron qaimə-fikturalarla təsdiq edilmişdir. İddaçı tərəfindən görülən işlərə sərf olunmuş materialların alış sənədləri (elektron qaimə-fakturalar, yük gömrük bəyannamələri), habelə həmin materialların məhz işin hansı həcminə münasibətdə istifadə olunmasını təsdiq edən Forma 1, Forma 2 və Forma 3-lərin mövcudluğuna baxmayaraq Cavabdeh xərc sənədlərinin olmadığı qənaətinə gəlmişdir. Cavabdeh Aktda məhz materialların aylar üzrə silgisinin mövcud olmamasını əsas gətirərək, bütün digər yuxanda sadalanan xərc sənədlərini, qanunvericiliyə uyğun qaydada tərtib və təsdiq olunmasına baxmayaraq çəkilmiş xərclərin əsası kimi qəbul etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində matcriallann adbaad təqvim ayları üzrə silgisinin uçotunun aparılması ilə bağlı imperativ norma müəyyən olunmamışdır. O da qeyd edilməlidir ki. 2020-ci ildən Məcəlləyə edilən dəyişikliyə əsasən ƏDV məqsədləri üçün dövriyyə müəyyən edilərkən ödəmə əsas götürülür. Yəni əməliyyatın baş verdiyi tarix işin təhvil verilmə tarixi deyil, təhvil verilmiş işə görə ödənişin alındığı tarixdir. Bu prinsipin isə mənfəət vergisi məqsədləri üçün tətbiq edilməsi yolverilməzdir. Qərara əsasən, vergi ödəyicisinin 2021-ci ilin yanvar ayında məcmu gəliri 1.195.211,95 manat, fəaliyyəti birbaşa neft-qaz sektoruna aid olan Heydər Əliyev adına X5 (bundan sonra - SOCAR) əldə etdiyi gəliri isə 657.802,17 manat, yəni məcmu gəlirlərin 50%-dən çox olmuşdur. Halbuki, İddiaçı SOCAR ilə 5 may 2021-ci il tarixində müqavilə imzalamış və həmin tarixdən sonra işlər görməyə, xidmətlər göstərməyə başlamışdır. İddiaçının sözügedən layihə üzrə ilk gəlirləri 2021-ci ilin avqust ayında yaranmışdır. Beləliklə, yoxlama zamanı İddiaçının gəlirləri süni şəkildə dəyişdirilərək neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə aid edilmiş və nəticədə əsassız muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və məcburi sığorta haqları hesablanmışdır. Səyyar vergi yoxlaması müddəti əsassız olaraq 2 dəfə uzadılmış (xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qərarları ilə) və 5 dəfə müvəqqəti dayandırılmışdır (xx.xx.2023-cü il, xx.xx.2023-cü il. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə). Daha sonra Cavabdeh tərəfindən əlavə vergi yoxlaması tədbirləri barədə qərar verilərək yenidən yoxlama 30 gün uzadılmışdır. Bu müddət ərzində isə yoxlayıcı iddiaçıdan hər hansı əlavə məlumat tələb etməmiş, İddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektinə gəlməmiş və iddiaçının iştirakını təsdiq edən heçbir yoxlama hərəkətini icra etməmişdir. Cavabdeh 1 ilə yaxın müddətdə səyyar vergi yoxlaması həyata keçirməklə vergi qanunvericiliyinin prossesual normalarını pozmuş və iddiaçının sahibkarlıq fəaliyyətinə süni maneələr yaratmışdır. Prossesual pozuntunun davamı olaraq, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********176588 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və mütəxəssis tərəfindən xx.xx.2023-cü il tarixində rəy verməkdən imtina edilmişdir. Bu müddət ərzində də, mütəxəssis dəvət edilməsi əsas götürülərək yoxlama 3 ay müddətinə dayandırılmışdır, imtina səbəbi olaraq isə yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun, istifadə olunmuş mal-materialların miqdarının müəyyən edilməsi üçün bir rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığından mütəxəssis araşdırmasının keçirilməsi mümkün olmadığı bildirilmişdir. Halbuki, yoxlamaya sifarişçilərlə olan bütün müqavilələr, Forma 2 və Forma 3-lər tam şəkildə təqdim edilmişdir Təqdim edilmiş sənədlərdə icra edilmiş işlərin texniki parametrləri tam aydın şəkildə göstərilmişdir.
3. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında (VÖEN: **********) xx.xx.2020xx.xx.2023-cü il dövrü əhatə olunmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172073 nömrəli qərarı ilə səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********173604 nömrəli Aktla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********184617 nömrəli qərar qəbul edilmiş, filiala 1113725,38 manat mənfəət vergisi, 8257,86 manat əlavə dəyər vergisi, 1374541,18 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, 1282113.86 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisəyə təqdim olunmuş xx.xx.2023cü il tarixli **********172106 nömrəli tələbnamədə qeyd olunan, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə tərtib olunmuş Forma-2 üzrə silinmiş mal-material sərfiyyatını təsdiq edən sənədlər (mal-materialların hərəkəti, mal-material sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri və s.) yoxlamaya təqdim edilməmişdir. Təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli aktda (sənədlərin qismən təqdim edilməsi haqqında) qeyd olunmuş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən Forma-2 üzrə silinmiş mal-materiallar məlumatları təqdim ediləcəyi bildirilsə də, buna əməl olunmamışdır. Vergi ödəyicisi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********302500 nömrəli izahat məktubunda hər bir Forma-2 üzrə mal-materialların faktiki silgisi üzrə material hesabatının tərtib edilməsə də, uçotunun aparıldığı bildirilmişdir. Lakin yoxlamaya təqdim olunmuş mal-materialların dövriyyə qalıq cədvəllərinin hansı məlumatlar əsasında tərtib edildiyini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi.
5. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
7. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1).
8. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********172073 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Technicon Fzco" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 - mart 2023 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.
9. Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********209600 nömrəli bildirişdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172073 nömrəli qərarına əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı fililaı üzrə Vergi məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020- mart 2023-dək vergi dövrləri əhatə edilməklə xx.xx.2023 tarixdən 30 iş günü müddətinə növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur.
10. KY231923502 nömrəli xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 38-ci maddəsi göstərilmişdir.
11. xx.xx.2024-cü il tarixli, **********173604 nöməli səyyar vergi yoxlaması aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023 tarixli **********172073 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahələrinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X3 tərəfindən İddiaçı (VÖEN **********) üzrə siyahısı verilən tədiyyə və dövrlərdə Vergilər Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbətir səyyar vergi yoxlaması aparılmışdır. Akta əsasən: -1.1. Yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatdırılmışdır. -1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq sair ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olmuşdur. Müəssisənin gəlirləri tikinti-quraşdırma işlərindən formalaşmışdır. Müəssisə yoxlama ilə əhatə olunan dövrdə təmir-tikinti fəaliyyəti ilə məşğul olduğu üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən xx.xx.2020-cı il tarixli İN/L 66/2020 nömrəli xüsusi razılıq (lisenziya) almışdır. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən Heydər Əliyev adına Neft emalı Zavodu ilə bağlanmış müqavilə əsasında zavodun ərazisində hər birinin tutumu min kubm olan 2 ədəd dizel yanacağı rezervuarı, hər birinin tutumu 23.5 min kubm. Olan 2 ədəd benzin rezervuarı, hər birinin tutumu 18.5 min kubm olan2 ədəd kerosin rezervuarı tikilmiş, "Texnikas Reunidas" şirkətinin sifarişi əsasında zavodun ərazisində proseslərə nəzarət və idarəetmə binası və s. tikinti işləri yerinə yetirilmişdir. Neft məhsulları rezervuarlannın tikintisində həm yerli, həm də xarici mütəxəssilər çalışmış, işçilərə ümumilikdə 7161188.47 manat əmək haqqı hesablanmışdır. Vergi ödəyicisinin 2021-ci ilin yanvar ayında məcmu gəliri 1195211.95 manat, faəliyyəti birbaşa neft-qaz sektoruna aid olan Heydər Əliyev adına X5 əldə etdiyi gəliri isə 657802,17 manat, yəni məcmu gəlirlərin 50%-dən çox olmuşdur. Beləliklə də meyarların 2.1.2.2 bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektoruna aid edilməli və 2021-ci ilin fevral ayından etibarən fiziki şəxsləri muzdlu işdən aylıq gəlirlərindən vergi Məcəllənin 101.1-ci maddəsinin tələbləri tətbiq olunmaqla hesablanmalıdır. -1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası keçirilməmişdir. - 1.9.3. Vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilməsi. Vergi ödəyicisinin fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən H.Əliyev adına X7 ərazisində həyata keçirdiyi tikinti işlərinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilmiş və nəticəsi xx.xx.2023-cü il tarixli **********175090 nömrəli protokolla rəsmiləşdirilmiş həmin tarixdə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsii tərəfindən imzalanmışdır. Baxış zamanı müəyyən olundu: Vergi ödəyicisi tərəfindən H.ƏLiyev adına X7 ərazisində 2 ədəd dizel yanacağı rezervuarı, hər birinin tutumu min kubm, 2 ədəd hər birinin tutumu 23.5 min kubm. olan benzin rezervuarı, 2 ədəd hər birinin tutumu 18.5 min kubm olan kerosin rezervuarı tikilmişdir. Tikinti işləri tam başa çatdırılmışdır. Təyinatı üzrə rezervuarlardan bir ədədi müvafiq olaraq neft məhsulu ilə doldurulmuşdur. Vergi ödəyicisi tərəfindən zavodun ərazisində "Texnikas Reunidas" şirkətinin sifarişi əsasında proseslərə nəzarət və idarəetmə binası tikilib istismara verilmişdir. Zavod tərəfindən vergi ödəyicisinin fəaliyyətini həyata keçirmək üçün tikilən rezervuarların yaxınlığında müvəqqəti yığma konstruksiyadan ibarət iki mərtəbəli panel ofislə təmin olunmuşdur. Ofis işçilərin fəaliyyət göstərməsi üçün ofis avadanlığı və mebellə təmin edilmişdir. Yığma panel ofis, mebel və avadanlıqlar vergi ödəyicisinin balansındadır. Ofis sahəsi vergi orqanında qeydiyyata alınmamışdır. Uçot-baza məlumatlarına əsasən eyni zamanda vergi ödəyicisinin AZ1029, ünvan 2 ünvanında sahəsi 24 kvm olan ofis obyekti qeydiyyatdadır. Vergi ödəyicisinin nümayəndəsinin ofis sahəsinin istifadə olunmadığı və bağlı olduğu haqda şifahi bildirişinə əsasən qeyd olunan ünvanda baxış keçirilməmişdir. - 1.9.5. Mütəxəssisin dəvət edilməsi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin tərkibində xx.xx.2020-ci il tarixdən (ƏDV dövrü üzrə xx.xx.2020ci il tarixdən) xx.xx.2023-cü il tarixədək olan dövr üzrə yerinə yetirilmiş işlərin tərkibində normativ əmək tutumunun, istifadə olunmuş mal-materialların (armatur, beton, alüminium metal konstruksiyalar, metal vərəqlər, ikitavr profillər) miqdarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixli **********176588 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmış və “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi X1 mütəxəssis kimi dəvət edilmişdir. “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********72100 nömrəli məktuba əsasən yerinə yetirilmiş işlərin tərkibində normativ əmək tutumunun, istifadə olunmuş mal-materialların miqdarının müəyyən edilməsi üçün bir rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığından mütəxəssis araşdırmasının keçirilməsi mümkün olmadığı səbəbindən rəy verməkdən imtina edilmişdir.
2. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: 2.1. Vergilər üzrə: Mənfəət vergisi: Yoxlama zamanı təqdim olunmuş xx.xx.2023-cü il tarixli **********172106 nömrəli tələbnamədə qeyd olunan, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların layihələr üzrə tərtib olunmuş forma2 üzrə silinmiş mal-material sərfiyyatını təsdiq edən sənədlər (mal-materialların hərəkəti, mal-material sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri və s.) yoxlamaya təqdim edilməmişdir. Təqdim olunmuş sənədlər xx.xx.2023-cü il tarixli aktda (sənədlərin qismən təqdim edilməsi haqqında) qeyd olunmuş, vergi ödəyicisinin nümayəndəsi tərəfindən forma 2 üzrə silinmiş mal-materiallar məlumatları təqdim ediləcəyi bildirilsə də, buna əməl olunmamışdır. xx.xx.2023-cü il tarixli **********174325 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərara əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli **********175091 nömrəli protokol üzrə götürülmüş sənədlərin siyahısı tərtib olunmuş, malmaterialların hərəkəti, layihə üzrə materialların təqdim edilməsindən imtina haqqında xx.xx.2023-cü il tarixli imtina aktı tərtib olunmuşdur. Vergi ödəyicisi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********302500 nömrəli izahat məktubunda hər bir forma 2 üzrə mal-materialların faktiki silgisi üzrə material hesabatının tərtib edilməsə də, uçotunun aparıldığı bildirilmişdir. Lakin yoxlamaya təqdim olunmuş mal-materialların dövriyyə qalıq cədvəllərinin hansı məlumatlar əsasında tərtib edildiyini yoxlama ilə müəyyən etmək mümkün olmamışdır. Beləliklə də, yoxlama ilə xərclərin tərkibində mal-material sərfiyyatını və ümumilikdə xərcləri müəyyən etmək mümkün olmamışdır. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən gəlir və xərclərinin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə Vergi və uçot risklərinin təhlili idarəsinə xx.xx.2023-cü il tarixli **********299000 nömrəli məktub ünvanlanmışdır. Baş İdarənin Vergi və uçot risklərinin təhlili idarəsinin xx.xx.2023-cü il tarixli **********880200 nömrəli cavab məktubunda "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) tərəfindən təmir-tikinti və neft saxlama çənlərinin tikintisi fəaliyyəti üzrə gəlir və xərclərin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən araşdırma aparıldığı, lakin, anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyənləşdirilmədiyi qeyd olunmuşdur. Beləliklə də yoxlama üçün naməlum olan gəlirlərin və ya xərclərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi analoji məlumatlar əldə etmək mümkün olmadığı üçün hesablamaların aparılması zamanı analoji müəssisə məlumatlarından istifadə edilməmişdir. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyənnamələrinə kameral münasibət bildirilməklə 2020-ci ildə gəlirləri tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən 4885218,05 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 23559.49 manat, xərcləri 5581732,93 manat (o cümlədən, əmək haqqı 1174825,38 manat, sosial-sığorta haqqı 191063,82 manat, xammal və materiallar 2004380,56 manat, icarə haqqı 135179,68 manat, yanacaq xərcləri 7066,74 manat, rabitə xərcləri 40268,77 manat, bank xidməti xərci 17587,34 manat, reklam xərcləri 340.0 manat, bilavasitə malların təqdim edilməsi işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər 1397623,12 manat, borca görə faizlər və onunla bağlı xərclər 2958,33 manat, amortizasiya xərcləri 24426,28 manat, nəqliyyat xərcləri 362043,31 manat, digər xərclər 189937,64 manat, gəlirdən çıxılan vergi və yığımlar 129,56 manat), zərəri 720074,37 manat, vergiyə cəlb edilən mənfəət 0,0 manat təşkil etmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159 və 166-cı maddələrinin müddəaları nəzərə alınmaqla 2020-ci ildə gəlirlər 6690991,72 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 23559.49 manat, çıxılmalardan sonra ümumi gəlir 6667432.23 manat olduğu müəyyən edildi. 2020-ci il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların hərəkəti, layihələr üzrə yerinə yetirilmiş işlərə görə tərtib olunmuş Forma2 üzrə malmaterial sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri (mal-materialların hərəkətini təsdiq edən ciddi hesabat blankları, silgi cədvəllləri, texniki hesabat sənədləri yoxlamaya təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Beləliklə də vergi ödəyicisinin 2020-ci il üzrə xərclərinin müəyyən olunması mümkün olmadığı üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. (G) 6667432.23 M =--------------------------- X 20 (R) = 1111238.71 manat 100+20 (R) M - vergi ödəyicisinin mənfəəti, G - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. 2020-ci il üzrə hesablanmış 1111238.71 manat mənfəətdən 2019-cu ilin 13757.24 manat zərəri çıxılmaqla 219496.29 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış 0.0 manat mənfəət vergisi nəzərə alınmaqla 219496.29 manat əlavə vergi hesablandı. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyənnamələrinə kameral münasibət bildirilməklə 2021-ci il üzrə gəlirlərı tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən ********.73 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 5420.23 manat, çıxılmaardan sonra ümumi gəlir ********.50 manat, xərcləri 15307406,95 manat (o cümlədən, əmək haqqı 2082781,93 manat, sosial-sığorta haqqı 376348,94 manat, xammal və materiallar 7879539,21 manat, icarə haqqı 62521,00 manat, enerji xərcləri 3778,01 manat, yanacaq xərcləri 58574,68 manat, su və kanalizasiya xərcləri 984,74 manat, rabitə xərcləri 67744,49 manat, bank xidməti xərci 67829,58 manat, bilavasitə malların təqdim edilməsi işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər 2454406,65 manat, amortizasiya xərcləri 307987,87 manat, nəqliyyat xərcləri 881776,82 manat, sığorta xərcləri 34 039.43 manat, digər xərclər 1021581,50 manat, gəlirdən çıxılan vergi və yığımlar 7512,10 manat), zərəri 5661883,29 manat, gəlirdən çıxılmayan xərcləri 1317369,51 manat təşkil etmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159 və 166-cı maddələrinin müddəaları nəzərə alınmaqla 2021-ci ildə gəlirlər 14544547,73 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 5420.23 manat, çıxılmalardan sonra ümumi gəlir ********.28 manat olduğu müəyyən edildi. 2021-ci il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların hərəkəti, layihələr üzrə yerinə yetirilmiş işlərə görə tərtib olunmuş Forma2 üzrə malmaterial sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri (mal-materialların hərəkətini təsdiq edən ciddi hesabat blankları, silgi cədvəllləri, texniki hesabat sənədləri yoxlamaya təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Beləliklədə vergi ödəyicisinin 2021-ci il üzrə xərclərinin müəyyən olunması mümkün olmadığı üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. ********.50(G) M =--------------------------- x 20 (R) = 2423187.92 manat 100+20 (R) 2021-ci il üzrə hesablanmış 2423187.92 manat mənfəətdən 484637.58 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış 0.0 manat mənfəət vergisi nəzərə alınmaqla 484637.58 manat əlavə vergi hesablandı. Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələrinə kameral münasibət bildirilməklə 2022-ci ildə gəlirləri tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən 17460734,26 manat, xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi 21590,72 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 8150.81 manat, əvvəllər gəlirdən çıxılmış ümidsiz borcların ödənilməsindən gəlir 2807,98 manat olmaqla, ümumilikdə ********.15 manat, xərcləri 16733204,02 manat (o cümlədən, əmək haqqı 3588008,40 manat, sosial-sığorta haqqı 656325,52 manat, xammal və materiallar 5948799,19 manat, icarə haqqları 295038,89 manat, enerji xərcləri 29921,55 manat, yanacaq xərcləri 112830,51 manat, su və kanalizasiya xərcləri 1251,69 manat, rabitə xərcləri 21780,61 manat, bank xidməti xərci 84528,96 manat, bilavasitə malların təqdim edilməsi işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər 5406199,23 manat, borca görə faizlər 58836,09 manat, amortizasiya xərcləri 249268,59 manat, təmir xərcləri 5463,31 manat, sığorta üzrə xərcləri 38560,38 manat, digər xərclər 223659,45 manat, gəlirdən çıxılan vergi və yığımlar 12731,65 manat), zərər 743778.13 manat təşkil etmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 159 və 166-cı maddələrinin müddəaları nəzərə alınmaqla 2022-ci ildə gəlirlər tikinti quraşdırma işlərinin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən ********.33 manat, xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi 21590,72 manat, xarici valyutanın manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 8150.81 manat, çıxılmalardan sonra ümumi gəlir ********.24 manat olduğu müəyyən edildi. Əvvəllər gəlirdən çıxılmış ümidsiz borcların ödənilməsindən əldə olunmuş 2807.98 manat gəlir məbləği öz təsdiqini tapmadığı üçün ümumi gəlirdən azaldıldı. Yoxlama zamanı 2022-ci il üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı mal-materialların hərəkəti, layihələr üzrə yerinə yetirilmiş işlərə görə tərtib olunmuş Forma 2 üzrə mal-material sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri (mal-materialların hərəkətini təsdiq edən ciddi hesabat blankları, silgi cədvəllləri, texniki hesabat sənədləri) yoxlamaya təqdim edilmədiyi üçün xərcləri müəyyən etmək mümkün olmamışdır. Beləliklə, də vergi ödəyicisinin 2022-ci il üzrə xərclərinin müəyyən olunması mümkün olmadığı üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. ********.24 (G) M =---------------------------x 20 (R) = 2047957.54 manat 100+20 (R) Beləliklə, səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə hesablanmış 2047957.54 manat mənfəətdən 409591.51 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış 0.0 manat mənfəət vergisi nəzərə alınmaqla 409591.51 manat əlavə vergi hesablandı. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cu maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2020-ci ildə 219496.29 manat, 2021ci ildə 484637.58 manat, 2022-ci ildə 409591.51 manat olmaqla, ümumilikdə 1113725.38 manat azaldılması müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 1113725.38 manat mənfəət vergisi məbləğinə 50 % miqdarında 556862.7 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Əlavə dəyər vergisi: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş, xx.xx.2018-cı il tarixli **********2 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi almış və bildiriş xx.xx.2018-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlanılan dövrün əvvəlindən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ƏDV bəyannamələri təqdim edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olundu: Yoxlama ilə müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən ƏDV-nə cəlb olunan dövriyyələrin düzgün müəyyən edilməməsi səbəbindən ƏDV tutulan dövriyyə 2022-ci ildə 19798.75 manat, 2023-cü ildə 1789.94 manat olmaqla, ümumilikdə 21588.63 manat artıq göstərilmiş və ƏDV 3885.94 manat artıq hesablanmışdır. Vergi ödəyicisi tərəfindən əldə edilmiş YGB və EQF üzrə əvəzləşdirilmiş ƏDV məbləğlərinin düzgünlüyü yoxlanılarkən müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə əldə edilmiş VHF və EQF əsasında 2964271,05 manat, YGB üzrə idxalda ödənilmiş 1907707,48 manat olmaqla ümumilikdə 4880236.52 manat ƏDV əvəzləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən mehmanxana xidmətləri, ərzaq və yemək üçün əldə edilmiş 2021-ci ildə 19 elektron qaimə-faktura üzrə 7233.51 manat ƏDV məbləği (xx.xx.2020-ci il tarixli EBAV 646254 nömrəli EQF üzrə 1188.72 manat, xx.xx.2020-ci il tarixli EBAt 256083 nömrəli EQF üzrə 1164.24 manat, xx.xx.2020-ci il tarixli EBAT 061530 nömrəli EQF üzrə 450.54 manat, xx.xx.2021-ci il tarixli EBAW 802383 nömrəli EQF üzrə 1008.0 manat, xx.xx.2020-ci il tarixli EBAV 187819 nömrəli EQF üzrə 451.79 manat, xx.xx.2021-ci il tarixli EBAW 812939 nömrəli EQF üzrə 451.24 manat, xx.xx.2021-ci il tarixli EBBA 913942 nömrəli EQF üzrə 450.81 manat, xx.xx.2021-ci il tarixli EBBD 859373 nömrəli EQF üzrə 21.8 manat, xx.xx.2021-ci il tarixli EBAZ 192493 nömrəli EQF üzrə 450.28 manat, xx.xx.2021-ci il tarixli EBBE 362807 nömrəli EQF üzrə 43.6 manat, xx.xx.2021-ci il tarixli EBBE 055234 nömrəli EQF üzrə 4.58 manat, xx.xx.2021-ci il tarixli EBBC 666281 nömrəli EQF üzrə 0.18 manat, xx.xx.2021-ci il tarixli EBBE 111018 nömrəli EQF üzrə 450.0 manat, xx.xx.2021-ci il tarixli EBAY 060804 nömrəli EQF üzrə 450.99 manat, xx.xx.2021-ci il tarixli EBBB 780318 nömrəli EQF üzrə 450.32 manat, xx.xx.2021-ci il tarixli EBBD 803674 nömrəli EQF üzrə 63.0 manat, xx.xx.2021-ci il tarixli EBBD 182740 nömrəli EQF üzrə 21.6 manat, xx.xx.2021-ci il tarixli EBBH 667640 nömrəli EQF üzrə 12.42 manat, xx.xx.2021-ci il tarixli EBBH 461375 nömrəli EQF üzrə 99.4 manat), 2022-ci ildə 3 elektron qaiməfaktura üzrə 1024.34 manat ƏDV məbləği (xx.xx.2022-ci il tarixli EBBQ 562126 nömrəli EQF üzə 935.1 manat, xx.xx.2021-ci il tarixli EBBQ 038075 nömrəli EQF üzrə 85.57 manat, xx.xx.2021-ci il tarixli EBBP 038067 nömrəli EQF üzrə 3.67 manat) olmaqla, ümumilikdə 8257.85 manat ƏDV əvəzləşdirilmişdir. Yoxlama ilə Vergi Məcəlləsinin 109.3 və 175.3 maddəsinin tələbinə əsasən 8257.85 manat ƏDV əvəzləşməsi ləğv edildi. Beləliklə, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməli ƏDV-nin 2020-ci ildə 674.96 manat artıq, 675.03 manat əskik, 2021-ci ildə 15384.44 manat artıq, 22617.74 manat əskik, 2022-ci ildə 3563.77 manat artıq, 1024.49 manat əskik olmaqla ümumilikdə 8257.86 manat (243xx.xx-16059.4) azaldıldığı müəyyən olundu. Yoxlama ilə müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən 2020-ci ildə 1 EQF üzrə ödənilmiş 900,0 manat ƏDV məbləği, 2021-ci ildə 12 EQF üzrə ödənilmiş 4271.88 manat ƏDV məbləği, 2022-ci ildə 20 EQF üzrə 46471.96 manat ƏDV məbləği olmaqla, ümumilikdə 51643.84 manat ƏDV malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ümumilikdə 51643.84 manat ƏDV məbləğinə 50% miqdarında, yəni 25779.14 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlanılan dövrdə əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 24317.26 manat azaldılması (ƏDV 16059.4 manat artıq, 24317.26 manat əskik hesablanmış, azaldılmış məbləğ 8257.86 manat təşkil etmişdir) müəyyən olundu və azaldılmış məbləğin 50% miqdarında, yəni 12158.64 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən ümumilikdə 1244 işçiyə 7161188.47 manat əmək haqqı hesablanmış və Vergi Məcəlləsinin 101.1.1-ci maddəsinin tələblərini tətbiq etməklə 21161.67 manat gəlir vergisi tutulmuşdur. Bütün tutulmalar çıxıldıqdan sonra işçilərə ödənilən ümumui əmək haqqı məbləği 5315446.57 manat təşkil etmişdir. 2021-ci ilin yanvar ayında vergi ödəyicisinin H.Əliyev adına X5 (neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilən) əldə etdiyi gəlirlərin miqdarı 657802.17 manat, "TECNİCAS REUNİDAS S.A." şirkətindən əldə etdiyi gəlir (qeyri-neft sektorunda fəaliyyəti olan) 537409.78 manat təşkil etmişdir. 2022 və 2023-cü ildə isə gəlirlər bütünlüklə H.Əliyev adına X5 əldə edilmişdir. Beləliklə də meyarların 2.1.2.2 bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi neft-qaz sahəsində fəaliyyət sektoruna aid edilməli və 2021-ci ilin fevral ayından etibarən fiziki şəxsləri muzdlu işdən aylıq gəlirlərindən Vergi Məcəllənin 101.1-ci maddəsinin tələbləri tətbiq olunmaqla hesablanmalıdır. Beləliklə, yoxlama ilə 2021 fevral-2023 mart dövrünə Vergi Məcəlləsinin 101.1 maddəsi tətbiq edilməklə ödənilmiş əmək haqqı məbləğinin üzərinə tutulmalı olan 1374541.18 manat vergilər (gəlir vergisi 1116440.3 manat, sosial-sığorta haqqı 184354.52 manat, işsizlik sığortası 7374.8 manat, icbari tibbi sığorta 66371.56 manat) gəlinməklə hesablanmalı olan əmək haqqı məbləğinin 6735483.91 manat təşkil etməli olduğu müəyyən edildi. Hesablamış əmək haqqı məbləğinə Vergi Məcəlləsinin 101.1 maddəsinə əsasən 1125856.93 manat gəlir vergisi hesablandı və vergi ödəyicisi tərəfindən bu dövrdə hesablanmış 9416.63 manat gəlir vergisi nəzərə alınmaqla verginin 1116440.30 manat azaldıldığı müəyyən olundu. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 1116440.30 manat məbləğə 50 % miqdarında 558220.15 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Sosial-sığorta haqqlannın yoxlanılması üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2080846.20 manat, fevral 2021-mart 2023 dövrü üçün isə 1498022.38 manat sosial-sığorta haqqı hesablanmışdır. Yoxlama ilə həmin dövr üçün hesablanmalı olan 6735483.91 manat əmək haqqı məbləğinə 1682376.90 manat sosial-sığorta haqqı (sığortaedənin hesabına 1497330.21 manat, sığortaolunanın hesabına 211893.83 manat) hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış 1498022.38 manat sosial-sığorta haqqı nəzərə alınmaqla verginin 184354.52 manat azaldıldığı müəyyən olundu. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 184354.52 manat məbləğə 50 % miqdarında 92177.26 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. İşsizlik sığortasının yoxlanılması üzrə: Yoxlama ilə hesablanmalı olan 6735483.91 manat əmək haqqı məbləğinə 67295.04 manat işsizlik sığortası haqqı (sığortaedənin hesabına 33647.52 manat, sığortaolunanın hesabına 33647.52 manat) hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış 59920.24 manat sosial-sığorta haqqı nəzərə alınmaqla verginin 7374.80 manat azaldıldığı müəyyən olundu. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 7374.80 manat məbləğə 50 % miqdarında 3687.40 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. İcbari tibbi sığortanın yoxlanılması üzrə: Yoxlama ilə hesablanmalı olan 6735483.91 manat əmək haqqı məbləğinə 263636.5 manat icbari tibbi sığorta haqqı (sığortaedənin hesabına 131818.25 manat, sığortaolunanın hesabına 131818.25 manat) hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış 197264.94 manat sosial-sığorta haqqı nəzərə alınmaqla verginin 66371.56 manat azaldıldığı müəyyən olundu. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2023-cü ilin 1-ci rübü üçün müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi sosial sığorta, işsizlikdən söğorta və icbari tibbi sığorta haqqları üzrə hesabatda xarici əməkdaşların gəlirlərindən 15.15 USD ödəmə mənbəyindən vergi hesablanmışdır. Lakin həmin dövr üzrə xarici əməkdaşlara valyutada əmək haqqı hesablanmadığı nəzərə alaraq kameral yoxlama ilə ödəmə mənbəyində hesablanmış 15.15 USD vergi məbləği azaldılmışdır. Yoxlamaya təqdim olunmuş əmək haqqı hesablama cədvəllərinə və əmək haqqı ödəniş sənədlərinə əsasən əməkdaşlara xarici valyuta ilə əmək haqqı hesablanması və ödənilməsi halı müəyyən olunmadı və kameral azaldılmış vergi məbləğ öz təsdiqini tapdı. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 66371.56 manat məbləğə 50 % miqdarında 33185.78 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur.
12. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********184617 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024 tarixli **********173604 nömrəli aktına və xx.xx.2024 tarixli **********374900 nömrəli sənədə əsasən iddiaçının cəmi azaldılmış vergi - 2 512 583.82 manat, artıq hesablanmış vergi - 16 059.4 manat, fərq: əlavə hesablanmış – 2 496 524.42 manat, maliyyə sankiyası – 1 282 113.86 manat olmaqla, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Qərarda səyyar vergi yoxlaması aktında qeyd edilənlər təkrarlanmışdır
13. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir.
14. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı bu tələbində qismən haqlıdır.
Mənfəət vergisi üzrə
15. Belə ki, işdə olan SOCAR-ın 27 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, NEZ və "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli HS-204/2-21 nömrəli müqavilə üzrə hazırlıq işləri 2021-ci ilin aprel ayından etibarən başlanılmışdır. Tikinti işlərinin görülməsi məqsədilə 2021-ci ilin may ayında 1-ci sahə podratçıya (Technicon FZCO) təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə isə mexaniki işlər başa çatdırılmışdır. Bütövlükdə, müqavilədə nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsi prosesi yekunlaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə yekun qəbul aktı imzalanmışdır.
16. SOCAR-ın 16 mart 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, NEZ və “Technicon FZCO şirkəti arasında xx.xx.2022-ci il tarixli HS-503/2-22 nömrəli müqavilə bağlanılmışdır. Bu müqavilə üzrə xidmətlərin göstərilməsinə xx.xx.2022-ci il tarixdən etibarən başlanmışdır. Podratçı (Technicon FZCO) şirkət tərəfindən tikinti işləri xx.xx.2023-cü il tarixdə tamamlanmış və bununla bağlı tərəflər arasında xx.xx.2024-cü il tarixdə görülmüş işlərin təhvil-təsliminə dair texniki qəbul şəhadətnaməsi imzalanmışdır.
17. Həmçinin səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı tərəfindən yoxlanılan dövrdə Heydər Əliyev adına Neft emalı Zavodu ilə bağlanmış müqavilə əsasında zavodun ərazisində hər birinin tutumu min kubm olan 2 ədəd dizel yanacağı rezervuarı, hər birinin tutumu 23.5 min kubm. olan 2 ədəd benzin rezervuarı, hər birinin tutumu 18.5 min kubm olan 2 ədəd kerosin rezervuarı tikilmiş, "Texnikas Reunidas" şirkətinin sifarişi əsasında zavodun ərazisində proseslərə nəzarət və idarəetmə binası və s. tikinti işləri yerinə yetirilmişdir.
18. Cavabdeh iddiaçının yerinə yetirdiyi bu işlərə görə vergi hesablayarkən onun malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı malmaterialların hərəkəti, layihələr üzrə yerinə yetirilmiş işlərə görə tərtib olunmuş Forma 2 üzrə mal-material sərfiyyatını təsdiq edən uçot və hesabat sənədləri (mal-materialların hərəkətini təsdiq edən ciddi hesabat blankları, silgi cədvəllləri, texniki hesabat sənədləri) yoxlamaya təqdim etmədiyinə istinad edərək, xərclərin müəyyən edilməsinin mümkün olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən mənfəəti hesablayaraq, əlavə vergi hesablamışdır.
19. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Ehtiyatlar üzrə” kommersiya təşkilatları üçün 8 №li milli mühasibat uçotu standartına əsasən ehtiyatlara aşağıdakı aktivlər aiddir: (a) müəssisənin adi fəaliyyəti zamanı satış məqsədilə saxlanılan; (b) satış üçün istehsal prosesində hazırlanmaqda olan; və ya (c) istehsal və ya xidmlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar formasında çıxış edən.
20. Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən: 139.1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. 139.3. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər. 139.4. Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.
21. İstinad edilən normalara görə istehsal və ya xidmətlərin göstərilməsi prosesində sərf edilən xammal və materiallar ehtiyatlara aiddir və vergi ödəyicisi həmin malların fərdi uçotunu aparmalıdır.
22. İşdən görünür ki, iddiaçı apardığı tikinti fəaliyyəti ilə bağlı ehtiyatına aid olan sərf etdiyi mal-materialı xərcə daxil etsə də, həmin mal-materialın faktiki sərfiyatını təsdiq edən uçotu aparmamış, bununla bağlı hesabat sənədlərini nə cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir.
23. Məhkəmə iclasında silinmiş mal-material sərfiyatını təsdiq edən uçotun aparılmaması nəzərə alınaraq, tikintinin maya dəyərinin hansı sənədlər əsasında müəyyən edilməsi ilə bağlı vergi ödəyicisinə sübutlar təqdim edilməsi təklif edilmiş, vergi ödəyicisi isə yalnız yerinə yetirilmiş işlərin qəbul aktını təqdim etməklə kifayətlənmişdir, hansı ki, bu sənədlər ehtiyatın uçotunun aparılması üzrə sənədləri əvəz edə bilməz.
24. Belə ki, Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Məcəllənin 71.2-ci maddəsinə görə vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.
25. Qanunvericiliyin istinad olunan normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı mal-material sərfiyatını təsdiq edən uçot və hesabat sənədlərini təqdim etmədiyindən, cavabdeh iddiaçının təqdim etdiyi sənədləri xərc sənədi kimi qəbul etməməkdə haqlı olmuşdur.
26. Cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilməklə mənfəəti müəyyən etməsinə gəldikdə, məhkəmə qeyd edir ki, yoxlama aparılan dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
27. İşdən görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) tərəfindən təmir-tikinti və neft saxlama çənlərinin tikintisi fəaliyyəti üzrə gəlir və xərclərin əlaqəli məlumatlar əsasında müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən araşdırma aparılmış, lakin, anoloji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyənləşdirilməmiş, həmçinin “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli **********72100 nömrəli məktuba əsasən yerinə yetirilmiş işlərin tərkibində normativ əmək tutumunun, istifadə olunmuş mal-materialların miqdarının müəyyən edilməsi üçün bir rəsmi normativ sənəd, digər vacib olan amillər məlum olmadığından mütəxəssis rəy verməkdən imtina etmişdir.
28. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı tətbiq edilməklə mənfəəti müəyyən etməkdə haqlı olmuşdur.
29. İddiaçı iddia ərizəsində Vergi Məcəlləsinin 83.9-cu maddəsinin xx.xx.2024-cü ildən qüvvədən düşməsinə istinad etsə də, yoxlama aparılan vegi dövrü üzrə həmin norma qüvvədə olmuşdur.
Əlavə dəyər vergisi üzrə
30. Yoxlanılan vergi dövründə qüvvədə olan Vergi Məcəlləsinə əsasən: - Maddə 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. - Maddə 109.3. Əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. -maddə 175.3. Bu Məcəllənin 109.4-cü göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.
31. İşdən görünür ki, iddiaçı 2021-ci ildə mehmanxana xidmətləri, ərzaq və yemək üçün əldə edilmiş 19 elektron qaimə-faktura üzrə ƏDV məbləğini əvəzləşmişdir.
32. Həmçinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinə görə bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə görə bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
33. İşdən görünür ki, iddiaçı ƏDV-ni malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödəmiş, buna görə də cavabdeh tərəfindən maliyyə sanksiyası tətbiq edilmişdir.
34. Göstərilən normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya əlavə ƏDV hesablamaqda və maliyyə sanksiyası tətbiq etməkdə də haqlı olmuşdur.
35. İşdən görünür ki, iddiaçı da bu halları qəbul etmiş, əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə:
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”na əsasən: -bənd 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir. - bənd 2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılardır: 2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə; 2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar: 2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə; 2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən: Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
37. İşdən görünür ki, cavabdeh “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”ın 2.1.2.2-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyət sahəsi neftqaz sahəsində fəaliyyət sektoruna aid edərək, 2021-ci ilin fevral ayından etibarən fiziki şəxsləri muzdlu işdən aylıq gəlirlərindən Vergi Məcəllənin 101.1-ci maddəsinin tələbləri tətbiq olunmaqla 2021 fevral-2023 mart dövrünə Vergi Məcəlləsinin 101.1 maddəsi tətbiq edilməklə ödənilmiş əmək haqqı məbləğinin üzərinə tutulmalı olan 1374541.18 manat vergilər (gəlir vergisi 1116440.3 manat, sosial-sığorta haqqı 184354.52 manat, işsizlik sığortası 7374.8 manat, icbari tibbi sığorta 66371.56 manat) gəlinməklə hesablanmalı olan əmək haqqı məbləğinin 6735483.91 manat təşkil etməli olduğu müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən bu dövrdə hesablanmış 9416.63 manat gəlir vergisi nəzərə alınmaqla verginin 1116440.30 manat azaldıldığı müəyyən olunmuş, həmin məbləğə əlavə ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmış, maliyyə sanksiyası tətbiq edilmişdir.
38. Məhkəmə cavabdehin bu mövqeyi ilə qismən razılaşır.
39. Belə ki, hazırkı məhkəmə qərarının 15-ci bəndində də göstərildiyi kimi, NEZ və "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli HS-204/2-21 nömrəli müqavilə üzrə hazırlıq işləri 2021-ci ilin aprel ayından etibarən başlanılmışdır. Tikinti işlərinin görülməsi məqsədilə 2021-ci ilin may ayında 1-ci sahə podratçıya (Technicon FZCO) təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə isə mexaniki işlər başa çatdırılmışdır.
40. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Meyarlara istinad edərək iddiaçıya 2021-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə əlavə vergi hesablaması və maliyyə sanksiyası tətbiq etməsi qanunsuz olmuşdur. Həmin hissədə qərar ləğv edilməlidir.
41. İddiaçının 2022 və 2023-cü illərdə gəlirinin SOCRA-la bağlanmış müqavilədən yaranmasını nəzərə alan məhkəmə hesab edir ki, qərar həmin illərə münasibətdə əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanması hissəsində qanuni olmuşdur və ləöv edilməsi ümüb əsas yoxdur.
42. İşdən görünür ki, iddiaçı iddia ərizəsində cavabdehin qərarını tam mübahisələndirərkən həmçinin inzibati orqan tərəfindən prosessual normaların tələblərinin pozulmasına istinad etmişdir.
43. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 70.3-vü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə.
44. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
45. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin.
46. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın bütövlükdə ləğvi üçün əsas ola bilməz.
47. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
49. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********184617 nömrəli xx.xx.2024-cü il tarixli qərar 2021-ci il vergi dövrü üzrə əlavə hesablanmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim: Səlma Qənbərova