Məhkəmə qərarları › İş №e-2-1(112)-2217/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2217/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2217/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 yaşına çatması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 6 avqust 1984-cü il tarixli “İT-İ1834000” nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1997xx.xx.1998-cı il xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində elektirik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub, lakin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı filiala təqdim edilmədiyindən sözügedən dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Bundan başqa 1 yanvar 2006-cı il tarixindən bugünədək ona münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarnın fərdi hesabınızın sığorta hissəsinə 2019-cu, 2020-ci, 2021-ci illərin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, ayları üzrə (ümumilikdə 3 il 3ay) öz əksini tapmadığı üçün həmin ayları onun iş stajına aid etmək mümkün deyil. Göstərilən səbəblərdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 15 gün ) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, onun həm ümumi, həm də güzəştli iş stajı ilə bağlı şərti ödənildiyindən, onun pensiya hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 6 avqust 1984cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998- xx.xx.1999-cu il, xx.xx.2002xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər ərzində elekrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin iddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışını Mərkəzi Filiala təqdim etmədiyindən sözügedən dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda, “AZFEN" MMC-nin iddiaçıya dair 13 may 2024-cü il tarixli AZF-2024/49-K nömrəli arayışında xx.xx.2011-xx.xx-2011-ci il, xx.xx.2014-xx.xx.2014-cü il və xx.xx.2019-xx.xx.2019-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı köməkçisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi qaynaqçı köməkçisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 1 ay 20 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər hərbi xidmətdə olmuşdur; -xx.xx.1984-cü il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1994-cü il tarixlərdə çilingər, xx.xx.1994-xx.xx.1996-cı il tarixlərdə elektrik çilingər, xx.xx.1997xx.xx.1998-ci il tarixlərdə elektrik çilingər, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə qaynaqçı, xx.xx.2002-xx.xx.2007-ci il tarixlərdə elektroqaynaqçı, xx.xx.2011-xx.xx.2013-cü il tarixlərdə qaynaqçı köməkçisi, xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə qaynaqçı köməkçisi, qaynaqçı, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə qaynaqçı, xx.xx.2019-xx.xx.2023-cü il tarixlərdə qaynaqçı köməkçisi işləmişdir. -"xxxx" MMC tərəfindən verilmiş güzəştli arayışdan göstərilmişdir ki, iddiaçının cəmi güzəştli iş stajı 09 il 03 ay 16 gün təşkil edir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndləri - 35-ci maddə "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndi. -Panamanın “X1 İnc” şirkətinin Azərbaycan Respublikasındaki Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Panamanın “X1 İnc.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (VÖEN: **********) 6-cı dərəcəli elekrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmçinin, təqdim olunmuş sənədlər əsasında İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədərki dövrdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) eyniadlı vəzifə səlahiyyətlərinin icrasını həyata keçirməsi müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı icra etdiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 saylı qərarının 1010300a— 19906 bəndində qeyd olunmuş “a/ ilə elektrik qaynaqçısı” vəzifəsinə uyğun gəlir. Bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 1.1.2.(a) bəndində də eyni formada öz əksini tapmışdır. Beləliklə, İddiaçı “Mcdermott” şirkətində icra etdiyi vəzifəsinə görə güzəştli şərtlərlə xidmət illərinə görə əmək pensiyası hüququ verən iş stajı yaranmışdır. Onu da nəzərinizə çatdırırıq ki, Şirkət xx.xx.2014-cü il tarixində ləğv edilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “X1 İnc” şirkətinin Azərbaycan Respublikasındakı Filialının Bakı İnzibati Məhkəməsinə göndərdiyi İddiaçı dair xx.xx.2025- ci il tarixli məktubunda adıçəkilən şəxsin xx.xx.2002-xx.xx.2004-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə “X2” MMC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisələrin fəaliyyət sahəsi sözügedən məktubda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təstiq olunmuş Siyahıda nəzərdə tutulan dağ-mədən işləri sahəsinə aid deyil. Eyni zamanda, araşdırma zamanı sözügedən məktubda göstərilən ünvanda (ünvan 1zərbaycan Respublikasındakı səfirliyinin yerləşdiyi müəyyən edilib. Buna görə də sözügedən məktubda qeyd olunan məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də “X1 İnc” şirkətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Buna görə də xx.xx.2002-xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövrləri İddiaçı güzəştli iş stajına daxil etmək mümkün olmayıb. Qeyd edilənlərə əsasən, adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 12 gün (xx.xx.2011-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2023-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə işin faktiki hallarından görünən odur ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının tələb olunan həddən az olması ilə bağldır. Cavabdehin əsas dəlili iddiaçının xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlərin güzəştli iş stajına daxil edilməsi ilə bağlı olmuşdur. Odur ki, hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məsələ iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Panamanın “X1 İnc.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (VÖEN: **********) 6-cı dərəcəli elekrik qaynaqçısı vəzifəsinin, həmçinin, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədərki dövrdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) elekrik qaynaqçısı vəzifəsinin müvafiq Siyahıda nəzərdə tutulubtutulmamasının müəyyən edilməsindən ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehin təqdim etdiyi arqumentlərə əsasən, iddiaçının xx.xx.2002-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Panamanın “X1 İnc.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında (VÖEN: **********) 6-cı dərəcəli elekrik qaynaqçısı vəzifəsində, həmçinin, xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə qədərki dövrdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində (“Şirkət”) elekrik qaynaqçısı vəzifəsində işləməsi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-ci il tarixli, 320 saylı qərarının 1010300a—19906 bəndində qeyd olunmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğun gəldiyi müəssisə tərəfindən verilmiş arayış ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi rəsmi məktub əsasında müəyyən olunmuşdur ki, iddiaçının tutduğu vəzifələrin funksional xüsusiyyətləri ilə müvafiq Siyahıda göstərilən vəzifələr arasında əhəmiyyətli dərəcədə oxşarlıq mövcuddur. Müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları məzmunca Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrin funksiyaları ilə eynidir. Qeyd olunmalıdır ki, sorğuya cavab məktubunda iddiaçının işlədiyi elektrik qaynaqçısı vəzifəsinin 1 №-li Siyahıda 1010300a—19906 bəndində nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğunluğu göstərilsə də, nəzərə alınmalıdır ki, həmin vəzifə həm 2 №-li Siyahıda 23200000—19906 kod altında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olmuşdur. Başqa sözlə desək, baxmayaraq sorğuya cavab məktubunda müəssisə yalnız 1 №-li Siyahıda göstərilən koda istinad etsə də, həmin vəzifə göstərilən kod üzrə hər üç Siyahıda ümumi peşələr bölməsində göstərilmişdir. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Odur ki, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi elektrik qaynaqçısı vəzifəsi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000—19906 kod altında, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nöməli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsaların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın ümümi peşələrə bölməsində göstərilən əl ilə aparan elektrik qaynaqçıları vəzifəsinə uyğundur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2024-cü il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan (mübahisələndirilməyən 09 il 03 ay 12 gün + 05 il 04 ay 02 gün (xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2007) = 14 il 07 ay 14 gün)) və onun çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşının tamam olduğu vaxtdan (xx.xx.2024-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar