Məhkəmə qərarları › İş №e-2-1(112)-2165/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2165/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2165/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş 27559.01 əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsi barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş 27559.01 əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi, qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsi barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının pensiyasının hesablanması ilə əlaqədar cavabdeh təşkilata müraciət edilmiş və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə kimi sovet ordu sıralarında olan xidmət illərinin ümumi iş stajı kimi və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi qazmaçı köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1982-cı ilə kimi quyularının hazırlanması üzrə operator peşəsində, xx.xx.1982-cı ildən xx.xx.1985-cı ilə kimi qazmaçı köməkçisi və xx.xx.1985-cı ildən xx.xx.1996-cı ilə kimi qazma ustası peşəsində işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 26 fevral 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2620/2017 saylı 30 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2620/2017 saylı 30 noyabr 2017-ci tarixli qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 593/2018 saylı 14 mart 2018-cı il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2620/2017 saylı 30 noyabr 2017-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2- 1(82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı 14 mart 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin 04 noyabr tarixindən iddiaçıya pensiyanın verilməsi dayandırılmışdır. İddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, məhkəməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar müraciət etmişdir. Müsbət nəticə əldə edilmədiyi üçün təkrar cavabdehin qanunsuz hərəkətləri barədə və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-2768/2022 saylı qərarı ilə İddiaçı əmək pensiyasının dayandırılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilmiş. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı əsasında İddiaçı təyin edilmiş və 2020-ci ilin 04 noyabr tarixindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir. 3 saylı Bakı DOST Mərkəzinin 22 iyul 2022-ci il tarixli verdiyi arayışdan görünür ki, əmək pensiyası bərpa olunmuş, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 715.36 manat (yeddi yüz on beş manat 36 qəpik) əmək pensiyası alır. Həmçinin qeyd edilmişdir ki, vətəndaşın əmək pensiyasının məbləğindən xx.xx.2022 ci il tarixdən xx.xx.2038 ci il tarixədək hər ay 143.07 manat (bir yüz qırx üç manat 07 qəpik), xx.xx.2038-ci il tarixdən xx.xx.2038-ci il tarixədək hər ay 89.57 manat ( səksən doqquz manat 57 qəpik ) tutulur. Pensiyanın hansı səbəbdən dayandırılması, bərpa olunubsa bərpa qərarının verilməsinin, həmçinin hansı səbəbdən pensiya məbləğinin 2038-ci ilə qədər tutulması barədə səbəbləri barədə açıqlama verilməsi və pensiya məbləğinin tutulması barədə qəbul edilmiş qərarın surətinin verilməsi xahiş edilsə də heç bir nəticə olmamışdır. Pensiya ödənişi 04 noyabr 2020-ci il tarixindən dayandırılan vaxta qədər hər ay 1038.50 azn pul alınmışdır. Həmin müddət pensiya müntəzəm şəkildə verilsə idi 50689.84 azn məbləğ edərdi. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı 26 fevral 2014-cü il tarixində Fondun Suraxanı rayon şöbəsi tərəfindən 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi 2020-ci ilin oktyabr ayından dayandırılmış və 2022-ci ilin iyul ayından pensiya ödənişi bərpa olunan zaman ona artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd edilən səbəblərdən Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş və ərizəçinin əmək pensiyasının artıqödəmə nəzərə alınmaqla bərpa edilməsi qərara alınmışdır. İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı pensiya işinin araşdırma zərurəti ilə əlaqədar ona təyin olunmuş pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq sənədlərinin araşdırılması nəticəsində canunazidd təyin olunduğu müəyyən edilmiş, ona yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Nazirliyin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğundan Nazirliyə daxil olmuş xx.xx.2022- ci il tarixli 02/2- 248mat-21/179 nömrəli məktubunda qeyd olunanlara əsasən daxil olmuş material əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, araşdırma nəticəsində toplanmış material Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Suraxanı rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar Baş İdarənin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə olunmuşdur. Lakin İddiaçı avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdən 65 yaşından 504,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi, 2022-ci ilin mart-iyun aylarında cəmi 2073,98 manat vəsaitin onun plastik kart hesabına köçürüldüyü məlum olmuşdur. Qeyd olunmalıdır ki, araşdırma nəticəsində İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 57 yaşından xx.xx.2014-cü il tarixdən olduğu, onun aylıq pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən 330,57 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablanmış 290,47 manat sığorta hissəsi aylıq məbləğin üzərinə əlavə olunmaqla 01,03.2020-ci il tarixdən 621,04 manat, xx.xx.2021-ci il tarixdən 691,84 manat və xx.xx.2022-ci il tarixdən 715,36 manat (3,4% nəzərə alınmaqla) təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də Əmək pensiyasının yenidən hesablanması haqqında **********7 nömrəli xx.xx.2022-ci il tarixli Qərarla iddiaçının əmək pensiyasının məbləği 715,36 manat müəyyən edilmişdir. Həmçinin, araşdırma nəticəsində İddiaçı pensiya ödənişi 2022-ci ilin iyul ayından bərpa olunmuş və ona 27559,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 27559,01 manat pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 143,07 manat) onun əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı X2 pensiya məbləğinin azaldılmasına yönəldilmiş qərarın ləğv edilməsi, “artıq ödənilmiş pensiya məbləği” adı ilə tutulmuş məbləğin qaytarılması, pensiya məbləğinin bərpa edilməsi barədə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Məmmədova iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 22 iyul 2022-ci il tarixli, **********6 nömrəli arayışına əsasən göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 715.36 manat (yeddi yüz on beş manat 36) əmək pensiyası alır. Vətəndaşın əmək pensiyasının məbləğindən xx.xx.2022-ci il tarixdən xx.xx.2038-ci il tarixədək hər ay 143.07 manat (bir yüz qırx üç manat 07 manat 07 qəpik), xx.xx.2038-ci il tarixdən xx.xx.2038-ci il tarixədək hər ay 89.57 manat (səksən doqquz manat 57 qəpik) tutulur. AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********7 nömrəli, xx.xx.2022-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması” barədə qərarından görünür ki, İddiaçı pensiya məbləği artıqödəmənin nəzərə alınması səbəbi ilə yenidən hesablanmış və 1038,50 manatdan 715,36 manata endirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, İddiaçı 26 ferval 2014-cü il tarixində Fondun Suraxanı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı pensiya işinin araşdırılması ilə əlaqədar olaraq, vaxtilə adıçəkilən şəxsə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi 2020-ci ilin oktyabr ayından dayandırılmışdır.Araşdırma nəticəsində İddiaçı pensiya ödənişi 2022-ci ilin iyul ayından bərpa olunmuş və ona 27559,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 27559,01 pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə (hər ay 143,07 manat) İddiaçı əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 715,36 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, iddaçı İddiaçı 2018-ci ildən 2021-ci ilədək olan əmək pensiyasının məbləği barədə cədvəl təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı ərizənin surətindən görünür ki, pensiyanın dayandırılması, bərpa olunubsa bərpa barədə qərarın verilməsini, həmçinin hansı səbəbdən pensiya məbləğinin 2038-ci ilə qədər tutulması barədə açıqlama verilməsinin və pensiya məbləğinin tutulması barədə qəbul edilmiş qərarın surətinin verilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı ərizənin surətindən görünür ki, pensiya ödənişinin yenidən bərpa olunması xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4350/2017 saylı, 27 sentyabr 2017-cı il tarixli qərarı ilə xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə kimi sovet ordu sıralarında olan xidmət illərinin ümumi iş stajı kimi və xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə kimi qazmaçı köməkçisi, xx.xx.1979-cu ildən xx.xx.1982-cı ilə kimi quyularının hazırlanması üzrə operator peşəsində, xx.xx.1982-cı ildən xx.xx.1985-cı ilə kimi qazmaçı köməkçisi və xx.xx.1985-cı ildən xx.xx.1996-cı ilə kimi qazma ustası peşəsində işlədiyi illəri güzəştli iş stajı kimi 2004-2005-ci illərin əmək haqqı əsasında nəzərə alınmaqla 26 fevral 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2620/2017 saylı 30 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)593/2018 saylı 14 mart 2018-cı il tarixli qərarı cavabdehin apellyasiya məhkəməsinin həmin qərarından verdiyi kassasiya şikayəti təmin edilməmiş, qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İş materiallarından göründüyü kimi, iddiaçıya 26 fevral 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasının ödənişi 2020-ci il oktyabr ayından dayandırılmış, 2022-ci ilin iyul ayından bərpa edilmişdir. Cavabdeh həmin dövr ərzində iddiaçıya ödənilmiş 27559,01 manat pul vəsaitdən iddiaçı əsassız faydalandığını hesab etmiş və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək ödənilmiş pul vəsaitinin geri qaytarılması məqsədi ilə xx.xx.2022-ci il tarixli 226207 2447 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə azaltmış, daha sonra isə hər ay artıq ödənilmiş hesab etdiyi məbləğləri tutmağa başlamışdır ki, məhkəmə cavabdehin qeyd edilən hərəkətlərini qanunvericiliyin tələblərinə zidd hesab edir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləği 2022-ci ilin iyul ayından 1038.50 manatdan 715.36 manata qədər azaldılmış, iddiaçıya artıq ödənilmiş məbləğ tutulacağı barədə xəbərdarlıq edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın qəbulunu əmək pensiyaçının razılığı ilə şərtləndirir. İş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. İddiaçıya əmək pensiysının təyin edilməsi barədə DSMF orqanının qərarı əlverişli inzibati akt sayılır. Cavabdeh iddiaçının əmək pensiyası məbləğinin azaldılması ilə nəticələnən “Əmək pensiyasının yenidən hesablanması barədə“ xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan ziyan vurmadığı hallarda. Maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalavağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur.İş materiallarında olan sənədlərə əsasən, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı mövcud deyil Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çagırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuş hallar belə qənaətə gəlmək əsas verir ki, cavabdehin inzibati icraat qaydalarına riayət etmədən, yəni inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı qanuni sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, artıq ödənilmiş 27559.01 əmək pensiyası məbləğinin geri qaytarılması məqsədi ilə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilməli, qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 AZN məbləğin bərpa olunaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı artıq ödənilmiş 27559.01 əmək pensiyası məbləğinin geri qaytarılması məqsədi ilə qəbul edilmiş cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin, həmin qərarla tutulmuş məbləğin geri qaytarılması və 2020-ci ilin fevral ayından müəyyən edilmiş, hesablanmış 1038.50 manat məbləğində əmək pensiyası bərpa olunaraq ödənilməsi vəzifəsi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar