Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2139/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 Cavabdeh Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 48 Saylı Mənzil-Kommunal İstismar Sahəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MC, "xxxx" MMC-yə qarşı “söküntünün qanunsuz hesab edilməsi, mənzilin əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 48 Saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 40 nömrəli bir mərtəbəli binadakı 3 otaqdan ibarət 108.9 kv.m. ümumi sahəsi olan 7 nömrəli mənzilin sökülməsinin qanunsuz hesab edilməsi, iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 40 nömrəli bir mərtəbəli binadakı 3 otaqdan ibarət 108.9 kv.m. ümumi sahəsi olan 7 nömrəli mənzilin əvvəlki vəziyyətə bərpa edilərək iddiaçının sahiblik və mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İsrail dövlətinin vətəndaşıdır və 30 ilə yaxındır ki, Azərbaycan Respublikasında xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, ehtiyacı olan şəxslərə ərzaqla təminat və digər yardım göstərir. Azərbaycanda olduğu bütün müddət ərzində milliyyətindən, etiqadından asılı olmayaraq Azərbaycanda yaşayan bütün şəxslərin hüquqlarının bərabər təmin olunmasının şahidi olmuşdur. Təsadüfi deyildir ki, Azərbaycan bütün dünyada tolerantlıq nümunəsi kimi tanınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 40 nömrəli bir mərtəbəli binadakı 3 otaqdan ibarət 108.9 kv.m. ümumi sahəsi olan 7 nömrəli mənzil paylı mülkiyyət olaraq onun, X1 və X2 mülkiyyətindədir. Lakin mülkiyyətində olan həmin mənzil 2018-ci ildə onun xəbəri və icazəsi olmadan həm Azərbaycan Respublikasının daxili qanunvericiliyinin, həm də beynəlxalq hüquq normaları kobud surətdə pozulmaqla tam sökülmüş, içərisində olan əmlaklarım məhv olunmuşdur. Bununla bağlı həmin vaxt Bakı şəhəri İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına müraciət etsə də, bunun hər hansı nəticəsi olmamış, mənzil tam sökülərək, ərazi təmizlənmiş və hasara alınmışdır. Halbuki, o qeyd edilən mənzili daxildən təmir etdirmiş, fasad hissəsini də müasir tələblərə cavab verən dizaynla təmir etmək niyyətində olmuş və bununla bağlı müvafiq dövlət orqanlarına muraciət etmişdir. Belə ki, 2017-ci ilin oktyabr ayında vəkili X6 "Zell & Associates” LLC vəkil şirkətinin vəkili L.Marc Zell tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə və Cavabdeh2nə müraciətlər olunmuş, mülkiyyətində olan mənzilin ictimai kömək kimi, Bakı Yəhudi İcmasına uzunmüddətli istifadəyə verildiyi, bu binaların dağıdılmasının orada fəaliyyət göstərən xidmətlərdən faydalanan icma üzvləri üçün böyük çətinlik yaradacağı qeyd edilmiş və binanın sökülməsinin həm yerli, həm də beynəlxalq qanunvericiliyin tələblərinin pozulması olması diqqətə çatdırılmaqla mülkiyyətə belə müdaxilənin məhkəmə mübahisələrinə səbəb olacağı bildirilmişdir. Lakin buna baxmayaraq, bir neçə ay sonra mənzili sökülmüşdür. Bununla da Bakı şəhəri İcra Hakimiyyətinin və Cavabdeh2 vəzifəli şəxsləri tərəfindən vəzifələrindən sui-istifadəyə və hakimiyyət hədlərini aşmaya yol verilmiş, hüquq-mühafizə orqanları isə həmin halları araşdırmaqdan boyun qaçırmışlar. Bakı şəhəri İcra Hakimiyyəti onun ilə müqavilə bağlamadan, qarşılıqlı razılığa gəlmədən, əmlakını qiymətləndirmədən, bazar dəyərində kompensasiyanın pul şəklində əvvəlcədən ödənilməsi təmin edilmədən, əmlak təhvil alınmadan 48 saylı mənzil kommunal istismar sahəsinin rəisi ilə əlbir olub tamamilə qanunsuz şəkildə ona məxsus evi sökmüşlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabiet vasiitəsilə ərizə təqdim edərək cavabdehlər qismində əlavə olaraq "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MC, "xxxx" MMC-ni göstərmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi(vəkili) iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmişxx.xx.2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Nəsimi rayonu 48 saylı Mənzil-Kommunal İstismar Sahəsinə, ünvan 1 ünvanın hansı səbəbdən sökülməsinə dair sorğu verilmiş, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə əlaqədar xidməti ərazinin R.Rza küçəsi 40 saylı ünvanda Bakı şəhər İcra Hakimiyyətinin başçısının 514 saylı. xx.xx.2012-ci ıl tarixli sərəncamına müvafiq olaraq sökülməsi nəzərdə tutulduğunu, 2018-ci ilin aprel ayından göstərilən ünvanda Bakı şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən sökünlü işlərinin aparıldığı 022 saylı xx.xx.2018-cİ il tarixli cavabda qeyd edilmişdir. Bundan əlavə 48 saylı MKİS-dən Kişon Moseyə məxsus mənzilin köçürülməsi haqqında göstərişin verildiyi nəzərinə çatdırılmaqla, bunun üçün ona maliyyə ayrıldığı və mənzilin təcili boşaltması, əks hald köçürmə işlərinin qanuni çərçivədə həyata keçiriləcəyi barədə verilmiş xəbərdarlığın surəti və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cıı il tarixli 514 saylı sərəncamının surəti materiala əlavə olunmuşdur. İddiaçı Avraam oğlunun müraciət əsasında toplanmış materialdan, ona məxsus ünvan 4 ünvanın "Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar olaraq Səməd Vuğun, Şəmsi Bədəlbəyli, Mirzəağa Əliyev, Dilarə Əliyeva. Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X17, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri yaşayış sahələrinin köçürülməsi haqqında" Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2010-cu il tarixli 514 saylı Sərəncamına əsasən qeyd olunan ünvan sökülməzdən əvvəl sahibinə mənzilini boşaldılması, maliyyə vəsaitinin ayrıldığı və boşaldılmadığı halda köçürmə işləri qanun çərçivəsində həyat keçiriləcəyi xəbərdarlıq məktubu göndərilərək söküldüyünü nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli, İsrail Dövlətinin vətəndaşı İddiaçı Avraam oğluna mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmaqla, ona Azərbaycan Respublikası MPM-nin 265-ci maddəsi, yəni Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi izah edilməlidir. Yekun olaraq İddiaçı Avraam oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17696/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən **********79-05101- 093002 reyestr nömrəli ümumi sahəsi 109.4 kv.m, yaşayış sahəsi 48.3 kv.m, yardımçı sahəsi 61.1 kv.m olan 3 otaqlı mənzil paylı mülkiyyət üzrə 1 otaq 49.7 kv.m-xx.xx.2006-cı il tarixdə ********* qeydiyyat nömrəsi ilə İddiaçı,1 otaq xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8, X7, X3; 1 otaq-31.9 kv.m xx.xx.2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X10 və X11 adına daşınmaz Əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 21536 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən satıcı Avraam Neviy Bakı şəhəri, R.Rza küçəsi, 40 saylı evin 7 saylı mənzildən ümumi sahəsi 49.7 kv.m olan 1 otağını alıcı İddiaçı mülkiyyətinə vermişdir. Məhkəmə sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 514 nömrəli sərəncamdan görünür ki, Bakı Şəhərin Baş Planına, «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X17, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazinin boşaldılması, həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin, tikililərin sökülməsi, sakinlərə və mülkiyyət sahiblərinə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat ödənilməklə kompensasiya edilərək köçürülməsi təmin edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ünvan 7 ünvanında 1 mərtəbəli 3 otaqlı 7 nömrəli mənzilin paylı mülkiyyətçilərindən biridir. İddiaçının paylı mülkiyyətçisi olduğu mənzilin söküldüyü işin mübahisələndirilməyən halıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı paylı mülkiyyətində olduğu mənzilin naturada əvvəlki vəziyyətə bərpa edilməsini Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh2, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 48 Saylı Mənzil-Kommunal İstismar Sahəsi, daha sonra cavabdeh qismində əlavə etdiyi"xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən tələb edir. Halbuki iddiaçının cavabdeh qisində qoyduğu Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 48 Saylı Mənzil-Kommunal İstismar Sahəsi, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC inzibati orqan statusunda deyillər və onlaral bağlı mübahisə inzibati məhkənə icraatının predmeti qismində çıxış etmir. İddiaçı hazırkı halda söküntünün inzibati orqan olmayan cavabdehlər tərəfindən söküldüyünü iddia etdiyi halda həmin qurumlara qarşı müvafiq tələblə mülki məhkəmə icraatında çıxış etmək hüququ istisna edilmir. Digər iki cavabdeh qismində qoyulmuş Bakı Şəhər İcra Hakimiyyəti, Cavabdeh2nə gəlincə iddiaçı söküntü işlərinin hansı qurum tərəfindən aparılması ilə bağlı iddiaçı tərəfindən zəruri əsaslandırma təqdim edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Yalnız hazırkı məhkəmə icraatında məhkəmənin verdiyi sorğu əsasında əldə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 12.2010-cu il tarixli 514 nömrəli sərəncamı ndan məlum olmuşdur ki, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X17, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən ərazinin boşaldılması, həmin ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin, tikililərin sökülməsi, sakinlərə və mülkiyyət sahiblərinə yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat ödənilməklə kompensasiya edilərək köçürülməsinin təmin edilməsi qərara alınsa da iddiaçının paylı mülkiyyətçisi olduğu mənziliin həmin sərəncam əsasında və hansı icra hakimiyyəti (Bakı şəhər və yaxud Cavabdeh2) tərəfindən sökülməsi hazırkı halda müəyyən olunmur. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçı hüququnun inzibati orqan statusunda çıxış edəcək Bakı şəhər İcra Hakimiyyəti və yaxud Cavabdeh2 tərəfindən pozulduğunu əsas gətirdiyi halda həmin əmlaka olan hüququnun bərpası ilə bağlı ilk növbədə həmin inzibati orqanlara müvafiq tələblə müraciət etməsi tələb olunur ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə qədər belə bir tələblə çıxış etdiyi iş materialları ilə müəyyən olunmur. Halbuki, İİQ-nun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Eyni Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Eyni Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərti kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Bundan başşqa, iddiaçı artıq sökülmüş mənzilin həmin ərazidə əvvəlki vəziyyətə qaytarılmasının mümkünlüyü barədə əsaslandırma təqdim etməməklə yanaşı həmin tələblə inzibati orqana müraciət etməmişdir. Digər tərəfdən iddiaçı sökülmüş mənzilin əvvəlki vəziyyətinə qaytarılması, yəni mənzilin yerində bərpasını tələb etsə də bu tələb hazırkı hüquqi marağına xidmət etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Belə ki, sözügedən mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 514 nömrəli sərəncamı əsasında söküldüyünü iddia etdiyi və sökününün məhz bu sərəncam cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi müəyyən olunarsa bu halda iddiaçının hüquqi marağı sərəncama uyğun olaraq artıq sökülmüş olan əmlaka müvafiq kompensasiyanın hesablanaraq ödənilməsi ilə bağlı tələb olacaqdır ki, iddiaçı hüquqi marağına xidmət edən həmin tələblə ilkin qaydada inzibati orqana müraciət etməmişdir. Beləliklə, hazırkı halda iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2139/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2139/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver