Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2105/2025 28.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” və iddiaçı X9, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X9, X7, "xxxx" MMC, X14 və X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı X9, X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hər iki iş üzrə icraat vahid icraatda birləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə N.Məmmədova və digərləri tərəfindən verilmiş iddia tələbinə dəqiqləşmə icraata qəbul edilərək, Bakı ş, Yasamal r, 546-cı məhəllə H.Cavid pr, 26 və Şəfayət Mehdiyev küç 19 ünvanda yerləşən 106A, m 7 saylı yaşayış sahəsinə 1/3 pay üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında iddia icraata qəbul edilmişdir. İddiaçı M.Abbasovanın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ş, Yasamal r, Landau küç, 546-cı məhəllə, 130 saylı mənzil əvvəlki mülkiyyətçi X8 olmuş, vərəsəlik qaydasında iddiaçının vərəsəlik hüququ tanınmışdır. Həmin mənzil yararsız vəziyyətə düşmüş, sökülmüş, yeni bina inşa edilmişdir. Yeni bina inşa edilmişdir ki, iddiaçı hesab edir ki, sökülən binanın əvəzində yeni binada ona verilən yeni mənzilə onun mülkiyyət hüququ rəsmiləşdirilməlidir. İddiaçı Nailə Məmmədova və qeyrisinin əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair istifadə hüquqları Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında tanınmışdır. İddiaçı hesab edir ki, həmin mənzilə paylı mülkiyyət hüququ tanınmalıdır. Həmin evdə yaşamaqdadırlar. Mənzil üzərində hüquqlar 1990-cı illərdə qüvvədə olmuş normalar əsasında tənzimlənməli və mülkiyyət hüquqları tanınmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, istismara icazə sənədində “tikinti obyektinin sahibi "xxxx" MMC göstərilmişdir. Mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd-müqavilə, maliyyə arayışı təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. N.Məmmədova və N.Abasovanın müraciətinin mövcud olmamasına münasibətdə də məhkəmə hesab edir ki, həmin hal üzrə iddianın mümkünlüyünün istisnası formal hesab edildiyindən işə mahiyyəti üzrə baxılması mümkündür. Belə ki, eyni mənzilə dair tikinti obyektinin sahibinin MMC olmasına dair imtina əsası, digər şəxslərin də müraciətləri üzrə imtinadır. Məhkəmə araşdırması gedişində də cavabdeh etirazı müdafiə etmiş, həmin dəlilə bir daha istinad edərək həmin mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatının mümkün olmamasına istinad etmişdir ki, hər iki iddia üzrə cavabdehin mövqeyini həmin mənzilə əhatələndiyi bir halda, müraciət yoxdur deyə iddianın mümkünsüzlüyü mövqeyi, məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə hazırkı halda baxılmasını istisna etməməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zəmanət məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 130 nömrəli mənzilin əvəzinə sökülməsi nəzərə alınmaqla yeni inşa edilmiş binada giriş 106A. 7 nömrəli mənzil X10 vərəsəsi İddiaçı Enrikoovnaya verilməsinə zəmanət verilir. İmtina məktubunda qeyd edilir ki, yeni inşa edilmiş binaya dair istismara icazə sənədində tikinti obyektinin sahibi "xxxx" MMC göstərilmişdir. Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzil X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və bu barədə 634 saylı reyestr kitabının 95130 səhifəsində 30/95130 qeydə alma nömrəsi ilə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. 07 yanvar 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X8 vərəsəsidir və o, miras əmlakdan irs almalıdır. Miras əmlak Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzildən ibarətdir. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, 130 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, İddia qismən təmin edilmiş, İddiaçılar X1 və X2, onun övladları X3, X4, X5 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev-19 və H.Cavid pr.26, sahəsi 104,39 kv.m olan, giriş 106A, 8ci mərtəbə, blok A, 7 saylı mənzilə istifadə hüququ tanınmışdır. İstismara icazə sənədindən görünür ki, binanın tikinti obyektinin sahibi "xxxx" MMC göstərilmişdir. Adıçəkilən binada yerləşən mənzillərə dair verilmiş çıxarış və həmin çıxarışların verilməsinə əsas olan sənədlərdən görünür ki, həmin mənzillər "xxxx" MMC ilə bağlanılmış əvəzləşmə və digər xarakterli müqavilə və aidiyyəti digər sənədlər əsasında həmin şəxslərin adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 1043-AR002 №-li arayışından görünür ki, X7, X9, X12, X11 və X13 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 19 və Hüseyn Cavid pr. 26 ünvanında yerləşən “Park Akademiya” yaşayış kompleksinin giriş 106, 8-ci mərtəbə, blok A, mənzil 7 ünvanında yaşayır. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanı 01291 nömrəli xx.xx.1960-cı il tarixli orderə, Yasamal (keçmiş Oktyabr) Rayon İcra Hakimiyyətinin 283/22 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına və Forma 2 arayışına əsasən xx.xx.1996-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil Bakı şəhəri 12 saylı notariat kontorunun 2V-01-04 reyestr nömrəli xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və sonuncunun adı ilə bağlı RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. ünvan 6 ünvanında yerləşən mənzil söküldüyü üçün hüquq sahibinin ********** nömrəli ərizəsi əsasında həmin mənzil üzərindəki hüquqları ləğv edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev və H.Cavid prospekti 26 ünvanında inşa edilmiş ümumi sahəsi 104.39 kv.m olan, giriş 106A, mərtəbə 8, blok A, mənzil 7 ünvanın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh idd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunan normaların tələbindən də göründüyü kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar buna dair hüquqmüəyyənedici sənədin təqdim edilməsi zəruridir. Hazırkı halda isə, iddia olunan mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilə bilməmişdir. Belə ki, iddia olunan mənzilə dair işin faktiki hallarından görünür ki, İddiaçı zəmanət məktubu, sökülən mənzilin onun mülkiyyətində olmasına istinad etsə də, nəzərə alınmalıdır ki, həmin sənədlərin mövcudluğu özlüyündə iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas qismində çıxış etməməkdədir. Nəzərə alınmalıdır ki, mənzilin də yerləşdiyi binanın sökülməsi və əvəzinə halhazırda iddia olunan mənzilin yeni inşa edilmiş binada iddiaçıya verilməli olması qeyd edilsə də, nəzərə alınmalıdır ki, zəmanət məktubu yuxarıda göstərilən hər hansı hüquqmüəyyənedici sənəd hesab edilmir, lakin hüquqməyyənedici sənədin verilməli olması ilə əlaqədar sənəd xüsusiyyətinə malikdir. Nəzərə alınmalıdır ki, iddia edilən mənzilin yerləşdiyi binada digər şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə digər şəxslər arasında notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri bağlanılmış, mənzillər həmin şəxslərə satılmışdır. Sökülən binanın əvəzinə yeni binada mənzillərin verilməsi ilə əlaqədar isə həmin kateqoriya şəxslərlə mənzil sahəsinin əvəzlənməsi müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin mahiyyətindən də aydın olur ki, sökülən binada yerləşən mənzilin əvəzinə mülkiyyətçiyə yeni binada mənzilin verilməli olmasına dair tərəflər arasında qarşılıqlı hüquq və öhdəliklər müəyyən edilmişdir ki, həmin əvəzləşmə müqaviləsi də müllkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olmuşdur. Hazırkı işin faktiki hallarından isə görünür ki, həmin sənəd və müqavilə əldə edilmədən, MMC –yə müraciət edilmədən, müraciət edilmişdirsə imtina alındığı təqdirdə məhkəmə qaydasında həmin əvəzləşmənin zəmanət məktubuna dair istinadla legitimliyi müəyyən edilən qərar və çıxarış MMC mövcud olmadan inzibati məhkəməyə müraciət edilmişdir ki, hazırkı halda iddianın təmini göstərilən səbəbdən imtina edilməlidir. Eləcə də, iddiaçıya izah edilir ki, adıçəkilən MMC-yə müraciət edilməklə əvəzləşmə müqaviləsinin bağlanılması və ya buna dair aidiyyəti qərar və sənədlərin təqdim edilməsi tələb edilə bilər ki, həmin sənədlərin təqdim edilmədiyi halda, məhkəməyə mülki qaydada müraciət etmək hüququ izah edilir. Həmin hüquq reallaşmadan isə hazırkı tələbin təmini istisna edilir. Məmmədova Nailə və Abasova Natalyanın iddiası üzrə isə məhkəmə qeyd edir ki, həmin şəxslərin hüququ məhkəmə qətnaməsi əsasında tanınsa da, nəzərə alınmalıdır ki, tanınan hüquq istifadə hüququdur. Məhkəmə araşdırması zamanı isə iddiaçılar məhz paylı qaydada mülkiyyət hüququnun tanınmalı olmasını tələb etmişdir ki,həmin hüququn mövcudluğuna dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatından söhbət gedə bilməz. Odur ki, həmin iddia da rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” və iddiaçı X9, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyət hüququ üzrə çıxarışın verilməsi” tələblərinə dair iddialar rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-2105/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2105/2025
28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver