Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2108/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1 üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 və istismarı birliyi tərəfindən xx.xx.2002-ci il tarixli, 3647 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X12 Mərdəkan qəsəbəsində ayrılmış 1610 nömrəli, 0.25 hektar sahədən ibarət bağ sahəsinin və 25.2 kv.m sahədən ibarət 1 otaqlı binanın üzərində ilkin torpaqayırma sənədləri (cizgi plan, sxematik xəritə) nəzərə alınmaqla mülkiyyət hüququnun mərhum X12 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin 1957-ci il, 4/105 nömrəli protokolu, xx.xx.1960-cı il tarixli, 3647 nömrəli müqavilə və onun davamı olaraq bağlanılmış xx.xx.1969-cu il tarixli, 3647 nömrəli müqavilə, o cümlədən digər müqavilələr və X11 və istismarı Birliyi tərəfindən xx.xx.2002-ci il tarixli. 3647 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X12 Mərdəkan qəsəbəsində ayrılmış 1610 nömrəli 0.3597 ha sahədən ibarət bağ sahəsinin və 25,2 kv. m. sahədən ibarət 1 otaqlı binanın üzərində ilkin torpaqayrıma sənədləri (cizgi plan, sxematik xəritə) nəzərə alınmaqla mülkiyyət hüququnun bağ sahəsinin faktiki yerləşdiyi 0.3597 ha hektar yerə uyğun olaraq, 1. X=427474.5411 Y=4483726.9932, 2. X=427474.0987 Y=4483727.8350, 3. X=427483.6750 Y=4483732.4430, 4. X=427500.4648 Y=4483693.9068, 5. X=427483.7298 Y=4483685.4243, 6. X=427471.9008 Y=4483676.3730, 7. X=427458.8879 Y=4483665.9812, 8. X=427453.4098 Y=4483659.7111, 9. X=427448.8334 Y=4483656.9339, 10. X=427435.4601 Y=4483651.1584, 11. X=427433.1329 Y=4483650.8256, 12. X=427428.6957 Y=4483652.6196, 13. X=427426.0129 Y=4483655.6134, 14. X=427423.8087 Y=4483661.0242, 15. X=427422.4652 Y=4483664.8465, 16. X=427421.0785 Y=4483668.5038, 17. X=427420.7778 Y=4483670.1596, 18. X=427420.5880 Y=4483672.4147, 19. X=427420.6803 Y=4483684.5015, 20. X=427420.7540 Y=4483692.1211, 21. X=427420.5552 Y=4483697.5895, 22. X=427426.5889 Y=4483698.8191, 23. X=427428.1686 Y=4483699.5572, 24. X=427430.9614 Y=4483700.8620, 25. X=427431.2660 Y=4483702.0421, 26. X=427446.5407 Y=4483712.7594, 27. X=427452.4328 Y=4483716.1066 koordinatlar üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və mərhum X12 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X4 İnkişafı və İstismarı Birliyi (bundan sonra Birlik) Mərdəkan ərazisindəki 1610 nömrəli bağın istifadəyə verilməsi haqqında 3647 nömrəli, 17 may 2002-ci il tarixli müqavilə ilə Birliyin 1957 saylı Sərəncamının 4/105 saylı protokoluna əsasən mərhum atası X12 Mərdəkan qəsəbəsi ərazisində 0,25 ha torpaq sahəsi olan 1610 nömrəli bağ və 25,2 kv.m sahədən ibarət 1 otaqlı bina istifadəyə verilmişdir. Həmin bağ sahəsinə dair cizgilər və sxematik xəritə mövcuddur. Qeyd olunan bağ sahəsinə dair vərəsə kimi hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq məqsədi ilə Bakı şəhəri, 1 saylı notariat ofisinə müraciət edib. Həmin notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, 308 nömrəli sorğu ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə İddiaçı tərəfindən Bakı şəhəri, 1 saylı notariat ofisinə müraciət daxil olmuşdur. Həmin vərəsəlik işi üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1610 ünvanında yerləşən daşınmaz əmlakın X8 adına daşınmaz əmlakın dövlət reyestrindən forma 37 arayışının vərəsə İddiaçı vasitəsilə Bakı şəhəri, 1 saylı notariat ofisinə göndərilməsi xahiş edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-2/-3-30/2-18219/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1610 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X11 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli, 3647 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-24633/2024 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsinə X2 1611/16 saylı bağ sənədi ilə müraciəti olmuş və həmin şəxsin sizə qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası Xəzərə Rayon Məhkəməsinin 2(003)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, müvafiq qətnamədən tərəfinizdən apellyasiya şikayəti verilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında 2(103)-3560/2024 saylı mülki iş mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman qeyd olunan torpaq sahəsinin bir hissəsinə X2 1611/16 saylı bağ sənədi ilə müraciəti olmuş və həmin şəxsin iddiaçıya qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq tehvil verilməsi” tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, müvafiq qətnamədən apelyasiya şikayəti verilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında 2(103)-3560/2024 saylı mülk iş mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında daiddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyətinin X11 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 3647 №-li “Bağın icarəyə verilməsi haqqında” müqavilənin surətindən müəyyən olunur ki, X11 və İstismarı Birliyinin 1957-ci il tarixli, 4/105 №-li protokolu əsasən Mərdəkan qəsəbəsində 0.25 ha bağ sahəsini və sahəsi 25.2 kv.metr olan 1 otaqdan ibarət binanı X8 icarəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1998-ci il tarixdən xx.xx.2008-ci il tarixədəkdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********19 №-li məktubunda göstərilmişdir ki, 1909-cu (1910) il təvəllüdlü X1 adına Bakı şəhəri İcra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1610, 1611 və digər bağ sahələrinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən X16 qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat mövcuddur. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1957-ci il tarixli, 4/105 nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 303 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1969-cu il tarixli 3647 №-li müqavilə əsasında Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. İcarədarın xx.xx.1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X6 adına keçirilmiş və onunla xx.xx.1988-ci il tarixli 3647 №-li müqavilə bağlanılmışdır. xx.xx.2002-ci il tarixdə icarədarın adına müqavilə müddəti artırılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 9/512 №-li qərarı ilə 7 nömrəli bağ tikinti kooperativi nəzdində Mərdəkan qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsi olan 1611/16 saylı bağ sahəsinin ayrılmasına dair X10 verilmiş 49 №-li order idarənin arxivində mövcuddur. Həmin order əsasında ayrılmış 1611/16 saylı bağ sahəsinə dair cizgi aşkar olunmamışdır. 7 №-li BTKya dair yerləşmə planı arxiv qovluğunda mövcuddur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 1909-cu (1910) il təvəllüdlü X1 adına Bakı Şəhər İcra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1610 saylı bağ sahəsinin ayrılmasına dair sənəd, eləcə də cizgi aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 1957-ci il, 4/105 nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 303 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1969-cu il tarixli 3647 nömrəli müqavilə əsasında 1910-cu il təvəllüdlü Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. İcarədarın xx.xx.1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X6 adına keçirilmiş və onunla xx.xx.1988-ci il tarixli 3647 nömrəli müqavilə bağlanılmışdır. xx.xx.2002-ci il tarixdə isə icarədarın adına müqavilə müddəti artırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16- 16/2-10/6510 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: kənardan iddia olunan torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. İddiaçının nümayəndəsinin bildirdiyinə əsasən cavabdeh onların bağ sahəsini ümumi hasar daxilində öz bağ sahəsinə birləşdirərək istifadə edir (iddiaçını bağa buraxmır). Faktiki olaraq cavabdehin istifadəsində olan ümumi hasar daxilindəki torpaq sahəsinin bir hissəsi iddiaçının nümayəndəsinin kənardan iddia etdikləri sahə ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisidir. Bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən ümumi hasar daxilində yerləşir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-51/2024 №li Qətnaməsində göstərilmişdir ki, cavabdeh İddiaçı Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 №-li BTK nəzdində 0.11 hektar torpaq sahəsi olan 1611/16 №-li bağ sahəsindən çıxarılsın, həmin bağ sahəsi boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qət edilmişdir. DƏDKR 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********49 №-li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1610 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X11 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış xx.xx.2002-ci il tarixli, 3647 №li müqavilə İdarənin arxivində mövcuddur. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 308 №-li məktubunda göstərilmişdir ki, mərhum - X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə - İddiaçı tərəfindən Bakı şəhəri 1 saylı notariat ofisinə müraciət daxil olmuşdur. Həmin vərəsəlik işi üzrə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., 1610 ünvanında yerləşən daşınmaz əmlakın X8 adına daşınmaz əmlakın dövlət reyestrindən forma 37- arayışı vərəsə - İddiaçı vasitəsi ilə Bakı şəhəri 1 saylı notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********33 cavab məktubunda bildirilmişdir ki, “... İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsinə X2 1611/16 saylı bağ sənədi ilə müraciəti olmuş və həmin şəxsin sizə qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq tehvil verilməsi” tələbinə dair iddiası Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, müvafiq qətnamədən tərəfinizdən apelyasiya şikayəti verilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında 2(103)-3560/2024 saylı mülk iş mövcuddur, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********07 №-li cavab məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir; - xx.xx.1989-cu il tarixli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/512 nömrəli qərarına əsasən X9 Mərdəkan bağlar sahəsində 7 nömrəli BTK-nin nəzdində sahəsi 0.11 hektar təşkil edən 1611/16 nömrəli bağ sahəsi ayrılmışdır. - xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 1610 saylı bağ sahəsi yerli baxış zamanı vərəsə tərəfindən ümumi hasar daxilində ərazi göstərilmişdir. Ümumi ərazidə A – 1 mərtəbəli yarım-mərtəbəli yarım-zirzəmili bağ evi, iki köməkçi tikili, hovuz və s/q var. Bağ sahəsində mübahisə predmenti mövcuddur. Belə ki, sözügedən ümumi ərazisinin şərq tərəfindəki bir hissəsi digər fiziki şəxs 1611/16 saylı bağ sahəsi olduğunu iddia edir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. .... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Qeyd olunmalıdır ki, həmin sənədlər hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici xüsusiyyətinə malik olsa da, məhz iddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıda mövcud olan sənədin digər şəxsin adına olan sənədlərə münasibətdə mötəbərliyi öz təsdiqini tapmamışdır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, 1909-cu (1910) il təvəllüdlü X1 adına Bakı Şəhər İcra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1610 saylı bağ sahəsinin ayrılmasına dair sənəd, eləcə də cizgi aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 1957-ci il, 4/105 nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 303 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1969-cu il tarixli 3647 nömrəli müqavilə əsasında 1910-cu il təvəllüdlü Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. İcarədarın xx.xx.1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X6 adına keçirilmiş və onunla xx.xx.1988-ci il tarixli 3647 nömrəli müqavilə bağlanılmışdır. xx.xx.2002-ci il tarixdə isə icarədarın adına müqavilə müddəti artırılmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/512 nömrəli qərarına əsasən X9 Mərdəkan bağlar sahəsində 7 nömrəli BTK-nin nəzdində sahəsi 0.11 hektar təşkil edən 1611/16 nömrəli bağ sahəsi ayrılmışdır. Hər iki bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər və eləcə də 1610 saylı bağ sahəsinə dair cizgilərin, 7 nömrəli BTK-ya aid yerləşmə sxeminin təsdiq edilmiş surəti, həmçinin sxematik xəritədən çıxarış İdarənin arxivində mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edildiyi kimi Bakı şəhəri İcra Hakimiyyətinin X11 və İstismarı Birliyi ilə X13 arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 3647 №-li “Bağın icarəyə verilməsi haqqında” müqavilə həqiqətən də torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin, həmin sənəd Mərdəkan bağlar ərazisində olan bütün sahə üçün nəzərdə tutulmuş hüququn qeydiyyatı anlamına gəlməməklə, konkret olaraq iddiaçıya naturada verilmiş bağ sahəsinə dair hüquqların qeydiyyatına əsasdır. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçının faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisidir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev