Məhkəmə qərarları › İş №e-2-1(112)-2191/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2191/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2191/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********110600 nömrəli, xx.xx.2023-cü il tarixli **********024900 nömrəli Qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı MMC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli, xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli Qərarların ləğv edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli Qərara əsasən 2023-cü ilin mart ayında ƏDV üzrə 10,627.14 manat əlavə vergi məbləği hesablanmışdır.Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********110600 nömrəli qərar qanunsuz və əsassızdır. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, “2023-cü ilin mart ayı ərzində metal qırıntısının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və vasitəçi şəxslərdən metal tullantıları alınması kənarlaşma yaranmasına səbəb olmuşdur".Müəssisə istehsal fəaliyyətində istifadə etmək məqsədilə müxtəlif təşkilatlardan 2023-cü ilin mart ayında ümumilikdə 673,005.65 manat (ƏDV-siz) məbləğində xammal almış və həmin malların dəyərini satıcıya ödəmişdir.Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, malı satmış satıcılar riskli vergi ödəyicilərinin siyahısında mövcud olmamışlar.Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada mal alındığı və həmin alqı-satqı əməliyyatı qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyi halda, vergi orqanı malı satan şəxsin həmin malların alışına dair təsdiqedici sənədinin olmadığını əsas götürərək mal alışı ilə bağlı aparılmış əməliyyatı qəbul etməmiş və həmin əməliyyat üzrə həyata keçirilmiş ƏDV əvəzləşdirmələri etibarsız hesab etmişdir.Halbuki, istər vergi qanunvericiliyində, istərsə də işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan əlavə cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən 2023-cü ilin fevral ayına ƏDV üzrə ümumilikdə 44,202.60 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin həmin Qərarı da qanunvericiliyin tələblərinin kobud pozuntusu nəticəsində qəbul edildiyindən ləğv edilməlidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 4.Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını,operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir.Cəmiyyətin qarşılıqlı əməliyyatlarının təhlili zamanı qanunvericiliyin tələbləri pozulmaqla metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması halları aşkar olunmuş və bununla bağlı Cəmiyyətə xəbərdarlıq məktubu ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir.Buna baxmayaraq 2023-cü ilin fevral ayı ərzində də metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması halları davam etmiş və vasitəçi şəxslərdən - "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-dən metal tullantılarının alınması davam etdirilmişdir. 2023-cü ilin fevral ayı ƏDV bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması zamanı 245569,5 manat əsas məbləğ (44202,51 manat ƏDV məbləği) əvəzləşdirmədən silinmişdir, silinmiş e-qaimə fakturalar qoşma olaraq əlavə edilir.Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********032600 nömrəli və xx.xx.2023-cü il tarixli, **********356000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin fevral ayı ƏDV bəyannaməsi üzrə 44202,51 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli Qərar qəbul olunmuşdur.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ.Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər

7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iş materiallarında olan: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli qərara əsasən 2023-cü ilin mart dövrü üçün iddiaçıya ƏDV üzrə 10627,89 manat əlavə vergi hesablanmışdır, bunun səbəbi kimi 2023-cü ilin mart ayı ərzində metal tullantılarının alışı zamanı qanunvericiliyin qeyd edilən tələblərinin pozulması hallarının davam etməsi, vasitəçi şəxslərdən metal tullantılarının alınmasının kənarlaşmaya səbəb olması göstərilmişdir; “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********24900 nömrəli qərara əsasən 2023-cü ilin fevral dövrü üçün iddiaçıya ƏDV üzrə 44202,60 manat əlavə vergi hesablanmışdır, bunun səbəbi kimi 2023-cü ilin fevral ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergi məbləğinin azaldılması, bununla əlaqədar olaraq zəruri sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməməsi göstərilmişdir; İddiaçının 2023-cü ilin mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinə əsasən iddiaçı büdcəyə ödənilməli olan ƏDV 5450,75 manat göstərilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmişdir; xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı və "xxxx" MMC arasında əlvan metal məhsullarının alqı-satqısı barədə razılaşma əldə olunmuşdur; xx.xx.2023-cü il tarixli, 31/233 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı və "xxxx" MMC arasında dəmir qırıntılarının alqı-satqısı barədə razılaşma əldə olunmuşdur; Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublarına əsasən iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi orqanına Nazirlər Kabinetinin 17 fevral 2021-ci il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın 4.1ci bəndində nəzərdə tutulan ərizənin (metal tullantılarının əldə edilmə mənbəyi göstərilməklə), metal tullantılarını təqdim edən sahibkarlıq subyektinin sahibliyində olan metal tullantılarının istismardan çıxdaş sənədlərinin, müvafiq olduqda dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi tələb edilmişdir, bundan başqa iddiaçıya bildirilmişdir ki, aparılmış araşdırmalar nəticəsində iddiaçının 2022-ci ilin iyul-sentyabr ayları ərzində vətəndaşlardan elektron alış aktları tərtib etməklə "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların əldə edilməsinə baxmayaraq, 2023-ci ilin 1-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim edilmədiyi yaxud göstəricisiz təqdim edildiyi və yaxud elektron alış aktlarında qeyd olunan məbləğlərdən az ödəmə mənbəyində vergiyə cəlb edildiyi müəyyən edilmişdir.

İV. Məhkəmənin mövqeyi 10.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 53.3.-ci maddəəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 11.İşin faktiki hallarına əsasən iddiaçı hüquqi şəxs olaraq digər hüquqi şəxslərlə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə alqı-satqı müqavilələri imzalayaraq həmin müqavilələrdə nəzərdə tutulmuş malları satın almış və həmin malların dəyərini satıcılara ödəmişdir, iddiaçı alqı-satqı əməliyyatlarını həyata keçirən zaman satışı həyata keçirmiş hüquqi şəxslər riskli vergi ödəyicisi olmamışlar və cavabdeh də qeyd edilən halı mübahisələndirməmişdir. Cavabdeh etirazında metal tullantılarının birbaşa qanuni sahibliyində olmayan şəxslərdən alınması hallarının aşkar olunmasını göstərsə də həmin şəxslərin - "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin alqı-satqı əməliyyatları aparılan zaman riskli vergi ödəyiciləri olmaması (məhkəmə bir daha qeyd edir ki, cavabdeh tərəfindən bu hal mübahisələndirilmir) həmin alqı-satqı əməliyyatlarının predmeti olmuş məhsulun metal tullantılarının əldə edilmə mənbəyi, metal tullantılarını təqdim edən sahibkarlıq subyektinin sahibliyində olan metal tullantılarının istismardan çıxdaş sənədləri ilə bağlı iddiaçının hər hansı bir məsuliyyətinin yaranmasını istisna edir. Bundan başqa iddiaçı tərəfindən satın alınmış metal tullantılarının mənbəyinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 fevral 2021-ci il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair tələblərin” hansına cavab verməməsi və ya zidd olması cavabdeh dəqiq göstərməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sözügedən qərarının 2 nömrəli Əlavəsində aşagıdakı tələblər göstərilmişdir: 1. Fiziki və hüquqi şəxslərdən aşağıdakı mənbələrdən əldə edilmiş əlvan və qara metal tullantılarının qəbuluna yol verilir:1.1. fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınar əşyalar;1.2. istehsal, emal və ya xidmət prosesində yaranan tullantılar;1.3. digər şəxslərdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş əşyalar;1.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mənimsənilmiş sahibsiz daşınar əşyalar;1.5. mülkiyyətçinin imtina etdiyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülkiyyətə yönəldilmiş daşınar əşyalar;1.6. digər şəxslərə məxsus daşınar əşyalar (etibarnamə əsasında).2. Hərbi məhsulların qalıqları və hissələri olan metal tullantılarının yalnız hərbi qurumlardan qəbuluna yol verilir.3. Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən hər hansı avadanlığın, maşın və mexanizmlərin metal tullantı kimi qəbuluna yalnız onların istismardan çıxarılması (çıxdaş edilməsi) barədə sənədlər təqdim edildikdə yol verilir. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyatda olan daşınar əşyalara münasibətdə onların qeydiyyatının ləğv edilməsi barədə sənədlər təqdim edilməlidir. Məhkəmə iddiaçının aldığı metal tullantılarının mənbələrinin bu tələblərə uyğun olmaması hallarını müəyyən etməmişdir. Bundan əlavə cavabdeh etirazında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə istinad edərək 2023-cü ilin fevral ayının ƏDV bəyannaməsi üzrə 44202,51 manat əlavə vergi məbləği hesablandığını (“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli Qərarla) göstərmişdir. Məhkəmə cavabdehin etirazının bu hissəsi ilə aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 5 dekabr 2023-cü il tarixinə qədər qüvvədə olmuş: - 67.1-ci maddəsinin redaksiyasına əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - 67.2-ci maddəsinin redaksiyasına əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. - 83.9-cü maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Lakin cavabdeh əlavə hesablanmış ƏDV məbləğini AR Vergi Məcəlləsinin 67-ci maddəsinin hansı bəndində göstərilən qaydada hesablanmasını məhkəməyə bildirməmiş, hesablamanın əsaslarını məhkəməyə təqdim etməmiş, yəni əlavə hesablanmış ƏDV-nin məhz mübahisələndirilən qərarlarda göstərilən məbləği təşkil etməsini sübuta yetirə bilməmişdir. 12.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 13.Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarların mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir. Əksinə inzibati işin materialları ilə sübuta yetirilmişdir ki, "xxxx" MMC yalnız xx.xx.2023-cü ildə - mübahisələndirilən qərarlar qəbul edildikdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir, digər iki hüquqi şəxs – "xxxx" MMC və "xxxx" MMC isə işə baxılan zaman da riskli vergi ödəyiciləri siyahısında mövcud olmamışlar, cavabdeh isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3,24.4-cü maddələrinin tələblərinə zidd olaraq qeyd olunan halları araşdırmadan, iddiaçının xeyrinə olan halları nəzərə almadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” mübahisələndirilən qərarları qəbul etmiş, iddiaçıya əlavə vergi məbləğlərini hesablamış, lakin həmin əlavə vergi məbləğlərini hansı qaydada və əsaslarla hesablandığını da sübuta yetirilə bilməmiş, bununla da yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. 14.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli, xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli Qərarları ləğv edilməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 17.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 18.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********110600 nömrəli, xx.xx.2023-cü il tarixli, **********024900 nömrəli qərarlar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar