Məhkəmə qərarları › İş №e-2-1(112)-2182/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2182/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2182/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2,üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə qarşı istehsalatda baş vermiş bədbəxt hadisə barədə təhqiqat aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması haqqında iddiа ərizəsi üzrə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti cəlb edilməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ.Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə qarşı iddia qaldıraraq xx.xx.2022-ci ildə X10 ilə baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi (İZ) aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmə iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. İddiaçı xx.xx.2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində xüsusi texnika sahəsinin ekskavator maşinisti işləyən X3 qaz borularının təmiri işlərinin görülməsi məqsədilə ezamiyyətə göndərildiyi Biləsuvar rayonunda xx.xx.2022-ci il tarixdə səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsini istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilərək uçota alınması, X3 ölümü ilə əlaqədar baş vermiş bədbəxt hadisənin istehsalatda əmək şəraiti ilə əlaqəli olmasını təsdiq edən təhqiqat aktının tərtib edilməsi, habelə İZ formalı aktın tərtib edilməsi üzrə tədbilərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən xüsusi texnika sahəsinin ekskavator maşinisti işləyən X3 ölümü ilə əlaqədar İZ formalı aktın verilməsi üçün ezamiyyətə göndərildiyi Biləsuvar rayonunda xx.xx.2022-ci il tarixdə səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 ölümünə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Məhkəmənin xx.xx.2024 –ci il tarixdə qəbul edilmiş qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X10 ARDNŞ-nin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində Xüsusi texnika sahəsinin ekskavator maşinisti peşəsində işləyirdi. xx.xx.2022-ci il tarixdə ekskavatorçu olduğuna görə Biləsuvar rayonunda qaz borularının təmiri işlərinin görülməsi məqsədilə ezamiyyətə göndərilmişdir. 30 oktyabr 2022-ci il tarixdə həyat yoldaşı X10 ezamiyyətdə olduğu Biləsuvar rayonunda səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmə işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və hökm çıxarılmışdır. Cinayət işinə görə sürücü X7 30 oktyabr 2022-ci il tarixdə saat 06.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 210D” markalı ** RS *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ələt- Astara-İran sərhəddi yolunun Biləsuvar rayonu ərazisindən keçən 95-ci km/də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ kənarından sola doğru manevr edən "xxxx" QSC-nin işçisi X5 idarə etdiyi “BWM 523" minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində “BMW 523” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişini X10 və sürücüsü X12 aldıqları xəsarətdən hadisə yerində ölmüşlər. İddiaçının həyat yoldaşı X10 rəsmi olaraq ezamiyyətdə olduğu və işə gedərkən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi istehsalatda baş verən bədbəxt hadisə kimi araşdırılmalı və bununla əlaqədar İZ formalı akt tərtib edilməli idi. Lakin bədbəxt hadisə ilə əlaqədar işəgötürən tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı akt tərtib edilməmişdir. 6 saylı Texnoloji Nəqliyyat Departamentinin və X14 Xidmətinin X3 ölməsini istehsalatda baş vermiş bədbəxt hadisə kimi təhqiq edilməməsi və istehsalatda baş vermiş hadisə ilə bağlı istehsalat zədəsi aktının verilməməsi qanunsuzluqdur. Belə ki, X4 ezamiyyətdə olması, səhər işə gedərkən hadisənin baş verməsi işin mübahisəsiz hallarıdır və hadisə ilə əlaqədar cinayət işi ilə təsdiq edilir. X3 məhz əmək vəzifələrinin yerinə yetirilməsi zamanı vəfat etməsi sübuta yetirilir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, X3 vəfat etməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi sonuncu X8 məxsus avtomobillə işə gələrkən baş vermişdir. Mövcud Qaydalarda nəzərdə tutulmuş, hadisə B.Mərdanov müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən və ya müəssisənin ərazisində, yaxud başqa iş yerində baş verməmişdir.Odur ki, SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin işçisi X3 ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində göstərilən hallara uyğun olmadığından baş vermiş hadisə Xidmət tərəfindən təhqiq edilməmişdir.Eyni zamanda digər bir mübahisəli məsələ isə iddiaçının xx.xx.2022-ci il tarixdə X10 ilə baş vermiş bədbəxt hadisə ilə bağlı İZ formalı aktın verilməsi öhdəliyinin Xidmətin üzərinə qoyulması tələbi ilə çıxış etməsidir ki, İZ formalı aktın verilməsi işəgötürən tərəfindən həyata keçirilir və Xidmətin səlahiyyətinə aid deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir.Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5.İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 7.Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, xx.xx.2022-ci ildə X10 ezamiyyətdə olduğu Biləsuvar rayonunda işə gedərkən baş vermiş yol-nəqliyyat nəticəsində vəfat etmişdir, xx.xx.2022-ci ildə müəssisə dərhal komissiya yaratmış, hadisə ilə bağlı tədbirlərini görmüşdür.Hadisə qeyri-iş saatında baş vermişdir.Üçüncü şəxsin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 1121e nömrəli, xx.xx.2022-ci il tarixli ezamiyyə haqqında əmrinə və ezamiyyə vəsiqəsinə əsasən X11 traktorun ekskavatorçu maşinisti kimi xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə qədər Biləsuvar rayonuna ezam edilmişdir; X14 Xidmətinin xx.xx.2023-cü il tarixli, SOCAR-ın Nəqliyyat İdarəsinə ünvanlanmış məktubuna əsasən bildirilmişdir ki, toplanmış sənədlərə əsasən SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin işçisi X3 ölümü ilə nəticələnmiş hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində göstərilən hallara uyğun olmadığından onunla baş vermiş hadisə təhqiq edilməmişdir; Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1986-cı ildə X11 ilə nikaha daxil olaraq ailə qurmuşdur; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən “X7 30 oktyabr 2022-ci ildə saat 06:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 210D” markalı, ** RS *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ələt-Astara–İran sərhəddi yolunun Biləsuvar rayon ərazisindən keçən 95-ci km-də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, 1.1 üfüqi nişanlanma xətti (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xətti) çəkildiyi yol sahəsində hər hansı məqsədlə həmin xətti kəsib mikroavtobusu sol hərəkət zolağına çıxarmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun sağ ehtiyyat hissəsində dayandığı yerdən yolun soluna doğru manevr edən X6 idarə etdiyi “BMW 523” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks yolda toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “BMW 523” minik markalı avtomaşında olan sərnişin X3 açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin sınığı, baş beyinin yumşaq qişası altına qansızma, başın alın nahiyyəsinin soldan əzilmiş yarası, burun sümüklərinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, sürücü X6 qarnın ağır küt travması, qara ciyərin zədələnməsi, qarnın ön divarında qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, “Mercedes Benz 210D” markalı mikroavtobusun sərnişini X1 İV daraq sümüyünün qapalı, yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin “BMW 523” minik markalı avtomaşında olan sərnişin X2 baş beyinin əzilməsi, sağ beyin yarımkürəsində subdural, sol beyin yarımkürəsində subaraxnoidal qansızmalar ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gözaltı və burun nahiyyələrinin əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir”.Həmin hökmlə qeyd edilən hadisəyə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

İV. Məhkəmənin mövqeyi 9.Məhkəmə, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin çıxışlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

10. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 11.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən: 1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarının preambulasına əsasən bu Qaydalar “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrası olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının vahid qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir:əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə;işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;istehsal avadanlıqları və obyektlərində qəza zamanı;növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə;işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt;əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə;əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı Həmin Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X14 Xidməti həyata keçirir. Həmin Qaydaların 1.9-cu bəndinə əsasən bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X14 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X14 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X14 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır.Qrup halında xəsarətlə və ya bir nəfər işçinin ölümü ilə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X14 Xidmətinin vəzifəli şəxsləri, üzvlər — sahə həmkarlar ittifaqı birliyinin, müəssisənin və yaxud onun tabeçiliyi üzrə yuxarı orqanının (əgər varsa) nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. 13.İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı, X11 ilə rəsmi nikahda olmuşdur, X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinin əməkdaşı olmuşdur, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə qədər ezamiyyətə göndərimişdir və ezamiyyətdə olduğu zaman xx.xx.2022-ci ildə saat 06.30 radələrində işə gedərkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X3 ölümünə səbəb olmuş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarının 2.1-ci bəndinə əsasən təhqiq edilməli olduğu halda cavabdeh tərəfindən təhqiq edilməməmişdir, cavabdeh hadisənin təhqiq edilməməsinin səbəbi kimi X3 ölümünün X8 məxsus avtomobillə işə gələrkən baş verməsi, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən və ya müəssisənin ərazisində, yaxud başqa iş yerində baş verməməsi ilə əsaslandırmışdır. İşin faktiki hallarına əsasən isə X3 işlədiyi 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən işçilərin işə aparılması və işdən evə aparılması üçün nəqliyyat vasitəsi ayrılmamış və sifariş edilməmişdir, odur ki, X10 müəssisənin mənafeyi üçün öz əmək funksiyalarını həyata keçirmək üçün mümkün olan nəqliyyat vasitəsində işə gedən zaman (ezamiyyətdə olduğu dövrdə) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfindən baş vermiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarının 2.1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə kimi təhqiq edilməli idi.Lakin cavabdeh qanunvericiliklə məhz onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, bir nəfər şəxsin ölümü ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisəni təhqiq etməmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. 14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 15.Məhkəmənin yuxarıda sadalanan hallara əsasən gəldiyi nəticəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən xüsusi texnika sahəsinin ekskavator maşinisti işləyən X3 ölümü ilə əlaqədar İZ formalı aktın verilməsi üçün ezamiyyətə göndərildiyi Biləsuvar rayonunda xx.xx.2022-ci il tarixdə səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 ölümünə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbində iddiaçı haqlıdır. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 17.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən xüsusi texnika sahəsinin ekskavator maşinisti işləyən X3 ölümü ilə əlaqədar İZ formalı aktın verilməsi üçün ezamiyyətə göndərildiyi Biləsuvar rayonunda xx.xx.2022-ci il tarixdə səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 ölümünə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 19.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İşəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən xüsusi texnika sahəsinin ekskavator maşinisti işləyən X3 ölümü ilə əlaqədar İZ formalı aktın verilməsi üçün ezamiyyətə göndərildiyi Biləsuvar rayonunda xx.xx.2022-ci il tarixdə səhər saat 07.00 radələrində işə gedərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 ölümünə səbəb olmuş hadisənin istehsalatda əmək şəraiti ilə əlaqədar olan, istehsalatda baş vermiş bədbəxt hadisə olması barədə təhqiqat aktının işəgötürənə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar