Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2240/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100, **********978200, **********093500, **********107700, **********520000, **********522400, **********532100, **********595400, **********608900 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100, **********978200, **********093500, **********107700, **********520000, **********522400, **********532100, **********595400, **********608900 nömrəli qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********959700 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 81,932.86 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********959700 nömrəli Qərarı qanunsuz və əsassız hesab edir: İddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan 2022-ci il üzrə gəlir vergisini boş təqdim etmişdir. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və cəmiyyətin 2022-ci il üzrə gəlirlərini 445,951.84 manat, xərclərini 36,287.56 manat (o cümlədən əmək haqqı 16,384.97 manat, sosial sığorta haqları 3,788.18 manat, xammal və materiallar 16,114.41 manat), vergiyə cəlb edilən gəliri 409,664.28 manat, gəlir vergisini isə 81,932.86 manat müəyyən etmişdir. İddiaçı vergiyə cəlb edilən dövriyyəsi 200.000 manatı keçmədiyindən, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Bu isə o deməkdir ki, iddiaçıya gəlir vergisi hesablana bilməzdi. Əgər iddiaçı gəlir vergisinin ödəyicisi olmuş olsaydı belə, yenə də ona 81932.86 manat gəlir vergisi hesablana bilməzdi. Belə ki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı olduğu halda, vergi orqanı bunu qəbul etməyərək, iddiaçının xərc çəkdiyini nəzərə almadan gəlirini birbaşa 20% dərəcə ilə vergiyə cəlb etmişdir. Halbuki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : ( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M = G : ( 100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 445,951.84 (100 + 20) / 20 = 74,325.31 manat Gəlir vergisi: 74,325.31 * 20% = 14,865.06 Göründüyü kimi, əgər iddiaçı gəlir vergisinin ödəyicisi olsaydı, onun ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 14,865.06 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 81,932.86 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
5. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair mülahizədə qeyd olunmuşdur ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”: xx.xx.2023-cü il tarixli **********107700 nömrəli Qərara əsasən 2022-ci ilin aprel ayına Əlavə dəyər vergisi üzrə 7,546.13 manat, xx.xx.2023-cü il tarixli **********608900 nömrəli Qərara əsasən 2022-ci ilin may ayına Əlavə dəyər vergisi üzrə 8,924.33 manat, xx.xx.2023-cü il tarixli **********978200 nömrəli Qərara əsasən 2022-ci ilin iyun ayına Əlavə dəyər vergisi üzrə 9,071.95 manat, xx.xx.2023-cü il tarixli **********533100 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayına Əlavə dəyər vergisi üzrə 7,989.88 manat, xx.xx.2023-cü il tarixli **********093500 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayına Əlavə dəyər vergisi üzrə 10,501.55 manat, xx.xx.2023-cü il tarixli **********520000 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayına Əlavə dəyər vergisi üzrə 5,842.26 manat, xx.xx.2023-cü il tarixli **********595400 nömrəli Qərara əsasən 2022-ci ilin oktyabr ayının Əlavə dəyər vergisi üzrə 6,911.61 manat, xx.xx.2023-cü il tarixli **********522400 nömrəli Qərara əsasən 2022-ci ilin noyabr ayının Əlavə dəyər vergisi üzrə 12,488.58 manat və xx.xx.2023-cü il tarixli **********532100 nömrəli Qərara əsasən 2022-ci ilin dekabr ayının Əlavə dəyər vergisi üzrə 10,208.43 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin mart-sentyabr aylarına ƏDV üzrə cəmi 79,484.72 manat əlavə vergi məbləği hesablamışdır. İddia ərizəsinə münasibətdə əlavə olaraq aşağıdakılar qeyd edilir: Hesablanmış ƏDV-yə münasibətdə qeyd edirik ki, iddiaçı satdığı malları Sədərəkdən və digər satış mərkəzlərindən alarkən, elektron qaimə-faktura tələb etməsinə baxmayaraq, həmin satıcılar iddiaçıya elektron qaimə-faktura verməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı aldığı malların əsas dəyərini və eləcə də ƏDV məbləğlərini satıcılara nağd şəkildə ödəmək məcburiyyətində qalmış və nəticə etibarilə ödədiyi ƏDV məbləğlərini də əvəzləşdirə bilməmişdir. Bundan başqa qeyd edim ki, iddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan dövrlərdə sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların üzərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Vergi Məcəlləsinin: 153.1- ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1- ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları, işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir:
1. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir.
2. ƏDV ödəyicisi topdan və ya pərakəndə qaydada mal satarkən malın dəyərinə ƏDV məbləğini də əlavə edir.
3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən, ƏDV-dən azad olunan və ya ƏDV- yə sıfır dərəcə ilə cəlb olunan şəxslər təqdim etdikləri malların dəyərinə ƏDV tətbiq (əlavə) edərlərsə, həmin əməliyyat ƏDV-nin məqədləri üçün vergitutma obyekti hesab edilir.
4. ƏDV ödəyicisi aldığı mallara görə ödədiyi ƏDV məbləğini əvəzləşdirirsə, həmin mallar itdiyi, əskik gəldiyi, xarab olduğu, tam amortizasiya olunmadan uçotdan silindiyi və ya oğurlandığı halda, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir.
5. Vergi ödəyicisi aldığı malların əsas dəyərini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV sub-uçot hesabına ödəməyi təqdirdə və malların alışı elektron qaimə-faktura ilə rəsmiləşdirilmədiyi halda, ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.
6. Əgər vergi ödəyicisi malları əldə edərkən ödədiyi ƏDV məbləğini Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamışdırsa, həmin malların təqdim edilməsi (satışı) ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirsək, vergi ödəyicisi hansı verginin ödəyicisi olmağından və ya ƏDV-dən azad olunan və sıfır dərəcə ilə cəlb olunan əməliyyat aparmağından asılı olmayaraq, satdığı malların dəyərinə ƏDV tətbiq (əlavə) edərsə, həmin əməliyyat ƏDV-yə cəlb edilən əməliyyat hesab edilir və vergi ödəyicisi alıcının ödədiyi ƏDV məbləğini dövlət büdcəsinə ödəməlidir. Bundan başqa, hər hansı vergi ödəyicisi aldığı mallara görə ödədiyi ƏDV məbləğini əvəzləşdirərək büdcədən geri qaytarmışdırsa, həmin malların hətta itməsi, oğurlanması və ya əskik gəlməsi belə vergiyə cəlb edilən əməliyyat hesab edildiyindən, əvəzləşdirilmiş ƏDV məbləği yenidən dövlət büdcəsinə geri ödənilməlidir. Həmçinin, əgər vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək (büdcədən geri qaytarmaq) hüququna malik olmamışdırsa, bu halda həmin malların satışı təkrar ƏDV-yə cəlb edilmir. Belə ki, şəxs malı alarkən 18% dərəcə ilə hesablanmış ƏDV məbləğini ödədiyindən və büdcədən geri qaytarmadığından, qanunverici onu ikinci dəfə 18% dərəcə ilə ƏDV ödəmək öhdəliyindən azad edir (maddə 159.7). İşin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VMnin 175.1-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV qeydiyyatdan keçmədiyi üçün satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etmədiyindən və mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından, yoxlanılan dövrlər ərzində satdığı mallara görə ƏDV-yə cəlb edilə bilməz. Bundan başqa, vergi orqanı iddiaçını əvvəlki tarixdən - xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almışdır. Qeyd edir ki, vergi orqanı iddiaçını 7 ay sonra ƏDV qeydiyyatına almışdır ki, bu da iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı iddiaçının 200.000 manat həddini keçdiyini daha əvvəlki tarixlərdə də görə bilirdi. Buna baxmayaraq, vergi orqanı vergi ödəyicisini ƏDV qeydiyyatı ilə bağlı 7 ay sonra xəbərdar etmişdir. Halbuki, iddiaçı daha əvvəlki tarixlərdə xəbərdar edilmiş olsaydı, ƏDV qeydiyyatından keçməklə satdığı malların dəyərinə ƏDV məbləği əlavə edə və həmin ƏDV məbləğlərini büdcəyə ödəməklə vergi yükündən xilas ola bilərdi.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ilkin yazılı etirazda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Bildirilir ki, vergi ödəyicisinin 2022-ci il üzrə iqtisadi göstəricilərinin olmasına baxmayaraq tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə daxilolma məbləğinin 445951.84 manat olduğu, əmək haqqı və sosial sığorta haqqı üzrə 20173.15 manat olduğu, əldə edilmiş elektron qaimə-fakturaların dəyərinin 16114.41 manat olduğu müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********289100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə baza üzrə gəlir və xərclər nəzərə alınmaqla 81932.86 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********959700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh orqan yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən növbəti yazılı etirazda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin aprel ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 49469,05 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********438100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 7546,13 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********107700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin may ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 58503,92 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********473400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 8924,33 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********608900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyun ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 59471,67 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********468200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 9071,95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********978200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyul ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 52378,09 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********463700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 7989,88 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********533100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin avqust ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 68843,49 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********455400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 10501,55 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********093500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin sentyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 38299,26 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********486200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 5842,26 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********520000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin oktyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 45309,43 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********481700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 6911,61 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********595400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin noyabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 81869,58 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********478900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 12488,58 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********522400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin dekabr ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 66921,93 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********460600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 10208,43 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********532100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
8. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, vardır, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatlarınızın həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alıdığınız, həmçinin sentyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 38299,26 manat; 50446,42 manat; 49469,05 manat; 81869,58 manat; 59471,68 manat; 68843,49 manat; 66921,94 manat; 52378,09 manat və 58503,92 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:
1. Müvafiq hüsabat dövrü üzrə cari ƏDV bəyannaməsi
2. Qeyd olunanalarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu;
3. Araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər Bildiririk ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. İddiaçı vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
9. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 28 aprel 2023 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər:
1. İddiaçı tələfindən əvvəlki il üzrə təqdim olunmuş “Gəlir vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №-li Əlavəsinin (Fiziki şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 14004 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin 1 №-li Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əksetdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 14004.00 manat məbləğində fərq müəyyən edilmişdir.
2. İddiaçı tərəfindən əvvəlki il üzrə təqdim olunmuş “Gəlir vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 №4i Əlavəsinin (Fiziki şəxslər üçün) 2-ci (Cəmi kapital və öhdəliklər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 14004 manat məbləğ + cari il üzrə təqdim etdiyiniz bəyannamənin 1 №4i Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 manat məbləğ - “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əksetdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 14004.00 manat məbləğində fərq müəyyən edilmişdir.
3. Uçot-baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz (obyektiniz) olmasına baxmayaraq tərəfinizdən cari il üçün təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1 N-li Əlavəsinin 1.1.1 kodlu (Binalar, tiklilər və qurğular) sətrində göstəricilər əks etdirilməmişdir.
4. İddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən ( 123625.35 manat), tərəfinizdən ixrac edilmiş ( 0.00 manat) və elektron qaiməfaktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 0.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 123625.35 manat məbləğdən 123625.35 manat az əks etdirilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər:
1. Həmin dövr üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi. İddiaçı tərəfindən təqdim edilən bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. İddiaçı məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilər Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər(məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37,67, və 83 cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçının vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.
10. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********959700 nömrəli Qərara əsasən 2022-ci il vergi dövrü üzrə gəlir vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 81.932,86 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 81.932,86 manat Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar: **********697700, 20230418
11. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********107700 nömrəli Qərara əsasən 2022-ci il aprel ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 7.546,13 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7.546,13 manat
12. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********608900 nömrəli Qərara əsasən 2022-ci il may ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 8.924,33 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 8.924,33 manat
13. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********978200 nömrəli Qərara əsasən 2022-ci il iyun ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 9.071,95 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 9.071,95 manat
14. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********533100 nömrəli Qərara əsasən 2022-ci il iyul ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 7.989,88 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7.989,88 manat
15. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********093500 nömrəli Qərara əsasən 2022-ci il avqust ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 10.501,55 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 10.501,55 manat
16. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********520000 nömrəli Qərara əsasən 2022-ci il sentyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 5.842,26 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5.842,26 manat
17. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********595400 nömrəli Qərara əsasən 2022-ci il oktyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 6.911,61 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 6.911,61 manat
18. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********522400 nömrəli Qərara əsasən 2022-ci il noyabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 12.488,58 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 12.488,58 manat
19. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********532100 nömrəli Qərara əsasən 2022-ci il dekabr ayı vergi dövrü üzrə əlavə dəyər vergisi: Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 10.208,43 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 10.208,43 manat
20. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.
21. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin və iddia ərizəsinə mülahizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
22. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
24. İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
27. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı “İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100 nömrəli, **********978200 nömrəli, **********093500 nömrəli, **********107700 nömrəli, **********520000 nömrəli, **********522400 nömrəli, **********532100 nömrəli, **********595400 nömrəli və **********608900 nömrəli Qərarları mübahisələndirilmişdir.
28. Mübahisənin yaranmasının səbəbi iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir.
29. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddə 157. Qeydiyyat 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
30. Məhkəmə qeyd edir ki, iddiaçının satın aldığı mallara görə ƏDV ödəməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən VM-nin 159.7-ci maddəsi iddiaçıya tətbiq edilməsinin mümkünlüyünü nəzərdən keçirmir.
31. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunundan: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və normanın vergi ödəyicisinin mənafeyinə zidd tətbiqi yolverilməzdir.
33. Məhkəmə müəyyən edir ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir.
34. Məhkəmə qeyd edir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV təbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir.
35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı 2022-ci il aprel-dekabr ayları ərzində gəlir vergisi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, gəlir vergisi ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır.
36. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 9 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz.
37. Məhkəmə hesab edir ki, məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, məhkəmə normanın onun məqsədinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir.
38. Belə ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Belə ki, vergi orqanının həmin hüququ ödəyici üçün müəyyənləşdirilmiş 5 iş gününün ertəsi günündən başlamış, vergi orqanı isə həmin hüququ 9 aydan sonra xx.xx.2022-ci il tarixdə qüvvəyə minməklə həyata keçirmişdir.
39. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********533100 nömrəli, **********978200 nömrəli, **********093500 nömrəli, **********107700 nömrəli, **********520000 nömrəli, **********522400 nömrəli, **********532100 nömrəli, **********595400 nömrəli və **********608900 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva