Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2177/2024 28.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X29, X22, X23, X13, X14, X25, X15, X16, X30) qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-ci il tarixli, 446xx-xx/2023 saylı imtinasının əsassız hesab edilərək xx.xx.1961ci il təvəllüdlü X17, xx.xx.1979-cu il təvəllüdlü X2,xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1966cı il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü X3,xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1996cı il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X18 və xx.xx.2004-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxardılması öhdəliyinin Yasamal Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki iddiaçı ailə üzvləri ilə (X19 xx.xx.2007; X9 xx.xx.2012; X6 xx.xx.1990; X10 xx.xx.1981; X26 xx.xx.2015; X1 xx.xx.1959) birlikdə ünvan 1 ünvanında yaşayır. Qeyd edilən mənzilə dair heç bir sənəd mövcud deyildir. 3-cü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1979-cu il təvəllüdlü X14, xx.xx.1967-ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X22, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1986-cı il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X30 və xx.xx.2004-cü il təvəllüdlü X21 bu günə kimi iddiaçının mənzilində qeydiyyatda olsalar da, bunun hansı əsasla olduğu iddiaçıya aydın deyil. İddiaçı qeyd edir ki, üçüncü şəxslərin özlərinə məxsus evləri mövcuddur və iddiaçıya məxsus ünvanla heç bir əlaqələri yoxdur. Üçüncü şəxslər xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1979-cu il təvəllüdlü X14, xx.xx.1967ci il təvəllüdlü X23, xx.xx.1966-cı il təvəllüdlü X22, xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1986-cı il təvəllüdlü X25, xx.xx.1996-cı il təvəllüdlü X15, xx.xx.2006-cı il təvəllüdlü X30 və xx.xx.2004-cü il təvəllüdlü X16 bu günə kimi mənzildən qeydiyyatdan çıxmamışdırlar. İddiaçı Yasamal Rayon Polis İdarəsinə müraciət edərək xx.xx.1961-ci il təvəllüdlü X17, xx.xx.1979-cu il təvəllüdlü X2, xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X8, xx.xx.1976-cı il təvəllüdlü X3, xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.2006-cı il təvəllüdlü X18 və xx.xx.2004-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxardıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı mülkiyyətçisi olduğu Yasamal rayonu, 3-cü Xrebtovi 129/110, ev 29 ünvanından X29, X14, X23, X22, X13, X25, X15, X30 və X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, X29 (xx.xx.1961-ci il təvəllüdlü), X22 (xx.xx.1966-cı il təvəllüdlü), X23 (xx.xx.1967-ci il təvəllüdlü), X13 (xx.xx.1996-cı il təvəllüdlü), X14 (xx.xx.1979-cu il təvəllüdlü), X25 (xx.xx.1986-cı il təvəllüdlü), X15 (xx.xx.1996-cı il təvəllüdlü), X16 (xx.xx.2004-cü il təvəllüdlü) və X30 (xx.xx.2006-cı il təvəllüdlü) Bakı şəhəri, Yasamal rayonu, 3-cü Xrebtovi, 129/110, ev 29 qeydiyyatdadır.
5. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.
6. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X19, X9, X6, X10, X1 və X26 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X19, X9, X6, X10, X1 və X12 İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmələri barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmişdir.
8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X29, X22, X23, X13, X14, X25, X15, X16, X30 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iş üzrə şifahi icraat qaydasında məhkəmə iclasının cavabdehin iştirakı olmadan baxılmasına və qərar çıxarılmasına etiraz edilmədiyi bildirilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
11. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
15. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
16. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvan 1 ünvanının qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Qeyd olunan hal iddia ərizəsi və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatı ilə də təsdiq olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, mübahisələndirilən mənzil özbaşına tikilidir. Nəticə etibarilə iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslərlə eyni hüquqi vəziyyətdədir. Odur ki, iddiaçının həmin ünvandan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarma tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
18. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva