Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2156/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhk’məyə müraciət edərək mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil əvvəllər qeyri-yaşayış sahəsi olsa da, iddiaçıdan əvvəlki mülkiyyətçinin ərizəsi əsasında Bakı şəhəri Cavabdeh başçısının 272 saylı, xx.xx.2002-ci il tarixli sərəncamı ilə özəl yaşayış fondunun balansına qəbul edilmişdir. Sözügedən mənzil iddiaçı tərəfindən satın alındıqdan sonra mülkiyyət hüquqları qeydə alınaraq bu barədə çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan həmin mənzili yenidən əvvəlki vəziyyətinə, yəni qeyri-yaşayış sahəsinə keçirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmiş, bununla bağlı cavabdehdən xx.xx.2024-cü il tarixdə cavab almışdır. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. İddiaçı bildirir ki, mənzil birinci mərtəbədə yerləşməklə qeyri-yaşayış sahəsi qismində istifadə edilməyə tam yararlıdr. Başqa sözlə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə qanunda nəzərdə tutulan hər hansı bir maneə yoxdur. Mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün cüzi yenidənqurma işləri aparmaq nəzərdə tutulur. Bu o deməkdir ki, hazırda 1-ci mərtəbədə olan mənzilin pəncərələri dəyişdirilməli və əvvəlki “vitrin” (yer səthindən tavana qədər olan şüşə pəncərə) pəncərələr qoyulmalıdır. Başqa hər hansı işlərin görülməsi nəzərdə tutulmur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verimiş məhkəmə sərəncamına əsasən cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olmadığından ünvan 2 ünvanda yerləşən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi barədə İddiaçı imtina cavabı verilmişdir.Cavabdeh Bakı şəhəri Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
- 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yeri Bakı şəhəri, Yasamal rayonu olduğun nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İş materiallarında olan: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə xx.xx.2024-cü ildə daxil olmuş ərizəsinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini cavabdehdən xahiş etmişdir; Cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 272 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamına əsasən X4 ərizə ilə müraciət edərək Ç.Mustafayev küçəsi, 113 və T.Xəlilrza oğlu küçəsi, 39 saylı evlərin birinci mərtəbəsində yerləşən 75,4 kv metr qeyriyaşayış sahəsini özəlləşdirdiyini, həmin sahəni əsaslı təmir edərək yaşayış üçün yararlı hala saldığını bildirmiş və onu özəl yaşayış fondunun balansına qəbul etməyi xahiş etmişdir.Qeyd edilənlərə əsasən Ç.Mustafayev küçəsi, 113 və T.Xəlilrza oğlu küçəsi, 39 saylı evlərin birinci mərtəbəsində yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsinin özəl yaşayış fondunun balansına qəbul edilməsi barədə sərəncam verilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzil iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır; Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin verdiyi “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 000462 nömrəli şəhadətnaməyə əsasən Ç.Mustafayev küçəsi, 113 və T.Xəlilrza oğlu küçəsi, 39 saylı evlərin birinci mərtəbəsində yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsi X1; “İcarəyə verilmiş əmlakın alqı-satqısı haqqında” 225 №li, xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsini X4 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən satın almışdır; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2001-ci il tarixli sərəncamna əlavə edilmiş siyahıya əsasən Bakı şəhəri,ünvan 5 ünvanda yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsi icarəçilərə 100% dəyəri ilə təklif olunan icarəyə verilmiş qeyri-yaşayış sahələrinin siyahısına daxil edilmişdir; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 17 sentyabr 2001-ci il tarixdə qeydiyyat nömrəsi 1144-879, registr nömrəsi ***-*******8-001 olan Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsi 1908-ci ildə istismara verilmişdir, təyinatı kimi “ofis” göstərilmişdir. “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 242 nömrəli, xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən 75,4 kv metr qeyri-yaşayış sahəsi 1-ci mərtəbədə yerləşən ofis (qeyri-yaşayış sahəsi) qismində xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər X3 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi tərəfindən icarəyə verilmişdir Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2001-ci ildə tərtib edilmiş texniki pasporta əsasən Bakı şəhəri,ünvan 5 ünvanda yerləşən 75,4 kv metr sahəsi olan əmlak qeyri-yaşayış sahəsidir.
Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0-cu maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir:21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcələnin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə;22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir.
“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 1.1.bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının vəzifələri kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; Habelə həmin Əsasnamədə yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aşağıda göstərilənlər aid edilmişdir: 4.9.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək; 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.9.15. mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək. Məhkəmə iddiaçının iddia ərizəsindən və inzibati məhkəmə işində olan sənədlərdən müəyyən etmişdir ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan mənzilin qeyriyaşayış sahəsinə keçirilməsindən ibarətdir, iddiaçı bunun üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya məktubla imtina cavabı vermişdir, imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 22.1-ci maddəsində bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə və yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Göründüyü kimi cavabdehin imtina məktubunda göstərilən - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsinin dayandırılması halı vətəndaşın, bu halda iddiaçının mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. Ümumiyyətlə isə cavabdeh həmin mənzilin texniki cəhətdən hansı səbəblərdən qeyri-yaşayış sahəsinə keçirilməsinin mümkün olmamasını iddiaçıya və məhkəməyə bildirməmişdir. Daha sonra isə məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın təyinatı ilkin olaraq qeyri-yaşayış sahəsi olmuşdur, həmin əmlak qeyri-yaşayış sahəsi kimi uzun müddət dövlət əmlakının özəlləşdirilməsi səlahiyyətinə malik olan dövlət orqanı tərəfindən əvvəlki mülkiyyətçinin icarəsinə verilmiş, daha sonra isə dövlət əmlakının özəlləşdirilməsi prosesində əvvəlki mülkiyyətçi tərəfindən qeyri-yaşayış sahəsi kimi özəlləşdirilmiş, həmin mülkiyyətçi tərəfindən edilən müraciət əsasında cavabdehin sərəncamı ilə qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilmişdir. Yəni əmlak ilkin olaraq qeyri-yaşayış sahəsi (ofis) olmuşdur və hal-hazırda da onun qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə edilməsinin mümkün olmamasının səbəbləri və əsasları cavabdeh tərəfindən məhkəmə bildirilməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəhayət məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının müraciətinə baxılması zamanı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.5-ci maddəsinə əsasən cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtinanı qərarla rəsmiləşdirməli və həmin qərarı iddiaçıya təqdim etməli olduğu, habelə yuxarıda sadalanan - əmlakın ilkin təyinatının ofis olmasını, birinci mərtəbədə yerləşməsini, əmlakdan qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və yenidən planlaşdırma işlərinin aparılmasının nəzərdə tutulmadığını və buna ehtiyacın olmadığını nəzərə almalı olduğu halda bunu etməmiş, bununla da Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.5-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini (İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz) pozmuşdur.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, yuxarıda qeyd edilən hallara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddiaçının adına sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında ümumi sahəsi 73.80 kv.metr olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə İddiaçı adına sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova